Məhkəmə qərarları › İş №2-2(103)-257/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-257/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-257/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə (Açar sözlər: qətnamənin izah edilməsi) X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8192/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, e-2-2(113)- 8192/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.

3. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8192/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, e-2-2(113)- 8192/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 8192/2024 saylı qərardadından iddiaçı tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilmiş, şikayətə həmçinin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilərək, ötürülmüş müddətin bərpa edilməsi və şikayətin təmin edilməsi xahiş edilmişdir.

5. Qərardaddan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (hazırkı İddiaçı MMC) (bundan sonra – iddiaçı) ilə "xxxx" MMC-yə (hazırkı Cavabdeh ASC) qarşı “pul tələbinə dair” iş üzrə məhkəmə qətnaməsinin çıxarılması üçün 28 oktyabr 2024-cü il tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 01 noyabr 2024-cü il tarixli e-2-2(113)- 8192/2024 nömrəli qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Sözügedən qərardaddan narazı qalan iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə 07 noyabr 2024-cü il tarixində şikayət təqdim etmişdir. Lakin məhkəmənin 14 noyabr 2024-cü il tarixli, e-2-2(113)- 8192/2024 nömrəli digər qərardadı ilə iddiaçı tərəfindən təqdim edilən şikayət Mülki Prosessual Məcələnin 363.1.1-1-ci maddəsinin tələblərinə riayət edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər sonuncuya geri qaytarılmışdır. Bununla əlaqədar qeyd edilir ki, hazırda sənədlər (şikayət) yenidən hazırlanaraq, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iş materiallarına əlavə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin 1 noyabr 2024-cü il tarixli e-2-2(113)-8192/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilən müvafiq şikayətin müddəti sonuncu tərəfindən üzrlü səbəblərdən buraxılmışdır.

6. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunan hüquqi əsaslara uyğun olaraq hesab edilir ki, məhkəmənin bu qərardadı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq (təsfir) edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz hesab edilməli və ləğv edilməlidir. Belə ki, məhkəmə tərəflər arasında imzalanan müqavilənin 5.2-5.4-cü bəndlərini əsas gətirərək qeyd etmişdir ki, tərəflər müqavilədən irəli gələn mübahisələr üzrə danışıqlar və pretenziya yolu ilə 15 (on beş) gün müddətində razılığa gələ bilmədikdə, onlar bu məsələləri “Mediasiya haqqında” Qanununda nəzərdə tutulmuş şəkildə mediasiya qaydasında həll edəcəklər. Göstərilən məhkəməyə qədər mərhələ (yəni, mediasiya qaydasında) nəticə vermədikdə tərəflərin sonda aidiyyəti məhkəməyə müraciət edilməsinin mümkünlüyü göstərilmişdir. Məhkəmə tərəfindən hesab edilmişdir ki, iddiaçı müqavilənin 5-ci hissəsi ilə nəzərdə tutulan şərtə əməl etmədiyinə görə iş materialları prosessual əsasla geri qaytarılmalıdır. İddiaçı ilə cavabdeh arasında bağlanılan müqavilənin 5-ci hissəsinin müvafiq bəndləri qanunda edilmiş dəyişikliyə qədər olan redaksiya və tələb əsas götürülərək müqavilə şərtlərinə əlavə olunaraq bağlanılmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında 14 oktyabr 2022-ci il tarixli müqavilə bağlanılarkən bu şərtin yer alması tərəflərin istəyinin olubolmaması ilə deyil (yəni, həqiqi niyyət bu müddəanın daxil edilməsi deyil), həmin dövr üçün qüvvədə olan qanunun mövcud olan tələbi ilə şərtləndirilmişdir. Buna görə də, müqavilənin 5-ci hissəsinin müvafiq bəndləri həmin dövr üçün mövcud qanunvericiliyin (uyğunlaşdırma) tələblərinə cavab verməli idi.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 8192/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-8192/2024 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş və buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-8192/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat təqdim edilməlidir. 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Apellyasiya baxışının həddi

9. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, tərəflər arasında bağlanmış, mübahisənin irəli gəldiyi 14 oktyabr 2022-ci il tarixli borc müqaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilədən irəli gələn və ya onunla bağlı yaranan hər hansı mübahisə və ya fikir ayrılığı tərəflər arasında danışıqlar və pretenziya qaydasında həll edilir; 5.3-cü bəndinə əsasən mübahisələrin həlli danışıqlar və pretenziya yolu ilə 15 (on beş) gün müddətində mümkün olmadıqda, tərəflər bu məsələləri “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş şəkildə mediasiya qaydasında həll edirlər; 5.4-cü bəndinə əsasən tərəflər arasındakı mübahisə və anlaşılmazlıqlar mediasiya qaydasında həll edilə bilmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aidiyyəti məhkəmələrdə həll edilməlidir.

12. Göründüyü kimi, tərəflər qarşılıqlı razılaşma ilə müqavilədən irəli gələn bütün mübahisələrin məhkəməyə müraciət etməzdən əvvəl danışıqlar və pretenziya qaydasında, mübahisələrin həlli danışıqlar və pretenziya yolu ilə 15 (on beş) gün müddətində mümkün olmadıqda, mübahisənin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada mediasiya vasitəsilə, mübahisə mediasiya qaydasında həll edilə bilmədikdə isə mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aidiyyəti məhkəmələrdə həll qaydasını müəyyən etmişlər. Yəni məhkəməyə müraciət etməmişdən əvvəl qeyd olunan mərhələlərdən keçilməlidir.

13. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

14. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

15. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8192/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar