Məhkəmə qərarları › İş №2-2(103)-281/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-281/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-281/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1541/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 MMC-nin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Tovuz” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 19.07.2018-ci il tarixli BK № 001/MKOS/07.18 və 19.07.2018-ci il tarixli BK №0 02/MKOS/07.18 nömrəli kredit müqavilələrinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı ASC-nin “Tovuz” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 19.07.2018-ci il tarixli BK № 002/MKOS/07.18 nömrəli kredit müqaviləsi üzrə Banka olan 11,309.38 manat (on bir min üç yüz doqquz manat otuz səkkiz qəpik) əsas, 445,75 manat (dörd yüz qırx beş manat yetmiş beş qəpik) faiz, 8,237.32 manat (səkkiz min iki yüz otuz yeddi manat otuz iki qəpik) cərimə olmaqla, ümumilikdə 19,992.45 manat (on doqquz min doqquz yüz doxsan iki manat qırx beş qəpik), İddiaçı ASC-nin “Tovuz” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 19.07.2018-ci il tarixli BK №0 01/MKOS/07.18 nömrəli kredit müqaviləsi üzrə Banka 134,076.99 manat (yüz otuz dörd min yetmiş altı manat doxsan doqquz qəpik) əsas, 1,326.62 manat (min üç yüz iyirmi altı manat altmış iki qəpik) faiz, 42,866.31 manat (qırx iki min səkkiz yüz altmış altı manat otuz bir qəpik) cərimə olmaqla, ümumilikdə 178,269.92 manat (yüz yetmiş səkkiz min iki yüz altmış doqquz manat doxsan iki qəpik) pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 62 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun tutulması, İddiaçı ASC-nin “Tovuz” filialı ilə Cavabdeh2 arasında bağlanmış 20.07.2018-ci il tarixli 01/SKMF/07.18 nömrəli ipoteka müqaviləsinə Cavabdeh2 məxsus olan (ƏMDKYDƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 14.05.2018-ci il tarixli çıxarışa əsasən Seriya RX 1304525; Reyestr nömrəsi; **********61- 05301-093001, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 152.40 kv.m ümumi, 89.80 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilə, Cavabdeh1 arasında bağlanmış 20.07.2018-ci il tarixli 01/SKMF/07.18 nömrəli ipoteka müqaviləsinə Cavabdeh1 məxsus olan (ƏMDKYDƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 30.11.2016-cı il tarixli çıxarışa əsasən, Seriya RX 0967246; Reyestr nömrəsi; **********00-10301, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 167.1 kv.m ümumi, 96.2 kv.m yaşayış , 70.9 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli 4 yaşayış otaqlı fərdi yaşayış evi, 0.0305 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək, həmin əmlak hesabına İddiaçı ASC-yə ödənilməsi, İpoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borclu – Cavabdeh3 MMC) tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 19.07.2018-ci il tarixli 01/SKMF/07.18 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 19.07.2018-ci il tarixli 01/SKMF/07.18 nömrəli kredit müqaviləsi üzrə 134.076,99 manat əsas, 8.166,34 manat faiz, 13.400 manat məbləğdə dəbbə pulu, 02/MKOS/07.18 müqaviləsi üzrə 11.309,38 manat əsas, 1.931,63 manat faiz borcu, 1.103 manat məbləğdə dəbbə pulu, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyata alınması üçün ödənilmiş 62 manat rüsum, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun Cavabdeh3 MMC-dən tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 100 manatın Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmə əmtəəşünaslıq ekspertizası ilə bağlı olaraq "xxxx" MMC-yə ödənilməli olan 600 manat Cavabdeh3 MMCdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və "xxxx" MMC-yə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən mənzilə eləcə də, Cavabdeh1 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə 0.0305 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin daşınmaz əmlakların (ipoteka predmeti) açıq hərracda satılması və əldə olunan vəsait Cavabdeh3 MMC-nin iddiaçıya olan borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlakların satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh2 və Cavabdeh1 verilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən mənzilin likvid dəyərinin 238.000 manat məbləğdə, Cavabdeh1 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi 0.0305 ha torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 105.000 manat məbləğdə müəyyən edilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakların boşaldılması qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh3 MMC ondan apellyasiya şikayəti verərək, qismən ləğv edilib, iddianın cərimə və faiz borcu hissələrdə rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İşdən görünür ki, apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini nəzərə almamış, MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən olunan forma və məzmun şərtlərinə uyğun tərtib edilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1541/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 MMC-nin apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar