Məhkəmə qərarları › İş №2-2(103)-272/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-272/2024

13.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-272/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ilk iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı1nə qarşı dividend və s. tələbinə dair qarşılıqlı iddiası, eyni zamanda birləşdirilmiş iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İddiaçı2 və X4 Cavabdeh qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi tələbinə dair ilk, Cavabdeh İddiaçı1nə, İddiaçı2 və X5 qarşı vurulmuş mənəvi zərərin əvəzinin tutulması tələbinə dair birləşdirilmiş iş üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-76/2023 nömrəli qətnaməsindən İddiaçı1 MMC tərəfindən və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş zərərə görə 917952 manat pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-76/2023 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş zərərə görə 896697,57 manat, hüquqi yardım xərci olaraq 800 manat məbləğində pulun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, qarşılıqlı iddianın təmin edilməməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İddiaçı2 və X4 Cavabdeh qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi tələbinə dair ilk iddiasının təmin olunmaması, Cavabdeh İddiaçı1nə, İddiaçı2 və X5 qarşı vurulmuş mənəvi zərərin əvəzinin tutulması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. Qətnamədən İddiaçı1 MMC tərəfindən və Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(103)-272/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətləri mümkün hesab edilərək icraata qəbul edilmişdir. “Aze Mis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə tərəflər məhkəməyə aralarında bağlanmış barışıq sazişini və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim etmişdir. İlk iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 və ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 məhkəmə iclasında ərizələrini müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(113)-76/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən-iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-76/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-76/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin: - Cavabdeh İddiaçı1 MMC Binəqədi rayon məhkəməsinin e-2(001)-7325/2020 saylı xx.xx.2020-ci il qərardadı ilə üzərinə həbs qoyulmuş "xxxx" BOKT ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 220.000 manat dəyərində qiymətli kağızları (istiqrazları) onlara hesablanmış faizləri ilə birlikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verməyi öhdəsinə götürür. - Cavabdeh iddiaçı qarşında öhdəlik götürür ki, bu barışıq sazişinin məhkəmədə təsdiq olunması və məhkəmənin qərardadı qanuni qüvvəsini almasından sonra, İddiaçı1 nizamnamə kapitalındakı 7 (yeddi) payını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X1 mülkiyyətinə keçməsi ilə bağlı onunla notarial qaydada alqı-satqı müqaviləsini bağlayacaqdır. Payların iddiaçı "xxxx" MMC-yə keçirilməsi ilə bağlı olan bütün xərclərin ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. - Həmçinin cavabdeh öhdəlik götürür ki, bu barışıq sazişinin məhkəmədə təsdiq olunması və məhkəmənin qərardadı qanuni qüvvəsini almasından sonra, onunla arvadı X2 birgə nikah dövründə X2 adına "xxxx" BOKT ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş, onların birgə mülkiyyətində olan 67.000 (altmış yeddi min) manat dəyərində qiymətli kağızları (istiqrazları) faizləri ilə birlikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verir. - Barışıq Sazişi məhkəmədə təsdiq olunduqdan və məhkəmənin qərardadı qanuni qüvvəsini alandan sonra, Cavabdeh və onun arvadı X3 bu barışıq sazişin 1-ci, 2-ci və 3-cü bəndlərində qeyd olunan öhdəlikləri tam icra etdikdən, yəni İddiaçı1 nizamnamə kapitalındakı 7 (yeddi) payı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X1 mülkiyyətinə, "xxxx" BOKT ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 220.000 (iki yüz iyirmi min) manat dəyərində qiymətli kağızlar (istiqrazları) faizləri ilə birlikdə və cavabdehin həyat yoldaşı X2 adına "xxxx" BOKT ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 67.000 (altmış yeddi min) manat dəyərində qiymətli kağızlar (istiqrazları) faizləri ilə birlikdə İddiaçı1 mülkiyyətinə keçirilməsi şərti ilə Cavabdeh qarşı məhkəmədə olan iddia tələbindən imtina edir. - Barışıq sazişi məhkəmədə təsdiq olunduqdan və məhkəmənin qərardadı qanuni qüvvəsini alandan sonra, Cavabdeh İddiaçı1nə qarşı dividend və s., həmçinin Cavabdeh İddiaçı1nə, İddiaçı2 və X5 qarşı vurulmuş mənəvi zərərin əvəzinin tutulması ilə bağlı məhkəmədə olan iddia tələblərindən imtina edir. - Tərəflər öhdəlik götürürlər ki, bu barışıq sazişinin 1-ci, 2-ci və 3-cü bəndlərində Cavabdeh tərəfindən götürülmüş öhdəliklər tam icra olunduqdan sonra “Tərəflər” bir-birinə qarşı gələcəkdə heç bir iddia tələbləri irəli sürməyəcəklər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar