Məhkəmə qərarları › İş №2-2(103)-28/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-28/2020

14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-28/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Bəylər oğlu, vəkili Dadaşov Orxan elxan oğlunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)- 665/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə MMC) Cavabdehnə (bundan sonra mətndə MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli subicarə müqaviləsi üzrə yaranmış 5000 manat məbləğində borc və xx.xx.2018-ci il tarixli subicarə müqaviləsi üzrə yaranmış 6670 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 11200 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli subicarə müqaviləsi üzrə yaranmış 4500 manat məbləğində borc və xx.xx.2018-ci il tarixli subicarə müqaviləsi üzrə yaranmış 6670 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 11200 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)- 665/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-665/2019 saylı qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş; - xx xxxxxx 2017-ci il tarixdə bağlanmış subicarə müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ünvan 1 Ə.Əhmədov) 4 ünvanında tikilmiş çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən "İddiaçı" mağazasında kosmetika və hədiyyəlik şüşə məhsullarının satışı üçün 6 kv.m olan qeyri-yaşayış sahəsinin aylıq ƏDV daxil olmaqla 500 manat müqabilində 1 il müddətinə icarəyə verilməsi razılaşdırılmışdır. - xx xxxx 2018-ci il tarixdə bağlanmış subicarə müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında Xırdalan şəhəri, H.Əliyev prospekti, "AAAF-Park" yaşayış massivində yerləşən "İddiaçı" mağazasında kosmetika və hədiyyəlik şüşə məhsullarının satışı üçün 10 kv.m olan qeyriyaşayış sahəsinin aylıq ƏDV daxil olmaqla mart ayı 670 manat, sonrakı aylar üçün 1000 manat müqabilində 1 il müddətinə icarəyə verilməsi razılaşdırılmışdır. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il və xx xxxx 2018-ci il tarixlərdə bağlanmış iki subicarə müqavilələrinə əsasən, ünvan 1 Ə.Əhmədov) 4 ünvanında tikilmiş çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən "İddiaçı" mağazasında kosmetika və hədiyyəlik şüşə məhsullarının satışı üçün 6 kv.m və Xırdalan şəhəri, H.Əliyev prospekti, "AAAF-Park" yaşayış massivində yerləşən "İddiaçı" mağazasında kosmetika və hədiyyəlik şüşə məhsullarının satışı üçün 10 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən müqavilə üzrə qeyri-yaşayış sahəsi cavabdehin istifadəsinə verilmiş və cavabdeh qeyri-yaşayış sahəsindən istifadə etsə də, icarə haqqı ödənilmədiyindən ƏDV daxil olmaqla 11200 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənöhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Kollegiya qeyd edir ki, sadalanan maddi hüquq normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək qeyri-yaşayış sahələrini cavabdehə təhvil verdiyindən, cavabdeh müqavilə üzrə öhdəliklərini müəyyən edilmiş müddət ərzində tam yerinə yetirmədiyindən tərəflər arasında xx.xx.2017-ci il və xx xxxx 2018-ci il tarixlərdə bağlanmış iki subicarə müqavilə üzrə iddiaçıya 11200 manat (ƏDV daxil olmaqla) cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)- 665/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar