Məhkəmə qərarları › İş №2-2(103)-281/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-281/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-281/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı ləğv prosesində olan “xxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan “xxxx” açıq səhmdar cəmiyyətinin Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinə qarşı cavabdehdən kredit borcunun tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (82)-474/2017 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” açıq səhmdar cəmiyyəti Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinə qarşı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 16K/13 nömrəli, xx xxxxx 2013-cü il kredit müqaviləsinə əsasən əsas borc üzrə 4,344,160.14 manat, faiz borcu üzrə 571743.83 manat və cərimə borcu üzrə 449362.09 manat, cəmi 7,365,266.06 manat, 60K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 23067.34 manat, faiz borcu üzrə 12,592.33 manat, cərimə borcu üzrə 2,685.72 manat, cəmi 38,705.39 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(82)- 474/2017 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(82)-474/17 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti bərpa edib, apelyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədən apelyasiya şikayəti hazırlanmış, lakin həmin dövrdə Fondda rəhbərliyin dəyişməsi ilə əlaqədar həmin şikayəti imzalayacaq səlahiyyətli şəxslər olmamış, prosessual müddət bitdikdən sonra isə həmin dosye Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə təhvil verilmişdir. Uzun müddət dosye korrupsiya idarəsində qalaraq araşdırılmış, yalnız sonradan həmin iş hüquq şöbəsinə təhvil verilmiş və onlar tərəfdən apellyasiya şikayəti hazırlanaraq məhkəməyə müraciət edilmişdir. Buna görə də iddiaçı hesab edir ki, buraxılmış prosessual müddət üzürlü hesab edilməlidir.1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1 (81)-1404/2016 saylı qərarı ilə “xxxx" ASC müflis elan edilmiş və onun barəsində iflas proseduruna başlanılmışdır. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC-yə ləğvedici təyin edilmişdir. Barəsində iddia qaldırılan cavabdehin Fond qarşısında öhdəliyi kifayət qədər böyükdür və əsassız olaraq iddia tələbinin rədd edilməsi gələcəkdə dövlət büdcəsindən böyük məbləğdə vəsaitinin itirilməsi deməkdir. Qətnamədən şikayətin verilməsi üçün prosessual müddətin buraxılma səbəbi üzürlü hesab edilməli, buraxılmış prosessual müddət bərpa edilərək apellyasiya şikayətinə baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2-2 (82)-474/2017 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 2-2 (82)-474/2017 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəbin olması meyarı qanunvericilikdə müəyyən edilməmişdir, bu yalnız hakimin mülahizəsindən asılıdır. Bu baxımdan da göründüyü kimi 2016-cı il tarixdə “xxxx” ASC müflis elan edilmişdir. Həmin tarixdə yaranmış vəziyyətlə əlaqədar apelyasiya şikayətini imzalayacaq şəxsin olmaması təbii haldır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qətnamə 2017-ci il tarixində qəbul edilmişdir, həmin tarixdə ləğv prosesi yeni başlanmışdır. Göstərilən hallar üzrlü səbəb kimi qəbul edilə bilər. Bakı Kommersiya Məhkəməsinin 2-2 (82)-474/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehin hüquqi ünvanına göndərilmiş məhkəmə bildirişi həmin ünvanda fəaliyyət göstərmədiyindən çatmamışdır. İş materiallarında cavabdehin faktiki ünvanı barədə sübut olmadığından məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (82)-474/2017 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1.-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə iş üzrə xüsusi qərardad çıxarılması ilə əlaqədar iddiaçıda olan sənədlərin istintaq orqanı tərəfindən götürülməsini və apellyasiya şikayətinin hazırlanması üçün zəruri sənədlərin iddiaçıda olmamasını üzürlü səbəb kimi qəbul edərək hesab edir ki, buraxılmış prosessual müddət bərpa edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (82)-474/2017 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(006)- 1870/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan “xxxx” açıq səhmdar cəmiyyətinin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (82)-474/2017 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(82)- 474/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar