Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-278/2020 19.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, e-2- 2(82)- 650/2019 saylı qərardadından (hakim Leyla Əliyeva) cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2016-cı il tarixli, 10 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 13.812.000 manat əsas borc, 144.912,93 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 3.637.933,40 manat cərimə borcu, 2.138.527,22 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla cəmi 19.733.373,55 manat borcun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosesində olan “xxxx” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı ərizə ilə müraciət edərək iddianı təmin etmə tədbiri kimi işə mahiyyəti üzrə baxılıb qurtarana kimi cavabdeh Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 13 ünvanında yerləşən 0.1736 ha torpaq sahəsi üzərinə həbs qoyulmasına və həmin torpaq sahəsindən istifadənin və torpaq sahəsi barədə sərəncam vermənin cavabdeh “xxxx” MMC-yə və başqa şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-2(82)- 650/2019 saylı qərardadına əsasən ərizə qismən təmin olunmuş, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 13 ünvanında yerləşən 0.1736 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə torpaq sahəsinin cavabdehə aid olub-olmamasının aydınlaşdırmadan qərardad qəbul etmişdir. Qeyd olunan torpaq sahəsində yaşayış binası inşa edilmiş və həmin bina istismara təhvil verilmişdir. Bununla da mübahisəli torpaq sahəsinin cavabdehə aidiyyatı qalmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-393/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, e-2- 2(82)- 650/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Şikayət ərizəsində Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 13 ünvanında yerləşən 0.1736 ha torpaq sahəsinin cavabdehə hazırda aidiyyəti olmadığı qeyd edilsə də, işdəki MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, həmin sahə Cavabdeh MMC-nin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə görülən iddianı təmin etmə tədbiri cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam hüququnun məhdudlaşdırılması, yəni əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə olduğundan və bu tədbirin işə mahiyyəti üzrə baxılanadək qüvvədə olması cavabdehin və ya həmin torpaq üzərində inşa edilmiş yaşayış binasının sakinlərinin sahə üzərində istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneə yaratmadığından görülən tədbirin ləğv edilməsi zərurəti ilə bağlı cavabdeh tərəfindən əsaslı dəlil irəli sürülməmişdir. Bundan əlavə özgəninkiləşdirilməsi qadağan edilmiş torpaq sahəsinin ünvanı “Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 13” olduğu halda cavabdehin şikayət ərizəsinə əlavə edilmiş “Tikinti obyektinin istismarına icazə” sənədi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27,29,31 saylı ünvanlarda inşa edilmiş yaşayış və ofis binasına aid olduğu üçün həmin sənədin sözügedən torpaq sahəsinə aid olduğu müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, e-2- 2(82)-650/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, e-2- 2(82)-650/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-278/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-278/2020
19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver