Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-264/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi və vəkili Vəkil2, İddiaçı cavabdehlər “Panoram Developments” LTD-yə, “Bossdale Trade” LLP-yə və Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “şirkətin direktoru vəzifəsindən azad edilməsi və reyestrdə müvafiq dəyişikliklərin aparılması öhdəliyinin qoyulması” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli e-2- 2(113)-688/2021 nömrəli qətnaməsindən (hakim Aytən Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Panoram Developments LTD-yə, Bossdale Trade LLP-yə və Cavabdeh (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək, şirkətin direktoru vəzifəsindən çıxarılması ilə əlaqədar müvafiq qərarın verilməsi və təsisçilərin üzərinə X3 Dövlət Qeydiyyatı İdarəsinə müvafiq dəyişikliyin aparılması üçün müraciətin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçiləri ilə bağlanmış müqaviləyə əsasən, iddiaçı həmin cəmiyyətin 27.03.2018-ci il tarixinədək qanuni təmsilçisi olmuşdur. Təsisçilərə 16.01.2018-ci il tarixində edilmiş müraciətində bildirmişdir ki, səhhətilə əlaqəli olaraq, bundan sonra şirkətin qanuni təmsilçisi və üzərinə götürdüyü vəzifələri icra edə bilməyəcəkdir. Təsisçilərin qəbul etdikləri qərar əsasında iddiaçı "xxxx" MMC-nin direktor vəzifəsindən azad edilmiş və bununla da bütün hüquq münasibətləri bitmişdir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X5 qeydiyyatı idarəsi tərəfindən 27.03.2018 tarixində verilən çıxarışa əsasən, "xxxx" MMC-nin yeni qanuni təmsilçisi qismində X2 qeyd olunmuşdu. İddiaçı direktor vəzifəsindən azad olunarkən şirkətə aid olan bütün sənədləri və möhürü yeni təyin olunmuş direktora təhvil vermişdir. Bununla bağlı olaraq cəmiyyətin təsisçilərindən iddiaçıya qarşı heç bir etirazın və tələbin olmamasını təsdiq edən sənəd almışdır. Lakin, Azərbaycan Respublikası 1 saylı İnzibati İqtisadi Məhkəməsinin 31.08.2018-ci tarixli qətnaməsinə əsasən "xxxx" MMC-nin Ümumi Yığıncağının bir sıra qərarları etibarsız hesab edilərək, iddiaçı Cəmiyyətin direktoru vəzifəsinə bərpa edilmişdir. Bu barədə xəbər tutduqda iddiaçı təsisçilərə dərhal məlumat vermiş və onu direktor vəzifəsindən çıxarılması üçün qərar verərək, reyestrdə müvafiq dəyişikliyi həyata keçirməsini xahiş etmişdir. Hər-bir halda iddiaçı ilə "xxxx" MMC arasında olan əmək müqaviləsinə də xitam verilmişdir. Həmin vaxtdan bu günə qədər iddiaçı şirkəti təmsil etməmiş, heç bir sənəd imzalamamış və hətta iddiaçının asan imza sertifikatı belə mövcud deyildir. İddiaçını "xxxx" MMC ilə heç bir hüquq münasibəti bağlamır. Səbail rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli e-2- 2(113)-688/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə səhv qənaətə gəlməklə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 4.2-ci bəndinin tələblərini ciddi şəkildə pozub. Həmin normaya görə, heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır. X6 Məhkəməsi işləri hüququn aliliyi prinsipini əsas tutaraq bu barədə müvafiq qərarlar qəbul edib. Konvensiyanın 4.2-ci bəndinin kommentariyasına əsasən, “Məcburi” sözü altında fiziki və ya mənəvi məcburiyyət başa düşür. Bu o anlama da gəlir ki, iddiaçı əmək müqaviləsi olmadığı halda, şirkətin qanuni təmsilçisi kimi yenidən müvafiq işə cəlb olunmuş və aidiyyəti olmadığı halda, icra orqanının rəhbəri kimi məsuliyyət daşıyır. Həmin məsələ ilə bağlı 23/11/1983 tarixli VAN DER MUSSELE Belçikaya qarşı işdə Avropa Məhkəməsi məcburi iş anlayışını 1932-ci il tarixli X1 29 saylı Konvensiyanın anlayışını qəbul edir. Belə ki, məcburi iş o iş və ya xidmət hesab edilir ki, şəxs onu istənilən cəza təhdidi altında öz arzusuna qarşı etməli olsun. Birinci instansiya məhkəməsi öz qətnaməsində 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 31.08.2018-ci il tarixli qətnaməsinə istinad edərək, iddiaçının cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi üzrə cəmiyyətin nizamnaməsinə əsasən müvafiq hərəkətlərin edilməsinə əngəllərin nədən ibarət olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini bildirsə də, iddiaçı tərəfindən bununla bağlı Fireland Vineyards MMC-nin təsisçilərinin ümumi yığıncağının təsisçilər olan Bossdale LLP–nin tam şəkildə ləğv edilməsi, Panoram Developments LTDnin isə ləğv etmə prosesində olması, qısa zaman ərzində ləğv edildiyi halda, ləğv edilən şirkətlərin varisi kimi Britaniya Tacı-nın çıxış etməsinin Cəmiyyətin ümumi yığıncağının yığılmasını çətinləşdirən amillərdən biri olmasına dair dəlillərini yoxlamamış, araşdırmanın nəticəsinə dair hüquqi mövqeyini bildirməmişdir. Birinci instansiya Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı hələ 16.01.2018-ci il tarixdə Cəmiyyətin Ümumi Yığıncağına səhhəti ilə əlaqədar tutduğu direktor vəzifəsindən azad edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş və Cəmiyyətin Ümumi Yığıncağının 13.03.2018-ci il tarixli 2/2018 nömrəli qərarına əsasən direktor vəzifəsindən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin, sonradan Cəmiyyətin nizamnamə kapitalındakı payların alqı-satqısına dair əqdin və Cəmiyyətin nizamnamə kapitalının artırılmasına dair Ümumi Yığıncağın qərarlarının etibarsız hesab edilməsi, əmək münasibətlərinə xitam verilmiş Cəmiyyətin icra orqanının rəhbərinin yenidən rəhbər vəzifəsinə qaytarılması üçün əsas ola bilməzdi. İddiaçının direktor vəzifəsindən azad olunduğu vaxtdan sonra Cəmiyyətlə hər hansı bir əlaqəsinin olmadığı halda, onun sırf de yure baxımından yenidən Cəmiyyətin icra orqanının rəhbəri vəzifəsinə qaytarılması, faktiki olaraq təsisçilərinin 2-nin sıradan çıxdığı üçün təşkilatın Ümumi Yığıncağının çağrılmasının və onun səlahiyyətli olması üçün zəruri paya sahib olan iştirakçılarının olmaması səbəbindən ali idarəetmə orqanı olan Ümumi Yığıncağın keçirilməməsi, faktiki olaraq iddiaçının həmin Cəmiyyətdə əmək münasibətlərinə məcbur edilməsidir. Birinci instansiya Məhkəməsi iddianın rədd edilməsi barədə səhv qənaətə gəlməklə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 4.2-ci bəndinin tələblərini ciddi şəkildə pozub. Həmin normaya görə, Heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır. X6 Məhkəməsi işləri hüququn aliliyi prinsipini əsas tutaraq bu barədə müvafiq qərarlar qəbul edib. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 4.2-ci bəndinin kommentariyasına əsasən, məcburi və ya icbari iş dedikdə, X6Məhkəməsi “Məcburi” sözü altında fiziki və ya mənəvi məcburiyyət başa düşür. Bu o anlama da gəlir ki, iddiaçı əmək müqaviləsi olmadığı halda, şirkətin qanuni təmsilçisi kimi yenidən müvafiq işə cəlb olunmuş və aidiyyəti olmadığı halda, icra orqanının rəhbəri kimi məsuliyyət daşıyır. Həmin məsələ ilə bağlı 23/11/1983 tarixli VAN DER MUSSELE Belçikaya qarşı işdə Avropa Məhkəməsi məcburi iş anlayışını 1932-ci il tarixli X1 29 saylıKonvensiyanın anlayışını qəbul edir. Belə ki, məcburi iş hər-hansı iş və ya xidmət hesab edilir ki, şəxs onu istənilən cəza təhdidi altında öz arzusuna qarşı etməli olsun. Birinci instansiya Məhkəməsi öz qətnaməsində 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 31.08.2018-ci il tarixli qətnaməsinə istinad edərək, iddiaçının cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi üzrə cəmiyyətin nizamnaməsinə əsasən müvafiq hərəkətlərin edilməsinə əngəllərin nədən ibarət olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini bildirsə də, iddiaçı tərəfindən bununla bağlı "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının təsisçilər olan Bossdale LLP–nin tam şəkildə ləğv edilməsi, Panoram Developments LTD-nin isə ləğv etmə prosesində olması, qısa zaman ərzində ləğv edildiyi halda, ləğv edilən şirkətlərin varisi kimi Britaniya Tacı-nın çıxış etməsinin Cəmiyyətin ümumi yığıncağının yığılmasını çətinləşdirən amillərdən biri olmasına dair dəlillərini yoxlamamış, araşdırmanın nəticəsinə dair hüquqi mövqeyini bildirməmişdir. Birinci instansiya Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı hələ 16.01.2018-ci il tarixdə Cəmiyyətin Ümumi Yığıncağına səhhəti ilə əlaqədar tutduğu direktor vəzifəsindən azad edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş və Cəmiyyətin Ümumi Yığıncağının 13.03.2018-ci il tarixli 2/2018 nömrəli qərarına əsasən direktor vəzifəsindən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin, sonradan Cəmiyyətin nizamnamə kapitalındakı payların alqı-satqısına dair əqdin və Cəmiyyətin nizamnamə kapitalının artırılmasına dair Ümumi Yığıncağın qərarlarının etibarsız hesab edilməsi, əmək münasibətlərinə xitam verilmiş Cəmiyyətin icra orqanının rəhbərinin yenidən rəhbər vəzifəsinə qaytarılması üçün əsas ola bilməzdi. İddiaçının direktor vəzifəsindən azad olunduğu vaxtdan sonra Cəmiyyətlə hər hansı bir əlaqəsinin olmadığı halda, onun sırf de yure baxımından yenidən Cəmiyyətin icra orqanının rəhbəri vəzifəsinə qaytarılması, faktiki olaraq təsisçilərinin 2-nin sıradan çıxdığı üçün təşkilatın Ümumi Yığıncağının çağrılmasının və onun səlahiyyətli olması üçün zəruri paya sahib olan iştirakçılarının olmaması səbəbindən ali idarəetmə orqanı olan Ümumi Yığıncağın keçirilməməsi, faktiki olaraq iddiaçının həmin Cəmiyyətdə əmək münasibətlərinə məcbur edilməsidir. Birinci instansiya Məhkəməsi iddiaçı tərəfindən "xxxx" MMC-nin Ümumi Yığıncağını təşkil edən təsisçilərə ünvanlanmış sənədlər olsa da, məhkəmə öz qətnaməsində həmin xüsusata qiymət verməmiş, iddiaçı tərəfindən bununla bağlı "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının təsisçilər olan Bossdale LLP–nin tam şəkildə ləğv edilməsi, Panoram Developments LTD-nin isə ləğv etmə prosesində olması, qısazaman ərzindələğv edildiyi halda, ləğv edilən şirkətlərin varisi kimiBritaniya Tacı-nın çıxışetməsinin Cəmiyyətin ümumi yığıncağının yığılmasını çətinləşdirən amillərdən biri olmasına dair dəlillərini yoxlamamış,araşdırmanın nəticəsinə dair hüquqi mövqeyini bildirməmişdir.” İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 09.03.2022-ci il tarixə təyin edilmiş, cavabdehə və üçüncü şəxsə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin 09.03.2022-ci il tarixli e-2-2 (103)-264/2022 saylı Qərardadı ilə cavabdehlər Panoram Developments LTD-yə və Bossdale Trade LLP-yə aid hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə izahatları, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli 2-2(113)-688/2021 saylı qətnaməsi iddia tələbinin Cavabdeh qarşı rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş mübahisəsiz hallarından görünür ki, iddiaçı hazırda X3in dövlət reyestrindəki məlumatlara əsasən Azərbaycan Respublikasının hüquqi şəxsi olan "xxxx" MMC-nin qanuni təmsilçisi, cavabdehlər isə həmin hüquqi şəxsin təsisçiləridir. İş materiallarında olan "xxxx" MMC-nin 2007-ci il tarixində tərtib olunmuş Nizamnaməsindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 26.01.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, o 16.01.2018ci il tarixdə öz ərizəsi, 01.03.2018-ci il tarixli əmr, "xxxx" MMC-nin ümumi yığıncağının 13.03.2018-ci il tarixli 2/2018 saylı qərarı əsasında direktor vəzifəsindən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş 03.07.2018-ci il tarixdə elektron informasiya sistemində qeydə alınmış, 27.03.2018-ci ildə X2 qanuni təmsilçi təyin edilmişdir. İşin bu halları iş materiallarının 14-cü X5 reyestrindən çıxarış, 18-ci vərəqinə əlavə edilmiş ərizə, 19-cu vərəqə əlavə edilmiş əmr, 20-ci vərəqə əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə bildirişlə təsdiq olunur. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 22.11.2018ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin ümumi yığıncağının 13.03.2018-ci il tarixli 2/2018 saylı qərarı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 31.08.2018-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən etibarsız hesab edilmiş, Cəmiyyətin ümumi yığıncağının 05.10.2018-ci il tarixli qərarına əsasən İddiaçı cəmiyyətin direktoru vəzifəsinə bərpa edilmişdir. İşdəki 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 31.08.2018-ci il tarixli 2-2(81)- 963/2018 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-nin ümumi yığıncağının 13.03.2018-ci il tarixli 2/2018 saylı qərarı "xxxx" MMC-nin iddiası əsasında etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qarşı iddia tələbinin rədd edildiyi hissədə qətnamə qanuni və əsaslıdır. "xxxx" MMC-nin nizamnaməsinin 9.1.1-ci bəndinə əsasən Cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıcağıdır. İştirakçı bir şəxs olduqda cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri həmin iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar onun tərəfindən təkbaşına qəbul edilir və yazılı sürətdə rəsmiləşdirilir. Həmin nizamnamənin 9.1.2.2-ci bəndinə əsasən Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktor və baş mühasibi təyin etmək və vəzifədən azad etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Həmin Nizamnamənin 9.2.1-ci bəndinə əsasən Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Nizamnamənin 9.1.5-ci bəndinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Nizamnamənin 9.1.6-cı bəndinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı icra orqanının öz təşəbbüsü ilə çağırıla bilər. Nizamnamənin 9.2.3-cü bəndinə əsasən direktor ümumi yığıncağın qərarı ilə tutduğu vəzifədən azad edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Həmin Məcəllənin 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. İşin hallarından görünür ki, Cəmiyyətin ümumi yığıncağının 05.10.2018-ci il tarixli qərarına əsasən İddiaçı cəmiyyətin direktoru vəzifəsinə bərpa edilsə də onunla yeni əmək müqaviləsi bağlanmamışdır və o bu vəzifəni icra etmək niyyətində deyil. Buna baxmayaraq iddiaçı X3in dövlət reyestrində "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qeydə alınmışdır. Hüquqi şəxsin nizamnamə kapitalında 15% payı olan təsisçi Cavabdeh cəmiyyətin ümumi yığıncağı çağırılmadan və ümumi yığıncağın qərarı olmadan iddiaçını şirkətin direktoru vəzifəsindən azad etməklə bağlı öz adından qərar vermək və X3 Dövlət Qeydiyyatı İdarəsinə müvafiq dəyişikliyin aparılması üçün müraciət etmək səlahiyyəti olmadığından məhkəmə tərəfindən onun üzərinə belə bir vəzifə qoyula bilməz. Hüquqi şəxsin ümumi yığıncağını çağırmaq səlahiyyəti isə həm hüquqi şəxsin nizamnaməsinə, həm də mülki qanunvericiliyin tələblərinə əsasən direktora, yəni hazırkı halda iddiaçıya məxsus olduğu halda onun bu barədə təşəbbüs göstərməsi iş materiallarından görünmür. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı hüquqi şəxsin təsisçilərindən Bossdale Trade LLP-nin ləğv edildiyi müəyyən edildiyindən onun təsisçilər sırasından çıxarılması və cəmiyyətin nizamnamə kapitalındakı payı ilə bağlı məsələ də həll edilməlidir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli 2-2(113)-688/2021 saylı qətnaməsi iddia tələbinin Cavabdeh qarşı rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli 2-2(113)-688/2021 saylı qətnaməsi iddia tələbinin Cavabdeh qarşı rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2-2(103)-264/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-264/2022
09.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver