Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-267/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının vəkili və nümayəndəsi X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı2 MMC-nin Cavabdeh MMC-yə qarşı “verilmiş texnikanın yenisi ilə əvəz olunması və ya pulun geri qaytarılması,əldən çıxmış faydanın tutulması”na dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-998/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Səbinə Nuriyeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, dəyəri 271.186,44 manat olan texnikanın (New Holland D255) yenisi ilə əvəz olunması, bu mümkün olmadıqda qeyd olunan texnika üçün ödənilmiş (texnikanın dəyəri 271.186,44 ƏDV 18 faiz 48.813,56) ümumilikdə 319.999,99 manat vəsaitin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhəri, Z.Bünyadov prospekti 1969, məhəllə 89 d ünvanında yerləşən Cavabdeh MMC ilə bağlanmış 438/12-GM-S nömrəli alqı-satqı müqaviləsinə əsasən, 1 ədəd Doosan S40LC (dəyəri 169491,53 manat), 1 ədəd New Holland D255 (dəyəri (271186,44) manat ümumilikdə ƏDV ilə birlikdı 520000 manatıq texniki avadanlıq iddiaçı tərəfindən alınmışdır. Müqaviləyə əsasən alıcı göstərilən məbləği 30 bank günü ərzində əmlakının dəyərinin 100 faiz təşkil edən hissəsini, yəni 520.000 manatı ƏDV ilə birlikdə satıcıya ödəməli idi. İddiaçı məbləği ödəmək üçün “xxxxxxxxxx” ASC-dən kredit götürərək həmin məbləği ödəmiş və müqavilə üzrə onların Cavabdeh MMC-yə heç bir borcları qalmamışdır. New Holland D255 texnika alındığı gündən 7-10 gün işləyib və sonra işləməmişdir. Beş ay ərzində Cavabdeh MMC servisi tərəfindən qaraja mütəxəssislər gəlmiş, ancaq avadanlqıda yaranmış qüsuru aradan qaldıra bilməmişlər. Sonra həmin buldozeri eyni model buldozerlə əvəz etmişlər. Əvəz olunan buldozerdə bir ay işləməmiş və fəaliyyəti dayandırmışdır. Yenidən şirkətə yaranmış nasazlıqla bağlı müraciət edilmiş, yenidən şirkətin servisindən mütəxəssislər dəvət edilmiş və onlar 4 ay ərzində bu problemi aradan qaldırmağa çalışmışlar. Bir nəticəsi olmadığını görüb texnikanı öz servislərinə aparmağı məsləhət gördülər. Servis xidmətini də iddiaçının üzərinə yazmışlar. 2015-2016-cı il tarixinə qədər müddət uzanmışdır, aydın oldu ki texnika düzəlmir yenisi ilə əvəz etməyi təklif etdilər. Təklif olunan iki texnikanın qiyməti buldozerin qiymətinin yarısına çatmırdı. Məcbur qalıb Cavabdeh MMC ilə razılaşmışlar. Dəfələrlə cavabdehə şifahi müraciət olunsa da, heç bir nəticə olmadı. Bununla yanaşı 2012-ci ildən indiyə qədər bu texnika onlara xidmət etmədiyi təqdirdə, həmin texnika ilə bağlı ƏDV olmaqla yanaşı, “xxxxxxxxxx” ASC-yə 319.999,99 manat pul ödəmiş və hələ də banka 150.000 manat borcları qalmışdır. Cavabdeh MMC-nin işçiləri qabaqcadan əlbir olaraq istehlakçıları aldadaraq pik keyfiyyətli avadanlıqları satırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)- 4000/2019 saylı qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək digər tələblərlə yanaşı 180.000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-998/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən MM-nin 386.1-ci, 21-ci, MPM-nin 88-ci maddəsinin tələblərini nəzərə almamış, iddia tələblərini əsassız olaraq rədd etmişdir. İddiaçının vəkili və nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-998/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh MMC (satıcı) və İddiaçı2 MMC (alıcı) arasında bağlanmış 438/12-GM-S nömrəli xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 520.000 manat dəyərində 1 ədəd Doosan S420LC modelli tırtıllı ekskavator və 1 ədəd New Holland D 255 buldozer satılmışdır. İddiaçı dəyəri 271.186,44 manat olan texnikanın (New Holland D255) keyfiyyətsiz olduğunu iddia edərək yenisi ilə əvəz edilməsini və ya həmin texnikanın alınması üçün ödənilmiş vəsaitin qaytarılmasını, iddiaçıya keyfiyyətsiz texnika satılması ilə əlaqədar əldən çıxmış faydanın tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası müddətin keçməsi əsası ilə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 589.1-ci maddəsinə əsasən əgər alğısatqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Mülki Məcəllənin 589.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddətdir və hazırkı halda tərəflər arasında alqı-satqı müqaviləsinin 2012-ci ildə bağlandığı nəzərə alınarsa satın alınmış əşyanın qüsurları ilə bağlı tələb irəli sürmək üçün 3 illik iddia müddətindən də əvvəl qanunla nəzərdə tutulmuş tələbetmə müddəti keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı satın aldığı texnikanın qüsurla işləməsi nəticəsində cavabdehdən tələb etdiyi 180.000 manat əldən çıxmış fayda tələbi ilə bağlı məhkəmə hər hansı sübut təqdim edə bilmədiyindən həmin tələbin rədd edilməsi barədə dəbirinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-998/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı2 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-998/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim:İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: V.Ə.Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-267/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-267/2020
17.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver