Məhkəmə qərarları › İş №2-2(103)-286/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-286/2025

16.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-286/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı əmlakdan çıxarılma, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı vurulmuş ziyanın ödənilməsi, pul tələbinə dair kommersiya mübahisəsi Açar söz: əmlakdan çıxarılma, pul tələbi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, ilkin iddia üzrə İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, ilkin iddia üzrə Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı əmlakdan çıxarılma, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı vurulmuş ziyanın ödənilməsi, pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 5839/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2017-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

2. Azərbaycan Respublikasının Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti İddiaçıdur (Reyestr nömrəsi: **********60-06301).

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2017-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

4. Azərbaycan Respublikasının Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti İddiaçıdur (Reyestr nömrəsi: **********49-06301).

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 342/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh İddiaçı qarşı torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilərək, cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə 9355 manat, xx.xx.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə 2094 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması, tutulan məbləğ Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki kod 501004, AZ53NABZ********************4, VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C hesaba köçürülməsi qət edilmişdir.

6. Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 001510 nömrəli müəssisə və obyektin texniki pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 30 ünvanında yerləşən “Tac” kafesi (qeyriyaşayış sahəsinin) mülkiyyətçisi İqtisadi İnkişaf Nazirliyinin Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzidir.

7. Satıcılar – X7 və X8 ilə alıcı – İddiaçı arasında xx.xx.2004-cü il tarixli, AN-İ seriaylı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcılar Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 30 ünvanında yerləşən “Tac” kafesini alıcının mülkiyyətinə vermişlər.

8. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakın İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən xx.xx.2004-cü il tarixli, 002304 olan mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 30 ünvanında yerləşən “Tac” kafesi (qeyri-yaşayış sahəsinin) İddiaçı xüsusi mülkiyyətidir.

9. İcarəyəverən qismində İddiaçı ilə icarəçi qismində "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, 3561 nömrəli icarəyə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən icarəyəverən ünvan 2 ünvanında yerləşən, öz şəxsi mülkiyyətində olan ümumi sahədən 103 kv.m qeyri-yaşayış sahəsini (daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Seriya RX № 0997771) müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəyə verməyi öz öhdəsinə götürür.

10. İcarəyəverən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi qismində İddiaçı arasında xx.xx.2020-ci il tarixli, 52 nömrəli özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 667.2 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.

11. İddiaçı xx.xx.2023-cü il tarixdə bildiriş (pretenziya) məktubu ilə Cavabdeh müraciət edərək, borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/65 saylı ekspert rəyindən görünür ki, Birinci və ikinci suallar üzrə: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi tərəfindən tərtib edilmiş Texniki Pasportun məlumatlarında öz əksini tapmayan tikililərin təmiri və inşaası üçün aparılmış yenidənqurma və tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq təqribən 6334 manat məbləğində dəyəri müəyyən olunur. Üç, dörd və altıncı suallar üzrə: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində tikilmiş tikililərin, kabinetləririn kosmetik təmirinə (zəhmət haqqı nəzərə alınmaqla) tikinti-quraşdırma işlərininüçün aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq təqribən 8532 manat məbləğində dəyəri müəyyən olunur. Beşinci və yeddinci suallar üzrə: Tədqiqat obyektinin ilkin vəziyyəti ilə bağlı mülki iş maeriallarında məlumat olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmadı.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

13. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətindədir. AR ƏMDK yanında DƏDRX-nin (indiki AR İN vanında ƏMDX) xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən əmlak iddiaçının adına qeyd edilmişdir. Yuxarıda qeyd edilən əmlakı Cavabdeh (bundan sonra cavabdeh) şifahi razılıq əsasında aylıq 200 (iki yüz) manat ödəməklə icarəyə vermişdir. Cavabdeh əmlakını qəbul etdikdən və yalnız 1 il iddiaçıya icarə haqqı ödədikdən sonra heç bir ödəniş etmədən əmlakından qanunsuz istifadə edir, icarə haqqı ödəmir, əmlakdan çıxmaqdan imtina edir. Dəfələrlə cavabdehlə apardığı danışıqlar heç bir nəticə vermir. Hər səfərində cavabdehə əmlakından bu formada kortəbii şəkildə istifadə etməyin qanunsuz olduğu, buna görə əmlak sahibi kimi iddiaçının müvafiq icra hakimiyyəti orqanları tərəfindən cərimə olunmaq ehtimalının olduğunu bidirsə də, cavabdeh öz qanunsuz əməllərini davam etdirməklə, iddiaçının əmlakını kafe, çayxana kimi qanunsuz istifadə etməkdə davam edir. Bunun nəticəsi olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e-2(005)-342/2023-cü il saylı qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda ƏMDX-nin iddiası təmin edilərək, iddiaçıdan sonuncunun xeyrinə cəmi 11449 manat torpaq icarə haqqının alınaraq müvafiq quruma ödənilməsi qərara alınmışdır. Hesab edilir ki, məhz cavabdehin qanunsuz əməllərinin nəticəsində dövlət orqanları tərəfindən cərimə maliyyə sanksiyalarına məruz qalır. Cavabdeh isə heç bir şey olmamış kimi iddiaçının əmlakından qanunsuz istifadə etməkdə davam edir. Cavabdeh özü üçün kafe, çayxana tipli xidmət obyekti açaraq sonda əmlak sahibi kimi iddiaçının cərimələnməyinə səbəb olan hərəkətlərə yol verməkdə davam edir. Cavabdehin qanunsuz olaraq iddiaçının mülkiyyətindən istifadə etməsi iddiaçının mülkiyyətçi hüquqlarını məhdudlaşdırır, əlavə xərclər, cərimələr yaradır və əmlakın mülkiyyətçisi kimi istifadə, sahiblik hüquqlarının həyata keçirilməsində çətinliklər yaradır. Artıq xeyli müddətdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində qanuni əmlakına sərbəst surətdə sahib ola, ondan istifadə edə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X2 xeyrinə aylıq 700 manat olmaqla, ödənilməmiş, 8 il ərzində yığılmış ümumi məbləğ olan 67200 (alımış yeddi min iki yüz) manat pul məbləği, eyni zamanda həmin natəmiz, çirkli, bərbad olan yerə çəkilmiş xərc olan 90000 (doxsan min) manat pul məbləği olmaqla, ümumilikdə 157200 (yüz əlli yeddi min iki yüz) manat pul məbləğinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı əsassız və böhtan xarakterli fikirlər irəli sürərək, guya şifahi razılıq əsasında ayda 200 manat ödəməklə, aylıq icarə haqqı ilə X4 əmlak icarəyə vermişdir. Halbuki, bu deyilənlər tamamilə həqiqətə uyğun deyil. Belə ki, cavabdeh qeyd edir ki, ayda 200 manatla əmlak icarəyə verib, ancaq bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib, həmçinin 200 manata icarə ödəməklə, əmlak kirayələmək indiki bazar şəraiti ilə qeyrimümkündür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri, Nərimanov rayonunun Gigiyena və Epidemiologiya Mərkəzinin 02 sentyabr 2015-ci il tarixli, 735/15 saylı məktubundan görünür ki, mübahisə olunan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi natəmiz, ətrafdakı insanlar üçün təhlükə mənbəyi olmaqla yanaşı, uzun müddət baxımsız qaldığından buraya çoxlu miqdarda müxtəlif mənşəli zibil tullantıları atılaraq antisanitar vəziyyətin yaranmasına və ətrafda yaşayan sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Bununla əlaqədar qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə əlaqə saxlayaraq, iddiaçıya ayda 700 manat məbləğində ödəniş etməklə işləməyini, bu çirkili, natəmiz, problemli olan ərazidə abadlıq, təmizlik işləri apararaq səliqə-sahman yaratmağını istədi. Bununla bağlı elə həmin dövrdə, yəni 2015ci il tarixdən ayda 700 manat olmaqla, qarşılıqlı iddia üzrə iddiaçıya ödəniş elmək barədə razılığa gəldilər. Bir vaxt sonra isə cavabdeh təklif etdi ki, istəsən, bura xərc çəkib, daha da səliqə sahman yaradıb, fəaliyyət göstərə bilərsən. Bundan sonra o, həmin əraziyə vəsait yatıraraq, ərazini abadlaşdırmış, həmin natəmiz, çirkli yerə ümumilikdə 90000 (doxsan min) manat məbləğində vəsait yatırtmış, eyni zamanda Cavabdeh aylıq ödənişlər edilməyərək, ümumilikdə 8 il ərzində ayda 700 manat, ildə 8400 manat hesablanmaqla, ümumilikdə 67200 (altmış yeddi min iki yüz) manat verilməmiş pul öhdəliyi qalmışdır.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(005)- 245/2024 saylı qərardadı ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı əmlakdan çıxarılma, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-5839/2024 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və əmlakın boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İlkin iddia tələbi Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən çıxarılması və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti təşkil edən əmlak- ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2004-cü ildən İddiaçı mülkiyyətindədir və həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2017-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********), eləcə də, Azərbaycan Respublikasının Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan da müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti İddiaçıdur (Reyestr nömrəsi: **********60-06301). İddiaçı həmin əmlakın mülkiyyətçisi olsa da, həmin əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, həmin əmlak təxminən 8-9 ildir ki, ilk iddia üzrə cavabdehin istifadəsindədir. İddiaçı cavabdehə əmlakından çıxmağı, əmlakı boşaltmağı təklif etsə də, cavabdeh əmlakı təhvil verməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin həmin əmlak-qeyri-yaşayış sahəsi üzərində hər hansı əmlak hüquqlarının olması, həmin əmlakdan istifadə etməkdə davam etməsi üçün hər hansı əsasın olması müəyyən olunmamışdır. Məhkəmə qeyd edilənləri, işin faktiki hallarını və qanunvericilik normalarını, mülkiyyətçi olan iddiaçının cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və əmlak boşaldılaraq İddiaçı təhvil verilməlidir. Qarşılıqlı iddia tələbi isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X2 xeyrinə aylıq 700 manat olmaqla ödənilməmiş, 8 il ərzində yığılmış ümumi məbləğ olan 67200 (alımış yeddi min iki yüz) manat, eyni zamanda, həmin natəmiz, çirkli, bərbad olan yerə çəkilmiş xərc olan 90000 (doxsan min) manat pul məbləği olmaqla, ümumilikdə 157200 (yüz əlli yeddi min iki yüz) manat pul məbləğinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsindən ibarətdir. Qarşılıqlı iddia tələbi 2 hissədən ibarətdir: 1) aylıq 700 manat olmaqla ödənilməmiş, 8 il ərzində yığılmış ümumi məbləğ olan 67200 manat pulun İddiaçı tutulması; 2) çəkilmiş xərc olan 90000 manat pulun İddiaçı tutulması. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbinin 1-ci hissəsini onunla əsaslandırmışdır ki, qarşıqlı iddia üzrə cavabdeh həmin yerə onu mühafizəçi olaraq təyin etmiş və o da oranı uzun illər mühafizə etmiş, lakin ona ödəniş edilməmişdir. Qeyd edilən halı qarşılıqlı iddia üzrə cavabdeh təkzib etmişdir. İlk iddia üzrə iddiaçı həmin əmlakı təxminən 2015-ci ildə cavabdehə icrarəyə verdiyini, ona cəmi 150-200 manat ödənildiyini, lakin sonradan heç bir ödəniş olunmadığını bildirmiş, cavabdeh isə həmin pulu ödədiyini, lakin icarə haqqı kimi yox, başqa bir məqsədlə verdiyini bildirmişdir. Cavabdeh iddiaçı ilə danışıqlarına görə əmlakı mühafizə etməli olduğunu, buna görə isə iddiaçının ona hər ay 700 manat məbləğində ödəniş etməli olduğunu bildirmişdir. Tərəflər həmin hallarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Ona görə də qarşılıqlı iddia həmin hissədə əsassız olmaqla təmin edilə bilməz. Qarşılıqlı iddia tələbinin 2-ci hissəsini təşkil edən çəkilmiş xərc olan 90000 manat pulun İddiaçı tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, məhkəmə icraatının gedişində qarşılıqlı iddia üzrə iddiaçıdan əmlak sahibi olan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında əmlaka çəkiləcək xərclə bağlı hər hansı bir razılığın olması soruşulsa da, aralarında şifahi razılığın olduğu bildirilmiş, lakin qeyd edilən hal qarşıqlı iddia üzrə cavabdeh tərəfindən təkzib edilmişdir. Həmin halla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda bu illər ərzində qarşılıqlı iddia üzrə iddiaçının qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirib qazanc əldə etməsi işin mübahisəsiz halını təşkil edir, bu müddət ərzində mülkiyyətçiyə hər hansı məbləğ ödənilməmişdir və qarşılıqlı iddiaçının istifadə etdiyi əmlakla bağlı hər hansı təmir işləri görülə bilərdi və həmin xərclərin hazırda qarşılıqlı iddia üzrə cavabdehdən tələb edilməsi əsaslı hesab edilə bilməz.

20. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1, 6.1.8, 14.1, 152.1, 157.2-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77, 107, 115.0.1, 119.1, 206.1, 218.3-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-5839/2024 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddia üzrə iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbi üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsi iş üzrə bütün faktiki halları aydınlaşdırmayaraq faktiki olaraq cavabdehin hüquq və vəzifələrini pozaraq ciddi şəkildə ona ziyan vurmuş, işin bütün hallarını dərindən ədalətli və obyektiv araşdırmamışdır. Belə ki, iş üzrə ilk iddia Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində irəli sürülərkən, cavabdeh tərəfindən qarşılıqlı iddia verilərək, həmin əraziyə yaxşılaşdırma, yenidən qurma xərçlərinin əvəzinin qanunla müəyyən olunmuş qaydada hesablanaraq mənə ödənilməsi barədə ekspertiza keçirilməsi barədə qərardad qəbul edilməsi, onun əsasında qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi hazır ki, mülki işə ədalətli və obyektiv yanaşaraq, ilk olaraq əraziyə yerli baxış keçirilməsi barədə qərardad qəbul etmiş, bundan sonra əraziyə məhkəmə şəxsən özü və məhkəmə əməkdaşları əraziyə baxış keçirilmiş, ərazidə çoxlu sayda yenidənqurma, abadlıq, təmizlik işləri aparıldığı, cox sayda tikililərin tikildiyi, yeni avadanlıqların, ləvazimatların əldə edildiyi ortaya çıxdığı aşkar olunmuş, bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qərardadla həmin ərazidə olan yenidənqurma ilə bağlı ümumilikdə 18.000 manata yaxın yaxşılaşdırmaya xərc çəkildiyi ekspertiza tərəfindən ortaya çıxarılmışdır. Bakı Kommersiya Məhkəməsi bütün bu halları araşdırmayaraq, işin bütün hallarını diqqət yetirməyərək, formal müahizələr əsasında qətnamə çıxarmışdır. Bundan başqa Bakı Kommersiya Məhkəməsi iş üçün əhəmiyyət olan halları sübut edə bilməyərək, qərarını əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmədə yaxşılaşdırma, yenidən qurma, təmizlik abadlıq işləri üzrə 90.000 (doxsan min) manat məbləğində xərç çəkildiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir, ancaq iş üzrə zəruri olan araşdırma materiallarından, sənədlərdən görünür ki, hazır ki, iş üzrə çəkilmiş xərclərdə bilavasitə və birbaşa olaraq iştirak etmiş, şahidlər həmin halları tam şəkildə həmin şəxslər tərəfindən təsdiq olunaraq həqiqətən həmin əraziyə çox miqdarda xərçlər çəkildiyi, vəsait xərçləndiyi, həmin ərazidə yenidənqurma, yaxşılaşdırma işləri aparıldığı, abadlaşdırma, təmizlik işləri görüldüyü təsbit olunmuşdur. Məhkəmə bu halları araşdırmaq üçün xüsusi bilik tələb edən sualları izah etmək üçün Ekspertiza təyin edilməsi barədə qərar qəbul etməli olduğu halda etməmişdir. Bununla belə mövcud ekspertiza rəyi iş materiallarında olduğu halda, həmin ekspertiza rəyi ilə cavabdeh tərəf razılaşmadığı üçün yeni ekspertiza keçirilməsi barədə vəsatət verilmiş, bununla belə məhkəmə əsassız olaraq həmin vəsatətin təmin olunmasından imtina edərək, ekspertiza təyin etməkdən imtina etmişdir. Göründüyü kimi məhkəmə bütün yuxarıda göstərilən halları heç birini araşdırmayaraq, natamam, əsassız, qeyri qanuni qərar qəbul etmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddianın əsası kimi sübut təqdim edilmədiyini qeyd etsədə, bundan qabaq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən ekspertizanın keçirilməsi barədə qəbul olunmuş qərardadla, müəyyən olunmuş işlərin məbləğini, qiymətini göstərsədə, bu sübutlara, o cümlədən konkret şahidlər tərəfindən qeyd olunan dəqiq məlumatlar əsasında müəyyən olunmuş halları düzgün qiymətləndirməyərək, nəticəni işin hallarına uyğun olmayaraq qəbul etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İlkin iddia üzrə iddiaçı və onun nümayəndəsi(vəkili) məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

24. İlkin iddia üzrə cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə ilkin iddia üzrə cavbdeh Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2- 2(113)-5839/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2017ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). Azərbaycan Respublikasının Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti İddiaçıdur (Reyestr nömrəsi: **********60-06301). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2017-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). Azərbaycan Respublikasının Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti İddiaçıdur (Reyestr nömrəsi: **********49-06301). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 342/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh İddiaçı qarşı torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilərək, cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə 9355 manat, xx.xx.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə 2094 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması, tutulan məbləğ Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki kod 501004, AZ53NABZ********************4, VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C hesaba köçürülməsi qət edilmişdir. Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 001510 nömrəli müəssisə və obyektin texniki pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 30 ünvanında yerləşən “Tac” kafesi (qeyri-yaşayış sahəsinin) mülkiyyətçisi İqtisadi İnkişaf Nazirliyinin Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzidir. Satıcılar – X7 və X8 ilə alıcı – İddiaçı arasında xx.xx.2004-cü il tarixli, AN-İ seriaylı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcılar Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 30 ünvanında yerləşən “Tac” kafesini alıcının mülkiyyətinə vermişlər. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakın İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən xx.xx.2004-cü il tarixli, 002304 olan mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 30 ünvanında yerləşən “Tac” kafesi (qeyriyaşayış sahəsinin) İddiaçı xüsusi mülkiyyətidir. İcarəyəverən qismində İddiaçı ilə icarəçi qismində "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, 3561 nömrəli icarəyə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən icarəyəverən ünvan 2 ünvanında yerləşən, öz şəxsi mülkiyyətində olan ümumi sahədən 103 kv.m qeyriyaşayış sahəsini (daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Seriya RX № 0997771) müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəyə verməyi öz öhdəsinə götürür. İcarəyəverən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidməti ilə icarəçi qismində İddiaçı arasında xx.xx.2020-ci il tarixli, 52 nömrəli özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 667.2 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. İddiaçı xx.xx.2023-cü il tarixdə bildiriş (pretenziya) məktubu ilə Cavabdeh müraciət edərək, borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/65 saylı ekspert rəyindən görünür ki, Birinci və ikinci suallar üzrə: ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi tərəfindən tərtib edilmiş Texniki Pasportun məlumatlarında öz əksini tapmayan tikililərin təmiri və inşaası üçün aparılmış yenidənqurma və tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq təqribən 6334 manat məbləğində dəyəri müəyyən olunur. Üç, dörd və altıncı suallar üzrə: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində tikilmiş tikililərin, kabinetləririn kosmetik təmirinə (zəhmət haqqı nəzərə alınmaqla) tikinti-quraşdırma işlərininüçün aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq təqribən 8532 manat məbləğində dəyəri müəyyən olunur. Beşinci və yeddinci suallar üzrə: Tədqiqat obyektinin ilkin vəziyyəti ilə bağlı mülki iş maeriallarında məlumat olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmadı.

32. Məhkmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin əsaslı olmadığını qeyd edərək bildirir ki, apellyasiya şikayətində əsaslandırılmışdır ki, “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qərardadla həmin ərazidə olan yenidən qurma ilə bağlı ümumilikdə 18.000 manata yaxın yaxşılaşdırmaya xərc çəkildiyi ekspertiza tərəfindən ortaya çıxarılmışdır. Bakı Kommersiya Məhkəməsi bütün bu halları araşdırmayaraq, işin bütün hallarını diqqət yetirməyərək, formal müahizələr əsasında qətnamə çıxarmışdır. Bundan başqa Bakı Kommersiya Məhkəməsi iş üçün əhəmiyyət olan halları sübut edə bilməyərək, qərarını əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmədə yaxşılaşdırma, yenidən qurma, təmizlik abadlıq işləri üzrə 90.000 (doxsan min) manat məbləğində xərç çəkildiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir, ancaq iş üzrə zəruri olan araşdırma materiallarından, sənədlərdən görünür ki, hazır ki, iş üzrə çəkilmiş xərclərdə bilavasitə və birbaşa olaraq iştirak etmiş, şahidlər həmin halları tam şəkildə həmi şəxslər tərəfindən təsdiq olunaraq həqiqətən həmin əraziyə çox miqdarda xərçlər çəkildiyi, vəsait xərçləndiyi, həmin ərazidə yenidən qurma, yaxşılaşdırma işləri aparıldığı, abadlaşdırma, təmizlik işləri görüldüyü təsbit olunmuşdur. Məhkəmə bu halları araşdırmaq üçün xüsusi bilik tələb edən sualları izah etmək üçün Ekspertiza təyin edilməsi barədə qərar qəbul etməli olduğu halda etməmişdir. Bununla belə mövcud ekspertiza rəyi iş materiallarında olduğu halda, həmin ekspertiza rəyi ilə cavabdeh tərəf razılaşmadığı üçün yeni ekspertiza keçirilməsi barədə vəsatət verilmiş, bununla belə məhkəmə əsassız olaraq həmin vəsatətin təmin olunmasından imtina edərək, ekspertiza təyin etməkdən imtina etmişdir. Göründüyü kimi məhkəmə bütün yuxarıda göstərilən halları heç birini araşdırmayaraq, natamam, əsassız, qeyri qanuni qərar qəbul etmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddianın əsası kimi sübut təqdim edilmədiyini qeyd etsədə, bundan qabaq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən ekspertizanın keçirilməsi barədə qəbul olunmuş qərardadla, müəyyən olunmuş işlərin məbləğini, qiymətini göstərsədə, bu sübutlara, o cümlədən konkret şahidlər tərəfindən qeyd olunan dəqiq məlumatlar əsasında müəyyən olunmuş halları düzgün qiymətləndirməyərək, nəticəni işin hallarına uyğun olmayaraq qəbul etmişdir.”. Lakin məhkəmə kollegiyası bu dəlillərə münasibətdə qeyd edir ki, 1-ci instansiya məhkəməsində icraatının gedişində tərəflər arasında əmlaka çəkiləcək xərclə bağlı hər hansı bir razılığın olması barədə mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də çəkilmiş xərclərin qarşılıqlı iddia üzrə cavabdehdən tələb edilməsi əsasızdır və ekspert rəyində qeyd olunan məbləğin qarşılıqlı iddia üzrə cavabdehdən tutulması əsaslı ola bilməzdi. Həmçinin 1-ci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərdən heç biri tərəflər arasındakı razılaşmanı təsdiq etməmişdir. Yalnız ilkin iddia üzrə iddiaçı tərəfindən həmin əraziyə xərclərin çəkilməsini və abadlıq işlərinin görülməsini təsdiq etmişlər. Apellyasiya şikayətində müvafiq məhkəmə ekspertizasının məhkəmənin təşəbbüsü ilə təyin edilməməsinə münasibətdə qeyd olunmalıdır ki, 1-ci instansiya məhkəməsi müvafiq ekspertizanı təyin etməməkdə haqlıdır. Belə ki, tərəflər arasında əraziyə çəkiləcək xərclərin razılaşdırılmasına, kimin tərəfindən ödənilməsinə dair razılığı müəyyən edən sübutların olmaması artıq iş üçün ekspertiza təyin etmək və çəkilmiş xərclərin miqdarını müəyyənləşdirmək və ya dəqiqləşdirmək zərurətini aradan qaldırır. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.

33. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İlkin iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçı ilə aralarındakı razılaşmaya dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda çəkilən xərclərə dair ekspertizanın keçirilməsi ağlabatan ola bilməz. Çünki, əvvəlcə tərəflər arasında razılaşama müəyyən edilməli, razılaşmanın mahiyyətinə uyğun olaraq da müvafiq araşdırma aparılmalı, zərurət yaradıqda müvafiq ekspertiza təyin olunmalı idi. Lakin hazırkı halda razılaşmanın sübuta yetirilməməsi ekspertizanın təyin edilməsinə ehtiyac qalmır. Sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Həmçinin mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Ona görə də sübutlar təqdim edilməli və məntiqi izah edilmiş hallar sübutlarla öz təsdiqini tapmalıdır.

35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işlə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İlkin iddia üzrə cavbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-5839/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar