Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-263/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 oğlunun, İddiaçı2 oğlunun cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 qarşı “dividendin ödənilməsi” tələbinə dair iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsi 9 dekabr 2022-ci il tarixli, e2-2(113)-6078/2022 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 oğlu, İddiaçı2 oğlu "xxxx" MMC, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il üzrə dividendin ödənilməsi barədə qərar qəbul edilməsi üçün Cavabdeh2 üzərinə "xxxx" MMC-nin ümumi yığıncağında iştirak etmə öhdəliyinin qoyulması, "xxxx" MMC 2019-cu il üzrə bölüşdürülməmiş 105.639,12 manat mənfəətin 2/3 hissəsinin -70.426,08 manat məbləğində dividendin cavabdehlər - "xxxx" MMC və Cavabdeh2 tutularaq iddiaçılar - İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək, "xxxx" MMC-nin aktivlərinin və öhdəliklərin inventarizasiyasının aparılması üçün 2016-2021 hesabat illərinə aid bütün mühasibat sənədlərinin təqdim edilməsi və "xxxx" MMC-nin 2019-cu il üzrə bölüşdürülməmiş 105.639,12 manat mənfəətinin təsisçilər arasında bölüşdürülməsi barədə gündəlikdə duran məsələlərlə bağlı ümumi yığıncağın çağırılması öhdəliyi Cavabdeh2 üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(113)-6078/2022 saylı qərardadı ilə (hakim Aytən Əliyeva) ərizə məhkəmə baxışı iclasında verildiyindən geri qaytarılmışdır. İddiaçının nümayəndəsi qeyd olunan qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2 (113)-6078/2022 saylı qərardadının ləğv edilməsini və iddiaçılar tərəfindən verilmiş iddia tələbinin dəqiqləşməsi barədə ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar - İddiaçı1 və İddiaçı2 cavabdehlər - "xxxx" MMC və Cavabdeh2 qarşı “2019-cu il üzrə dividendin ödənilməsi barədə qərar qəbul edilməsi üçün Cavabdeh2 üzərinə "xxxx" MMC-nin ümumi yığıncağında iştirak etmə öhdəliyinin qoyulması və "xxxx" MMC 2019-cu il üzrə bölüşdürülməmiş 105.639,12 manat mənfəətin 2/3 hissəsinin -70.426,08 manat məbləğində dividendin cavabdehlər - "xxxx" MMC və Cavabdeh2 tutularaq iddiaçılar - İddiaçı1 və İddiaçı2 ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçılar iddia tələbini dəqiqləşdirərək, "xxxx" MMC-nin aktivlərinin və öhdəliklərin inventarizasiyasının aparılması üçün 2016-2021 hesabat illərinə aid bütün mühasibat sənədlərinin təqdim edilməsi və "xxxx" MMC-nin 2019-cu il üzrə bölüşdürülməmiş 105.639,12 manat mənfəətinin təsisçilər arasında bölüşdürülməsi barədə gündəlikdə duran məsələlərlə bağlı ümumi yığıncağın çağırılması öhdəliyi Cavabdeh2 üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdilər. İddia tələbinin əsasının dəyişdirilməsi zərurəti yarandığından, işə mahiyyəti üzrə baxmağın təzələnməsi barədə ərizə verilmişdir. Lakin məhkəmə xx.xx.2022-ci il tarixli qərardadla iddiaçılar tərəfindən verilmiş ərizənin geri qaytarılması qərarına gəlmişdir. Məhkəmənin bu qərarı qanuni və ədalətli olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən, məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, qanunverici məhkəmə baxışı zamanı iddianın dəyişdirilməsinə iddiaçı tərəfindən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda da yol verir. Belə ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclası zamanı hər iki tərəfin əlavə sübutlar təqdim etməsi zərurəti ilə əlaqədar iclas xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Lakin xx.xx.2022-ci il tarixə təyin edilmiş hazırlıq iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməmişdir. Məhkəmə prosesinin təxirə salınması ilə bağlı elektron məhkəmə sistemi vasitəsi ərizəni səhvən eyni hakimin icraatında olmuş, eyni tərəflər iştirak etdiyi və eyni əsasla olan, geri qaytarılmış 2-2(113)-5385/2022 saylı iş üzrə kabinetə yerləşdirmişdir. Həqiqətən qızdırma və soyuqdəymə ilə əlaqədar məhkəmə prosesində iştirak edəcək durumda olmamışdır. Eyni zamanda stasionar müalicəyə ehtiyac olmadığından və həkimə müraciət etmədiyindən hər hansı sənəd məhkəməyə təqdim edə bilməmişdir. Hazırki məsələdə məhkəmə icraatının lüzumsuz uzadılmasından söhbət gedə bilməz. xx.xx.2022-ci il tarixə təyin edilmiş hazırlıq iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi barədə qarşı tərəfi də məlumatlandırmışdır. İclasın təxirə salınması barədə ərizə səhvən 2-2(113)-5385/2022 saylı iş üzrə kabinetə yerləşdirmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Göründüyü kimi, qanunvericiliyə əsasən, məhkəmə həmin işə baxmağa o zaman haqlıdır ki, işdə iştirak edən şəxslər, nümayəndələr və vəkillər məhkəmə iclasına təkrar gəlməsinlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-197/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-6078/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünü ki, iş üzrə xx.xx.2022-ci l tarixdə keçirilmiş məhkəmə iclasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşaraq iş üzrə məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaya əlavə məhkəmənın hazırlanması yekunlaşdıqdan sonra təqdim edildiyindən Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-6078/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 oğlu və İddiaçı2 oğlunun şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-6078/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-263/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-263/2023
01.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver