Məhkəmə qərarları › İş №2-2(103)-264/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-264/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-264/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli e-2-2(113)-3396/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 20305,93 manat krеdit bоrcu, 3987,96 manat faiz bоrcu və 1401,12 manat cərimə borcu olmaqla, ümumilikdə 25695 manat 01 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 167,10 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 70 saylı evin 17 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 25695 manat 01 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 167,10 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli e-2-2(113)-3396/2024 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək (birgə) qaydada 002R********** saylı krеdit razılaşması üzrə 20305,93 manat əsas bоrc, 3987,96 manat faiz bоrcu, 1000 manat cərimə borcu, dövlət rüsumu olaraq ödənilmiş 150 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum, 36 manat xidmət haqqı, ümumilikdə 25494,89 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 70 saylı evin 17 saylı mənzilə - ilkin satış qiyməti 62000 manat müəyyən edilməklə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 25494,89 manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilməsi satışdan artıq qalan vəsaitin Cavabdeh1 qaytarılması iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Hazırkı halda Cavabdeh2 məhkəməyə təqdim etdiyi apellyasiya şikayətindən isə görünür ki, həmin şikayət apellyasiya şikayətləri üçün MPM-ə əlavə kimi təsdiq edilmiş “Apellyasiya şikayətinin forması”na uyğun deyil. Belə ki, həmin formaya uyğun olaraq apellyasiya şikayətinin 5-ci bəndində yalnız “işin halları” göstərilməli olduğu halda hazırkı apellyasiya şikayətinin 5-ci bəndində “apellyasiya şikayəti verən şəxsin tələbi” də daxil olmaqla apellyasiya şikayətinin məzmunu tam şəkildə əks edilmiş, 6-12-ci bəndində göstərilməli məlumatlar (maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər və apellyasiya şikayəti verən şəxsin tələbi) isə ayrıca bəndlərdə göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli e-2-2(113)-3396/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Ziya Şirinov Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar