Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-262/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseynov Azər Soltanhmid oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-115/2020 saylı, 05.08.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Nümayəndə1 açıq səhmdar cəmiyyəti Cavabdehnə qarşı iddia qaldıraraq, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, cavabdehin 05 avqust 2020-ci il tarixə olan 06 may 2016-cı il tarixli 55182-1/SKMF saylı kredit müqaviləsi üzrə banka əsas borcu 706646,27 manat, faiz borcu üzrə 18367,25 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 7045,04 manat, cəmi 732058,56 manat, 06 may 2016-cı il tarixli 55182- 2/SKMF saylı kredit müqaviləsi üzrə banka əsas borcu 746028 manat, faiz borcu üzrə 18369,74 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 6947,53 manat, cəmi 732063,55 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-2 (113)-115/2020 saylı qətnaməsi iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman iştirakı təmin edilmədiyindən iş ekspertiza keçirilməsi barədə vəsatət vermək hüququndan istifadə edə bilməmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, son bir il ərzində Banka 250.000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bu isə borcun tam bağlanması üçün kifayət edir. Bakı Apelyasiya Məhkəməsinin e-2-2 (103)-262/2021 saylı, 10.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır. 22.06.2021-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılmasından imtina edilməsi barədə məktubu daxil olmuşdur. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 03.09.2021-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 işə apelyasiya qaydasında baxılarkən məhkəməyə iddia tələbindən imtina etməsi barədə ərizə təqdim edərək həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizə təmin edilsin. İddiaçı Nümayəndə1 açıq səhmdar cəmiyyətinin Cavabdehnə qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması barədə iddia tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-262/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-262/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver