Məhkəmə qərarları › İş №2-2(103)-27/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-27/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-27/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi, ipoteka müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2023 nömrəli, xx.xx.2023 tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 may 2018-ci il tarixli 10L000000266 nömrəli kredit xətti müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər və bank qarantiyaları üçün kredit alana 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açır. Kreditlər tərəflər arasında kredit razılaşması və bank qarantiyası verilməsi haqqında müqavilə formasında bağlanmış ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay 02 may 2018-ci il tarixdən gec olmayaraq verilməlidir.

3. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2016-cı il tarixli 10L000000266SA nömrəli uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 10.000.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit müqaviləsini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir.

4. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2018-ci il tarixli 02 may 2008-ci il tarixli 10L000000266 nömrəli kredit xətti müqaviləsi üzrə 056R**********2 nömrəli kredit razılaşmasına əsasən bank məbləği 60.000 manat olan krediti aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi, habelə bu müqavilənin 2.5.5-ci bəndinə uyğun olaraq kredit qalığına hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür.

5. Müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəyir.

6. Müqaviləyə əlavə edilmiş ödəniş planında Cavabdeh1 tərəfindən aylar üzrə ayrı-ayrılıqda ödənilməli olan məbləğlər öz əksini tapmışdır.

7. xx.xx.2018-ci il tarixli kreditin verilməsi haqqında köçürmədən görünür ki, Cavabdeh1 hesabına 60.000 manat pul köçürülmüşdür.

8. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli 056R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, bank ilə kredit alan arasında 02 may 2008-ci il tarixli 10L000000266 saylı kredit xətti müqaviləsi üzrə 15 avqust 2018-ci il tarixdə bağlanmış 056R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 02 sentyabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

9. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli 056R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 140000 manat olan krediti aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla 48 ay müddətinə kredit alana verir. Kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun krediti və faizi habelə bu müqavilənin 2.5.5-ci bəndinə uyğun olaraq kredit qalığına hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür.

10. Müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəyir.

11. xx.xx.2019-cu il tarixli kreditin verilməsi haqqında köçürmədən görünür ki, Cavabdeh1 hesabına 140.000 manat pul köçürülmüşdür.

12. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli 056R190258600S nömrəli sazişinə əsasən bank ilə kredit alan arasında 02 may 2008-ci il tarixli 10L000000266 saylı kredit xətti müqaviləsi üzrə 25 yanvar 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılşaması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 02 sentyabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

13. İddiaçı ilə cavabdehlər Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1 (borclu) arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakıını 02 may 2008-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,0369 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 238,8 m2 ümumi sahədən ibarət 111A nömrəli fərdi yaşayış evini 10L000000266 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir.

14. Müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 200000 manat (113798 ABŞ dolları 01 sent ekvivalentində) təşkil edir.

15. İddiaçı ilə cavabdehlər Cavabdeh3 (zamin) və Cavabdeh1 (borclu) arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli 10S000007525 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun 02 may 2008-ci il tarixli 10L000000266 saylı kredit xətti müqaviləsi və həmin kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə görürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

16. İddiaçı ilə cavabdehlər Cavabdeh3 (zamin) və Cavabdeh1 (borclu) arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli 10S000007525 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun 02 may 2008-ci il tarixli 10L000000266 saylı kredit xətti müqaviləsi və həmin kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə görürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

17. İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli 056S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən 23 dekabr 2016-cı il tarixli 10L000000266 saylı kredit xətti müqaviləsi və həmin kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə görürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

18. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 10SS**********S nömrəli 23 dekabr 2016-cı il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişə əsasən zaminlik müqaviləsi bank və Cavabdeh1 arasında 02 may 2008-ci il tarixli 10L000000266 saylı kredit xətti müqaviləsi və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir.

19. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 056S**********001S nömrəli 23 dekabr 2016-cı il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişə əsasən zaminlik müqaviləsi bank və Cavabdeh1 arasında 02 may 2008-ci il tarixli 10L000000266 saylı kredit xətti müqaviləsi və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir.

20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 111A saylı fərdi yaşayış evi və 0,0369 ha torpaq sahəsi İddiaçı QSC-nin Nərimanov filialının xeyrinə yüklü edilmişdir.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 111A saylı fərdi yaşayış evi Cavabdeh2 adına rəsmiləşdirilmişdir.

22. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 056R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə əsas borcu 116181,82 manat, faiz borcu 36175,08 manat, cərimə borcu 88095,30 manat, ümumilikdə 240452,20 manat təşkil edir.

23. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 056R********** saylı xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə borcu: əsas borcu 38625,41 manat, faiz borcu 10958,22 manat, cərimə borcu 28085,86 manat, ümumilikdə 77669,49 manat təşkil edir.

24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli 10L000000266 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış 056R********** saylı xx.xx.2018-ci il tarixli və 056R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşmalarının qeyd olunan şərtlərinə əsasən Cavabdeh1 056R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas borcu 120303,54 manat, faiz borcu 8140,54 manat təşkil edir. Cavabdeh1 056R********** saylı xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə olan əsas borcu 37413,52 manat, faiz borcu 2749,89 manat təşkil edir.

25. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ipoteka predmetinin likvid dəyəri 288000 manat, bazar dəyəri 320000 manat təşkil edir.

26. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli rəydən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 111A ünvanında xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,0369 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 238,8 m2 ümumi sahədən ibarət tikili qeyri-yaşayış sahəsi kimi istifadə edildiyindən birinci sual üzrə tədqiqat aparılmadı. Qeyd olunan tikilinin orta bazar qiymətlərinə uyğun dəyəri 1 567 000 manat, likvid dəyəri isə təqribən 1 418 000 manat məbləğində müəyyən edilmişdir. Tikilinin altında yerləşən torpaq sahəsinin orta bazar qiymətlərinə uyğun dəyəri 500 000 manat, likvid dəyəri isə 450 000 manat məbləğində müəyyə edilmişdir.

27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli rəydən müəyyən olunur ki, 056R********** saylı xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 056R********** saylı, xx.xx.2018-ci il tarixli kredit razılaşmasının şərtlərinə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022 tarixə Cavabdeh1 İddiaçı QSC-ə olan borcu qeyd edilən tarixlərə aşağıdakı kimi müəyyən edilir: a) xx.xx.2022-ci il tarixə əsas borc üzrə 37 413.52 manat, faiz borcu üzrə 5239.96 manat b) xx.xx.2022-ci il tarixə əsas borc üzrə 37 413.52 faiz borcu üzrə 6942.28 manat c) xx.xx.2022-ci il tarixə əsas borc üzrə 37 413.52 faiz borcu üzrə 7626.11 manat Həmçinin 056R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 056R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşmasının şərtlərinə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022 tarixə Cavabdeh1 İddiaçı QSC-ə olan borcu qeyd edilən tarixlərə aşağıdakı kimi müəyyən edilir: a) xx.xx.2022-ci il tarixə əsas borc üzrə 117 546.25 manat, faiz borcu üzrə 22 849.58 manat b) xx.xx.2022-ci il tarixə əsas borc üzrə 117 546.25 faiz borcu üzrə 28 197.93 manat c) xx.xx.2022-ci il tarixə əsas borc üzrə 117 546.25 faiz borcu üzrə 30 346.42 manat

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

28. İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının хеyrinə - 056R********** saylı krеdit razılaşması üzrə 38625.41 manat krеdit bоrcu, 10958,22 manat faiz bоrcu və 28085,86 manat cərimə borcu olmaqla, cəmi 77669,49 manat, - 056R********** saylı krеdit razılaşması üzrə 116181.82 manat krеdit bоrcu, 36175,08 manat faiz bоrcu və 88095,30 manat cərimə borcu olmaqla, cəmi 240452,20 manat, 2 kredit razılaşması üzrə ümumilikdə cəmi 318121,70 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 202 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 406 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində 0.0369 ha torpaq sahəsi və üzərində yerləşən 111A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 318121,70 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 202 manat dövlət rüsumu, mediasiya prosesi ilə bağlı ödənilmiş 406 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması; 4. Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində 0.0369 ha torpaq sahəsi və üzərində yerləşən 111A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

29. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 10L000000266 saylı krеdit xətti müqaviləsinə əsasən 223 (iki yüziyirmi üç) ay müddətinə 10000000 (on milyon) ABŞ Dollarıməbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 056R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 60000 (altmış min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 056R**********S saylısazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 21374.59 manat ödəmiş, onun 38625.41 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 462 gün üçün hesablanmış faiz borcu 10790.65 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 462 gün üçün hеsablanmış cərimə 24972.65 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 056R********** saylı krеdit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 140000 (yüz qırx min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 056R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 23818.18 manat ödəmiş, onun 116181.82 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 543 gün üçün hesablanmış faiz borcu 36396.35 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 543 gün üçün hеsablanmış cərimə 78731.05 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xəttimüqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

30. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada - 056R********** saylı krеdit razılaşması üzrə 37413,52 manat krеdit bоrcu, 2749,89 manat faiz bоrcu və 1870 manat cərimə borcu, - 056R********** saylı krеdit razılaşması üzrə 116181.82 manat krеdit bоrcu, 8140,54 manat faiz bоrcu və 5800 manat cərimə borcu, ödənilmiş 436 manat dövlət rüsumu, ümumilikdə 172591,77 (bir yüz yetmiş iki min beş yüz doxsan bir manat yetmiş yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən 0.0369 ha torpaq sahəsi və üzərində yerləşən 111A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 288000 (iki yüz səksən səkkiz min) manat müəyyən edilməklə açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına ümumilikdə 172591,77 (bir yüz yetmiş iki min beş yüz doxsan bir manat yetmiş yeddi qəpik) manat məbləğində borcun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh2 qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesindəki 0.0369 ha torpaq sahəsi və üzərində yerləşən 111A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması və əmlak boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 202 (iki yüz iki) manat dövlət rüsumunun iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilməsi qət edilmişdir.

31. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 10L000000266 saylı krеdit xətti müqaviləsinə əsasən 223 ay müddətinə 10000000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 056R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 056R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 056R********** saylı krеdit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 140000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 056R**********S saylısazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 3M- 2124 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində 0.0369 ha torpaq sahəsi və üzərində yerləşən 111A saylı fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdehlər kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən xx.xx.2022-ci il tarixə (xəbərdarlığın və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin göndərildiyi tarixə) yaranmış kredit borcu məbləği (056R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə faiz borcu ekspert rəyinə uyğun müəyyən edilməli, 056R********** saylı xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə əsas və faiz borcları ekspert rəyinə uyğun müəyyən edilməlidir) tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin təlbələrinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməli, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılmalı, əmlak boşaldılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmetinə tutma yönəldikdən sonra əmlakın hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində əsassızdır. Belə ki, iddiaçı hazırkı hissədə iddia qaldırmağa dair müvafiq subyektiv hüquqa malik deyildir. Məhkəmə Cavabdeh1 zaminlik və ipoteka müqaviləsinin bağlanmamış hesab edilməli olması barədə dəlili ilə razılaşmır. Belə ki, materiallardan görünür ki, zaminlik və ipoteka müqavilələrində əsas öhdəlik göstərilmiş, iddiaçı ilə əsas borclu arasında kredit razılaşmaları bağlanarkən, onlara dəyişiklik və əlavələr edilərkən zaminlərin və ipoteka qoyanın yazılı razılığı alınmışdır. Bundan əlavə, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmə icraatı dövründə cavabdehlər (yəni zaminlər və ipoteka qoyan tərəfindən) həmin müqavilələr, müqavilələrdə onlara məxsus olan imzalar mübahisələndirilməmişdir. Məhkəmə Cavabdeh1 ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilən zaman həmin daşınmaz əmlakın faktiki olaraq qeyri-yaşayış sahəsi olmasının nəzərə alınmalı olması barədə dəlilini də əsassız hesab edir. Belə ki, ipoteka müqaviləsində ipoteka predmeti kimi Cavabdeh2 məxsus torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi göstərilmiş, daşınmaz əmlakın fərdi yaşayış evi olması DƏDRX tərəfindən verilmiş çıxarışda və arayışda da qeyd olunmuşdur. Bu səbəbdən ipoteka predmeti qeyri-yaşayış sahəsi deyil, fərdi yaşayış evi olduğundan ipoteka predmetinin ilkin satış qiyməti 288000 manat müəyyən edilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 056R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 5800 manat, 056R********** saylı xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə 1870 manat müəyyən edilməlidir.

32. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 276.1, 295, 317, 739, 741-ci maddələrini, X1 4, 34, 39, 41.2-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

33. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-184/2023 saylı qətnaməsinin - iddia tələbinin faiz və cərimə borclarının qismən təmin edilməsi hissəsində dəyişdirilməsi, faiz və cərimə borclarının müqavilə müddətinin başa çatdığı tarixə ekspert rəyi ilə müəyyən edilmiş məbləğə uyğun olaraq tutulması, həmçinin məhkəməyə müraciət edilməsi üçün tərəfimizdən ödənilmiş rüsumların tam şəkildə borclulardan bankın xeyrinə tutulmasını, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

34. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-184/2023 saylı qətnaməsinin zaminlər və ipoteka predmetinə münasibətdə dəyişdirilməsi, həmin hissədə dəyişdirilərək, zaminliyə xitam verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməsi və ipoteka predmetinin faktiki dəyərinin müəyyən edilərək ilkin satış qiyməti kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iki dəfə mühasibatlıq ekspertizası təyin edilərək keçirilmiş və müvafiq rəylər alınmışdır. Sonuncu dəfə - xx.xx.2023-cü il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərkən kredit razılaşmaları üzrə həm müqavilənin bitmə tarixlərinə, həm də borcluya ipoteka bildirişinin göndərildiyi tarixə olan faiz borcunun hesablanması barədə suallar qoyulmuşdur. Ekspert tərəfindən də hər iki tarixə, yəni həm xx.xx.2020-ci il tarixinə (ipoteka bildirişinin tarixi), həm də xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərinə (müqavilələrin bitmə tarixi) mövcud olan faiz borcları barədə rəy verilmişdir. Ekspert rəyində texniki yalnışlığa yol verərək xx.xx.2020-ci il tarixi xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Qeyd edilməlidir ki, tərəflər arasında sonuncu dəfə kredit razılaşmaları üzrə restrukturizasiya xx.xx.2020-ci il tarixdə həyata keçirilmiş və kredit razılaşmalarının müddəti 2023-cü ilin sentyabr ayınadək artırılmışdır. (xx.xx.2018-ci il tarixli müqavilə üzrə bitmə tarixi xx.xx.2023, xx.xx.2019-cu il tarixli müqavilə üzrə bitmə tarixi xx.xx.2023-cü il olaraq müəyyən edilmişdir) Kredit müqavilələri üzrə xx.xx.2020-ci il tarixdə restrukturizasiya edilərək ödəniş müddəti dəyişdirildiyindən və müqavilələrin müddəti uzadıldığından faiz borcunun məbləğlərinin xx.xx.2020-ci il tarixədək tutulması qanuni və əsaslı hesab edilə bilməz. İddia tələblərinin artırılması barədə ərizəmizdə faiz borclarının müqavilə müddətinin bitdiyi tarixədək tutulmasını xahiş etmişik, lakin heç bir əsas olmadan iddia tələbimiz həmin hissədə qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi müqavilə üzrə faiz borclarını xx.xx.2020-ci il tarixinədək tutulmasını müəyyən edərkən Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi düzgün tətbiq etməmişdir. Belə ki həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Lakin hazırki işdən görünür ki, borcalana xəbərdarlıq məktubu xx.xx.2020-ci il tarixdə deyil, sənədləri məhkəməyə göndərilməsi üçün hazırlanarkən yəni 2022-ci ildə göndərilmişdir. Məhz xəbərdarlıq məktubunda borcun 10 gün ərzində ödənilməyəcəyi təqdirdə müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Ona görə də hesab edirik ki, faiz borclarının məbləğinin xx.xx.2020-ci il tarixinədək hesablanması qanunsuz və əsassızdır. Faiz borcunun məbləği müqavilə müddətinin bitdiyi tarixədək hesablanmalı idi. Qanunvericiliyin tələblərinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit razılaşmalarının, həmçinin razılaşmaya dəyişiklik edilməsi barədə restrukturizasiya sazişlərinin şərtlərini nəzərə almamışdır. Belə ki, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin, hazırkı halda borclunun öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni kredit borcunu ödəməməsi nəticəsində əmələ gəlir.

36. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmlakın sənədində yaşayış sahəsi qeyd olunmasına baxmayaraq, qeyri-yaşayış sahəsinə çevrilmiş və hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Bununla bağlı bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Eyni zamanda ekspert rəyində də qeyd olunmuşdur ki, hazırda qeyri-yaşayış kimi təmir olunub və istifadədədir. Sənəddə yaşayış kimi qeyd olunmasının səbəbi ipoteka ilə yüklü edilməsidir. Belə ki, bank nəinki sənədin dəyişməsi ilə bağlı razılığı, heç obyektin icarəyə verilməsi ilə bağlı da razılıq vermir. Halbuki, kredit götürülərkən və əmlak ipoteka ilə yüklü edilərkən banka məlum idi ki, kredit üzrə aylıq ödənişlər icarədən gələn gəlir hesabına ödəniləcəkdir. İcarə üçün razılığın verilməməsi sahibkarı, eyni zamanda, kredit götürəni müflis etmək niyyəti daşımaqdan başqa bir mənaya gəlmir. Bank bilərəkdən kredit götürəni müflis etmək istəyir ki, əmlakını dəyərindən dəfələrlə az qiymətə ələ keçirsin. Hesab edirik ki, əmlakın dəyəri ekspert rəyində də qeyd edildiyi kimi faktiki bazar və likvid dəyərinə uyğun nəzərə alınmalıdır. Həmin əmlak hazırda satışa çıxarılsa sənədində nə yazılmasından asılı olmayaraq, real görünüşünə və yerinə uyğun olaraq dəyərləndiriləcəkdir (şəkilləri əlavə edilir). Sənəd açıq hərracda satışa çıxarılmır, əmlak satışa çıxarılır. Əgər sənədi olan əmlak faktiki mövcud deyilsə (sökülübsə), onda yenə həmin qiymətə satışa çıxarılacaqdı? Məhkəmədən də bunu nəzərə almasını xahiş etmişdik. Lakin məhkəmə qeyd olunanları nəzərə almadan əmlakın ilkin satış qiymətini yaşayış sahəsinin dəyərinə uyğun olaraq qeyd etmişdir. Bundan əlavə bildiririk ki, İpoteka qoyan və Zaminlər yalnız kredit xətti müqaviləsi imalanarkən müqavilələri imzalamışlar. Kredit razılaşmaları, müddətin uzadılması ilə bağlı razılaşmalar və ödəniş cədvəllərini imzalamamışlar. Kredit müqaviləsinin müddəti uzadılarkən öhdəliklər artmış, lakin ipoteka qoyan və zaminlər razılıq verməmişlər. Ödəniş cədvəllərindəki imzaların onlar tərəfindən icra edilmədiyini bildirirlər. Hesab edirik ki, müqavilələrdə olan imzaların həqiqiliyi də yoxlanmalıdır. Bununla bağlı digər cavabdehlərin məhkəməyə gəlməsinin təmin edilməsi və xəttşünaslıq ekspertizasının keçririlməsi barədə vəsatət verilmiş, lakin məhkəmə təmin etməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

39. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022 tarixli qərarına əsasən Əşyanın real dəyəri ipoteka qoyanla ipoteka saxlayan arasında razılaşdırılmaqla ipoteka predmetini təşkil edən əşyanın ilkin satış qiyməti olub konkret məbləğdə ifadə edilir. Mülki Məcəllənin 312.1-ci maddəsində qanunverici ipoteka ilə yüklü edilmiş əşyanın real dəyərinin qorunması vəzifəsini təsbit etməklə əşyanın öhdəliyin yarandığı vaxtda mövcud olan və razılaşdırılmış dəyərinin azaldılmasının yol verilməzliyini nəzərdə tutmuşdur. Belə ki, gələcəkdə əsas öhdəlik icra edilmədiyi təqdirdə kreditorun tələbi məhz ipoteka predmeti hesabına təmin olunduğundan, kreditorun mənafeyinin qorunması, öhdəliyin təminatsız qalmaması baxımından həmin əşyanın dəyərinin azaldılmasına səbəb ola biləcək hərəkətlərin yolverilməzliyi müəyyən edilmişdir. İpoteka predmeti olan əşyanın dəyərinin artmasına səbəb olan yaxşılaşdırmalara gəlincə isə nəzərə alınmalıdır ki, bu halda gələcəkdə öhdəliyin təminat dəyəri azalmadığından kreditorun mənafeyi hər hansı təhlükəyə məruz qalmır, əksinə ipoteka predmetinin dəyərinin artması ipoteka saxlayanın təminatının güclənməsinə gətirib çıxarır. Odur ki, ipoteka predmetinin dəyərinin artmasına səbəb olan yaxşılaşdırmaların ipoteka saxlayanın mənafeyi baxımından hüquqa zidd hesab edilməsi yolverilməzdir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

41. Qətnamə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dəbbə pulu və faiz məbləği hissəsində, Cavabdeh1 tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və zaminlərlə bağlı hissəsində mübahisələndirildiyi üçün yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada - 056R********** saylı krеdit razılaşması üzrə 2749,89 manat faiz bоrcu , 056R********** saylı krеdit razılaşması üzrə 8140,54 manat faiz bоrcu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada - 056R********** saylı krеdit razılaşması üzrə 7626.11 manat faiz bоrcu , 056R********** saylı krеdit razılaşması üzrə 30 346.42 manat faiz bоrcu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin 288000 (iki yüz səksən səkkiz min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilməli, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesindəki 0.0369 ha torpaq sahəsinin ilkin satış qiyməti 450 000 manat və ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesindəki 0.0369 ha torpaq sahəsinin üzərində yerləşən 238,8 m2 ümumi sahəsindən ibarət tikilinin ilkin satış qiyməti 1 418 000 manat məbləğində müəyyən edilməlidir.

43. Məhkəmə kollegiyası tərəfindən “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və əsas borca görə faiz məbləğlərinin tutulması” tələbinə aid hissədə müəyyən edilmişdir ki, öhdəlik cavabdehlər tərəfindən lazımınca icra olunmadığından, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş əmlaka yönəldilməsi zəruriyyəti yaranmış, belə bir tələbin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən müvafiq hüquqi tədbirlər görülmüşdür. Hazırda cavabdehin apellyasiya şikayətinin dəlili ipoteka predmetinin qeyri-yaşayış sahəsi kimi istifadə olunması və əmlaka qeyri-yaşayış sahəsi kimi qiymət verilməsinin zəruriliyidir. Apelyasiya şikayətinin bu dəlilini araşdırmaq üçün kollegiya tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli rəydən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 111A ünvanında xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,0369 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 238,8 m2 ümumi sahədən ibarət tikili qeyri-yaşayış sahəsi kimi istifadə edildiyindən birinci sual üzrə tədqiqat aparılmadı. Qeyd olunan tikilinin orta bazar qiymətlərinə uyğun dəyəri 1 567 000 manat, likvid dəyəri isə təqribən 1 418 000 manat məbləğində müəyyən edilmişdir. Tikilinin altında yerləşən torpaq sahəsinin orta bazar qiymətlərinə uyğun dəyəri 500 000 manat, likvid dəyəri isə 450 000 manat məbləğində müəyyə edilmişdir. Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsasən ipoteka predmetinə edilmiş əlavələr və yaxşılaşdırmalar kreditorun mənafeyi üçün təhlükə yaratmır, əksinə öhdəliyin icrası üçün qoyulmuş təminatı daha dəyərli vəziyyətə gətirir. Qeyd olunan əsaslara görə ipoteka predmeti olan torpaq sahəsinin ilkin satış qiyməti 450 000 manat, torpaq sahəsinin üzərində yerləşən tikilinin ilkin satış qiyməti isə 1 418 000 manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən kifayət qədər araşdırma aparmamış, işin hallarını və sübutları düzgün qiymətləndirməmişdir.

44. Kollegiya Cavabdeh1 zaminlik və ipoteka müqaviləsinin bağlanmamış hesab edilməli olması barədə dəlili ilə razılaşmır. Belə ki, materiallardan görünür ki, zaminlik və ipoteka müqavilələrində əsas öhdəlik göstərilmiş, iddiaçı ilə əsas borclu arasında kredit razılaşmaları bağlanarkən, onlara dəyişiklik və əlavələr edilərkən zaminlərin və ipoteka qoyanın yazılı razılığı alınmışdır. İmzaların zaminlərə məxsus olmaması ilə bağlı kollegiya qeyd edir ki, kommersiya mübahisələri üzrə mülki mühakimə icraatı çərçivəsində formal həqiqət prinsipi əsasında həyata keçirilir, məhkəmə işdə olan sübutlar əsasında hüquqi nəticəyə gələrək qərar qəbul edir. Cavabdehlər peşəkar hüquqşünas olan vəkillə təmsil olunurlar və AR MPM-nin 101-1.1-ci maddəsinə əsasən (İşdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər) bu barədə mütəxəssis və ya ekspert rəyini məhkəməyə təqdim edə bilərdilər. Lakin imzaların zaminlərə məxsus olmaması ilə bağlı cavabdehlər tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

45. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin faiz borcun düzgün müəyyən edilməməsi dəlilinə münasibətdə araşdırma aparmaq üçün məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli rəydən müəyyən olunmuşdur ki, 056R********** saylı xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 056R********** saylı, xx.xx.2018-ci il tarixli kredit razılaşmasının şərtlərinə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022 tarixə Cavabdeh1 İddiaçı QSC-ə olan borcu qeyd edilən tarixlərə aşağıdakı kimi müəyyən edilir: d) xx.xx.2022-ci il tarixə əsas borc üzrə 37 413.52 manat, faiz borcu üzrə 5239.96 manat e) xx.xx.2022-ci il tarixə əsas borc üzrə 37 413.52 faiz borcu üzrə 6942.28 manat f) xx.xx.2022-ci il tarixə əsas borc üzrə 37 413.52 faiz borcu üzrə 7626.11 manat Həmçinin 056R********** saylı xx.xx.2019 tarixli kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 056R********** saylı xx.xx.2019 tarixli kredit razılaşmasının şərtlərinə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022 tarixə Cavabdeh1 İddiaçı QSC-ə olan borcu qeyd edilən tarixlərə aşağıdakı kimi müəyyən edilir: a) xx.xx.2022 tarixə əsas borc üzrə 117 546.25 manat, faiz borcu üzrə 22 849.58 manat b) xx.xx.2022-ci il tarixə əsas borc üzrə 117 546.25 faiz borcu üzrə 28 197.93 manat c) xx.xx.2022-ci il tarixə əsas borc üzrə 117 546.25 faiz borcu üzrə 30 346.42 manat.

46. Kollegiya iddiaçının cavabdehlərə xx.xx.2022-ci il tarixində borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişini iddiaçının müqaviləni ləğv etməsi kimi qəbul edir, ona görə də kredit müqaviləsi üzrə faizlərin tutulması xx.xx.2022-ci il tarixinə qədər hesablanmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi faiz borclarının tutulması hissəsində sübutları düzgün qiymətləndirməmiş, işin hallarına hərtərəfli hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinin digər dəlili də dəbbə pulunun az məbləğdə tutulmasıdır. Kollegiya bununla bağlı birinci instansiya məhkəsinin mövqeyi ilə razılaşır, tutulan dəbbə pulunun məbləği ədalətli və borca mütənasibdir.

47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hər iki apellyasiya şikayətləri qismən təmin edilməlidir.

48. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada - 056R********** saylı krеdit razılaşması üzrə 2749,89 manat faiz bоrcu, 056R********** saylı krеdit razılaşması üzrə 8140,54 manat faiz bоrcu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada - 056R********** saylı krеdit razılaşması üzrə 7626.11 (yeddi min altı yüz iyirmi altı manat on bir qəpik) manat faiz bоrcu, 056R********** saylı krеdit razılaşması üzrə 30 346.42 (otuz min üç yüz qırx altı manat qırx iki qəpik) manat faiz bоrcu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin 288000 (iki yüz səksən səkkiz min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesindəki 0.0369 ha torpaq sahəsinin ilkin satış qiyməti 450 000 (dörd yüz əlli min) manat və ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesindəki 0.0369 ha torpaq sahəsinin üzərində yerləşən 238,8 m2 ümumi sahədən ibarət tikilinin ilkin satış qiyməti 1 418 000 (bir milyon dörd yüz on səkkiz min) manat məbləğində müəyyən edilsin. İddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar