Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-26/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi Nümayəndə2 və X3 ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-655/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21 iyun 2017-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə (keçmiş Cavabdeh1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 24937,40 ABŞ dolları dəbbə və 53792,94 ABŞ dolları faiz borcunun silinməsini, iddiaçının cari hesaba mədaxil etdiyi 49085 ABŞ dolları və 81000 ABŞ dolları pul məbləğinə 1 ay müddətində sərəncam hüququndan məhrum olması səbəbindən 150000 ABŞ dolları mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda "xxxx" ASC (keçmiş Cavabdeh1) ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı-yə qarşı qarşılıqlı iddia qaldıraraq, onun xeyrinə 23 iyun 2016-cı il tarixli kredit müqaviləsi üzrə 1174170,52 ABŞ dolları əsas borc, 13878,03 ABŞ dolları faiz borcu və 29566,27 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 1217614,82 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus Bankda 23-137524-19, 23-137524-54, 23-137524-56, 23-137524-58, 23-137524- 64, 23- 137524-67, 23-137524-69 hesablarda olan 100000 ABŞ dolları, 100000 ABŞ dolları, 140000 ABŞ dolları, 100000 ABŞ dolları, 150000 ABŞ dolları, 86000 ABŞ dolları, 200000 ABŞ dolları məbləğində əmanətlərə, X2 məxsus 23-14950-22, 23-14950-24, 23-14950-62 hesablarda olan 100000 ABŞ dolları, 188000 ABŞ dolları, 200000 ABŞ dolları məbləğində əmanətlərə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2017-ci il tarixli 2-2(81)-655/2017 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanmış 23.06.2016cı il tarixli 23-BİZ-6-0-45-16 nömrəli kredit müqaviləsinin icra müddəti bitdiyi 07.03.2017-ci il tarixdən sonra "xxxx" İKB ASC İddiaçı-yə hesablanmış faiz və dəbbə pulu borcunun ləğv edilməsi, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı-dən Nikoyl İKB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1096463,11 ABŞ dolları əsas borcun tutulması, tutmanın Cavabdeh2 məxsus "xxxx" İKB ASC-də 23- 137524-19, 23-137524-54, 23-137524-56, 23-137524-58, 23-137524-64, 23-137524-67, 23-137524-69 hesablarda olan və Rəna Məmmədovaya məxsus 23-14950-22, 23-14950- 24, 23-14950-62 hesablarda olan əmanətlərə yönəldilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli 2-2(103)-597/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2017-ci il tarixli 2-2(81)-655/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" ASC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 fevral 2018-ci il tarixli 2- 2(102)-88/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.12.2018-ci il tarixli 2-2(103)-276/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2017-ci il tarixli 2-2(81)-655/2017 saylı qətnaməsi ləğv edilmiş, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı-dən "xxxx" İKB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1174170, 52 ABŞ dolları əsas borc və 22806,69 ABŞ dolları cərimə borcu tutulmuş, tutma Cavabdeh2 məxsus "xxxx" İKB ASC-də 23-137524-19, 23- 137524-54, 23-137524-56, 23-137524-58, 23-137524-64, 23-137524-67, 23-137524-69 hesablarda olan və Rəna Məmmədiovaya məxsus 23-14950-22, 23-14950-24, 23-14950- 62 hesablarda olan əmanətlərə yönəldilmiş, qarşılıqlı iddia qalan hissələrdə təmin edilməmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2-2(102)-263/19 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2-2(103)-576/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21 iyun 2017-ci il tarixli 2-2(81)-655/2017 saylı qətnaməsi ləğv edilmiş, ilkin iddia qismən təmin edilmiş, 23.06.2016-ci il tarixli 23-BİZ-6-0-45-16 nömrəli kredit müqaviləsinin icra müddəti bitdiyi 07.03.2017-ci il tarixdən sonra "xxxx" İKB ASC tərəfindən İddiaçı-yə hesablanmış 22806, 69 ABŞ dolları dəbbə pulu ləğv edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı-dən "xxxx" İKB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1174170,52 ABŞ dolları əsas borc tutulmuş, tutma Cavabdeh2 məxsus "xxxx" İKB ASC-də 23-137524-19, 23-137524-54, 23- 137524-56, 23-137524-58, 23-137524-64, 23-137524-67, 23-137524-69 hesablarda olan və Rəna Məmmədovaya məxsus 23-14950-22, 23-14950-24, 23-14950-62 hesablarında olan əmanətlərə yönəldilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh "xxxx" ASC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.06.2020-ci il tarixli 2-2(102)-158/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2-2(103)-576/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında tərəflər barışıq sazişini təqdim edərək, onun təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 52.1, 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 391-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, barışıq sazişi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməli, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Tərəflər arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" BOKT ASC bu barışıq sazişi bağlanan tarixə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş 17 iyun 2021-ci il tarixli maliyyə arayışı üzrə borcu qəbul edir.
2. "xxxx" BOKT ASC 25 iyun 2021-ci il tarixdə 194.000 (bir yüz doxsan dörd min) USD borc məbləğini Banka ödədiyi üçün Bank hesablanmış ödənilməyən digər faiz və cərimə borcunu güzəşt etməyi öhdəsinə götürür.
3. 194.000 (bir yüz doxsan dörd min) USD ödənişlə bağlı tərəflər arasında razılıq əldə olunduğu üçün və həmin məbləğ ödənildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin icraatında olan e-2-2(103)-26/2021 saylı mülki iş üzrə "xxxx" BOKT ASC Banka qarşı olan iddiasından imtina etməyi öhdəsinə götürür.
4. 194.000 (bir yüz doxsan dörd min) USD ödənişlə bağlı tərəflər arasında razılıq əldə olunduğu üçün və həmin məbləğ ödənildiyi üçün Bank Bakı Apellyasiya Məhkəməsinin icraatında olan e-2-2(103)- 26/2021 saylı mülki iş üzrə "xxxx" BOKT ASCyə qarşı olan qarşılıqlı iddiadan imtina etməyi öhdəsinə götürür.
5. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan e-2-2(103)-26/2021 saylı mülki iş üzrə tərəflər "Yelo Bank” ASC, "xxxx" BOKT ASC, Cavabdeh2 və X3 aralarında imzalanmış 23 iyun 2016-cı il tarixli kredit müqaviləsi üzrə, həmçinin həmin kredit müqaviləsinin təminatı olan əmanətin girovu müqavilələri üzrə bir-birilərinə qarşı indi və gələcəkdə heç bir tələblərinin olmayacağı barədə öhdəlik götürürlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-655/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Anar Tanrıverdiyev