Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-266/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2947/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Tərəflər arasında bağlanmış 01 yanvar 2012-ci il tarixli BİZ-1-0-43-12 (Ə) saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh MMC-yə illik 18 %-lə 36 ay müddətinə 570.000 manat məbləğində kredit verilmişdir.
2. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 12 iyun 2014-cü il tarixli 2-(81)-253/2014 nörməli qətnaməsi ilə iddiaçı "xxxx" İKB-nin “X6” MMC, "xxxx" MMC, Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Nikoyl İKB ilə cavabdeh X6 MMC arasında 11 yanvar 2012-ci il tarixli 6-BİZ-l-0-43-12(Ə) saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş ******* manat əsas borc, 1170475,05 manat faiz borcu və gecikdirməyə görə hesablanı 5000 manat dəbbə pulunun cavabdeh X6 MMC-dən iddiaçı "xxxx" İKB xeyrinə tutulması, "xxxx" İKB ilə Cavabdeh MMC arasında 01 yanvar 2012-ci il tarixli BİZ-1-0-43-12 (Ə) saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 570.000 manat əsas borc, 245.221,78 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 2.000 manat dəbbə pulu və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh MMC-dən iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi "xxxx" MMC ilə "xxxx" İKB arasında bağlanmış 11 yanvar 2012-ci il tarixli 6-BİZ-l-0-43-12(1) və 6-BİZ-1-0-4- 12(1) saylı sonrakı ipoteka müqavilələrinə əsasən ipoteka qoyulmuş Neftçala rayon Həsənabad qəsəbəsi ünvanında istifadədə olan 3.0 ha torpaq sahəsində yerləşən 3602 kv.m ümumi, 3152,7 kv.m əsas, 449,9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC ilə bağlanmış 11 yanvar 2012-ci il tarixli (BİZ-1-0-0-43-12(0) və 6-BİZ-l-0-43-12(G) saylı Girov müqavilələrinə əsasən girov qoyulmuş a) şüşə istehsalı üçün 30 adda əsas, 22 adda köməkçi avadanlıqlar, b) 1 ədəd Feeler FD 50 T markalı, 2008-ci il buraxılışlı, mühərrik İSUZU6BB1, çəkisi 7980 kq yükləmə gücü 5000 kq. yükləmə hündürlüyü 3000 mm olan dizel mühərriki yükləyiciyə yönəldilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə 01 yanvar 2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 300556 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 300556 manat borcun və 596,56 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2947/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin baxılmasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, iş üzrə qəbul edilmiş məhkəmə aktı caavbdehə təqdim edilməmiş, yalnız icra məmuru tərəfindən xəbərdar edildikdən sonra belə bir məhkəmə aktının mövcud olmasından xəbərdar olmuşlar. Həmçinin, kredit müqaviləsi üzrə tələb olunan faiz borcu 245.221,78 manat olmasına baxmayaraq hazırda tələb olunan məbləğ 300.556 manatdır. Eyni zamanda, icra müddəti ərzində ödəniş olunmadıqda və yaxud da ödənişin həyata keçirilməsi gecikdirildikdə tələbkarın borcludan illik beş faiz pul tələb etmək hüququ yarana bilər. Lakin hazırki müqavilə üzrə qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-253/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı mövcuddur. Belə olan halda məhkəmənin hazırda mübahisələndirilən qətnaməsi qanuni və əsaslı hesab oluna bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
13. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
14. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
17. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.
18. Lakin hazırki işdə həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil.
19. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir...Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MMin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz”.
20. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, “Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”.
21. Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, məsuliyyətə cəlb edilə bilməz.
22. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir.
23. Ona görə də Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə uyğun olaraq cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir.
24. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilmir.
25. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, Cavabdeh MMC ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi ipoteka qoyulmuş "xxxx" MMC-yə məxsus Neftçala rayon Həsənabad qəsəbəsində istifadədə olan 3.0 ha torpaq sahəsində yerləşən 3602,1 kv.m ümumi, 3152,7 kv.m əsas, 449,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə həm də "xxxx" MMC-nin kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-2(86)-01/2013 saylı qətnaməsinin icrası nəticəsində həmin əmlak bankın mülkiyyətinə keçmişdir. Bu səbəbdən də 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 12 iyun 2014-cü il tarixli 2-(81)-253/2014 nörməli qətnaməsi həmin əmlaka aid hissədə icra olunmamışdır.
26. Həmçinin nümayəndə bildirdi ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 12 iyun 2014-cü il tarixli 2-(81)-253/2014 nörməli qətnaməsində göstərilən 11 yanvar 2012-ci il tarixli (BİZ-1-0-0-43-12(0) və 6-BİZ-l-0-43-12(G) saylı girov müqavilələrinə əsasən girov qoyulmuş a) şüşə istehsalı üçün 30 adda əsas, 22 adda köməkçi avadanlıqlar, b) 1 ədəd Feeler FD 50 T markalı, 2008-ci il buraxılışlı, mühərrik İSUZU6BB1, çəkisi 7980 kq yükləmə gücü 5000 kq. yükləmə hündürlüyü 3000 mm olan dizel mühərriki yükləyiciyə aid hissədə qətnamənin icra olunub-olunmaması ilə bağlı məlumatı yoxdur.
27. Hərrac təşkilatçısı "xxxx" MMC ilə alıcı "xxxx" İKB ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 aprel 2018-ci il tarixli müqavilədən və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarşdan da görünür ki, Şirvan İnzibati-İqtisadi Mhkəməsinin 2-2(86)- 01/2013 saylı icra vərəqəsinin icrası ilə bağlı "xxxx" MMC-yə məxsus Neftçala rayon Həsənabad qəsəbəsində istifadədə olan 3.0 ha torpaq sahəsində yerləşən 3602,1 kv.m ümumi, 3152,7 kv.m əsas, 449,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə 414375 manat dəyərində "xxxx" İKB-yə satılmış və xx.xx.2018-ci il tarixdə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.
28. Göründüyü kimi 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 12 iyun 2014-cü il tarixli 2-(81)-253/2014 nörməli qətnaməsinin hazıradək icra olunmamasında cavabdehin təqsiri müəyyən edilmir.
29. Çünki cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmişdir.
30. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən faizlərin ödənilməsini tələb etməsi əsassızdır.
31. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2947/2022 saylı qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn