Məhkəmə qərarları › İş №2-2(103)-281/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-281/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-281/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: icarə müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4628/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İcrarəyə verən qismində İddiaçı ilə icarəçi qismində Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 8R nömrəli icarə müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən tikintidə istifadə edilən materialları və alətləri Əlavə 1-də qeyd olunan məbləğ qarşısında icarəyə götürənə icarəyə verir.

3. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarə müddəti, mal və materialların icarəçi tərəfindən, icarəyə verənin Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, ev 2096-cı məhəllədə yerləşən dükanından təslim alınması tarixindən başlayır və eyni ünvana iş saatları vaxtında təmizlənmiş, çeşitlərə ayrılmış yenidən işlədiləcək şəkildə demontaj edilərək təslim edildiyi tarixdə bitir.

4. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 8R nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1 bağlanmışdır. Sözügedən əlavəyə əsasən 1 ədədinin icarə qiyməti 1,17 manat olmaqla, aylıq icarə haqqı 4680 manat olan 4000 ədəd 2,25 m olan dəmir dirək və 1 ədədinin qiyməti 0,23 manat olmaqla, aylıq icarə haqqı 1380 manat olan 6000 ədəd cilovuz, ümumilikdə aylıq cəmi icarə haqqı 6060 manat olan material icarəyə verilmişdir.

5. Əlavənin 1-ci bəndinə əsasən Əlavədə göstərilən materialların icarə haqqından 'İcarəçi" tərəf 86% "İcarəyə Verən"ə 14% isə ödəmə mənbəyindən vergiyə ödəməlidir.

6. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı imzalanmışdır. Sözügedən aktdan müəyyən edilir ki, tərəflər öz aralarında bağladığı xx.xx.2021-ci il tarixli, 8R nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1-də qeyd edilən malların icarəyə verən tərəfindən icarəçiyə təhvil-təslim edildiyini təsdiq etmişlər. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 8R nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 2 bağlanmışdır. Sözügedən əlavəyə əsasən icarəyə verən İddiaçı icarəçi Cavabdeh MMC-yə 1534 ədəd isgələ, 2028 cüt qayçı, 1880 ədəd alt ayar mili, 1880 ədəd üst ayar mili, 1500 ədəd futulka, 3990 ədəd H2O doka, 950 ədəd 2,6 m-lik dəmir dirək, 2000 ədəd 3,20 m-lik dəmir dirək, 1500 ədəd 1,70 m-lik dəmir dirək olmaqla, ay ərzində cəmi 39403 manat dəyərində material icarəyə vermişdir. Əlavənin 1-ci bəndinə əsasən Əlavədə göstərilən materialların icarə haqqından 'İcarəçi" tərəf 86% "İcarəyə Verən"ə 14% isə ödəmə mənbəyindən vergiyə ödəməlidir.

8. Tərəflər arasında xx.xx.2021-ci il tarixli 2 nömrəli Təhvil-təslim aktı imzalanmışdır. Sözügedən aktdan müəyyən edilir ki, tərəflər öz aralarında bağladığı xx.xx.2021-ci il tarixli, 8R nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 2-də qeyd edilən malların icarəyə verən tərəfindən icarəçiyə təhvil-təslim edildiyini təsdiq etmişlər. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 8R nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1 və həmin əlavə üzrə xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı, eləcə də xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 2 və həmin əlavə üzrə xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktına əsasən malların müvafiq aylar üzrə sayılıb təhvil-təslim edilməsi və icarə haqqlarının məbləği barədə aktlar əlavə etmişlər. Sözügedən aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 146365 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12878,52 manat təşkil edir. Həmin qaimə mal satışı ilə əlaqədar göndərib.

11. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 476322 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2021-ci ilin sentyabr ayının icarə haqqı).

12. xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 404190 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2021-ci ilin oktyabr ayının icarə haqqı).

13. xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 648905 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2021-ci ilin noyabr ayının icarə haqqı).

14. xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 815621 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2021-ci ilin dekabr ayının icarə haqqı).

15. xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 702159 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin yanvar ayının icarə haqqı).

16. xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 451870 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin fevral ayının icarə haqqı).

17. xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 201249 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin mart ayının icarə haqqı).

18. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 636121 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin aprel ayının icarə haqqı).

19. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 010928 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin may ayının icarə haqqı) .

20. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 148356 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin iyun ayının icarə haqqı).

21. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 058994 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin iyul ayının icarə haqqı).

22. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 799471 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin avqust ayının icarə haqqı).

23. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 289849 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin sentyabr ayının icarə haqqı) .

24. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 291003 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin oktyabr ayının icarə haqqı).

25. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 293964 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 39403 manat təşkil edir (2021-ci ilin dekabr ayının icarə haqqı).

26. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 294727 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 39403 manat təşkil edir (2022-ci ilin yanvar ayının icarə haqqı).

27. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 295058 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 39403 manat təşkil edir (2022-ci ilin fevral ayının icarə haqqı).

28. Malların geri qaytarılması haqqında 3 nömrəli, xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, icarəçi tərəfindən təhvil alınan dəmir dirək və cilovuz materialları icarəyə verənə xx.xx.2022-ci il tarixdə saz vəziyyətdə geri qaytarılır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.

29. Malların geri qaytarılması haqqında 3 nömrəli, xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, icarəçi tərəfindən təhvil alınan isgələ, qayçı,alt ayar mili, üst ayar mili, futulka, H20Doka və dəmir dirək materialları icarəyə verənə xx.xx.2022-ci il tarixdə saz vəziyyətdə geri qaytarılır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.

30. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı **********1641A67 nömrəli hesabına xx.xx.2021-ci il tarixdə 16974 manat ödəniş edilmişdir. Həmin ödənişlər xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 146365 nömrəli və xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 476322 nömrəli elektron qaimələr üzrə edilmişdir.

31. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı **********1641A67 nömrəli hesabına xx.xx.2022-ci il tarixdə icarə haqqı üzrə 10000 manat məbləğində ödəniş edilmişdir.

32. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş ƏDV sub-uçot hesabından çıxarışdan müəyyən edilir ki, İddiaçı (VÖEN: **********) hesabında Cavabdeh MMC tərəfindən 1964,52 manat (ödənişin təyinatı: EBBH seriyalı, 146365 nömrəli elektron qaimə) məbləğində ödəniş edilmişdir.

33. "xxxx" ASC tərəfindən tərtib edilmiş çıxarışdan müəyyən edilir ki, İddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatının AZ76HAJCHCRAZN**********9001 nömrəli hesabına 400 manat məbləğində ödəniş edilmişdir.

34. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (gün) müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

35. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 24 avqust 2021-ci il tarixli, 8R saylı icarə müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 və 2 saylı əlavə üzrə Cavabdeh MMC-dən 158562,14 manat məbləğində icarə haqqının, o cümlədən də hüquqi yardım üçün ödənilmiş 220 manat məbləğində vəsaitin və 400 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı inşaat materiallarının icarəsi və satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu məqsədlə tərəflər arasında 24 avqust 2021-ci il tarixli, 8R saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən tikintidə istifadə edilən materialları və alətləri Əlavə №1-də qeyd edilən məbləğ qarşısında icarəyə götürənə icarəyə verir. Əlavə №1-də qeyd edilmiş 24 avqust 2021-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən 1 ədədinin icarə qiyməti 1,17 manat olmaqla, aylıq icarə haqqı 4680 manat olan 4000 ədəd 2,25 m olan dəmir dirək və 1 ədədinin qiyməti 0,23 manat olmaqla, aylıq icarə haqqı 1380 manat olan 6000 ədəd cilovuz, ümumilikdə aylıq cəmi icarə haqqı 6060 manat olan material icarəyə verilmişdir. Tərəflər arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, 2 №-li təhvil-təslim aktına əsasən 4000 ədəd 2,25 m dəmir dirək və 6000 ədəd cilovuz icarəçiyə təhvil-təslim edilmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış 8R saylı, 24 avqust 2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 2 №-li əlavəyə əsasən icarəyə verən İddiaçı icarəçi Cavabdeh MMC-yə 1534 ədəd isgələ, 2028 cüt qayçı, 1880 ədəd alt ayar mili, 1880 ədəd üst ayar mili, 1500 ədəd futulka, 3990 ədəd H2O doka, 950 ədəd 2,6 m-lik dəmir dirək, 2000 ədəd 3,20 m-lik dəmir dirək, 1500 ədəd 1,70 m-lik dəmir dirək olmaqla, ay ərzində cəmi 39403 manat dəyərində material icarəyə vermiş və bu barədə tərəflər arasında təhvil-təslim aktları, protokollar tərtib edilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, icarə haqqını ödəməmişdir. Hal-hazırda cavabdehin 158562,14 manat məbləğində borcu mövcuddur.

37. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4628/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia təmin edilmişdir.

38. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarə müqaviləsinə 1 saylı Əlavəsi üzrə 14 ay üçün (2021-ci ilin sentyabr-dekabr, 2022-ci ilin yanvar-oktyabr ayları) aylıq 6060 manat olmaqla, cəmi 84840 manat (6060x14=84840) icarə haqqı hesablanmış, 2 saylı Əlavə üzrə 3 ay üçün (2021-ci ilin dekar, 2022-ci ilin yanvar və fevral ayları) 39403 manat olmaqla, cəmi 118209 manat (39403x3=118209) icarə haqqı, ümumilikdə 203049 manat (84840+118209=203049) məbləğində icarə haqqı hesablanmışdır (hər iki tərəf təsdiq etmişdir).

39. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş 2 çıxarışla bağlı qeyd etmişdir ki, çıxarışlardan biri üzrə 10.000 manatlıq ödəniş icarə haqqı ilə bağlı olmuş, digər çıxarış üzrə 16.974 manat məbləğində ödəniş yuxarıda qeyd olunan 2 qaimə üzrə edilmişdir. Həmin qaimələrdən biri, xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 146365 nömrəli elektron qaimə mal satışı (hazırkı mübahisəyə aidiyyatı yoxdur) ilə, digəri xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 476322 nömrəli elektron qaimə isə icarə haqqının ödənişi ilə bağlı olmuşdur. 16974 manat məbləğdən yalnız 6060 manatı ikinci qaimə üzrə icarə haqqı borcundan ödəniş olmuşdur. Beləliklə, cavabdeh tərəfindən icarə haqqı borcu üzrə 16060 manat (10000+6060=16060) ödəniş edilmişdir.

40. Məhkəmə həmçinin qeyd etmişdir ki, təqdim olunan elektron qaimələrdə vergi tutulan əməliyyatlardan ödənilməli olan ƏDV məbləği 0 manat olaraq göstərilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə edilən 1 və 2 saylı Əlavələrin 1-ci bəndinə əsasən əlavələrdə göstərilən materialların icarə haqqından 'İcarəçi" tərəf 86% "İcarəyə Verən"ə, 14% isə ödəmə mənbəyindən vergiyə ödəməlidir. Beləliklə, razılaşmaya əsasən hesablanmış 203049 manat məbləğin 86%-i, yəni 174622,14 manat hissəsi icarəyəverənə, yəni iddiaçıya ödənilməli olan məbləğdir. Həmin məbləğdən ödənilən məbləği, yəni 16060 manatı çıxdıqda, qalan 158562,14 manat məbləğ (174622,14- 16060=158562,14) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

41. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4628/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr üzrə öhdəliklərin qətnamədə göstərilən daha çox hissəsini ödəmişik. Hesab edirik ki, borc yenidən hesablanmalıdır. Həmçinin, tərəflər bu öhdəliyin 70 000 manat olması barədə razılığa gəlmişlər, amma məhkəmə 159 000 manat iddia tələbini təmin etmişdir. Həmçinin qeyd edim ki, birinci instansiya məhkəməsində üzrlü səbəblərdən iştirak etməmişik. Amma iddiaçıya ümumilikdə 63 000 manatdan çox vəsait qaytarılmışdır (sənədlər əlavə olunur).

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

43. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

44. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

45. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddə- icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddə- icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.4-cü maddə-işdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 385.2-ci maddə- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri

46. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4628/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə xx.xx.2021-ci il tarixdə bağlanmış müxtəlif tikinti materiallarının icarəsi üzrə müqavilədən irəli gəlir.

49. Apellyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdehin işə birinci instansiya qaydasında baxılarkən məhkəmə prosesi barədə məlumatı olsa da, iddiaya, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara etiraz bildirməmiş, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh iclaslarda üzürlü səbəbdən iştirak etmədiklərini qeyd etsə də, bu səbəbin nədən ibarət olduğu göstərilmir.

50. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan təhvil aldığı malların məbləğini mübahisələndirmir. Cavabdehin apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, qətnamə ilə tutulmuş borcun bir hissəsi ödənilmişdir. Cavabdeh apellyasiya şikayətinə ödənişlə bağlı sənədlər əlavə etmişdir.

51. İşə apellyasiya qaydasında baxılması xx.xx.2024-cü il tarixə təyin edilmiş, xx.xx.2024-cü il tarixə təxirə salınmış, cavabdeh məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir.

52. Buna baxmayaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma aparılmış və iddiaçı tərəfin təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi hesabdan çıxarışda öz əksini tapmış xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş 36800 manat ödənişin hazırkı mübahisəyə aidiyyəti yoxdur. MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hesabdan çıxarışdan görünür ki, 36800 manat EBBO 208569 saylı elekron qaimə üzrə həyata keçirilmişdir. Apellyasiya şikayətinə etiraza əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında icarə müqaviləsindən əlavə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, bu müqavilə əsasında cavabdehə xx.xx.2021-ci il tarixdə 43424 manat dəyərində (36800 manat+6624 ƏDV) EBBO 208569 saylı elekron qaimə göndərilmişdir.

53. Apellyasiya şikayətinə əlavə edilmiş hesabdan çıxarışda öz əksini tapmış xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş 10000 manat ödəniş və xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə ödənilmiş 16974 manat vəsaitin 6060 manat hissəsi , ümumilikdə 16060 manat birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq cavabdehdən tələb edilən borcdan çıxılmışdır.

54. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında icarə müqaviləsi üzrə qalıq borcun 70 000 manat olması barədə razılıq əldə edildiyini göstərsələr də bu barədə iş materiallarında hər hansı sübut mövcud deyil.

55. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-4628/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4628/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar