Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-287/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Cavabdeh MMC-nin qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-3253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından (hakim F.Qasımov) Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən 59510 manat məbləğində əsas borcun, 232000 manat məbləğində dəbbə pulunun, 10000 manat əldən çıxmış fayda haqqının, 7,75% məbləğində hesablanmaqla 4612 manat məbləğində bank uçot dərəcəsinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən tərəflər arasında olan xx.xx.2016-cı il tarixli CPSX03/1116 saylı müqaviləyə və xx.xx.2018-ci il CSSX122/65 saylı xidmət müqaviləsinə əsasən yaranmış 59510 manat məbləğində əsas borcun, 232000 manat əldən çıxmış fayda haqqının, 7.75% məbləğində hesablanmaqla 4612 manat məbləğində bank uçot dərəcəsinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında imzalanmış CPSX122/65 saylı, xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi üzrə “xxxx” MMC tərəfindən avans kimi ödənilmiş 41423.85 manat məbləğin və pandemiya dövründə əsassız məhkəmə iddiaları ilə İddiaçı MMC-nin ona vurduğu maddi ziyanın 10000 manat dəyərində müəyyən edilərək cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-3253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi, iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin Cavabdeh MMC-yə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh MMC şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-3253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin məhkəmə hazırlıq iclasında bankdan, həmçinin vergi orqanlarından müvafiq sənədləri toplayaraq qarşılıqlı iddia ilə məhkəməyə müraciət edəcəklərini bildirmişlər. Hakim məhkəmə baxışı zamanı bir sıra sənədlərin təsdiq olunmuş şəkildə məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhz bu sənədlər hakimə məhkəmə baxışı zamanı təqdim olunarkən müəyyən edilmişdir ki, həqiqətən də, İddiaçı MMC-nin Cavabdeh MMC-yə borcu bank sənədləri ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.2-ci maddəsində konkret olaraq göstərilib ki, məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Hakim özü də onlar tərəfdən bank sənədləri təqdim olunan zaman qarşı tərəfə bildirmişdir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə yox, əksinə İddiaçı MMC-nin Cavabdeh MMC-yə borcu vardır. Onlara tövsiyyə etmişdir ki, iddiaya dəqiqləşmə verilsin (audio yazı mövcuddur) hakimin bu göstərişlərindən yararlanan qarşı tərəf yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə yeni bir iddia daxil etmiş, tərəflər arasında 2016-cı ilin noyabr ayında imzalanmış tamamilə ayrı bir müqavilə üzrə iddia ərizəsinə əlavələr etmişdir. Həmin müqavilə üzrə heç bir “pretenziya” qaydalarına əməl olunmamış və məhkəməyə təqdim edilmiş saxta sənədlər əsasında hakim ona göz yumaraq işin icraatına əlavə etmiş, həmin iddia üzrə onlardan sənədlərin təqdim olunmasını qanunsuz olaraq tələb etmişdir. İş materiallarında olan sənədlərdən açıq-aşkar görünür ki, qarşı tərəfin iddiası tam əsassızdır və perspektivi olmamaqla qarşılıqlı iddia tam sübuta yetirilir. Məhz bu səbəbdən hakim qarşı tərəfin mövqeyini müdafiə edə bilməyəcəyini başa düşərək qarşılıqlı iddia ərizəsinin qəbul edilməsindən imtina edir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-3253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-3253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İş materiallarından görünür ki, iş üzrə xx.xx.2020-ci il tarixdə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, işin baxılmasına bağlanılmış, işin hallarını məhkəmədən kənar müzakirə etmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə vəsatəti təmin edərək məhkəmə iclasını təxirə salmış, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə yazılı vəsatət vermiş, həmin vəsatət məhkəmə tərəfindən təmin edilməmiş, aidiyyətlə bağlı yekun məhkəmə qərarı qəbul edildikdən sonra iş yenidən birinci instansiya məhkəməsinə qaytarılmış, qarşılıqlı iddia ərizəsi xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, iddia ərizəsi işin baxılmasına başlandıqdan sonra verilmiş və irəli sürülən iddianın əsası məhkəmə baxışı gedişində əmələ gəlməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsinin qaytarılması barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 3253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-3253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-287/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-287/2021
03.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver