Məhkəmə qərarları › İş №2-2(103)-268/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-268/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-268/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə öhdəliyin icrası və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(113)-349/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə cavabdehlər Cavabdeh2 və X3 ərizələrinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-349/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-in xeyrinə xx.xx.2021-ci tarixli kredit müqaviləsi üzrə 13817.27 manat əsas, 1256.92 manat faiz və 14.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 15088.75 manat borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişi və dövlət rüsumunun), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.69 m2 , 38 m2 yaşayış, 22.69 m2 köməkçi sahədən ibarət olan, yaşayış otaqlarının sayı 2 olan mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.69 m2 , 38 m2 yaşayış, 22.69 m2 köməkçi sahədən ibarət olan, yaşayış otaqlarının sayı 2 olan mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(113)-349/2024 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 12920 manat əsas borc məbləği, 1154,73 manat faiz və 14,56 manat dəbbə pulu olmaqla ümumilikdə 14089,29 manat, mediasiya xərcinin əvəzi olaraq 133 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 51 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutma Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.69 m2 , 38 m2 yaşayış, 22.69 m2 köməkçi sahədən ibarət olan, 2 otaqlı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmasın, əmlakın ilkin satış qiymətinin 65000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması, qalan hissədə iddianın rədd edilməsi, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********,H/h:AZ30AZRT********************,M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. Daha sonra cavabdehlər həmin qətnamədən apellyasiya şikayətləri verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-349/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən düzgün araşdırılması, şişirdilmiş məbləğlərin düzgün hesablanması və mənzilin qiymətinin düzgün müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(113)-349/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə cavabdehlər Cavabdeh2 və X5 tərəfindən verilmiş müddətin bərpası barədə ərizələrin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(113)- 349/2024 saylı qətnaməsindən Cavabdeh2 və X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinin geri qaytarılması qərara alınmışdır. Cavabdehlər Cavabdeh2 və X5 məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 349/2024 saylı qərardadından şikayətlər verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-349/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və ərizələrin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh2 şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı yalnız öz prosessual pozuntularını ört-basdır etmək məqsədi ilə şikayət müddətinin ötürülmüş hesab edilməsi əsası ilə geri qaytarmışdır. Belə ki, məhkəmə qətnaməni heç bir halda mənə təqdim etməmiş, ərizə verməsinə baxmayaraq qətnamə təqdim edilmədiyi halda elektron kabinetə də əlavə etməmişdir. Apellyasiya instansiyasında iştirak etməsi isə qətnamənin ona çatması kimi qiymətləndirilməsi də doğru deyil. Belə ki, ilk növbədə onu qeyd edir ki, qətnaməni qəbul etmiş və mübahisələndirilən qətnaməni vermək vəzifəsi Apellyasiya məhkəməsi deyil məhs Bakı Kommersiya məhkəməsidir. İkincisi isə mən apellyasiyada qətnamədən xəbər tutan kimi dərhal Kommersiya məhkəməsinə müraciət etmişdi. Lakin müraciətlərinə məhkəmə işçiləri tərəfindən yazılı cavab verilməyərək şifahi telefon zəngləri edilməklə qeyd edilən mübahisəyə dair qətnamə olmadığını deməklə cavab verilmişdir. Bütün bunlar elektron kabinetə qəsdən əlavə edilməməklə də öz təsdiqini tapır ki, zəruri olduğu halda elektron kabinet vasitəsi ilə etdiyi şikayətlərin surətini də işə əlavə edə bilər. Həmçinin sistemə nə vaxt əlavə edildiyi də yoxlanıla bilər. Bütün bu halların hər biri nə qədər haqlı olduğunu göstərir. Cavabdeh X3 şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı yalnız öz prosessual pozuntularını ört-basdır etmək məqsədi ilə şikayət müddətinin ötürülmüş hesab edilməsi əsası ilə geri qaytarmışdır. Belə ki, məhkəmə qətnaməni heç bir halda mənə təqdim etməmiş, ərizə verməyimə baxmayaraq qətnamə təqdim edilmədiyi halda elektron kabinetə də əlavə etməmişdir. Göründüyü kimi heç bir qəbz qanunauyğun şəkildə mənə təqdim edilməmişdir. Həmçinin qeyd edilən tarixdə mən Qarabağ zonasında işlədiyimdən həmin qətnamənin mənə çatması da mümkün deyil 2 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə Qeyd edilənlərdən də göründüyü kimi qanunvericiliyin tələbinə uyğun çatdırılmayan, kim tərəfindən imzalandığı və kim olduğu və hansı qohumluğumuz olduğu bilinməyən şəxsin imzası olan qəbzlə qətnamənin bizə çatdığı barədə məhkəmə qərardadı tamamilə qanunsuz və əsassızdır qətnamənin ona çatması kimi qiymətləndirilməsi də doğru deyil. Belə ki, ilk növbədə onu qeyd edir ki, qətnaməni qəbul etmiş və mübahisələndirilən qətnaməni vermək vəzifəsi Apellyasiya məhkəməsi deyil məhs Bakı Kommersiya məhkəməsidir. İkincisi isə, apellyasiyada qətnamədən xəbər tutan kimi dərhal Kommersiya məhkəməsinə müraciət etmişdi, lakin müraciətlərinə məhkəmə işçiləri tərəfindən yazılı cavab verilməyərək şifahi telefon zəngləri edilməklə qeyd edilən mübahisəyə dair qətnamə olmadığını deməklə cavab verilmişdir. Bütün bunlar elektron kabinetə qəsdən əlavə edilməməklə də öz təsdiqini tapır ki, zəruri olduğu halda elektron kabinet vasitəsi ilə etdiyim şikayətlərin surətini də işə əlavə edə bilər. Həmçinin sistemə nə vaxt əlavə edildiyi də yoxlanıla bilər. Bütün bu halların hər biri nə qədər haqlı olduğumu göstərir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə hesab etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü i tarixli qətnaməsi cavabdehlər tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Lakin cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək verilmişdir. Bunda əlavə, cavabdehlərin məhkəmənin qətnaməsindən Bank tərəfindən verilən şikayət əsasında apellyasiya məhkəməsində aparılan iclaslar barədə məlumatlı olduqlarını, xx.xx.2024-cü il tarixli apellyasiya məhkəməsində keçirilən iclasda iştirak etdikləri vaxtdan 5 ay keçdikdən sonra onlar tərəfindən apellyasiya şikayəti verilməsi məhkəmə tərəfindən müddətin üzürlü hal kimi ötürülməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.28-ci maddəsinə əsasən xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. İşdən görünür ki, qətnamə cavabdehlər tərəfindən alınmış, bundan sonra iddiaçının qətnamədən verdiyi apellyasiya şikayətinə baxılan zaman cavabdehlərə sms göndərilmiş, elektron kabinetlərinə bildirişlər yüklənmiş, apellyasiya məhkəməsinin iclaslarında iştirak etmişlər. Qeyd edilənlər görsədir ki, onlar məhkəmənin qətnaməsindən xəbərdar olublar. Məhkəmə kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh2 və X5 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-349/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar