Məhkəmə qərarları › İş №2-2(103)-270/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-270/2020

11.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-270/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürova Ləman Ceyhun qızının, iddiaçının qanuni təmsilçisi Musa Köçerin iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh «xxxx» MMC-yə qarşı «borcun tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-376/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 29.994.10 əsas borcun, 2999,40 manat cərimənin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-465/2019 nömrəli xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin ərizəsinə əsasən məhkəmə xx.xx.2019-cu il tarixli qərardadı ilə qiyabi qətnaməsini ləğv etmiş, iş üzrə icraat təzələmişdir. Sonradan, cavabdehin nümayəndəsi (Rasim Babayev) ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini baxılması üçün Sumqayıt İnizibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin ərizəsi rədd edilmişdir. Həmin qərardaddan onun verdiyi şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 916/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, iş Bakı Kommersiya Məhkəməsinə daxil olduqdan sonra, cavabdeh yenidən vəsatətlə həmin məhkəməyə müraciət edərək, iddia ərizəsini baxılması üçün Nərimanov Rayon Məhkəməsinə və ya Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-376/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin həmin vəsatəti təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və işin aidiyyəti üzrə baxılması üçün Nərimanov rayon Məhkəməsinə və ya Sumqayıt şəhər Məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət MPM-in 35-ci maddəsinə istinadən onunla əsaslandırılmışdır ki, iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Cavabdeh «xxxx,» MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu ərazisinə düşür, faktiki ünvanı isə Sumqayıt şəhəri, Sülh küçəsi - 89D-dir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin həmin şikayəti təmin edilməmiş, baxılması üçünişlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 376.2 və 397.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə artıq aidiyyət məsələsinin həll edildiyini və həmin qərarddadın apellyasiya məhkəməsi tərəfindən qüvvəsində saxlanıldığını vurğulayraq, cavabdehin şikayətinin rədd olunmasıını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş və məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iddia iqtisadi mübahisə (hazırkı anda kommersiya mübahisəsi) kimi nəzərə alınaraq, icraata qəbul olunmuşdur. İş materiallarından görünür ki, subyektiv tərkibinə görə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsləridir və iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi isə onların sahibkarlıq fəaliyyəti ilə əlaqədar aralarında xx.xx.2017-ci il tarixdə bağlanmış alqı-satqı-müqaviləsindən irəli gələn öhdəliklərlə bağlıdır. Başqa sözlə, icraata qəbul olunarkən iqtisad (kommersiya) xarakterli bir mübahisə olduğu aydın görünür. Belə olan halda, əvvəlki məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul olunması MPM-in 26.1-ci maddəsinin tələblərinə müvafiq olmuşdur. Belə ki, həmin maddəyə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşin qeyd olunan hallarından göründüyü kimi, məhkəmə iddiaçının ilkin vəsatətinə dair qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadında da işin iqtisad (yəni kommersiya) qaydasında cavabdehin hüquqi ünvanının olduğu yerin məhəkəməsində (yəni, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində) baxılmalı olan mübahisə kimi tanımış, bununla da artıq öz hüquqi mövqeyini bildirilmişdir. Belə olan halda, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin ləğv olunması ilə əlaqədar işin baxılmasının davam etdirilməsi üçün 2020-ci ilin yanvar ayından fəaliyyətə başlayan Bakı Kommersiya Məhkəməsinin göndərilməsi vəziyyəti dəyişmir. Çünki qeyd olunduğu kimi, iş MPM-in 26.1-ci və MPM-in 35.2-ci maddələri baxımından icraata düzgün qəbul olunmuşdur ki, hazırda isə bu qəbildən olan mübahisələrə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılır. Beləliklə də, məhkəmə kollegiyası əvvəlki məhkəmə qərardadları artıq məhkəmə aidiyyətinin müəyyən edildiyi halda, cavabdehin şikayətinin işin aidiyyəti üzrə Sumaqayıt şəhər və ya Nərimanov rayon məhəkəmələrində baxılmalı olduğunu vurğulayan dəlilləri tamamilə əsassızdır. İş materialları araşdırıldıqda, cavabdehin bütün bu kimi hərəkətləri açıq-aşkar işi uzatmaq məqsədi daşıdığını aydın görmək mümkündür. Çünki, ən azından onun (nümayəndəsinin) məhkəmə iclaslarına (o cümlədən hazırkı) gəlməməsi, məhkəməyə ərazi aidiyyəti, gah da məhkəmə aidiyyəti ilə bağlı vəsatətlərlə müraciət etməsi və bütün bunların nəticəsi olaraq, işin 1 il 4 aydan da çox müddətdə ərzində mahiyyəti üzrə baxılmasına başlanılması hələ də mümkün olmamışdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-376/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin işin adiyyəti üzrə göndərilməsi barədə vəsatətinin rədd olunması işin hallarına və prosessual hüquq normalarına uyğundur Ona görə də yekunda belə qənaətə gəlir ki, şikayət təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 402, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh «xxxx.» MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-376/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz və çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar