Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-264/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e- 2-2(113)-295/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və Qanuni nümayəndə oğlundan birgə qaydada K4160 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 201373,32 (iki yüz bir min üç yüz yetmiş üç manat otuz iki qəpik) manat əsas borc, 41321,41 (qırx bir min üç yüz iyirmi bir manat qırx bir qəpik) manat faiz borcu, 9806,26 (doqquz min səkkiz yüz altı manat iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 252500,99 (iki yüz əlli iki min beş yüz manat doxsan doqquz qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 218000 (iki yüz on səkkiz min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarına ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC-dən və Qanuni nümayəndə oğlundan birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 143 (bir yüz qırx üç) manat dövlət rüsumunun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada K4160 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 191373,32 (bir yüz doxsan bir min üç yüz yetmiş üç manat otuz iki qəpik) manat əsas borc, 51439,24 (əlli bir min dörd yüz otuz doqquz manat iyirmi dörd qəpik) manat faiz borcu, 15525,20 (on beş min beş yüz iyirmi beş manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 258337,77 (iki yüz əlli səkkiz min üç yüz otuz yeddi manat yetmiş yeddi qəpik) manat borcun birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 218000 (iki yüz on səkkiz min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarına ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC-dən və Qanuni nümayəndə oğlundan birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 149 (bir yüz qırx doqquz) manat dövlət rüsumunun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publİk hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-295/2023 saylı qərardadı ilə iş üzrə icraata daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi hissəsində xitam verilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-295/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada K4160 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 191373,32 manat (yüz doxsan bir min üç yüz yetmiş üç manat otuz iki qəpik) əsas borc, 30634,50 manat (otuz min altı yüz otuz dörd manat əlli qəpik) faiz borcu, 4693,80 manat (dörd min altı yüz doxsan üç manat səksən qəpik) cərimə olmaqla, cəmi 226701,62 manat (iki yüz iyirmi altı min yeddi yüz bir manat altmış iki qəpik) borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 131 (yüz otuz bir) manat olmaqla, ümumilikdə 227277,62 manat (iki yüz iyirmi yeddi min iki yüz yetmiş yeddi manat altmış iki qəpik) məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin ilkin satış qiymətinin 269000 (iki yüz altmış doqquz min) manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsi qət edilmişdir.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-295/2023 nömrəli qətnaməsinin faiz borcunun və cərimə borcunun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-295/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə üzrə faiz borcunun və cərimə borcunun tutulmasının təmin edilməyən tutulması hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, İddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, cavabdehlərə göndərilən xx.xx.2022-ci il tarixli, PB-OUT-04631-2022 nömrəli pretenziya məktubunun məzmunundan görünür ki, K4160 saylı maliyyələşdirmə üçün ərizə üzrə 206373,32 manat əsas borc, 30634,50 faiz borcu, 4693,86 manat cərimə borcunun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Cavabdeh1 MMC, Qanuni nümayəndə və Cavabdeh2 ünvanlanan xx.xx.2022-ci il tarixli Mediasiya prosesinin tətbiqi barədə barədə təklifdə də eyni məbləğlərdə borc barədə məlumatlar qeyd edilmişdir. Odur ki, iddiaçı yalnız müqavilə ləğv edildiyi vaxtadək olan müddət üçün müqavilə üzrə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə 15525,20 manat cərimə borcunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği 4693,80 6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Maddi hüquq norması Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) manat (dörd min altı yüz doxsan üç manat səksən qəpik) məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin həmin hissədə mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, X8 və GL3165 saylı kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2020 tarixli K4160 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 211,158.47 (iki yüz on bir min bir yüz əlli səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində K3549, K3550, K3781 saylı kredit öhdəliklərinin bağlanması məqsədilə birdəfəlik kredit verilmişdir. Göründüyü kimi, müqavilənin müddəti xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuşdur. Tərəflər arasında olan öhdəlik münasibətləri davam etdiyindən, müqavilə müddətinin sonunadək günədək faiz borcunun hesablanması davam etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş və məhkəmənin icraatına qəbul edilmişdir. Bundan başqa, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə digər ərizə məhkəmənin icraatına qəbul edilmiş 28 noyabr 2022-ci il tarixə K4160 saylı maliyyələşdirmə üçün ərizə üzrə 191,373.32 (bir yüz doxsan bir min üç yüz yetmiş üç manat, otuz iki qəpik) manat əsas borc, 48,818.51 (qırx səkkiz min səkkiz yüz on səkkiz manat, əlli bir qəpik) manat faiz borcunun tutulması xahiş edilmişdir. Həmin tələb üzrə borc məbləğinin düzgün hesablamasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və həmin borc məbləğinin düzgün hesablanması ekspert rəyində öz əksini tapmışdır. Belə olan halda, hesab edilir ki, xx.xx.2023-cü il tarixli ərizə üzrə tələb edilən 51439,24 (əlli bir min dörd yüz otuz doqquz manat iyirmi dörd qəpik) manat faiz borcu, 15525,20 (on beş min beş yüz iyirmi beş manat iyirmi qəpik) manat cərimə borcu da əsaslı olmuşdur. Hesab edilir ki, Müqavilə münasibətləri davam etdiyindən müqavilənin şərtinə uyğun olaraq müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə qədər hesablanmış 51439,24 (əlli bir min dörd yüz otuz doqquz manat iyirmi dörd qəpik) manat faiz borcu və xx.xx.2023-cü il tarixə qədər hesablanmış 15525,20 (on beş min beş yüz iyirmi beş manat iyirmi qəpik) manat cərimə borcu təmin edilməli idi. X5 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Birdəfəlik kredit üzrə, “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən ödəniş tarixdən sonra 7 (yeddi) gün ərzində ödəniş olmadığı təqdirdə, Müştəri müvafiq ərizə formasında müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
9. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
10. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
11. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, faiz və dəbbə borcunun tutulması barədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə mahiyyəti üzrə düzgündür.
15. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə “İMPORT" MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixli OnGTC00010LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X8 (bundan sonra müqavilə) imzalanmışdır. Həmin X8 çərçivəsində tərəflər arasında xx.xx.2019-cu il tarixli GL3165 saylı kredit limiti müqaviləsi imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 25% olmaqla, xx.xx.2029-cu il tarixədək 10.000.000 (on milyon) manat məbləğində kredit limiti ayrılmışdır. Sonradan tərəflər arasında X8 və GL3165 saylı kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2020 tarixli K4160 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 211,158.47 (iki yüz on bir min bir yüz əlli səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində K3549, K3550, K3781 saylı kredit öhdəliklərinin bağlanması məqsədilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2019-cu il tarixli, Z3274 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən Paşa Bank” ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixli, GL3165 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin – Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixli, İ3126 nömrəli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GL3165 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh1 MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10d, 7 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər (borcalan və zamin) müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilə şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur.
16. Kredit, ipoteka və zaminlik müqavilələri cavabdehlərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.
17. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada (müqavilə şərtlərinə uyğun olaraq) 191373,32 manat (yüz doxsan bir min üç yüz yetmiş üç manat otuz iki qəpik) əsas borc və 30634,50 manat (otuz min altı yüz otuz dörd manat əlli qəpik) faiz borcu (xx.xx.2022-ci il tarixli pretenziya məktubunda göstərilən məbləğ) iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır.
18. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır.
19. Belə ki, cavabdehlərə göndərilən xx.xx.2022-ci il tarixli, PB-OUT-04631-2022 nömrəli pretenziya məktubunun məzmunundan görünür ki, K4160 saylı maliyyələşdirmə üçün ərizə üzrə 206373,32 manat əsas borc, 30634,50 faiz borcu, 4693,86 manat cərimə borcunun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Cavabdeh1 MMC, Qanuni nümayəndə və Cavabdeh2 ünvanlanan xx.xx.2022-ci il tarixli Mediasiya prosesinin tətbiqi barədə barədə təklifdə də eyni məbləğlərdə borc barədə məlumatlar qeyd edilmişdir. Odur ki, iddiaçı yalnız müqavilə ləğv edildiyi vaxtadək olan müddət üçün müqavilə üzrə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
20. Lakin iddiaçı məhkəmənin faiz və cərimə borcları ilə bağlı gəldiyi qənaətlə razılaşmamış və apellyasiya şikayəti vermişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, faiz borcunun düzgün tutulmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə dair aşağıdakılar qeyd olunmalıdır.
22. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
23. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsaəsn əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş olan hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.......... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
26. İşdən görünür ki, kredit müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə bitəcəyinə rəğmən iddiaçı müqavilə üzrə ödənilməli olan bütöv məbləği tələb etmişdir. Belə ki, iddiaçı tərəfindən bütöv məbləğin tələb edilməsinə dair cavabdehlərə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubları ünvanlanmış (həmin məktublara əlavədə tam olaraq əsas borc, faiz borcu qeyd edilmişdir) və xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən qəbul edilmişdir. Digər cavabdeh Qanuni nümayəndə MMC-nin qanuni təmsilçisi olduğundan həmin tarixdən iddiaçı tərəfindən xəbərdar edilmiş hesab edilməlidir.
27. Bundan başqa, xx.xx.2022-ci il tarixli mediasiya barədə təklifdən (cavabdehlər Qanuni nümayəndə və MMC xx.xx.2022-ci il tarixdə təklifi qəbul etmişdir), xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan da göründüyü kimi, iddiaçı müqavilə üzrə bütöv borc məbləği əhatə edən məbləğlə bağlı mediasiyaya müraciət etmişdir. Yəni iddiaçı artıq 25 iyul 2022-ci il tarixdən müqavilədən imtina ilə bağlı iradəsini nümayiş etdirmişdir. Həmin tarixdən müqavilə ləğv edilmişdir.
28. Qeyd edilən işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı müqavilədən imtina barədə iradə ifadəsini qarşı tərəfə artıq bildirmişdir. Belə ki, onun cavabdehlərdən bütöv kredit məbləğini tələb etməsi kredit müqaviləsindən imtina edilməsi hesab edilməlidir. Müqavilənin bu əsasla ləğv edilməsi üçün isə əsas şərt bu iradə ifadəsinin borcluya çatdırılmasıdır.
29. Mediasiya prosesinin tətbiqi barədə barədə Cavabdeh1 MMC, Qanuni nümayəndə və Cavabdeh2 ünvanlanan xx.xx.2022-ci il tarixli təklifdə K4160 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcun 206373.32 (iki yüz altı min üç yüz yetmiş üç manat, otuz iki qəpik) manat əsas borc, 30634.50 (otuz min altı yüz otuz dörd manat, əlli qəpik) manat faiz borcu, 4693.86 (dörd min altı yüz doxsan üç manat, səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 241,701.68 (iki yüz qırx bir min yeddi yüz bir manat, altmış səkkiz qəpik) manat təşkil etdiyi qeyd olunur.
30. Bu səbəbdən iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş faiz borcu məhz xx.xx.2022-ci il tarixədək hesablanmalıdır. İddiaçının tələb etdiyi faiz kapital faizi olduğundan yalnız müqavilə qüvvədə olduğu müddət üçün tələb edilə bilər. Kapital faizi müqavilə xitam edildikdən sonra tələb edilə bilməz. İddiaçı yalnız illik 5 faizi tələb edə bilər.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilədə nəzərdə tutulmuş faiz borcu üzrə 30634.50 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun düzgün hesablanmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə dair aşağıdakılar qeyd olunmalıdır.
33. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
34. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
35. İddiaçı 15525,20 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsində 15525,20 manat cərimə borcu qeyd olunduğu halda, məhkəmə işin hallarını, cərimənin əsas borc məbləğinə nisbətini, kreditroun mənafeyini, diqqətəlayiq işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu ədalətli olaraq 4693,80 manatadək azaltmışdır. Hazırkı halda cərimə borcunun artırılması və ya daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən kollegiya hesab edir ki, həmin dəlillər əsassızdır.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. İddiaçının apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin keçirilmiş 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-295/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 50 manat ekspertiza xərci İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.