Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-256/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Maraqlarına toxunulan şəxs Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və qeyri-yaşayış sahəsinin iddiaçının əməli istifadəsinə verilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-2(81)-268/2015 nömrəli qərardadından İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı İddiaçı1) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclasında baxaraq, müəyyənetdi İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında tikilmiş binanın zirzəmi hisəsində yerləşən müvafiq sənədlərə əsasən 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə-155,52 kv.m; 2-ci oxla 3- cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında-143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları arası-113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arasında113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında143,46 kv.m; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında-155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqularından ifadə edilən mülkiyyət hüquqularını pozan hərəkətlərinin qanunsuz hesab edilməsinə və sözügedən qeyri-yaşayış sahələri üzərində iddiaçının sahiblik və istifadə hüquqlarını maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədi ilə qeyri-yaşayış sahəsinin İddiaçı1-nin əməli istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlarına toxunan şəxs kimi Ərizəçi 27 iyun 2024-cü il tarixdə həmin qətnamədən şikayət vermişdir. İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMCyə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və qeyri-yaşayış sahəsinin iddiaçının əməli istifadəsinə verilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-268/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün xx.xx.2024cü il tarixində Bakı Apellyasiya Məhkəməsin göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-2(103)-745/2024 saylı qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsindən iş üzrə tərəf olmayan Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)- 268/2015 saylı qətnaməsi üzrə maraqlarına toxunan şəxs qismində tanınmasına dair ərizə, eyni zamanda həmin qətnamədən apellyasiya şikayəti vermiş, həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsi üzrə Ərizəçi hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması, Ərizəçi tərəfindən verilmiş müddətin bərpası haqqında ərizənin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)- 268/2015 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Ərizəçi apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi qərara alınmışdır. İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı "xxxx" ASC) nümayəndəsi və vəkili Vəkil Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, şikayətin ləğv edilməsini, Ərizəçi ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi məhkəməyə qeyri-səmimi və həqiqəti əks etdirməyən məlumatlar verərək məhkəmədə yanlış fikir formalaşdıraraq aldatmağa nail olmuşdur. Məhkəmə isə iddiaçı – Tikinti Quraşdırma ANKZ-2 ASC-nin nümayəndəsinin iştrakını təmin etməkdə maraqlı olmadığı üçün məhkəmə iclası birtərəfli qaydada keçirilmiş, Ərizəçi xx.xx.2015-ci il tarixli qətnaməsinin mövcudluğundan hələ 2017-ci ildən məlumatlı olması barədə sübutu İddiaçı1-nin nümayəndəsi məhkəməyə təqdim edə bilməmişdir. İşin həqiqi halı ondan ibarətdir ki, xx.xx.2015-ci il tarixli qətnamə Ərizəçi maraqlarına toxunmur və bunu təsdiq edən kifayət qədər məhkəmə qətnamələri mövcuddur, həmin qətnamələr isə Ərizəçi iştrakı ilə keçirilmiş məhkəmə iclaslarının qətnamələridir. Lakin, Ərizəçi maraqlarına toxunan şəxs kimi cəlb edilməsi barədə və prosessual müddətin bərpa edilməsi barədə ərizəsində və apelyasiya şikayətində 2017-ci ildə qaldırdığı iddialar və onların nəticələri barədə bilərəkdən qeyd etməyərək həmin qətnamələri məhkəmədən gizlətməyə çalışmışdır. Halbuki, xx.xx.2015-ci il tarixli qətnamənin mövcudluğundan və məzmunundan 2017-ci ildə Ərizəçi tanış olub və həmçinin, digər məhkəmə qətnamələri ilə sübut olunub ki, hal-hazırda mübahisələndirdiyi sahənin onun əlndəki müqaviləyə və ona heç bir aidiyyəti yoxdur. Bu hal məhkəmələr tərəfindən araşdırılıb və qətnamələrlə tam sübut olunub. Belə ki, mülki iş materiallarından və şikayətə əlavə olunmuş məhkəmə qətnamələrindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-780/12 saylı xx.xx.2013cü il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqt(81)-780/2012 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi, "xxxx" MMCyə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2935A saylı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 670254 manat dəyərində hissəsinin üzərinə həbs qoyulması, həmin əmlak hərrac yolu ilə satılması və əldə olunmuş pul vəsaiti hesabına qətnamənin icrasının təmin edilməsi qərara alınmışdır. Qətnamənin icrasının təmin edilməsi qərara alınmışdır. Bundan sonra "xxxx" MMC-nin 73/01 saylı,xx.xx.2014-cü il tarixli protokolu, “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” protokolunun və xx.xx.2014-cü il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqaviləsi ilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2935A saylı məhəllədə tikilmiş binanın zirzəmi hissəsində yerləşən, müvafiq sənədlərəəsasən 1-ci oxla 2-ci ox arası ABCÇDE oxları üzrə - 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası ABCÇ və 2-ci oxla 3-cü ox arası ÇDE arasında-143,64 kv.m.; 4-cü oxla 5-ci ox arası ABCÇ oxları arası – 113,4 kv.m.; 5-ci oxla 6-cı oxarası ABCÇ oxları arasında 143,46 kv.m.; 7-ci oxla 8-ci ox arası ABC və 7-ci oxla 8- ci ox arası ÇDE oxları arasında 143,46 kv.m.; 8-ci oxla 9-cu ox arası ABCÇDE oxları arasında-155,52 kv.metr; ümumi sahəsi 825,12 kv.metr qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə 537328 manata hərracın qalibi olan İddiaçı1-nin nümayəndəsi X1. Daha sonra, Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru Rövşən Ağayevin və başqalarının iştrakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iqt(81)- 780/12 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2935A saylı məhəllədə inşa edilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası ABCÇDE oxları üzrə - 155,52kv.m; 2-ci oxla 3cü ox arası ABCÇ və 2-ci oxla 3-cü ox arası ÇDE arasında-143,64 kv.m.; 4-cü oxla 5-ci ox arası ABCÇ oxları arası – 113,4 kv.m.; 5-ci oxla 6-cı ox arası ABCÇ oxları arasında 143,46 kv.m.; 7-ci oxla 8-ci ox arası ABC və 7-ci oxla 8-ci ox arası ÇDE oxları arasında 143,46kv.m.; 8-ci oxla 9-cu ox arası ABCÇDE oxları arasında -155,52 kv.metr;ümumi sahəsi 825,12 kv.metr qeyriyaşayış sahəsində sahiblik və istifadə hüquqlarının maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədilə həmin qeyri-yaşayış sahəsi İddiaçı1-nin direktoruna təhvil verilmişdir. xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-yə məxsus sahə İddiaçı1yə təhvil veriləndən sonra Ərizəçi və qeyriləri tərəfindən "xxxx" MMC-yə və"xxxx" ASC-yə (hazırda İddiaçı2 ASC) qarşı – cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2935Aünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsi adı altında həmin binanın birinci mərtəbəsində yerləşən qeyriyaşayış sahələrinə dair “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2014- cü iltarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 №-li, xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsiilə məhkəməyə müraciət olunmuşdur. Ərizəçi və qeyriləri yuxarıda qeyd edilən iddia tələbi ilə 2017-ci ildə məhkəməyə müraciətedən iddia tələbini belə əsaslandırmışlar ki, guya “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 №-li, xx.xx.2014-cü il tarixli protokolu ilə satılmış Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2935A saylı məhəllədə inşa edilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası ABCÇDE oxları üzrə - 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası ABCÇ və 2-ci oxla 3- cü ox arası ÇDE arasında-143,64 kv.m.; 4-cü oxla 5-ci ox arası ABCÇ oxları arası – 113,4 kv.m.; 5-ci oxla 6-cı ox arası ABCÇ oxları arasında 143,46 kv.m.; 7-ci oxla 8-ci ox arası ABC və 7-ci oxla 8-ci ox arası ÇDE oxları arasında 143,46 kv.m.; 8-ci oxla 9-cu ox arası ABCÇDE oxları arasında-155,52 kv.metr; ümumi sahəsi 825,12 kv.metr qeyri-yaşayış sahəsi iddiaçıların mülkiyyət hüquqlarını kobud şəkildə pozur və ona görə də “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 №-li, xx.xx.2014-cü iltarixli protokol etibarsız hesab edilməlidir. İddianın məzmunundan da görünür ki, Ərizəçi və qeyriləri qeyd edilən sahələrin güya onlara məxsus olmasını və ona görədə mülkiyyət hüquqlarının pozulmasını əsas göstərərək iddia qaldırılıb və məhkəmə qaydasında mübahisəli hallar araşdırılaraq yekun qətnamə qəbuledilib. Həmin qətnamənin içində araşdırılan sübutlardan biridə xx.xx.2015-ci il tarixli, 2 iqt(81)- 268/2015 saylı Bakı Apelyasiya məhkəməsinin qətnamə olmuşdur. Yəni 2017-ci ildə sübutlar araşdırılarkən xx.xx.2015-ci il tarixli qətnamənin Ərizəçi münasibətdə hüquqlarının pozubpozmamasınada hüquqi qiymət verilmişdir. Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-9855/2017 saylı qətnaməsi ilə iddiaçılar Ərizəçi və qeyrilərinin cavabdehlər - "xxxx" MMC-yə və "xxxx" ASC-yə (hazırda İddiaçı2ASC) qarşı –cavabdeh "xxxx" MMCtərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2935A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsi adı altında həmin binanın birincimərtəbəsində yerləşən qeyriyaşayış sahələrinə dair “Hərracın yekunlarıüzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2014cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 №-li, xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qət xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən apellyasiya, daha sonra kassasiya şikayətləri verilməsinə baxmayaraq şikayətləri təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilib. Həmin qətnamələrin məzmunundan görünür ki, İddiaçı1-nə məxsus sahənin Ərizəçi aid olub-olmaması araşdırılmış və məhkəmə tərəfindən həmin sahənin Ərizəçi əlindəki müqavilədə qeyd edilən sahələrə aid olmadığı təsdiq olunmuşdur. Ona görə də iddiaları təmin edilməmişdir. Beləliklə bu gün Ərizəçi maraqlarına toxunan şəxs kimi cəlb edilməsi üçün hüquqi əsas yoxdur. xx.xx.2015-ci il tarixli qətnamə Ərizəçi maraqlarına toxunmadığı üçün həmin qətnamədən şikayət verə bilməz. Digər tərəfdən isə Ərizəçi xx.xx.2015-ci il tarixli qətnamə ilə artıq 2017-ci ildə məhkəmə araşdırmaları zamanı məlumatı var idi və mübahisələndirməsi üçün əsaslar olmadığı üçün şikayət verməmişdi. Odur ki, Ərizəçi müddətin bərpa edilməsi barədə və maraqlarına toxunan şəxs qismində işə cəlb edilməsi barədə ərizəsi rədd edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı "xxxx" ASC) nümayəndəsi və vəkili Vəkil Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayətə əlavə vermişdir. Şikayətə əlavə belə əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)- 268/2015 saylı, xx.xx.2024-cü il tarixli qərardadından - İddiaçı2 ASC (əvvəlki adı: Tikinti- Quraşdırma ANKZ-2” ASC) tərəfindən şikayət verilmişdir. Şikayətin əsas dəlillərindən biri ondan ibarətdir ki, Ərizəçi 2-2(8l)-268/2015-ci il tarixli qətnaməsindən hələ xx.xx.2017-ci il tarixdən məlumatı var idi və həmin qətnamə 2017-ci ildə Ərizəçi iştrakı ilə icra edilib və icra icraatına xitam verilib. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru X4, Ərizəçi, İddiaçı2 ASC-nin nümayəndəsi qismində onun - Vəkil oğunun və digər şəxslərin iştrakı ilə 2-2(81)-268/2015 saylı qətnaməsi icra edilmiş və xx.xx.2017-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarla hal-hazırda mübahisələndirilən 2iqt(81)-268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnamə icra edilərək icraata xitam verilmişdir. Onu da qeyd etməyi zəruri hesab edir ki, nə xx.xx.2024-cü il tarixli iclasda, nə də xx.xx.2025-ci il tarixli iclasda iştrakı təmin edilməyib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunulan şəxs Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Məhkəmə qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsi Ərizəçi hüquqlarına toxunur, həmin qətnamənin icrası onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Belə ki, iddiaçının nümayəndəsi Ərizəçi hazırkı qətnamədən çoxdan məlumatı olduğunu bildirsə də, hazırki iş materiallarında olan məhkəmə qəbzindən göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsi Ərizəçi 30 may 2024-cü il tarixində təqdim edilmiş, həmin qətnamədən Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş kağız daşıyıcıda olan şikayət məhkəmə dəftərxanası tərəfindən daxil olmuşdur. Həmin qətnamədən Ərizəçi tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün xx.xx.2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-2(103)-745/2024 saylı qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsindən iş üzrə tərəf olmayan Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək, şikayət geri qaytarılmışdır. Yəni hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınan Ərizəçi tərəfindən apellyasiya şikayəti məhkəməyə kağız daşıyıcıda təqdim edilərkən şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət buraxılmamışdır. Beləliklə məhkəmə haqlı olaraq, hüquq və vəzifələrinə toxunan şəxs kimi Ərizəçi qətnamədən apellyasiya şikayətini birinci dəfə prosessual müddətə riayət etməklə verdiyini, eləcə də apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı aldıqdan sonra qərardadda göstərilmiş qüsurları aradan qaldırmaqla şikayəti elektron formada məhkəməyə təqdim etdiyini nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayəti verilmə müddəti maraqlarına toxunan şəxs kimi Ərizəçi tərəfindən üzürlü səbəbdən buraxılmışdır, bu səbəbdən buraxılmış müddət üzrlü hesab edilərək ərizə təmin edilmişdir. Məhkəmə kollegiyası bu qənaətlə razılaşmayaraq aşağıdakıları qeyd edir. Ərizəçi xx.xx.2015-ci il tarixli qətnaməsinin mövcudluğundan hələ 2017-ci ildən məlumatlı olması barədə sübutları İddiaçı1-nin nümayəndəsi məhkəməyə təqdim etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2015-ci il tarixli qətnamə Ərizəçi maraqlarına toxunmur və bunu təsdiq edən kifayət qədər məhkəmə qətnamələri mövcuddur, həmin qətnamələr isə Ərizəçi iştrakı ilə keçirilmiş məhkəmə iclaslarının qətnamələridir. Lakin, Ərizəçi maraqlarına toxunan şəxs kimi cəlb edilməsi barədə və prosessual müddətin bərpa edilməsi barədə ərizəsində və apelyasiya şikayətində 2017-ci ildə qaldırdığı iddialar və onların nəticələri barədə qeyd etməmişdir. Halbuki, xx.xx.2015-ci il tarixli qətnamənin mövcudluğundan və məzmunundan 2017-ci ildə Ərizəçi tanış olub və həmçinin, digər məhkəmə qətnamələri ilə sübut olunub ki, hal-hazırda mübahisələndirdiyi sahənin onun əlindəki müqaviləyə və ona heç bir aidiyyəti yoxdur. Bu hal iş materialları ilə təsdiq edilib. Belə ki, iş materiallarından və şikayətə əlavə olunmuş məhkəmə qətnamələrindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)- 780/12 saylı xx.xx.2013-cü il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqt(81)-780/2012 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2935A saylı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 670254 manat dəyərində hissəsinin üzərinə həbs qoyulması, həmin əmlak hərrac yolu ilə satılması və əldə olunmuş pul vəsaiti hesabına qətnamənin icrasının təmin edilməsi qərara alınmışdır. Qətnamənin icrasının təmin edilməsi qərara alınmışdır. Bundan sonra "xxxx" MMC-nin 73/01 saylı,xx.xx.2014-cü il tarixli protokolu, “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” protokolunun və xx.xx.2014-cü il tarixli “Hərracın yekunları üzrə əmlakın alqısatqısı” barədə müqaviləsi ilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2935A saylı məhəllədə tikilmiş binanın zirzəmi hissəsində yerləşən, müvafiq sənədlərəəsasən 1-ci oxla 2-ci ox arası ABCÇDE oxları üzrə - 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası ABCÇ və 2-ci oxla 3-cü ox arası ÇDE arasında-143,64 kv.m.; 4-cü oxla 5-ci ox arası ABCÇ oxları arası – 113,4 kv.m.; 5-ci oxla 6-cı oxarası ABCÇ oxları arasında 143,46 kv.m.; 7-ci oxla 8-ci ox arası ABC və 7-ci oxla 8- ci ox arası ÇDE oxları arasında 143,46 kv.m.; 8-ci oxla 9-cu ox arası ABCÇDE oxları arasında-155,52 kv.metr; ümumi sahəsi 825,12 kv.metr qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə 537328 manata hərracın qalibi olan İddiaçı1-nin nümayəndəsi X1. Daha sonra, Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru Rövşən Ağayevin və başqalarının iştrakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iqt(81)-780/12 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2935A saylı məhəllədə inşa edilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası ABCÇDE oxları üzrə - 155,52kv.m; 2-ci oxla 3-cü ox arası ABCÇ və 2-ci oxla 3-cü ox arası ÇDE arasında-143,64 kv.m.; 4-cü oxla 5-ci ox arası ABCÇ oxları arası – 113,4 kv.m.; 5-ci oxla 6-cı ox arası ABCÇ oxları arasında 143,46 kv.m.; 7-ci oxla 8-ci ox arası ABC və 7-ci oxla 8-ci ox arası ÇDE oxları arasında 143,46kv.m.; 8-ci oxla 9-cu ox arası ABCÇDE oxları arasında -155,52 kv.metr;ümumi sahəsi 825,12 kv.metr qeyri-yaşayış sahəsində sahiblik və istifadə hüquqlarının maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədilə həmin qeyriyaşayış sahəsi İddiaçı1-nin direktoruna təhvil verilmişdir. xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-yə məxsus sahə İddiaçı1-yə təhvil veriləndən sonra Ərizəçi və qeyriləri tərəfindən "xxxx" MMC-yə və"xxxx" ASC-yə (hazırda İddiaçı2 ASC) qarşı – cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2935Aünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsi adı altında həmin binanın birinci mərtəbəsində yerləşən qeyriyaşayış sahələrinə dair “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2014- cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 №-li, xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Həmin qətnamənin içində araşdırılan sübutlardan biri də xx.xx.2015-ci il tarixli, 2 iqt(81)- 268/2015 saylı Bakı Apelyasiya məhkəməsinin qətnaməsi olmuşdur. Yəni 2017-ci ildə sübutlar araşdırılarkən xx.xx.2015-ci il tarixli qətnamənin Ərizəçi münasibətdə hüquqlarının pozub-pozmamasına da hüquqi qiymət verilmişdir. Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-9855/2017 saylı qətnaməsi ilə iddiaçılar Ərizəçi və qeyrilərinin cavabdehlər - "xxxx" MMC-yə və "xxxx" ASC-yə (hazırda İddiaçı2ASC) qarşı –cavabdeh "xxxx" MMCtərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2935A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsi adı altında həmin binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə dair “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 №-li, xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qət xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən apellyasiya, daha sonra kassasiya şikayətləri verilməsinə baxmayaraq şikayətləri təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilib. Həmin qətnamələrin məzmunundan görünür ki, İddiaçı1-nə məxsus sahənin Ərizəçi aid olub-olmaması araşdırılmış və məhkəmə tərəfindən həmin sahənin Ərizəçi əlindəki müqavilədə qeyd edilən sahələrə aid olmadığı təsdiq olunmuşdur. Ona görə də iddiaları təmin edilməmişdir. Beləliklə qeyd edilənlərdən aydın olur ki, Ərizəçi maraqlarına toxunan şəxs kimi cəlb edilməsi üçün hüquqi əsaslar yoxdur. Digər tərəfdən isə Ərizəçi xx.xx.2015-ci il tarixli qətnamə ilə artıq 2017-ci ildə məhkəmə araşdırmaları zamanı məlumatı olmasına baxmayaraq şikayət verməmişdir. Bundan başqa Ərizəçi 2-2(8l)-268/2015-ci il tarixli qətnaməsindən hələ xx.xx.2017-ci il tarixdən məlumatı var idi və həmin qətnamə 2017-ci ildə Ərizəçi iştrakı ilə icra edilib və icra icraatına xitam verilib. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru X4, Ərizəçi, İddiaçı2 ASC-nin nümayəndəsi qismində onun - Vəkil oğunun və digər şəxslərin iştrakı ilə 2-2(81)-268/2015 saylı qətnaməsi icra edilmiş və xx.xx.2017-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarla hal-hazırda mübahisələndirilən 2iqt(81)-268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnamə icra edilərək icraata xitam verilmişdir. Həmin aktda Ərizəçi iştirakı qeyd olunmuş, o aktı imza etməkdən imtina etmişdir. Ərizəçi aktda öz əlyazması ilə icra məmurunun hərəkətlərinə etiraz etmişdir. Göstərilənlər onun qətnamədən məlumatlı olmasını və prosessual müddətin ötürülməsini təsdiq edir. Qeyd edilənlər göstərir ki, Ərizəçi müddətin bərpa edilməsi və maraqlarına toxunan şəxs qismində işə cəlb edilməsi barədə ərizəsi rədd edilməlidir. Beləliklə, yuxarıda göstərilən hüquqi mövqelərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, məhkəmə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Ona görə məhkəmənin qərardadı ləğv edilməli, Ərizəçi müddətin bərpa edilməsi və maraqlarına toxunan şəxs qismində işə cəlb edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-2(81)-268/2015 nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və qeyri-yaşayış sahəsinin iddiaçının əməli istifadəsinə verilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsinə dair Ərizəçi müddətin bərpa edilməsi və maraqlarına toxunan şəxs qismində işə cəlb edilməsi barədə ərizəsi təmin edilməməlidir. Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-256/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-256/2025
30.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver