Məhkəmə qərarları › İş №2-2(103)-274/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-274/2020

11.06.2020 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-274/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürova Ləman Ceyhun qızının iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “xx.xx.2013-cü il tarixli müqavilənin, sərəncamın və ayrıc aktının ləğv edilməs tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-104/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı (nümayəndəsi Məmmədov Mübariz Müzəffər oğlu) tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və “xxxx” MMC-yə qarşı müqavilənin, sərəncamın və ayrıc aktının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-104/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə, iddia tərəflər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardad iddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ləğv edilərək iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli növbəti qərardadı ilə də iddia ərizəsi, həmin məhkəmə iclasına tərəflər gəlmədiyindən, MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Həmin qərardad, növbəti dəfə iddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ləğv edilmiş və işə baxılması təzələnmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsində, yalnız, “xxxx” MMC-yə qarşı cavabdeh qismində iddia qaldıraraq, Nikoyl İKB ASC, “xxxx” MMC və Araz Tİ arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi də, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə MPM-in 259.0.6-cı maddəsinə əsasən tərəflər məhkəmə iclasına gəlmədiyindən baxılmamış saxlanılmışdır. İş materialları 2020-ci ilin yanvar ayından fəaliyyətə başlayan Bakı Kommersiya Məhkəməsinin icraatın daxil olduqdan sonra, bir daha iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsitnin qeyd olunan xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini və işi baxışa təyin olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin həmin ərizəsi rədd edilmişdir (İddiaçının nümayəndəsi həmin məhkəmə iclasına da gəlməmişdir). İddiaçı (nümayəndəsi) həmin qərardadan şikayət verərək, ləğv edilməsini və iddia ərizəsinin məhkəmə baxışına qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixə təyin olunmuş məhkəmə iclasında, yas mərasimində olduğu üçün, iştirak edə bilməmişdir. Bununla əlaqədar hesab edir ki, məhkəmənin həmin qərardadı ləğv olunmalı işə baxılması davam etdirilməlidir. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasına gəlməməsinin səbəbi isə «Koroğlu» körpüsündə avtomaşınların hərəkətinin dayanması nəticəsində tıxacda qalması üzündən məhkəməyə özünü çatdırıa bilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun həmin şikayəti təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasınının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi (həmçinin cavabdeh) məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iddiaçının vəsatətinin rədd olunması barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilən hallardan aydın olur ki, iddiaçının, xx.xx.2018-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi – iddiaçının nümayəndəsi (və cavabdeh) məhkəmə iclaslarına gəlməməsi səbəbindən, üç dəfə baxılmamış saxlanılmışdır. Dördüncü dəfə, iş Bakı Kommersiya Məhkəməsinin icraatına daxil olduqdan sonra, iddiaçının nümayəndəsi təkrarən ərizə ilə həmin məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2019-cu il tarixli iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardadının ləğv edilib, işi məhkəmə baxışına təyin olunmasını xahiş etmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun həmin vəsatəti rədd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qeyd olunan qərardadı işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Birincisi, ona görə ki, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2018ci il tarixdən, təxminən iki ilə yaxın ötən bir müddət ərzində məhkəmə hər dəfə məhkəmə bildirişləri ilə tərəfləri, o cümlədən, iddiaçını məhkəmə iclası barədə məlumatlandırmış, iddiaçının nümayəndəsi isə məhkəmyə verdiyi iddia ərizəsinə ən qısa zamanda baxılmasında maraqlı olmaq əvəzinə, hər dəfə məhkəm iclasına gəlməmiş, heç bir sübutu olmadan müxtəlif bəhanələrlə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadların ləğv olunmasını və işi məhkəmə baxışına təyin olunimasını xahiş etmiş, məhkəmə də humanist mövqedən çıxış edərək onun həmin ərizələrini təmin etmişdir. İddiaçının (nümayəndəsinin) hazırkı şikayətinin dəlillərindən isə görünür ki, xx.xx.2019-cu il tarixli məhkəmə iclasına gəlməsinin üzrülü səbəbini yas mərasimində olması ilə əlaqələndirmişdiir. Nümayəndənin üzürlü səbəb kimi gətirdiyi bu dəlilindən göründüyü kimi, mərasimdə harada, kimin və günün hansı vaxtında olduğunın açıqlanmadan ümumi şəkildə ifadə etdiyi bu kəlməsindən qeyri-səmimi xarakter daşıdığı aydın görünür. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin 2 il yaxın vaxtını alan və məhkəməni boş yerə məsrəflər çəkməsinə məruz qoyan iddiaçının nümayəndəsinin əsası olmayan və heç bir sübuta söykənməyən bu mülahizəsi xx.xx.2019-cu il tarixdə məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Ən azından ona görə ki, nümayəndənin özünün də şikayətində istinad etdiyi MPM-in 260.5-ci maddəsinin tələbində nəzərədə tutulur ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlaqılması barəsində öz qərardadını ləğv edir. Qanunvericiliyin qeyd olunan normasının məzmunundan göründüyü kimi, iddia ərizəsinin qeyd olunan əsaslardla baxılmamış saxlanılması barədə qərardadı o halda ləğv oluna bilər ki, işdə iştirak edən iddiaçı məhkəməyə gəlməməsinin üzrlü səbəbləri barədə sübutlar təqdim etsin. İşdən isə görünür ki, iddiaçının isə belə sübutları mövcud deyil və hazırkı məhkəmə iclasına da gəlməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadında da, məhz, qeyd edilənlər nəzərə alınmaqla, iddiaçının 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin baxışa təyin olunması barədə vəsatəti rədd edilmişdir. Ona görə də həmin qərardadın işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyini nəzərə alan məhkəmə kollegiyası iddiaçının (nümayəndəsinin) həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-104/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüquq vardır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-104/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar