Məhkəmə qərarları › İş №2-2(103)-258/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-258/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-258/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı torpaq icarəsi üzrə borcun alınması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 16 dekabr 2022- ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı torpaq icarəsi üzrə borcun alınması tələbinə dair tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 495 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-7373/2022 saylı qərardadının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən mediasiya prosesinə cəlb edilmiş tərəflər hüquqi və fiziki şəxslər, habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlardır. Eyni zamanda həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi barədə müqavilə – mübahisənin mediasiya prosesi vasitəsilə həlli üçün tərəflər arasında bağlanan yazılı razılaşmadır. İddiaçı tərəfindən cavabdehin dövlət büdcəsinə 495 manat torpaq icarə haqqı üzrə borcuna dair işə mediasiya prosesinin tətbiqinə dair razılıq verilməmişdir. Ümumiyyətlə, bu cür razılığın verilməsi vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan borcunun ödənilməsinin çevikliyini təmin etmək baxımdan məqsədə müvafiq hesab edilmir. İş üzrə iddiaçı olan tərəf 9 saylı Ərazi Vergilər İdarəsi inzibati orqan olmaqla mediasiya prosesinə cəlb edilməməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-7373/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7373/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə ilkin mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin normaların məzmunundan göründüyü kimi bütün kommersiya mübahisələri üzrə məhkəməyə müraciət olunmazdan əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur və göstərilən tələb tərəflərin mediasiya prosesinin tətbiqinə razılıq verməsi ilə şərtləndirilmir. İddiaçı inzibati orqan olduğundan ancaq razılıq verdiyi halda mediasiyaya cəlb edilməli olması barədə şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki. hazırkı mübahisə kommersiya mübahisəsi olmaqla mübahisənin tərəfləri, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi mübahisəli hüquq münasibətində inzibati orqan qismində deyil, xüsusi hüququn subyekti (mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı) kimi qismində iştirak edir. Odur ki, iddiaçının istinad etdiyi dəlillər əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kolllegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə mediasiya prosesində iştirak barədə arayış əlavə edilmədiyindən iddia ərizəsinin geri qaytarılması qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7373/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7373/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar