Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-282/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı pul tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin (hakim Leyla Əliyeva) e-2-2(113)- 181/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı MMC verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə dəymiş 67.200 manat məbləğində maddi ziyanın, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə hazırkı vaxta kimi ümumilikdə ödənilmiş 5397,60 manat məbləğində rüsum və yayım haqqının, həmçinin Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində quraşdırılmış monitor tipli reklam qurğusuna görə xərclənmiş 53.467 ABŞ dolları məbləğində pulun Cavabdeh MTKdan tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK İddiaçı MMC-yə qarşı Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Reklam Agentliyi üçüncü şəxslər olmaqla qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin mart ayının 1-dən başlayaraq qətnamə icra edilən an üçün cavabdeh İddiaçı MMC-dən hər aya görə 11.000 manat məbləğində maddi ziyanın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində **********1034 olan monitor tipli reklam qurğusunun ətrafında yerləşən ərazidə Cavabdeh MTK tərəfindən aparılan söküntü işlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-181/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı MMC qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-181/2020 saylı qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, cavabdeh iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, həmin tədbirin tətbiq edilməsinin məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi baxımından zəruriliyini əsaslandırmamış və bu barədə sübutları ərizəsinə əlavə etməmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Belə ki, qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. İddianı təmin tədbirləri qətnamənin gələcəkdə icra edilməsi məqsədinə yönəldiyindən və belə ərizələrə daxil olduğu gündən sonra salınmadan baxılmalı olduğundan həmin tədbirləri məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. İddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə, ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-181/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasında üzürlü səbəb olmadan iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-181/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizə təqdim etmiş iddiaçı bu tədbir görülmədiyi halda qətnamənin icrasının hansı səbəbdən mümkün olmayacağını və ya çətinləşəcəyini əsaslandırmağa borcludur. İddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olmalıdır, iddia tələbinə qeyri-mütənasib olan hər hansı iddianı təmin etmə tədbiri görülməsi qanunsuzdur. Bu hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Hazırkı halda iddia tələbinin predmetini dəymiş maddi ziyanın əvəzi olaraq pul vəsaitinin tutulması təşkil etdiyi halda iddiaçının tətbiq edilməsini xahiş etdiyi iddianı təmin etmə tədbirinin məzmunu söküntü işlərinin dayandırılmasından ibarətdir. Yəni görülməsi xahiş olunan tədbir iddia tələbinə mütənasib deyildir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının tətbiq edilməsini xahiş etdiyi iddianı təmin etmə tədbiri gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmin edilməsi məqsədinə xidmət etmədiyindən ərizə təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-181/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərəəsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-181/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-282/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-282/2020
21.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver