Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-284/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ümumi yığıncağın keçirilməsi ilə bağlı bildirişlərin, protokolun və qərarın etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2-2(113)-5206/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022- ci il tarixə, saat 11:00-a təyin edilmiş "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin, xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolunun və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin təsisçilərinin qərarının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2-2(113)-5206/2022 nömrəli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5206/2022 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5206/2022 saylı qərardadı qəbul edilərkən məhkəmə tərəfindən normaların tələbləri pozulmuşdur. Konstitusiyanın müddəalarına uyğun olaraq məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Açıq-aşkardır ki, İddiaçı hüquqlarının müdafiəsinə təminat verilməmiş və qərəzli yanaşılmışdır. Qeyd olunur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ciil tarixli, e-2-2(113)-5206/2022 saylı qərardadı qəbul edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.12-ci maddələrinə istinad olunmuşdur. Hesab olunur ki, məhkəmə tərəfindən qeyd olunan həmin prosessual normalar düzgün tətbiq edilməmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5206/2022 saylı qərardadında qeyd olunur ki, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 5206/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak etmək üçün məhkəmə iclas zalına təyin olunmuş vaxtdan bir qədər əvvəl yaxınlaşmış, lakin zalın qapısı bağlı olmuşdur. Qısa bir müddət zalın qarşısında gözlədikdən sonra, katib ilə əlaqə saxlanılmış və o, zalın qapısını açaraq bildirmişdir ki, artıq iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəmə qərardad qəbul etmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iclasda iştirakı süni şəkildə əngəllənmişdir və məhdudlaşdırılmışdır. Məhkəmədə olan video müşahidə kameraları da məhkəmənin inzibati binasına daxil olduğu vaxtı qeydə almışdır. Ona görə də, e-2-2(113)-5206/2022 saylı işin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə baxılmamış saxlanılması qanunsuzdur və əsassızdır. Bundan əlavə, iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsi ilə də baxımamış saxlanılması qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, xx.xx.2022-ci il tarixli qərardadında məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, Cavabdeh iş üzrə cavabdeh kimi qeyd etsə də həmin şəxsə qarşı iddia tələbində hər hansı tələb irəli sürülməmiş, bununla bağlı məhkəmə tərəfindən məlumat verilməsinə baxmayaraq, qeyd olunan nöqsanı aradan qaldırmadığından, ərizə baxılmamış saxlanılmalıdır. xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlər, eləcə də xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı Cavabdeh tərəfindən nümayəndə vasitəsilə imzalanmışdır və iddia ərizəsində həmin sənədlərin etibarsız hesab edilməsi ilə bağlı tələblər birbaşa Cavabdeh qarşı irəli sürülmüş tələbdir. Həmçinin, məhkəmə tərəfindən iddia tələbində olan hər hansısa bir nöqsan barədə və həmin nöqsanın aradan qaldırılması ilə bağlı heç bir məlumat verilməmişdir və qərardadda bununla bağlı qeyd olunanlar həqiqəti əks etdirmir. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 5206/2022 saylı qərardadı qeyd olunan prosessual normaların düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5206/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5206/2022 nömrəli qərardadı ləğv edilməli, iş materialları ilə birlikdə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını baxılmamış saxlayarkən iki əsasa istinad etmişdir: tərəflərin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmələrinə və iddiaçının iddia ərizəsində Cavabdeh iş üzrə cavabdeh kimi qeyd edilsə də, həmin şəxsə qarşı iddia tələbində hər hansı tələb irəli sürülmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə o halda bu normanı tətbiq edərək iddianı baxılmamış saxlamağa haqlıdır ki, tərəflərin artıq məhkəmə mübahisəsini davam etdirməyə maraqları olmadıqları üçün iclaslarda iştirak etmirlər. Hazırkı halda, iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə sonuncu iclasdan başqa məhkəmənin xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında iştirak etmişdir. Şikayət ərizəsində qeyd edilənlərə əsasən nümayəndə sonuncu məhkəmə iclasına gəlmiş, zal bağlı olduğu üçün daxil olmamış, katib sonradan iddianın baxılmamış saxlanıldığı barədə məlumat vermişdir. Məhkəmənin istinad etdiyi digər əsasla bağlı qeyd olunur ki, iddiaçı "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin, xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolunun və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin təsisçilərinin qərarının etibarsız hesab olunması barədə iddia tələbləri üzrə Cavabdeh qarşı irəli sürülmüş və məhkəmə tərəfindən iddia tələbində olan hər hansısa bir nöqsan barədə və həmin nöqsanın aradan qaldırılması ilə bağlı İddiaçı heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Mülki Prosessual Məcəlləsinin: 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə MPMnin 259.0.6-cı və 259.0.12-cu maddələrini tətbiq edilməklə iddianın baxılmamış saxlanılması ədalətli məhkəmə araşdırması, işə ağlabatan müddətdə baxılması və prosessual qənaət prinsiplərinə zidd olduğundan məhkəmə iddianı baxılmamış saxlamağa haqlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-5206/2022 nömrəli qərardadı ləğv edilməli, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5206/2022 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-284/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-284/2023
08.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver