Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-271/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi (qanuni təmsilçi) X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X6 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4077/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 MMC və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əməkdaşlarının hərəkətlərinin qanunsuz sayılması, konteynerlərin qaytarılması, sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və vurulmuş maddi (96366,48 manat) və mənəvi (25000) ziyanın tutularaq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, xx.xx.2023-cü il tarixdə "xxxx"xxxx"xxxx" MMC arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-dən ayda azı 30 dəfə olmaqla bərk məişət tullantılarının və tikintidə istifadə edilən materiallarının tullantılarının zərərsizləşdirilməsi üçün istehsalat tullantılarının xüsusi təyinatlı nəqliyyat vasitələri ilə daşınmasını və müvafiq ümumşəhər zibil poliqonunda zərərsizləşdirilməyə təhvil verilməsini "xxxx" MMC öhdəsinə götürmüşdür. Qeyd edilən xidmət sayından əlavə olaraq ehtiyac yaranarsa, "xxxx" MMC-nin sifarişinə və müvafiq müraciətinə əsasən, digər vaxtlarda da məişət tullantılarının daşınması üçün "xxxx"xxxx"xxxx" MMC-yə müraciət olunduqda dərhal gecikdirilmədən xidmət göstərəcəkdir və məişət tullantılarının daşınaraq zərərsizləşdirilməsi və müvafiq qaydada məhv edilməsi ilə bağlı tədbirlər görüləcəkdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus 1.1 m3 həcmində Konteyneri, ünvan 1 ünvandan daha sonra isə xx.xx.2023-cü il tarixdə, "xxxx" MMC-yə məxsus 4 ədəd 0.36 m3 həcimli konteyneri, Cavabdeh2 MMC-nin nəqliyyat vasitəsindən istifadə edilməklə kağız məmulatların yığılması üçün nəzərdə tutulmuş 1 ədəd dəmir şkafı X3 özbaşına götürmüş, hadisənin qarşısıalınan zaman avtomobilin sürücüsü idarə etdiyi avtomobili "xxxx" MMC-nin əməkdaşının üzərinə sürmüş, sonradan isə telefon əlaqəsi yaradaraq, "Kasko-RCP-H” MMC ilə bağlanmış müqavilə pozulmadığı halda apardığı əşyaların qaytarılmayacağnı bildirmişdir. “Kommunal Xidmətlər Müəssisəsi" MMC-nin əməkdaşının qanunsuz hərəkətləri barədə araşdırma aparılması üçün polis bölməsinə müraciət etmiş əmlakın qaytarılmasında və pozulmuş hüquqların bərpasında köməklik göstərilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə Xətai Rayon Polis idarəsinin 36-cı Polis Bölməsinin tədqiqatçısı, polis mayoru X12 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdeh2 MMC-nin Heydər adlı şəxs tərəfindən əmlakların aparılması nəticəsində "xxxx" MMC-yə 1.350 manat maddi ziyan vurulmuş və iş ahəngi pozulmuşdur. Cavabdeh təşkilatların qanunsuz əməlləri barədə müxtəlif vaxtlarda Bakı şəhər Kommunal Təssərufat Departamentinin sədri X4, Cavabdeh2 MMC-nin direktoru X7, Bakı şəhəri İcra hakimiyyətinə etirazlar göndərilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan Cavabdeh2 MMC-nin işçiləri xidmət göstərdiyi şirkətlərə hədə-qorxu gələrək, respublikada səlahiyyəti olan rəhbər şəxslər adından çıxış edərək, iddiaçı ilə bağlanmış müqavilələrə xitam verilməsini həmin şirkətlərdən tələb və məcbur edirlər. Cavabdeh2 MMC-nin işçilərinin hədə qorxu gəlməsinin nəticəsi olaraq “KASCORCP-H MMC ilə bağlanmış bir çox müqaviləyə təzyiq altında xitam verilmişdir, beləlikə 2021-ci ilin əvvəlindən bu günədək hər ay 4000 manatadək məbləğində "xxxx" MMC-yə ziyan vurulmuşdur. Eyni qanunsuz hərəkətlər dəfələrlə cavabdeh Xocalı prospekti 29 ünvanında yerləşən "xxxx" Xətai 3-də törədilmiş, 13 müqavilə pozulmuş, ümumilikdə, 1 il ərzində 96.366,48 manat ziyan vurulmuşdur. Cavabdehlərin qanunsuz göstərişləri, haqsız rəqabət aparmaları, bir sıra idarə və təşkilatların "xxxx" MMC ilə bağlanmış müqavilələrin ləğv olunmasına nail olunmuşdur. xx.xx.2021-ci il tarixdə "xxxx" MMMC arasında bağlanmış müqavilə ləğv olunmuş, Azərbaycan Tibb Universiteti ilə "xxxx" MMC arasında bağlanmış müqavilələr “Socar Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəis müavini Rəşad Bağırov ilə xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilə, "xxxx" MMC-nin Baş Direktor müavini Tahir Məmmədov ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə, DİN Baş Mühafizə İdarəsinin X20 X21 ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə, DİN Baş Mühafizə İdarəsinin X20 X21 ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə, “Socar Təhlükəsizlik İdarəsinin Rəisi R.Q.Əliyev ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə, X17 İdarəsinin Rəisi Vasif Əmirov ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə, "xxxx" MMC-nin Baş Direktoru Eldar Məhərrəmov ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə, İİN X9 X1 V.M.Vəliyev ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə, “X23 İdarəsinin” rəisi Qağaməli Seyfullayev ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə pozulmuşdur. Qanunsuzluqlar barədə müxtəlif orqanlara şikayətlər edilmişdir. Kiçik və X15 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə izah edilmişdir ki, hüquqların pozulduğunu hesab etdiyi üçün məhkəməyə müraciət edə bilər. Lakin cavabdeh təşkilatlar qanunun bu tələbinə baxmayaraq idarə müəssisələr ilə heç bir tender keçirmədən müqavilələr bağlamışlar. Digər azad sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsləri isə müqavilələr bağlamaq imkanından məhrum etmiş, hədə-qorxu, qanunsuz göstərişlər verməklə yalnız öz mənafelərinə uyğun müqavilələr bağlamışlar. Cavabdeh tərəfindən daxil olmuş məktublarla bir sıra məlumatlar təqdim edilsə də, tələb olunmuş sənəd və məlumatlar tam təqdim edilməmişdir. Məlumatların verilməməsi və ya lazımi qaydada verilməməsi qanun pozuntusu hesab edilir.
3. Cavabdehlər etiraz edir və bildirirlər ki, Cavabdeh2 MMC tərəfindən sözügedən ünvandan yeşiklərin kənarlaşdırılmasının səbəbi pilot layihənin icrası ilə əlaqədar keçirilən monitorinq zamanı market işçilərinin əvvəlcədən maarifləndirilməsinə baxmayaraq, marketin qarşısında özbaşına yaratdıqları zibil meydançalarında kustar üsulla hazırlanmış dəmir konteynerlər yerləşdirilməsi olmuşdur. Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan market rəhbərliyi bu hərəkəti və eyni zamanda hərəkətsizliyi ilə qeyd olunan layihənin həyata keçirilməsinə mane olmaqla, həmçinin ərazidə antisanitar vəziyyətin mövcudluğuna şərait yaratmışdır. Cavabdeh2 MMC tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə göstərilən ünvanlarda fəaliyyətə başlayan marketlərdə mövcud tariflərə uyğun olaraq, Bakı şəhəri üzrə xidmət göstərən digər marketlərdə olduğu kimi əmələgələn tullantıların daşınması işinin pilot layihə çərçivəsində təşkil edilməsi tövsiyə olunmuşdur. İddiaçının sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələr yaradılmamışdır.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4077/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
5. İddiaçı "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (qanuni təmsilçi) X8 və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər, cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz etdi.
9. Digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
12. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
18. Belə ki, konteynerlərin qaytarılması barədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.
20. Hazırki işdə isə həmin maddənin dispozisiya şərtləri mövcud deyildir.
21. Belə ki, mübahisə predmeti olan konteynerlər Cavabdeh2 MMC tərəfindən iddiaçıya qaytarılmış və bu hal iddiaçının nümayəndəsinin (qanuni təmsilçi) birinci instansiya məhkəməsində verdiyi izahatı ilə öz təsdiqini tapmışdır (cild 1 i/v 225).
22. Göründüyü kimi mübahisə predmeti olan konteynerlər cavabdehin sahibliyində deyil. Buna görə də kollegiya hesab edir ki, həmin iddia tələbləri təmin oluna bilməz.
23. İddiaçı tərəfindən irəli sürülən digər əlaqəli tələblər olan sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlıdır.
24. Kollegiya hesab edir ki, həmin tələblər də rədd edilməlidir.
25. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
26. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.
27. Belə ki, iddiaçı sahibkarlıq hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasını və iddia ərizəsində göstərilən şəxslərin onunla bağladığı müqavilələrin məhz cavabdehlərin qanunsuz və təqsirli hərəkətlərinə (cavabdehlərin digər şəxslərə hədə-qorxu gəlməsi, onları məcbur etməsi və s.) görə pozulmasını və bunun nəticəsində ona zərər dəyməsini sübut etməlidir.
28. Lakin iddiaçı tərəfindən həmin sübutlar təqdim edilməmiş və o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
29. İddiaçının təqdim etdiyi Bakı şəhəri İcra Hakimiyyətinin başçısının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu isə həmin halları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
30. Belə ki, həmin məktub cavabdehlər tərəfindən göndərilmədiyinə görə hazırki mübahisəyə aid olan sübut hesab edilmir.
31. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba dair kollegiya qeyd edir ki, həmin məktubda Cavabdeh2 MMC-nin nümayəndələrinin marketlərin əməkdaşlarına idddiaçı ilə müqavilənin ləğv olunmasının təkidlə bildirilməsi və Cavabdeh2 MMC ilə əməkdaşlığın davam etdirilməsinin məcburi olduğunun qeyd edilməsi göstərilsə də iddia ərizəsində "xxxx" MMC ilə bağlanmış müqavilənin ləğv edilməsinə istinad olunmamışdır.
32. Həmin məktub dolayı sübut kimi qəbul edildiyi halda da iddia ərizəsində göstərilən şəxslərlə bağlanmış müqavilələrin ləğv edilməsi nəticəsinə gəlmək olmur.
33. Belə ki, yalnız dolayı sübutlar əsasında nəticəyə gəlmək üçün bir yox, bir neçə dolayı sübut olmalıdır, sübutların heç birinin etibarlığı şübhə doğurmamalıdır, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır, bu sübutlar birlikdə dəyərlənməlidir, bu sübutlar birlikdə sübut olunan faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verən sistem yaratmalıdır.
34. İddiaçının istinad etdiyi həmin məktub isə onun istinad etdiyi halların mövcüd olması nəticəsinə birmənalı gəlməyə əsas vermir
35. Kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallar yalnız o halda öz təsdiqini tapardı ki, iddiaçı onunla digər şəxslər arasında bağlanmış müqavilələrin haqsız rəqabət və cavabdehlərin hədə-qorxusu nəticəsində xitam verilməsini məhz həmin şəxslərin özləri tərəfindən təsdiq olunmuş izahatlar, məktublar, o cümlədən real bağlanmış və ya bağlanması planlaşdırılan müqavilələrə əsasında müəyyən etmək mümkün olsun.
36. Lakin hazırda bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
37. Bu baxımdan kollegiya hesab edir ki, sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia təmin edilə bilməz.
38. Mənəvi zərərin tutulması barədə tələblərə dair kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. ... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər".
39. Göründüyü kimi, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər. Buna görə də, həmin tələblər tam əsassız olduğuna görə rədd edilməlidir.
40. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4077/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn