Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-262/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-527/2020 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxxxx 2019-cu il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 457.432,91 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 480.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Bununla əlaqədar vergi orqanı tərəfindən vergi ödəyicisinin yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi tələbi ilə cavabdehə bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx xxxxxxxx 2019-cu tarixli qərar qəbul edilmişdir. Həmin Qərar əsasında vergi ödəyicisinin xx xxxxxxxx 2019- cu il tarixə yaranan 457.432,91 manat borcuna görə 480.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2019 tarixli **********4 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2019 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2019 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 457.432,91 manat ödənilməmiş borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-527/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə olan 457.432,91 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 480.000 manat dəyərində olan əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 457.432,91 manat məbləğində vergi borcu, hərracın keçirilməsi xərcləri və 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdeh MMC-yə qaytarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilən zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən cavabdeh MMC-nin dövlət büdcəsinə xx xxxxxxxx 2019-cu il tarixinə ödənilməmiş 457432,91 manat məbləğində borcunun olmasının qeyd edilməsinə baxmayaraq, işə baxan məhkəmə tərəfindən qətnamə çıxarılan tarixədək - xx xxxxxx 2020-ci il tarixinədək cavabdeh tərəfindən vergi borcundan hər hansı məbləğlərdə vəsaitin ödənilib-ödənilməməsi araşdırılmamış, beləliklə də məhkəmə qətnaməsi ilə cavabdeh MMC əlavə vergi borcu ilə yüklənmişdir.Belə ki, məhkəmə tərəfindən işə baxılarkən əgər araşdırma aparılmış olsaydı o halda müəyyən edilərdi ki, cavabdeh MMC xx xxxxxxxx 2019-cu il tarixindən həmin ilin sonunadək üç yüz min manatdan artıq vergi borcu ödəmişdir. Məhkəmə tərəfindən bu hal müəyyən ediləcəyi təqdirdə iddia qismən təmin ediləcək və cavabdehin hərraca çıxarılacaq əmlakı da qətnamədə qeyd edildiyi həcmdə olmayacaqdı. İndiki halda isə mübahisələndirilən qətnamənin çıxarılması cavabdeh MMCnin mülkiyyət hüququnu da pozmuşdur. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmənin iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-527/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə cavabdehə **********1 saylı vergi borcunun ödənilməsinə dair bildiriş göndərilərək, xx xxxxxx 2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 1.035.631,85 manat məbləğində vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdehin “Bank VTB (Azərbaycan)” ASC-də olan bank hesabında olan pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında **********4 saylı sərəncam verilmişdir. İddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2019-cu il tarixli, **********4 nömrəli qərarı ilə Cavabdeh MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin qərara əsasən Cavabdeh MMC-yə məxsus tikintisi başa çatmayan yaşayış binasında yerləşən 400 kv.m. sahəsi olan, hər kv.m. 1200,0 manat dəyərində olan qeyriyaşayış sahəsi siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında **********4 saylı, xx.xx.2019-cu il tarixli protokol və akt tərtib edilmişdir. xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 tərəfindən Cavabdeh MMC-yə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, xx xxxxxxxx 2019cu il tarixli **********4 saylı qərara əsasən xx xxxxxxxx 2019-cu il tarixində 480.000 manat dəyərində əmlak siyahıya alınmışdır. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. Məhkəmə işində olan sübutlarla təsdiq edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh MMC vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 480.000 manat dəyərində əmlakı siyahıya alınmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin23.1 və 23.1.6-cı, 89.1-ci, 89.7-ci, 89.10-cu, 90.1-ci maddəsinə istinad edərək iddianın əsaslı olduğuna dair nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixindən həmin ilin sonunadək 300.000 manatdan artıq vergi borcu ödəmiş, lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən məhkəməyə mübahisələndirilən məhkəmə qətnaməsi ilə tutulmuş vergi borcunun qətnamə qəbul edilənədək qismən ödənilməsi barədə sübut təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-527/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-527/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2-2(103)-262/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-262/2020
17.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver