Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-285/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4482/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı QSC ilə Cavabdeh MMC arasında 01 iyun 2022-ci il tarixli AZ-010-2022 saylı icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verənin razılaşma protokolunda təsvir olunan nəqliyyat vasitələrini, texnikaları və ya avadanlıqları üzərində mülkiyyət hüququ və səlahiyyəti mövcuddur və icarəyə verən həmin avadanlıqları icarəçiyə icarəyə verir, icarəçi də bunun müqabilində icarəyə verənə icarə haqqı ödəyir.
2. Müqavilənin 2.2-ci bəndinə əsasən avadanlıqların verilməsi hər iki tərəfin imzası ilə və qarşılıqlı razılaşdırılmış formada təhvil-təslim aktının rəsmiləşdirilməsi ilə həyata keçirilir. Təhvil-təslim aktında avadanlıqların təhvil verilməsi zamanı onun texniki vəziyyətinin, həmçinin digər müvafiq xüsusiyyətlərinin təsviri əks olunmalıdır. Hər iki tərəfin imzalanmasından sonra təhvil-təslim aktı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.
3. Müqavilənin 3.1-ci bəndinə əsasən nəzərdə tutulmuş məqsədlər üçün avadanlıqların istifadəsi müqabilində icarəçi icarəyə verənə razılaşma protokolunda göstərilən məbləğdə sabit aylıq icarə haqqı ödəməlidir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli AZ-010-2022 nömrəli icarə müqaviləsi üzrə yaranmış 201.172,40 manat (ƏDV daxil) məbləğində borc məbləğinin, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat mediasiya haqqının, 91,20 manat dövlət rüsumunun və hüquqi xidmələrin göstərilməsinə görə ödənilmiş 1000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə iddiaçı ona məxsus olan texnikanı cavabdehə vermiş, cavabdeh isə həmin müqavilə üzrə ödənişləri tam icra etməmişdir. Hazırda iddiaçıya olan ümumi borcunun məbləği 201172,40 manat təşkil edir. Bundan əlavə, icarə müqaviləsindən savayı tərəflər arasındakı şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə verilmiş nəqliyyat vasitələrinə texniki xidmət göstərməyi öhdəsinə götürmüş, həmin xidmətlərin dəyəri də ödənilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədlərinin təyinat hissəsində göstərilmiş elektron qaimələr üzrə borc hazırda cavabdehdən tələb edilmir. Həmin ödənişlər iddia ərizəsi verilən zaman nəzərə alınmışdır.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xidmət aktlarını imzalamış Əşrəf Bağırov hazırda onların qanuni təmsilçisi olsa da, müqavilə münasibətləri dövründə o, sıravi işçi olmuş, həmin aktları imzalamaq səlahiyyəti olmamışdır. İcarə müqaviləsi bağlanıb, texnikalar onlara verilsə də, tələb edilən borcun bir qismi ödənilmiş, digərinin isə əsası yoxdur. Bundan əlavə, tərəflər arasında cavabdehə verilmiş nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi ilə bağlı hər hansı razılaşma da olmamışdır. Təqdim edilmiş elektron qaimələr borcun əsaslı hesab edilməsinə əsas ola bilməz.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4482/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 158373,80 manat məbləğində pul, ödənilmiş 400 manat dövlət rüsumu, 1000 manat hüquqi yardıma görə xərc, ümumilikdə 159773,80 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. İddiaçı QSC və Cavabdeh MMC ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayəti vermişlər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında sözügedən müqavilədən yaranan icarə hüquq münasibətlərinin davamı kimi tərəflər arasında avadanlıqlara (nəqliyyat vasitələrinə) texniki xidmət göstərilməsi və təmir edilməsi ilə bağlı münasibət yaranmışdır. Buna dair məhkəməyə təmir aktları və texniki xidmət blankı təqdim edilmişdir. Həmin sənədlərdən də göründüyü kimi tərəflər təmir aktında sadalanan avadanlıqların təmiri, həmçinin texniki xidmət blankında qeyd edilən texniki xidmətin göstərilməsi ilə bağlı razılaşmış, həmin sənədlər imzalanmış və qeyd edilən xidmətlər təhvil verilmişdir. Göründüyü kimi cavabdeh öhdəliyini tam şəkildə icra etməmiş və avadanlıqların təmiri və onlara texniki xidmət göstərilməsinə görə EBCM473431 və EBCM461388 nömrəli qaimələr üzrə ümumilikdə 42798,60 manat vəsaiti ödəməmişdir. Odur ki, EBCM 473431 və EBCM 461388 nömrəli qaimələr üzrə göstərilən xidmətlər sözügedən əsas müqavilədən irəli gəldiyi üçün avadanlıqların icarəsi ilə bağlı olan digər qaimələrlə birgə bir iddia tələbinin əsasını təşkil etdiyindən məhkəmə iddia tələbini tam təmin etməlidir.
10. Cavabdehin apellyasiya şikayəti və ona əlavə təqdim edərək bildirmişdir ki, Cavabdeh MMC icarə müqaviləsində göstərilmiş müddəalara uyğun olaraq hər ay sabit aylıq icarə haqqını vaxtı-vaxtında ödəmişdir. Lakin, İddiaçı QSC cavabdehin həmin icarə müqaviləsindən irəli gələn öhdəlikləri layiqincə yerinə yetirmədiyi qənaətinə gələrək cavabdehin iddiaçıya 158373,80 manat icarə haqqı borcunun olduğunu bildirmişdir. Həmçinin, məhkəmə cavabdehin artıq ödəniş etdiyi elektron qaimələrin verilməsinə əsas olmuş təhvil aktlarının Əşrəf Bağırov tərəfindən imzalanmış olduğuna əsaslanaraq iddia tələbinin birinci hissəsində əsaslı olduğu qənaətinə gəlmişdir. Halbuki, iş üzrə sənədlərdən də göründüyü kimi icarə müqaviləsinin bağlanıldığı dövrdə Əşrəf Bağırovun həmin aktları imzalamaq səlahiyyəti ümumiyyətlə, olmamışdır. Eyni zamanda məhkəmə qətnamə çıxararkən elektron qaimə fakturaları iş bitdiyi tarix olan 16 noyabr 2022-ci ildən sonrakı tarixləri nəzərə almamışdır. Belə ki, EBCM seriyalı 428218 nömrəli elektron qaimə üzrə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərinə 10 gün üçün 11538 manat artıq pul hesablanmışdır. EBCM seriyalı 460043 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə iş dayandıqdan sonra kəsilmiş, 14425,80 manat artıq hesablanmışdır. EBCM seriyalı 461388 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 21240,00 manat artıq hesablanmışdır. EBCK seriyalı 013157 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə isə avto yükləyicidən iki gün üçün günlük 250 manatdan 500 manat, yəhərli tartıcıdan isə günə 173 manatdan 4 günlük 692 manat olmaqla, cəmi 1192 manat artıq hesablanmışdır. EBCM seriyalı 431436 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə yəhərli tartıcı 13 gün 173 manatdan 2249 manat artıq hesablanmışdır. EBCM seriyalı 431519 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə şənbə və bazar hünləri çıxılmaqla 26 günün fakturası olmaqla, 8653 manat artıq hesablanmışdır. Belə ki, 9 günün fakturası hesablanmalı idi. EBCM seriyalı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qanunsuz yazılmışdır. Bu faktura üzrə isə 21558,60 manat artıq pul hesablanmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
14. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
17. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir.
21. Belə ki, iddia tələbi iki hissədən ibarətdir. Birincisi, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə 158.373,80 manat icarə haqqı borcunun ödənilməsi, ikincisi, icarəyə götürülmüş texnikaların təmiri ilə bağlı xidmətlərə görə 42.798,60 manat vəsaitin ödənilməsi təşkil edir.
22. Tərəflər arasında 01 iyun 2022-ci il tarixli icarə müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır.
23. Bu baxımdan birinci iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
24. Eyni zamanda, həmin maddənin dispozisiya şərtlərinə görə icarə obyektinin təhvil verilməsi halını icarəyə verən, icarə haqqının ödənilməsi halını isə icarəçi, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.
25. Tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarə obyektlərinin cavabdehə təhvil verilməsi işin mübahisəsiz hallarıdır.
26. İşin mübahisəli halları isə icarə münasibətlərinin hansı tarixə qədər davam etməsi və icarə haqlarının ödənilməsi ilə bağlıdır.
27. İş materiallarından müəyyən edilir ki, icarə haqqının ödənilməsi ilə bağlı iddiaçi tərəfindən cavabdehə EBCC 441249 nömrəli xx.xx.2022-ci il tarixli (5310 manat), EBCC 232354 nömrəli xx.xx.2022-ci il tarixli (5310 manat), EBCC 439168 nömrəli xx.xx.2022-ci il tarixli (5310 manat), EBCC 460789 nömrəli xx.xx.2022-ci il tarixli (7670 manat), EBCC 461449 nömrəli xx.xx.2022-ci il tarixli (1652 manat), EBCC 893003 nömrəli xx.xx.2022-ci il tarixli (5310 manat), EBCE 420431 nömrəli xx.xx.2022-ci il tarixli (1652 manat), EBCE 424045 nömrəli xx.xx.2022-ci il tarixli (7670 manat), EBCJ 307193 nömrəli xx.xx.2022-ci il tarixli (20414 manat), EBCK 013157 nömrəli xx.xx.2022-ci il tarixli (12980 manat), EBCM 428218 nömrəli xx.xx.2023-cü il tarixli (23010 manat), EBCM 431436 nömrəli xx.xx.2023-cü il tarixli (5310 manat), EBCM 431519 nömrəli xx.xx.2023-cü il tarixli (15930 manat), EBCM 460043 nömrəli xx.xx.2023-cü il tarixli (14425,8 manat), EBCJ 307347 nömrəli xx.xx.2022-ci il tarixli (23010 manat), EBCB 089086 nömrəli xx.xx.2022-ci il tarixli (23010 manat) elektron qaimələr göndərilmişdir.
28. İddiaçı tərəfindən tərtib edilmiş avadanlıqların icarəsi ilə bağlı 21 iyul 2022-ci il tarixli 03 nömrəli hesab-fakturaya əsasən 5310 manat, 01 avqust 2022-ci il tarixli 04 nömrəli hesab-fakturaya əsasən 23010 manat, 03 avqust 2022-ci il tarixli 05 nömrəli hesab-fakturaya əsasən 5310 manat, 24 avqust 2022-ci il tarixli 06 nömrəli hesabfakturaya əsasən 7670 manat, 24 avqust 2022-ci il tarixli 07 nömrəli hesab-fakturaya əsasən 7670 manat, 24 avqust 2022-ci il tarixli 08 nömrəli hesab-fakturaya əsasən 1652 manat, 31 avqust 2022-ci il tarixli 10 nömrəli hesab-fakturaya əsasən 5310 manat, 23 sentyabr 2022-ci il tarixli 11 nömrəli hesab-fakturaya əsasən 1652 manat, 23 sentyabr 2022-ci il tarixli 12 nömrəli hesab-fakturaya əsasən 7670 manat, 16 noyabr 2022-ci il tarixli 16 nömrəli hesab-fakturaya əsasən 20414 manat, 16 noyabr 2022-ci il tarixli 17 nömrəli hesab-fakturaya əsasən 23010 manat, 28 noyabr 2022-ci il tarixli 18 nömrəli hesab-fakturaya əsasən 12980 manat, 05 yanvar 2023-cü il tarixli 19 nömrəli hesab-fakturaya əsasən 23010 manat, 05 yanvar 2023-cü il tarixli 20 nömrəli hesab-fakturaya əsasən 5310 manat, 05 yanvar 2023-cü il tarixli 21 nömrəli hesab-fakturaya əsasən 15930 manat, 05 yanvar 2023-cü il tarixli 22 nömrəli hesabfakturaya əsasən 14425,80 manat vəsait ödənilməlidir.
29. İddiaçı bildirir ki, cavabdehin EBCC 441249 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 4590 manat, EBCC 232354 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 5310 manat, EBCC 439168 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 5310 manat, EBCC 460789 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 7670 manat, EBCC 461449 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 1652 manat, EBCC 893003 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 5310 manat, EBCE 420431 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 1652 manat, EBCE 424045 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 7670 manat, EBCJ 307193 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 20414 manat, EBCK 013157 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 12980 manat, EBCM 428218 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 23010 manat, EBCM 431436 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 5310 manat, EBCM 431519 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 15930 manat, EBCM 460043 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 14425,8 manat, EBCJ 307347 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 15930 manat, EBCB 089086 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 11210 manat, cəmi isə 158.373,8 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
30. Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş tapşırıqlarından görünür ki, onun tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində EBBZ 295647, EBBZ 288337 nömrəli qaimələrə əsasən 5711,56 manat; xx.xx.2022-ci il tarixində EBCB 089086 nömrəli qaiməyə əsasən 10000 manat və ƏDV üzrə 1800 manat; xx.xx.2022-ci il tarixində EBCH 150758 nömrəli qaiməyə əsasən 10000 manat; xx.xx.2022-ci il tarixində EBCE 424957, EBCC 890906 nömrəli qaimələrə əsasən 24000 manat; xx.xx.2022-ci il tarixində EBCH 150758, EBCH 166641, EBCE 424957 nömrəli qaimələrə əsasən 20000 manat; xx.xx.2022-ci il tarixində EBCH 150758, EBCH 166641, EBCE 424957, EBCJ 307347 nömrəli qaimələrə əsasən ƏDV üzrə 3600 manat; xx.xx.2022ci il tarixində EBCA 441249 nömrəli qaiməyə əsasən ƏDV üzrə 720 manat; xx.xx.2022-ci il tarixində EBBZ 295647, 288337 nömrəli qaimələrə əsasən ƏDV üzrə 1028,08 manat; xx.xx.2022-ci il tarixində EBCE 424957, EBCC 890906 nömrəli qaimələrə əsasən ƏDV üzrə 4320 manat; xx.xx.2022-ci il tarixində EBCH 150758 nömrəli qaiməyə əsasən ƏDV üzrə 1800 manat məbləğində vəsait ödənilmişdir.
31. Həmin ödəniş sənədlərindən müəyyən olunur ki, hazırki mübahisənin predmetinə aid olan EBCA 441249 nömrəli elektron qaimə üzrə 720 manat ƏDV məbləği, EBCJ 307347 nömrəli elektron qaimə üzrə digər üç ədəd elektron qaimə ilə birgə 3600 manat ƏDV məbləği, EBCB 089086 nömrəli elektron-qaimə üzrə 10000 manat və 1800 manat ƏDV məbləği ödənilmişdir və iddiaçı da hazırki iddianı irəli sürərkən həmin ödənişləri nəzərə almışdır. Digər ödənişlər isə hazırki mübahisənin predmetinə aid olmayan elektron qaimələrə aiddir.
32. Eyni zamanda, cavabdeh tərəfindən hazırki mübahisənin predmetinə aid olan elektron qaimələr üzrə başqa ödənişlərin edilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir.
33. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 12111 nömrəli texniki xidmət blankına əsasən 50AB090 nömrəli LR-1100 tırtıllı kran tiebherr işini davam etdirilir.
34. xx.xx.2022-ci il tarixli 12112 nömrəli texniki xidmət blankına əsasən 90YP978 nömrəli yəhərli dartıcı işini davam etdirilir.
35. 20.08.2022-ci il tarixli 12103 nömrəli texniki xidmət blankına əsasən 50AB059, 10AD403 nömrəli 2540 avtoyükləyici MRT işini davam etdirilir.
36. 10.08.2022-ci il tarixli 12104 nömrəli texniki xidmət blankına əsasən 50AE324 nömrəli minik Pikap Navara nəqliyyat vasitəsi işini davam etdirilir.
37. 29.08.2022-ci il tarixli 12466 nömrəli texniki xidmət blankına əsasən 90JR691 nömrəli yəhərli dartıcı Howo nəqliyyat vasitəsi işini davam etdirilir.
38. 07.09.2022-ci il tarixli 12470 nömrəli texniki xidmət blankına əsasən 50AE314 dövlət nömrəli nişanlı Navara madel Nissan minik markalı nəqliyyat vasitəsi işini davam etdirir.
39. 18.09.2022-ci il tarixli 12471 nömrəli texniki xidmət blankına əsasən 50AB059 dövlət nömrəli nişanlı 2540 markalı Avto yükləyici MRT markalı texnika işini davam etdirir.
40. 07.10.2022-ci il tarixli 12106 nömrəli texniki xidmət blankına əsasən 50AE314 dövlət nömrəli nişanlı narıncı rəngli minik Nissan markalı texnika işini davam etdirir.
41. xx.xx.2022-ci il tarixli 11228 nömrəli texniki xidmət blankına əsasən 50AE314 dövlət nömrəli nişanlı narıncı rəngli nəqliyyat vasitəsi işini davam etdirir.
42. 18.10.2022-ci il tarixli 12109 nömrəli texniki xidmət blankına əsasən 50AB059 və 10AP403 dövlət nömrəli nişanlı 2540 markalı avtoyükləyici MRT işini davam etdirir.
43. 20.10.2022-ci il tarixli 12108 nömrəli texniki xidmət blankına əsasən 90YC285 dövlət nömrəli nişanlı yəhərli dartıcı işini davam etdirir.
44. xx.xx.2022-ci il tarixli 12107 nömrəli texniki xidmət blankına əsasən 90JR691 dövlət nömrəli nişanlı yəhərli dartıcı Howo markalı texnika işini davam etdirir.
45. 30.10.2022-ci il tarixli 12472 nömrəli texniki xidmət blankına əsasən 90JU587 dövlət nömrəli nişanlı Az yük markalı yəhərli dartıcı Howo nəqliyyat vasitəsi işini davam etdirir.
46. 30.10.2022-ci il tarixli 12473 nömrəli texniki xidmət blankına əsasən 50AB090 dövlət nömrəli nişanlı LR1100 markalı tırtıllı kran tieherr işini davam etdirir.
47. 18.11.2022-ci il tarixli 12477 nömrəli texniki xidmət blankına əsasən 50AB059 dövlət nömrəli nişanlı 2540 markalı Avto yükləyici MRT işini davam etdirir.
48. 20.11.2022-ci il tarixli 12478 nömrəli texniki xidmət blankına əsasən 90JC285 dövlət nömrəli nişanlı M2642 markalı yəhərli dartıcı Amico nəqliyyat vasitəsi işini davam etdirir.
49. xx.xx.2022-ci il tarixli 12474 nömrəli texniki xidmət blankına əsasən 50AB070 dövlət nömrəli nişanlı LRU00 markalı tırtıllı kran tiebherr işini davam etdirir.
50. xx.xx.2022-ci il tarixli 12475 nömrəli texniki xidmət blankına əsasən 90JU587 dövlət nömrəli nişanlı Az yük markalı yəhərli dartıcı Howo nəqliyyat vasitəsi işini davam etdirir.
51. 29.11.2022-ci il tarixli 12476 nömrəli texniki xidmət blankına əsasən 90JR691 dövlət nömrəli nişanlı 271 yəhərli dartıcı Howo nəqliyyat vasitəsi işini davam etdirir.
52. 02.12.2022-ci il tarixli 11214 nömrəli texniki xidmət blankına əsasən 10AO378 və 50AB087 dövlət nömrəli nişanlı LR1100 Tiebherr kran təslim alındı.
53. 06.12.2022-ci il tarixli 11212 nömrəli texniki xidmət blankına əsasən 50AB059 və 10HO403 dövlət nömrəli nişanlı 2340 modelli avtoyükləyici MRT texnika təslim alındı.
54. 06.12.2022-ci il tarixli 11208 nömrəli texniki xidmət blankına əsasən 50AB090 dövlət nömrəli nişanlı LR 1100 Tiebherr kran texnika təslim alındı.
55. 08.12.2022-ci il tarixli 11216 nömrəli texniki xidmət blankına əsasən 90JU587 dövlət nömrəli nişanlı A7 yük yəhərli dartıcı Howo nəqliyyat vasitəsi təslim alındı.
56. 17.12.2022-ci il tarixli 11204 nömrəli texniki xidmət blankına əsasən 90JU691 dövlət nömrəli nişanlı 271 yəhərli dartıcı Howo nəqliyyat vasitəsi təslim alındı.
57. Cavabdeh tərəfindən həmin texniki xidmət blanklarını Əşrəf Bağırov imzalamışdır.
58. Beləliklə, qeyd olunan sübutlara əsasən müəyyən edilir ki, icarəyə verilmiş texnikalar 02, 06, 08, 17 dekabr 2022-ci il tarixlərə qədər cavabdehin istifadəsində olmuşdur. İcarə haqqı ilə bağlı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixə qədər iddiaçı tərəfindən cavabdehə 16 ədəd elektron qaimə göndərilmiş, həmin qaimələr üzrə qismən ödənişlər edilmiş, lakin ƏDV daxil 158.373,8 manat məbləğində pul vəsaiti ödənilməmişdir.
59. Cavabdeh həmin texniki xidmət blanklarını imzalamış Əşrəf Bağırovun səlahiyyətsiz şəxs olmasını bildirsə də, onun həmin vaxtda cavabdehin əməkdaşı olmasını etiraf etmişdir. Hazırda isə həmin şəxs cavabdehin direktorudur. Apellyasiya icraatında həmin şəxsin məhkəmə iclasında iştirak etməsi və bu məsələyə aydınlıq gətirilməsi təklif edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi isə onun ölkədə olmadığını bildirmişdir.
60. Qeyd olunan halları, yəni texniki xidmət blankları tərtib edilən vaxt Əşrəf Bağırovun cavabdehin əməkdaşı olmasını, hazırda isə həmin şəxsin cavabdehin direktoru olmasını, məhkəmənin təklifinə baxmayaraq onun məhkəmə iclasında iştirak etməməsini və ölkədə olmadığını təsdiq edən sübutların təqdim edilməməsini, habelə bu məsələyə yazılı şəkildə də münasibət bildirilməməsini nəzərə alaraq kollegiya hesab edir ki, Əşrəf Bağırov səlahiyyətli şəxs olaraq həmin texniki xidmət blanklarını imzalamışdır.
61. Eyni zamanda, kollegiya hesab edir ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə görə icarəyə götürülmüş texnikalar üzrə texniki xidmət blankları tərtib edilmiş və iddiaçı tərəfindən cavabdehə hesab-faktura və elektron qaimələr göndərilmiş, cavabdeh də həmin elektron qaimələr əsasında ödənişlər etmişdir.
62. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə haqqı üzrə ödənilməyən 158.373,8 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.
63. İddiaçı tərəfindən irəli sürülmüş ikinci iddia tələbi isə təmin edilə bilməz.
64. Belə ki, həmin hissədə iddianın əsasını icarəyə götürülmüş texnikaların təmiri təşkil edir.
65. Bu baxımdan ikinci iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 752.1-ci maddəsi çıxış edir.
66. Həmin maddənin dispozisiya şərtlərinə əsasən podrat müqaviləsi üzrə nəzərdə tutulan işlərin icra edilməsi öhdəliyi podratçıya aid olduğuna görə bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
67. Lakin iddiaçı tərəfindən iddia ərizəsində göstərilən podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.
68. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış 01 iyun 2022-ci il tarixli icarə müqaviləsində icarəyə götürülmüş texnikaların təmiri ilə bağlı işlərin iddiaçı tərəfindən həyata keçirilməsi və bu işlərin əvəzinin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı şərt nəzərdə tutulmamışdır.
69. Cavbdeh də bu hala istinad edərək həmin iddia tələbinə etiraz edir.
70. Həmçinin, iddiaçı təmir işlərinin görülməsini sübut etmək üçün 02 ədəd xx.xx.2022-ci il tarixli təmir aktını təqdim etmişdir. Həmin aktlarda qeyd edilmişdir ki, 90JC285 dövlət nömrə nişanlı Amico M2642 Yük avtomobilinin təmiri üçün ümumilikdə 12598 manat, 90JR691 dövlət nömrə nişanlı Howo yük Yəhərli dartıcı üçün ümumilikdə 5672 manat məbləğində xərc çəkilmişdir.
71. Cavabdeh həmin aktları mübahisələndirdiyinə görə iddiaçı tərəfə onların əsillərinin təqdim edilməsi təklif edilmişdir.
72. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən həmin aktların əsilləri təqdim edilsə də, nümayəndə etiraf etmişdir ki, cavabdehin adından olan imza və möhür skan vasitəsilə aktlara köçürülmüşdür. Bu halı isə onunla izah etmişdir ki, həmin aktlar elektron qaydada göndərilən məktubla (e-mail) iddiaçıya təqdim edilmişdir.
73. Cavabdehin nümayəndəsi bu faktı etiraf etmədiyinə görə iddiaçı tərəfə izah edilmişdir ki, elektron yazışmanın həqiqliyi ilə bağlı sübutlar təqdim edilməlidir. Lakin iddiaçının nümayəndəsi bildirmişdir ki, həmin e-mail yazışması Outlook vasitəsilə aparıldığına və həmin sistemdə yazışmalar saxlanılmadığına görə e-mail yazışmasını təqdim etmək mümkün deyil.
74. Mülki Prosessual Məcəllənin 89.2 və 89.3-cü maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, həmin aktlar mötəbr sübut kimi qəbul edilə bilməz.
75. Çünki həmin aktların cavabdehin imza və möhürü olan əsilləri mövcüd deyil, onların elektron məktub vasitəsilə göndərilməsinin həqiqiliyini isə müəyyən etmək mümkün deyil.
76. Bundan əlavə, həmin aktlarla bağlı iddiaçı tərəfindən cavabdehə EBCM 461388 nömrəli xx.xx.2023-cü il tarixli (21240 manat) və EBCM 473431 nömrəli xx.xx.2023cü il tarixli (21558,60 manat) elektron qaimələr və 05 yanvar 2023-cü il tarixli 23 və 24 nömrəli hesab-fakturalar təqdim edilmişdir.
77. Məhkəmə kollegiyası tərəflər arasında formalaşmış işgüzar münasibətləri, yəni elektron qaimə və hesab-fakturalardan əlavə yazılı sənədin də (icarə münasibətlərində texniki xidmət blankının) tərtib edildiyini, habelə qeyd edildiyi kimi tərəflər arasında bağlanmış 01 iyun 2022-ci il tarixli icarə müqaviləsində icarəyə götürülmüş texnikaların təmiri ilə bağlı işlərin iddiaçı tərəfindən həyata keçirilməsi və bu işlərin əvəzinin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı şərtin olmadığını nəzərə alaraq hesab edir ki, yalnız elektron qaimələr və hesab-fakturalar əsasında tərəflər arasında podrat müqaviləsindən irəli münasibətlərin olması, iddiaçı tərəfindən təmir işlərinin görülməsi və cavabdehin həmin işlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyinin olması nəticəsinə gəlmək olmaz.
78. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 752.1-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən irəli sürülmüş təmir xərclərinin ödənilməsi ilə bağlı iddia rədd edilməlidir.
79. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
80. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı QSC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4482/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri üçün ödənilmiş rüsumlar tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov