Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-264/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1iştirakı ilə, iddiaçı “xxxxxxx” X5 cavabdeh “X10 İnvestisiya Korporasiyası” X4rşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi» tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-36/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Rüstəm Kərimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxxx” ASC cavabdeh “X10 İnvestisiya Korporasiyası” ASC-yə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi» tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2011-ci il tarixli 100.LN.2005.101111.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq “xxxxxxx” ASC tərəfindən “X10 İnvestisiya Korporasiyası” ASC-yə illik 15 faizlə 36 ay müddətinə 1.615.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, “X10 İnvestisiya Korporasiyası” ASC-yə məxsus Ford Cargo 2524D özüboşaldan nəqliyyat vasitələrinə ipoteka hüququ verilmiş və onların qeydiyyatı xx xxxxxx 2007-ci il tarixli AG 116812 nömrəli şəhadətnamə ilə təsdiqlənmişdir. Bundan başqa, x xxxxxxxx 2015-ci il tarixli 100.LN.2005.010915.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, “X10 İnvestisiya Korporasiyası” ASC-yə illik 16 faizlə 3 ay müddətinə 1.500.000 ABŞ dolları məbləğində kredit verilmişdir. “X10 İnvestisiya Korporasiyası” ASC-nin “xxxxxxx” ASC-yə xx xxxxxx 2011-ci il tarixli 100.LN.2005.101111.00001 saylı kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2017-ci il tarixə Banka olan borcu 311.458,27 ABŞ dolları əsas, 202.948,22 ABŞ dolları faiz borcu, 89.922,07 ABŞ dolları cərimə olmaqla, cəmi 604.328,56 ABŞ dolları və x xxxxxxxx 2015-ci il tarixli 100.LN.2005.010915.00001 saylı kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2017-ci il tarixə Banka olan borcu 1.500.000 ABŞ dolları əsas, 358.280,50 ABŞ dolları faiz borcu, 1.333,33 ABŞ dolları cərimə olmaqla, cəmi 1.859.613,83 ABŞ dolları təşkil edir. Bu günədək “X10 İnvestisiya Korporasiyası” ASC tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən “xxxxxxx” ASC-yə kredit müqaviləsi üzrə ipotekaya qoyulmuş əmlaklara tutmanın yönəldilməsi hüququnu vermişdir. Göstərilənlərə əsaslanaraq, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddia tələbinin “tutmanın ipotekaya yönəldilməsi” hissəsi çıxarılmaqla yalnız “kredit müqavilələri üzrə borcun tutulması” tələbini irəli sürmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-36/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X10 İnvestisiya Korporasiyası ASC-dən ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 100.LN.2005.101111.00006 saylı kredit müqaviləsi üzrə 311.458,27 ABŞ dolları əsas borc, 153.605,23 ABŞ dolları faiz borcu, 31.145 ABŞ dolları cərimə, xx.xx.2015-ci il tarixli 100.LN.2005.010915.00001 saylı kredit müqaviləsi üzrə 1.500.000 ABŞ dolları əsas borc, 358.280,50 ABŞ dolları faiz borcu, 1.333,33 ABŞ dolları cərimə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, faiz və cərimə hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsi kredit müqaviləsinin ödənilməsi üçün təminatdır. Lakin, məhkəmə kredit müqaviləsi üzrə borcları tutmuş ipoteka predmeti olan əmlaklara borcu yönəltməmişdir. Bundan əlavə, məhkəmə cərimə məbləğlərinin ən yuxarı hissəsini tutmuşdur ki, bu da cavabdehi maliyyə cəhətdən çətin vəziyyətə salmışdır. Halbuki, məhkəmə cərimə məbləğlərini minimuma endirə bilərdi. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-36/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli 100.LN.2005.101111.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq “xxxxxxx” ASC tərəfindən “X10 İnvestisiya Korporasiyası” ASC-yə illik 15 faizlə 36 ay müddətinə 1.615.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan x xxxxxxxx 2015-ci il tarixli 100.LN.2005.010915.00001 saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxx” ASC tərəfindən “X10 İnvestisiya Korporasiyası” ASC-yə illik 16 faizlə 3 ay müddətinə 1.500.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2011-ci il tarixdə İ-TFP-055 saylı ipoteka müqaviləsinə əlavə razılıq imzalanmış və buna uyğun olaraq bağlanmış kredit müqavilələrinin təminatı olaraq cavabdehə məxsus 60 ədəd nəqliyyat vasitələri ipoteka ilə yüklü edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “X10 İnvestisiya Korporasiyası” ASC-nin İddiaçı ASC-yə xx xxxxxxxx 2017-ci il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) olan cəmi borcu xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə 472.233,18 ABŞ dolları məbləğində, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 1.858.280,50 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 318.627,95 ABŞ dolları, faiz borcu 153.605,23 ABŞ dolları, x xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 1.500.000 ABŞ dolları, faiz borcu 358.280,50 ABŞ dolları. Tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixə cavabdeh “X10 İnvestisiya Korporasiyası” ASC-yə cərimə borcu hesablanmamışdır. Birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürərək hesab etmişdir ki, iddianı cavabdeh “X10 İnvestisiya Korporasiyası” ASC-dən xx.xx.2011-ci il tarixli 100.LN.2005.101111.00006 saylı kredit müqaviləsi üzrə 311.458,27 ABŞ dolları əsas borc, 153.605,23 ABŞ dolları faiz borcu, 31.145 ABŞ dolları cərimə, xx.xx.2015-ci il tarixli 100.LN.2005.010915.00001 saylı kredit müqaviləsi üzrə 1.500.000 ABŞ dolları əsas borc, 358.280,50 ABŞ dolları faiz borcu, 1.333,33 ABŞ dolları cərimə (cərimələr əsas borcun 10%-i həcmində olmaqla) tutulması hissəsində əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda cavabdeh qətnaməni yalnız faiz borcu və cərimə borcunun tutulması hissəsində mübahisələndirmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, cavabdehin hər iki kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi tarixə ödəməli olduğu faiz borcu məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə hesablanmış, apellyasiya şikayətinə faiz borcunun həmin məbləğlərdən az olduğunu təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda xx.xx.2011-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən tələb edilən 89.922,07 ABŞ dolları cərimə borcu məhkəmə tərəfindən MM-nin 467-ci maddəsi tətbiq edilərək azaldılmış, əsas borcun 10%-i həddində müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 1333,33 ABŞ dolları cərimə hesablandığından həmin borcun azaldılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən kredit öhdəliklərinin icrasının gecikdirilməsinə görə məhkəmə tərəfindən tutulmuş cərimə məbləğlərinin azaldılması və ya tam ləğv edilməsi üçün qanuni əsaslar olmadığından apellyasiya şikayəti bu hissədə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-36/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “X10 İnvestisiya Korporasiyası” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-36/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-264/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-264/2020
17.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver