Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-285/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh X3 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2600/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKN-00004- 01/20A nömrəli əsas kredit müqaviləsinə əsasən borcverən borcalana bu müqavilə çərçivəsində 60 ay müddətinə maksimum faiz dərəcəsi 35 % olmaqla xx.xx.2025-ci il tarixinədək əlavə müqavilələr bağlamaqla 500.000 manat məbləğinədək kreditlər verə bilər.
2. İddiaçı ilə cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli BKN-A0004-1/20A nömrəli əlavə kredit müqaviləsinə əsasən borcverən 150000 manat məbləğində krediti illik 23 faizlə 36 ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu xx.xx.2023-cü il tarixinədək faizi ilə borcverənə qaytarmağı öhdəsinə götürür.
3. İddiaçı ilə cavabdeh arasında bağlanmış 22 aprel 2021-ci il tarixli BKN-A0007- 01/21A nömrəli əlavə kredit müqaviləsinə əsasən borcverən 208113 manat məbləğində krediti illik 23 faizlə 36 ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən xx.xx.2020-ci il tarixli DEN-00001-01/20A saylı və xx.xx.2020-ci il tarixli BKN- A0004-01/20A saylı kreditlərin bağlanması məqsədilə istifadə etməyi və onu xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür.
4. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMG-A0004- 01/20A nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bu müqaviləyə görə ipoteka qoyan müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21 23 23A, 23B mənzil 236 (Yeni qaydalarla: AZ 1141 ünvan 6 daşınmaz əmlakı ipoteka saxlayana ipoteka qoyur.
5. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMG-B0004- 01/20A nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bu müqaviləyə görə ipoteka qoyan müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsini ipoteka saxlayana ipoteka qoyur.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Bank "xxxx" ASC cavabdehlər X4 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BKN-A0007- 01/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 202036,569 manat əsas borc, 17136,31 manat faiz məbləği, 12916.65 manat dəbbə borcu, ümumilikdə 232089,52 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat rüsumun, iddia qaldırılması üçün ödənilmiş 122.34 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdeh X1 iddiaçının xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BKMG-A0004-01/20A saylı sonrakı ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olan 94.10 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B, mənzil 236 (yeni qaydalarla: AZ 1141 ünvan 1 ünvanlı daşınmaz əmlaka, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BKMG-B0004- 01/20A saylı sonrakı ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdeh X3 məxsus olan 0.06 ha ölçüdən ibarət ünvan 2əşən torpaq sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun həmin sonrakı ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, sonrakı ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh X1 tutulması, sonrakı ipoteka predmeti olan 94.10 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B, mənzil 236 (yeni qaydalarla: AZ 1141 ünvan 1 ünvanlı daşınmaz əmlakın və 0.06 ha ölçüdən ibarət ünvan 2əşən torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2600/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı “əmlakın boşaldılması” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2600/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BKN-A0007-01/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X1 202036,56 (iki yüz iki min otuz altı manat əlli altı qəpik) manat əsas borc, 17136,31 (on yeddi min yüz otuz altı manat otuz bir qəpik) manat faiz borcu, 10000 (on min) manat dəbbə pulu, ümumilikdə 229172,87 (iki yüz iyirmi doqquz min yüz yetmiş iki manat səksən yeddi qəpik) manat məbləğində pulun və mediasiya xərci kimi ödənilmiş 400 (dörd yüz) manatın tutularaq iddiaçı “Bank "xxxx" ASCyə ödənilməsi, tələbin ipoteka predmetləri olan Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B (Yeni qaydalarla: AZ 1141, ünvan 3 ünvanında yerləşən 236 saylı mənzil və ünvan 4 torpaq sahəsinə yönəldilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B (Yeni qaydalarla: AZ 1141, ünvan 3 ünvanında yerləşən 236 saylı mənzilin ilkin satış qiyməti 180.000 (bir yüz səksən min) manat, ünvan 4 torpaq sahəsinin ilkin satış qiyməti 108000 (bir yüz səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin hesabına 202036,56 (iki yüz iki min otuz altı manat əlli altı qəpik) manat əsas borc, 17136,31 (on yeddi min yüz otuz altı manat otuz bir qəpik) manat faiz borcu, 10000 (on min) manat dəbbə pulu, ümumilikdə 229172,87 (iki yüz iyirmi doqquz min yüz yetmiş iki manat səksən yeddi qəpik) manat məbləğində pulun və mediasiya xərci kimi ödənilmiş 400 (dörd yüz) manatın tutularaq iddiaçı “Bank "xxxx" ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin cavabdeh X3 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdeh X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 295, 317.1, 319.1, 319.6, 427.3, 442, 443.1, 462.1, 739, “İpoteka haqqında” qanunun 4.1, 34, 39.3, 41.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Cavabdeh X4 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2600/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında kredit müqavilələri imzalanmış, kredit müqavilələri üzrə cavabdeh tərəfindən mütəmadi ödənişlər həyata keçirilmişdir. Lakin sonradan cavabdeh tərəfindən ödənişlərdə müəyyən gecikmələr yaranmış, iddiaçı isə məhkəməyə müraciət etmişdir. Lakin borcun məbləği qatqat şişirdilmişdir. Məhkəmə isə təqdim etdikləri dəlillərə münasibət bildirmədən iddianı qismən təmin etmişdir. İş mühasibatlıq ekspertizasından qayıtdıqdan sonra məhkəməyə ödəniş qəbzləri təqdim edilmiş, hansı ki, həmin qəbzlər ekspert rəyində öz əksini tapmamış və həmin qəbzlərdəki ödənişlər nəzərə alınmamışdır. Qəbzlər elektron kabinetə xx.xx.2022-ci il tarixində yerləşdirilmişdir. Bu qəbzlər məhkəmə iclasında da müzakirə edilmişdir. Lakin buna baxmayaraq məhkəmə ekspertizası barədə vəsatətin təmin edilməməsi qərardadında ödənişlərin nəzərə alınmadığına dair sübutların təqdim etmədiyini qeyd edir. İpoteka predmetləri bazar dəyərindən qat-qat aşağı qiymətləndirilmişdir. Abşeron rayonundakı torpaq sahəsinin üzərində dəyəri bir milyondan çox olan daşınmaz əmlak var. Lakin məhkəmə ilkin satış qiymətini cəmi 108 000 manat müəyyən etmişdir. İş materiallarında olan rəyləri arasında kəskin fərqlər var. Yasamal rayonunda yerləşən mənzillə bağlı da ekspert tərəfindən aşağı qiymətləndirmə aparılmışdır. Belə ki, kabinetə yerləşdirilən elandan müəyyən edilir ki, eyni binada eyni sahəli təmirli mənzillərin qiyməti 220.000 manatdan başlayır. Mübahisəli mənzil Elmlər Akademiyası metro stansiyasının düz yanında yerləşir. Ona görə mənzilə dair hissədə də təkrar qiymətləndirmə keçirilməlidir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
15. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
16. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
17. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
18. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
21. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
22. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
27. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
28. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
29. “İpoteka haqqında” qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
30. İpoteka haqqında” qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
31. “İpoteka haqqında” qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
32. “İpoteka haqqında” qanunun 51.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir.
33. “İpoteka haqqında” qanunun 51.2-ci maddəsinə əsasən torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur.
34. “İpoteka haqqında” qanunun 51.3-cü maddəsinə əsasən ipoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən və ya tikilən binası, tikilisi və ya qurğusu eyni ipoteka saxlayana ipoteka qoyulursa, həmin bina, tikili və ya qurğu barədə ipoteka qoyanın hüquqları, onların başqa şəxslərə keçməsinin şərtləri və nəticələri bu Qanunla müəyyən edilir.
35. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
38. Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiyanın həddini qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
45. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKN-00004- 01/20A nömrəli əsas kredit müqaviləsinə əsasən borcverən borcalana bu müqavilə çərçivəsində 60 ay müddətinə maksimum faiz dərəcəsi 35 % olmaqla xx.xx.2025-ci il tarixinədək əlavə müqavilələr bağlamaqla 500.000 manat məbləğinədək kreditlər verə bilər.
46. Müqavilənin 6.1-ci bəndinə əsasən borcalan bu müqavilədən irəli gələn öhdəliklərinin icrası borcverən ilə arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMGA0004- 01/20A nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21 23 23A 23B, mənzil 236 (Yeni qaydalarla: AZ1141, ünvan 5 ünvanında yerləşən mənzil və 20 iyul 2020-ci il tarixli BKMG- B0004-01/20A nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş 0,06 ha ölçüdən ibarət Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsi ilə təmin olunur.
47. İddiaçı ilə cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli BKN-A0004- 1/20A nömrəli əlavə kredit müqaviləsinə əsasən borcverən 150000 manat məbləğində krediti illik 23 faizlə 36 ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu xx.xx.2023-cü il tarixinədək faizi ilə borcverənə qaytarmağı öhdəsinə götürür.
48. Müqavilənin 5.1-ci bəndinə əsasən borcalan bu müqavilədən irəli gələn öhdəliklərinin icrası borcverən ilə arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMGA0004- 01/20A nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21 23 23A 23B, mənzil 236 (Yeni qaydalarla: AZ1141, ünvan 5 ünvanında yerləşən mənzil və 20 iyul 2020-ci il tarixli BKMG- B0004-01/20A nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş 0,06 ha ölçüdən ibarət Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsi əmlak ilə təmin olunur.
49. İddiaçı ilə cavabdeh arasında bağlanmış 22 aprel 2021-ci il tarixli BKN-A0007- 01/21A nömrəli əlavə kredit müqaviləsinə əsasən borcverən 208113 manat məbləğində krediti illik 23 faizlə 36 ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən xx.xx.2020-ci il tarixli DEN-00001-01/20A və xx.xx.2020-ci il tarixli BKN-A0004- 01/20A saylı kreditlərin bağlanması məqsədilə istifadə etməyi və onu xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür.
50. Müqavilənin 5.1-ci bəndinə əsasən borcalan bu müqavilədən irəli gələn öhdəliklərinin icrası borcverən ilə arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMGA0004- 01/20A nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21 23 23A 23B, mənzil 236 (Yeni qaydalarla: AZ1141, ünvan 5 ünvanında yerləşən mənzil və 20 iyul 2020-ci il tarixli BKMG- B0004-01/20A nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş 0,06 ha ölçüdən ibarət Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsi əmlak ilə təmin olunur.
51. Müqavilənin 6.4-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü gündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır.
52. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMG-A0004- 01/20A nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bu müqaviləyə görə ipoteka qoyan müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21 23 23A, 23B mənzil 236 (Yeni qaydalarla: AZ 1141 ünvan 6 daşınmaz əmlakı ipoteka saxlayana ipoteka qoyur.
53. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka qoyan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır.
54. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMG-B0004- 01/20A nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bu müqaviləyə görə ipoteka qoyan müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsini ipoteka saxlayana ipoteka qoyur.
55. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka qoyan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır.
56. "xxxx" MMC tərəfindən verilmiş 2020-ci il tarixli rəylərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21 23 23A 23B, mənzil 236 (Yeni qaydalarla: AZ 1141 ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakın (real bazar dəyəri 200 000 manat, likvid dəyəri 170 000 manat, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsinin real bazar dəyəri 215000 manat, likvid dəyəri isə 185000 manat təşkil edir.
57. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi X2 adına rəsmiləşdirilmişdir.
58. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi ev 21, 23, 23A, 23B, mənzil 236 (Yeni qaydalarla: AZ 1141, ünvan 7 ünvanında yerləşən mənzil X2 adına rəsmiləşdirilmişdir.
59. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi ev 21, 23, 23A, 23B, mənzil 236 (Yeni qaydalarla: AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 23A, M12, m1 ünvanında yerləşən mənzil Bank "xxxx" ASC “Sənaye” filialının xeyrinə yüklü edilmişdir.
60. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi Bank "xxxx" ASC “Sənaye” filialının xeyrinə yüklü edilmişdir.
61. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli **********36 nömrəli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuşdur.
62. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli 9/5677 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə isə xx.xx.2022-ci il tarixədək banka olan borcu 219172,87 manat (əsas borc üzrə 202036,56 manat, faiz borcu üzrə 17136,31 manat) təşkil edir.
63. "xxxx" MMC tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli MB-15/1001 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B (Yeni qaydalarla: AZ 1141 ünvan 8 ünvanında yerləşən 236 saylı mənzilin 08 sentyabr 2021-ci il tarixinə hesablanmış bazar dəyəri 200.000 manat, likvid dəyəri 180.000 manat, ünvan 4 torpaq sahəsinin bazar dəyəri 120.000 manat, likvid dəyəri isə 108000 manat təşkil edir.
64. Beləliklə, işin hallarından məlum olur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliklərin təminatı olaraq Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B, mənzil 236 (yeni qaydalarla: AZ 1141 ünvan 1 ünvanlı daşınmaz əmlak və 0.06 ha ölçüdən ibarət Abşeron rayonu, Masazır kəndində torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmiş, həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş 202036,569 manat məbləğində əsas borc və 17136,31 manat məbləğində faiz borcu qalmışdır.
65. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən yuxarıda göstərilən kredit borcu məbləğinin tutulması, eyni zamanda tələbin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetlərinə yönəldilməsi, qanunvericiliyin tələbələrinə uyğun olaraq əmlakların açıq hərracda satışının həyata keçirilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin ekspert rəyinə uyğun müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
66. Cavabdeh apellyasiya şikayətində ödənişə dair qəbzlərin elektron kabinetə xx.xx.2022-ci il tarixində yerləşdirildiyini, bu qəbzlərin məhkəmə iclasında da müzakirə edildiyini, lakin buna baxmayaraq məhkəmə ekspertizası barədə vəsatətin rədd edildiyini bildirmiş, apellyasiya baxışı zamanı təkrar mühasibatlıq və əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətlə də məhkəməyə müraciət etmişdir.
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
68. İş materiallarından görünür ki, hazırkı iş birinci instansiya məhkəməsində xx.xx.2022-ci il tarixdə icraata qəbul edilərək işin məhkəmədə baxılmağa hazırlanması xx.xx.2022-ci il tarixə təyin edilmiş, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə məhkəmə hazırlıq iclasları keçirilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh iştirak etmiş, işin məhkəmə baxışına təyin edilməsinə etiraz etməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2600/2022 saylı qərardadı ilə məhkəmə baxışı iclası təyin edilmişdir.
69. Cavabdeh MPM-in 78.1-ci maddəsinə əsasən həmin qəbzləri işin məhkəmədə baxılmağa hazırlanması dövründə təqdim edilməməsini, eləcə də məhkəmə baxışı zamanı əmələ gəlmiş sübut olmasını əsaslandırmadığı kimi, həmçinin MPM-in 102.2-ci maddəsinə əsasən ekspert rəyinin əsassızlığını da sübuta yetirə bilməmişdir.
70. Həmçinin apellyasiya baxışı zamanı qeyd edilən ödəniş qəbzləri məhkəmə kollegiyası tərəfindən araşdırılmış, həmin qəbzlərdə göstərilmiş məlumatlarla qəbzlərdə qeyd edilən ödənişlərin mübahisə predmeti olan kredit müqavilələri üzrə ödənilməli məbləğlərə aidiyyəti müəyyən edilməmişdir.
71. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi həmçinin ipoteka ilə yüklü edilmiş torpaq sahəsində ipoteka müqaviləsi bağlandıqdan sonra inşa edilmiş tikilinin qiymətinin ekspertin əmtəəşünaslıq ekspertizasına dair rəyində nəzərə alınmadığını, habelə mənzilin qiymətinin aşağı göstərildiyini bildirmişdir.
72. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMG- B0004-01/20A nömrəli sonrakı ipoteka müqaviləsində ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsinin (əmlak daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmışdır) ipoteka ilə yüklü edildiyi göstərilmiş, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla həmin torpaq sahəsi iddiaçının xeyrinə yüklü edilmişdir.
73. “İpoteka haqqında” qanunun 51-ci maddəsinə əsasən torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir.
74. Bu səbəbdən həmin əmlakın da qiymətləndirilməsinin keçirilməli olması, habelə ipoteka predmetinin açıq hərracda satışı zamanı nəzərə alınmalı olan likvid qiyməti müəyyən edilərkən həmin tikilinin də qiymətinin nəzərə alınmalı olması barədə cavabdehin dəlili əsassızdır.
75. Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən mənzilin dəyərinin aşağı göstərilməsi ilə bağlı isə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
76. Bundan əlavə, iddiaçı iddia tələbində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 12916.65 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
77. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
78. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır.
79. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
80. Belə olan halda birinci instansiya məhkəməsinin, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyi nəzərə alınaraq, cavabdehdən tutulması tələb olunan cərimənin tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğin azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulunun 10000 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur.
81. İddiaçı iddia ərizəsində həmçinin “Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BKN-A0007-01/21A saylı kredit müqaviləsinin ləğv edilməsi tələbini də irəli sürmüşdür.
82. İşin araşdırılan hallarından, tərəflərin nümayəndələrinin izahatlarından cavabdehin öz öhdəliklərini tam icra etməməsi müəyyən edilmişdir.
83. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə də təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.
84. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin MPM-in 119.1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manatın cavabdehə, qalan 122.44 manatın isə iddiaçıya aid edilməsi, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehdən tutularaq Məhkəmə ekspertizası mərkəzinə ödənilməsi barədə gəldiyi nəticə də əsaslı olmuşdur.
85. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2600/2022 saylı qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
86. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2600/2022 saylı qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova