Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-287/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1476/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 06 may 2009-cu il tarixli, 139 saylı kredit müqaviləsinə əsasən bank borc alana 10 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 428000 (dörd yüz iyirmi səkkiz min) manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 06 fevral 2009-cu il tarixli, 126 saylı kredit müqaviləsinə əsasən bank borc alana 12 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 800000 (səkkiz yüz min) manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.
3. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixdə **********566 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdehnə müraciət edilərək, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış ümumilikdə 972957,77 manat məbləğində borcun 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir.
4. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixdə **********596 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdehnə müraciət edilərək, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış ümumilikdə 777929,93 manat məbləğində borcun 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə 500000 manat əsas, 83546,74 manat faiz, 100818,39 manat cərimə, 288592,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi (Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) məbləğ olmaqla, cəmi 972957,77 (doqquz yüz yetmiş iki min doqquz yüz əlli yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində kredit borcunun, xx.xx.2009-cu il tarixli, 139 saylı kredit müqaviləsi üzrə 402094 manat əsas, 85193,30 manat faiz, 63500,20 manat cərimə, 227141,95 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi (Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) məbləğ olmaqla, cəmi 777929,93 (yeddi yüz yetmiş yeddi min doqquz yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərc, 1265,44 (bir min iki yüz altmış beş manat 44 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on) ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə 800000 (səkkiz yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 500000 manat əsas, 83546,74 manat faiz, 100818,39 manat cərimə, 288592,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 972957,77 manat (doqquz yüz yetmiş iki min doqquz yüz əlli yeddi manat yetmiş yeddi qəpik) borcu mövcuddur. Bundan başqa, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Şirkətinə arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 119 saylı kredit müqaviləsinə əsasən cavabdehə 428000 (dörd yüz iyirmi səkkiz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 402094 manat əsas, 85193,30 manat faiz, 63500,20 manat cərimə, 227141,95 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 777929,93 manat (yeddi yüz yetmiş yeddi min doqquz yüz iyirmi doqquz manat doxsan üç qəpik) borcu mövcuddur. İddiaçı tərəfindən cavabdehə xx.xx.2009-cu il tarixli, 126 saylı və xx.xx.2009-cu il tarixli, 119 saylı kredit müqavilələri üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1476/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 256854,38 manat (iki yüz əlli altı min səkkiz yüz əlli dörd manat otuz səkkiz qəpik) məbləğ, 5000 (beş min) manat cərimə, 200 (iki yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 189,25 manat (yüz səksən doqquz manat iyirmi beş qəpik) olmaqla, cəmi 262243,63 manat (iki yüz altmış iki min iki yüz qırx üç manat altmış üç qəpik) məbləğində pulun ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat pulun 200 (iki yüz) manat hissəsinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 150 (yüz əlli) manat hissəsinin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 739, 442, 443.1, 448.1, 372.1, 372.2, 373.2, 375.2, 377.2, 445.1, 445.2.1, 445.7-ci maddələrinə, “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2001-ci il 27 dekabr tarixli, “Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli, “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
9. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1476/2022 saylı qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin tam təmin edilərək Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə 500000 manat əsas, 83546,74 manat faiz, 100818,39 manat cərimə, 288592,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 972957,77 (doqquz yüz yetmiş iki min doqquz yüz əlli yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində kredit borcunun, xx.xx.2009-cu il tarixli, 139 saylı kredit müqaviləsi üzrə 402094 manat əsas, 85193,30 manat faiz, 63500,20 manat cərimə, 227141,95 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 777929,93 (yeddi yüz yetmiş yeddi min doqquz yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat kredit borcunun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 1265 manat və apellyasiya şikayətinin verilməsi üçün 833 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2-2(113)-1476/2022 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş və yekunda cavabdehin banka olan borc öhdəliyi üzrə məbləğin hesablanmasında səhv nəticəyə gəlmişdir. Bank təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Belə ki, 20 sentyabr 2022-ci il tarixli, 9/5226 saylı ekspert rəyindən göründüyü kimi öhdəliklər tam yerinə yetirilmişdir. Ancaq əslində bu belə deyil. Məhkəmə öz qətnaməsində istinad etdiyi ekspert rəyinə qeyri-dəqiq və şəxsi fərziyələr əsasında yanaşmışdır. xx.xx.2017-ci il tarixdə ödənilən 200.000 manat və 180.000 manat məbləğində vəsaitlər cavabdeh tərəfindən ödənilmədiyi üçün ödəniş kimi qəbul edilə bilməz. Cavabdeh ilə bank arasında bağlanmış kredit müqavilələrinə əsasən borcalan kredit müqavilələrinə üzrə əsas borcun və faizlərin ödənilməsini gecikdirsə, hər gecikdirilmiş gün üçün kreditin ödənilməmiş hissəsinə görə iki qat cərimə ödəyir. Bu müqavilələrə əsasən cavabdehlərə haqlı olaraq cərimə hesablanmışdır. Ona görə də cərimələr cavabdehdən tam şəkildə tutulmalıdır.
12. Cavabdeh Nurvin-ST” Şirkəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 2017-ci ilin noyabr ayında 380.000 manat məbləğində pul vəsaitinin banka ödənilməsi işin mübahisəsiz halıdır. Lakin həmin ödəniş məbləği xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə ödənilməsinə baxmayaraq məhkəmə bunu qəbul etməyərək ödənilmiş 380.000 manat pul vəsaitini hər iki kredit müqaviləsi üzrə kredit ödənişi kimi qəbul edir. Tərəflər arasında əldə olunan razılığa əsasən həmin 380.000 manat kredit ödənişi əsas borcun silinməsi üçün nəzərdə tutulmuşdur. Sadalanan hər iki xüsusat şahid ifadələri ilə öz təsdiqini tapsa da məhkəmə bunu mötəbər sübut kimi qəbul etməmiş və hansı səbəbdən qəbul etmədiyini əsaslandırmamışdır. Göründüyü kimi ödənilmiş 380.000 manat pul vəsaiti heç bir əsas olmadan CDB hesaba yönəldilmiş, daha sonra geri qaytarılmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1, apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəf hazırkı iş üzrə nə kassa məxaric orderi, nə də ödəniş etmələrinə dair hər hansı bir qəbz təqdim etməmişdir. Həmin 300.000 manat məbləğ Nadir İsmayılov tərəfindən CDB bankın hesabına köçürülmüşdür. O hesabda hazırda da bankda 3.000.000 manat depozit hesabı mövcuddur. Bank 2016-cı ildə ləğvetmə dövrünə daxil olmuşdur, bu müddət ərzində bank tərəfindən hər hansı yeni hesab açılması mümkün deyildir, lizensiya alınmış olur. Bu hesab tranzit hesabdır. İş materiallarında Nadir İsmayılov tərəfindən yazılmış ərizə var ki, bu ərizə əsasında ehtimal olunur ki, 380.000 manat məbləğ səhv ödəniş edilmiş “xahiş edirəm” sözünə istinadən 5 gün sonra CDB bankın tranzit hesabına geri qaytarılmışdır. Onlar cavabdeh tərəfindən ödənişləri qəbul etmirlər. AR Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzinin iş materiallarında olan rəyinə etiraz edirlər, ekspert faiz məbləği ola-ola əsas məbləğdən silinmələr aparmışdır. Kredit müqaviləsi üzrə müddət keçməsini qəbul edirlər, lakin hesablama qaydası ilə razı deyillər. Ekspert tərəfindən aparılan yoxlama nə kredit müqaviləsi şərtlərinə, nə də Mülki Məcəllənin şərtlərinə uyğun deyil. Qarşı tərəflə 3-4 kredit müqaviləsi bağlanmışdır, iddia müddəti 80-150.000 manatla keçməsinin böyük əhəmiyyəti var. Hazırda digər iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır, ekspert yenə faiz məbləği olduğu halda əsas məbləğdən silinmələr aparmışdır. Halbuki, cərimə, faiz, əsas məbləğ şəklində silinmələr aparmalı idi.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, əsas məbləğ olmadan cərimə məbləği tutula bilməz. Əsas məbləğ üzrə borc olmamışdır. Digər məqam isə odur ki, 300.000 manat tam şəkildə ödənilmişdir. Hissələrə bölərək ödəniş etməmişlər. 300.000 manat dekabr-yanvar aylarında bir kredit xətti üzrə, ikinci kredit xətti üzrə isə mart ayı üçün ödənilib. AR Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzinin iş materiallarında olan rəyinə əsasən onların iddiaçı tərəfə heç bir borcu qalmamışdır. 5000 manat cərimə tutulmasını qanunsuz hesab edirlər. Həmçinin, iddiaçı tərəfin ödənişi köçürdüyü CDB bank hesabının onlara heç bir aidiyyəti yoxdur. Qarşı tərəf iş birinci instansiya məhkəməsinin icraatında olarkən neçə proses bildirdi ki, növbəlilik prinsipi əsasında məbləğ geri qaytarılacaqdır. Qarşı tərəf 300.000 manat məbləği CDB bank hesabına köçürmüşdür, onların bankda hesabları var idi. Həmçinin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 2016-cı ildə ləğvetmə proseduruna başlasa da, bu hadisə 2017-ci ildə baş vermişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
23. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
24. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
25. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
26. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
27. “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2001-ci il 27 dekabr tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
28. “Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 2013-cü il 3 iyun tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
29. “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında qeyd edilmişdir ki, lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəf MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitif hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
30. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
31. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
32. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
33. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
34. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
37. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
41. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 06 may 2009-cu il tarixli, 139 saylı kredit müqaviləsinə əsasən bank borc alana 10 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 428000 (dörd yüz iyirmi səkkiz min) manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.
42. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 06 fevral 2009-cu il tarixli, 126 saylı kredit müqaviləsinə əsasən bank borc alana 12 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 800000 (səkkiz yüz min) manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.
43. 30.06.2021-ci il tarixli, **********550 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh MMC-nin 06 may 2009-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 24 iyun 2021-ci il tarixə əsas borcu 402094,48 (dörd yüz iki min doxsan dörd) manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 85193,30 (səksən beş min yüz doxsan üç manat otuz qəpik) manat, borcun gecikdirildiyinə görə hesablanmış cərimə 63500,20 (altmış üç min beş yüz manat iyirmi qəpik) manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 227141,95 (iki yüz iyirmi yeddi min yüz qırx bir manat doxsan beş qəpik) manat olmaqla, cəmi 777929,93 (yeddi yüz yetmiş yeddi min doqquz yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat təşkil edir.
44. 30.06.2021-ci il tarixli, **********553 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh MMC-nin 06 fevral 2009-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 24 iyun 2021-ci il tarixə əsas borcu 500000 (beş yüz min) manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 83546,74 (səksən üç min beş yüz qırx altı manat yetmiş dörd qəpik) manat, borcun gecikdirildiyinə görə hesablanmış cərimə 100818,39 (yüz min səkkiz yüz on səkkiz manat otuz doqquz qəpik) manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 288592,64 manat (iki yüz səksən səkkiz min beş yüz doxsan iki manat altmış dörd qəpik) olmaqla, cəmi 972957,77 manat (doqquz yüz yetmiş iki min doqquz yüz əlli yeddi manat yetmiş yeddi qəpik) təşkil edir.
45. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixdə **********566 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdehnə müraciət edilərək, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış ümumilikdə 972957,77 manat məbləğində borcun 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir.
46. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixdə **********596 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdehnə müraciət edilərək, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış ümumilikdə 777929,93 manat məbləğində borcun 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir.
47. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5226 saylı ekspert rəyində qeyd olunur ki, (birinci və dördüncü suallar üzrə) iş materiallarında olan (i.v 189-190) “Digər ödənişlər (CDB)” hesabına xx.xx.2017-ci il tarixdə 380000 manat məbləğində vəsait (əmanət bərpası) bərpa edilmişdir. xx.xx.2017-ci il tarixdə həmin vəsaitin 180000 manatı ******************** nömrəli hesaba (428000 manat məbləğli kredit müqaviləsi üzrə), 200000 manatı isə ******************** nömrəli hesaba (800000 manat məbləğli kredit müqaviləsi üzrə) köçürülmüşdür. Bundan sonra xx.xx.2017-ci il tarixdə 200000 manat məbləğində ödəniş 800000 manat məbləğli kredit müqaviləsi üzrə aşağıdakı ardıcıllıqla silinmişdir: əsas borc üzrə 77918,73 manat, faiz borcu üzrə 122081,27 manat. xx.xx.2017-ci il tarixdə 180000 manat məbləğində ödəniş 428000 manat məbləğli kredit müqaviləsi üzrə aşağıdakı ardıcıllıqla silinmişdir: əsas borc üzrə 117258,66 manat, faiz borcu üzrə 62741,33 manat. xx.xx.2017-ci il tarixdə 180000 manat və 200000 manat məbləğində ödənişlər “Səhvən ödəniş məbləğinin geri qaytarılması” təyinatı ilə “Digər ödənişlər (CDB)” hesabına geri qaytarılmışdır. Qeyd edilir ki, iş materiallarında 180000 manatın ******************** nömrəli hesabdan (428000 manat məbləğli kredit müqaviləsi üzrə), 200000 manatın ******************** nömrəli hesabdan (800000 manat məbləğli kredit müqaviləsi üzrə) “Digər ödənişlər (CDB)” hesabına köçürülməsinə əsas verən məktub, ərizə, sərəncam iş materiallarında öz əksini tapmamışdır. Beləliklə, bütün yuxarıda göstərilənlərə əsasən 180000 manatın ******************** nömrəli hesabdan (428000 manat məbləğli kredit müqaviləsi üzrə), 200000 manatın ******************** nömrəli hesabdan (800000 manat məbləğli kredit müqaviləsi üzrə) “Digər ödənişlər (CDB)” hesabına köçürülməsinin əsaslı olub-olmamağına məhkəmə tərəfindən qiymət verilməlidir. xx.xx.2017-ci il tarixdə mədaxil edilmiş 200000 manat məbləğində ödənişin 800000 manat məbləğli kredit müqaviləsi üzrə silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə, borcalanın banka olan borcu aşağıdakı kimi müəyyən olunur: Cavabdeh MMC-nin xx.xx.2009-cu il tarixli 126 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 253890,68 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 0 manat (2963,7 manat artıq ödəmə), faiz borcu 0 manat, 5% ilə faiz borcu 256854,38 manat; ”Nurvin-ST” MMC-nin xx.xx.2009cu il 126 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 253890,68 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 0 manat (2963,7 manat artıq ödəmə), faiz borcu 0 manat, 5% ilə faiz borcu 256854,38 manat; Cavabdeh MMC-nin xx.xx.2009-cu il tarixli 126 saylı kredit müqaviləsi üzrə ekspert rəyinin tərtib edildiyi xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 253890,68 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 0 manat (2963,7 manat artıq ödəmə), faiz borcu 0 manat, 5% ilə faiz borcu 256854,38 manat; xx.xx.2017-ci il tarixdə 180000 manat məbləğində ödənişin 428000 manat məbləğli kredit müqaviləsi üzrə silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə, borcalan Cavabdeh MMC-nin 06 may 2009cu il tarixli 139 saylı kredit müqaviləsi banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 06 may 2009-cu il tarixli 139 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 236351,03 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 91058,5 manat; faiz borcu 0 manat, 5% ilə faiz borcu 145292,53 manat; ”Nurvin-ST” MMC-nin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 239133,38 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 91058,5 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 148074,88 manat; Cavabdeh MMC-nin ekspert rəyinin tərtib edildiyi xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 241991,6 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 91058,5 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 150933,1 manat; (beşinci sual üzrə) (380000 manat ödəniş nəzərə alınmazsa) rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları, 06 fevral 2009-cu il tarixli 126 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin müqavilə müddətinin bitdiyi xx.xx.2010-cu il tarixə İddiaçı ASC-yə olan borcu 804554,34 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 800000 manat, faiz borcu 4554,34 manat, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 489240,6 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 197036,3 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 292204,3 manat; Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 495261,16 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 197036,3 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 298224,86 manat; Cavabdeh MMC-nin ekspert rəyinin tərtib edildiyi xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 501445,94 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 197036,3 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 304409,61 manat; (altıncı sual üzrə) rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları, 06 may 2009-cu il tarixli 139 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin müqavilə müddətinin bitdiyi xx.xx.2010-cu il tarixə İddiaçı ASC-yə olan borcu 431330,67 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 428000 manat, faiz borcu 3300,67 manat, Cavabdeh MMCnin xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 448476,08 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 271058,54 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 177417,54 manat; Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 456758,42 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 271058,54 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 185699,88 manat; Cavabdeh MMC-nin ekspert rəyinin tərtib edildiyi xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 465266,65 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 271058,54 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 194208,11 manat məbləğində müəyyən edilir.
49. Tərəflər arasında bağlanmış kredit müqavilələri əsasında cavabdehə yuxarıda qeyd olunan müddətə və məbləğdə kredit verilmişdir. İddiaçı ASC göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğləri və kredit üzrə hesablanmış faizləri müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, bununla kredit müqavilələri üzrə öhdəliklərini pozmuş, nəticədə iddiaçıya borcu yaranmışdır.
50. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya borcunun olmasının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehdən xx.xx.2009-cu il tarixli, 126 saylı və xx.xx.2009-cu il tarixli, 139 saylı kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
51. Cavabdeh tərəfindən 2017-ci ilin noyabr ayında 380000 manat məbləğində pul vəsaitinin banka ödənilməsi işin mübahisəsiz halıdır. Mübahisəli məqam ondan ibarətdir ki, cavabdeh 380000 (200000+180000) manat məbləğində pul vəsaitinin kredit borcuna görə banka ödənildiyini bildirmiş, iddiaçı isə birinci instansiya məhkəməsində həmin məbləğin bankın depozit hesabına qoyulduğunu, növbəlilik qaydasında gələcəkdə cavabdehə həmin məbləğin qaytarılacağını qeyd etmişdir. Cavabdehin nümayəndəsi cavabdehin göstərilən məbləği depozitə qoymadığını, belə bir məqsədin olmadığını, bunun üçün müraciət etmədiyini, banka borcu olduğu halda, depozitə pul qoymağın, həm də ləğv olunmuş banka depozitə vəsait qoymağın hansı məntiqə sığdığını və nə dərəcədə ağlabatan olmasını vurğulamışdır.
52. Apellyasiya instansiyası məhkəməsində iddiaçının nümayəndəsi verdiyi izahatında isə həmin 300.000 manat məbləğin Nadir İsmayılov tərəfindən CDB bankın hesabına köçürüldüyünü, o hesabda hazırda da bankda 3.000.000 manat depozit hesabının mövcud olduğunu, bankın 2016-cı ildə ləğvetmə dövrünə daxil olduğunu, bu müddət ərzində bank tərəfindən hər hansı yeni hesab açılmasının mümkün olmadığını, onların lisenziyalarının alınmış olduğunu, bu hesabın tranzit hesab olduğunu, iş materiallarında Nadir İsmayılov tərəfindən yazılmış ərizə olduğunu, bu ərizə əsasında 380.000 manat məbləğin səhv ödəniş edilmiş “xahiş edirəm” sözünə istinadən 5 gün sonra CDB bankın tranzit hesabına geri qaytarılmasının ehtimal olunduğunu bildirmişdir.
53. Məhkəmə kollegiyası göstərilən məsələyə münasibətdə cavabdehin dəlilləri ilə qismən razılaşır. Belə ki, “Digər ödənişlər (CDB)” hesabına xx.xx.2017-ci il tarixdə 380000 manat məbləğində vəsait (əmanət bərpası) bərpa edilmiş, xx.xx.2017-ci il tarixdə həmin vəsaitin 180000 manatı ******************** nömrəli hesaba (428000 manat məbləğli kredit müqaviləsi üzrə), 200000 manatı isə ******************** nömrəli hesaba (800000 manat məbləğli kredit müqaviləsi üzrə) köçürülmüşdür. Bundan sonra xx.xx.2017-ci il tarixdə 200000 manat məbləğində ödəniş 800000 manat məbləğli kredit müqaviləsi üzrə aşağıdakı ardıcıllıqla silinmişdir: əsas borc üzrə 77918,73 manat, faiz borcu üzrə 122081,27 manat. xx.xx.2017-ci il tarixdə 180000 manat məbləğində ödəniş 428000 manat məbləğli kredit müqaviləsi üzrə aşağıdakı ardıcıllıqla silinmişdir: əsas borc üzrə 117258,66 manat, faiz borcu üzrə 62741,33 manat. xx.xx.2017-ci il tarixdə 180000 manat və 200000 manat məbləğində ödənişlər “Səhvən ödəniş məbləğinin geri qaytarılması” təyinatı ilə “Digər ödənişlər (CDB)” hesabına geri qaytarılmışdır. İddiaçı tərəfindən 380000 manat məbləğində pul vəsaitini “Digər ödənişlər (CDB)” hesabına köçürülməsinə əsas verən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə ödənilmiş 380000 manat məbləğində pul vəsaitini hər iki müqavilə üzrə kredit ödənişi kimi qəbul edir. Lakin cavabdeh tərəfin razılaşmaya əsasən həmin məbləğlərin məhz əsas məbləğdən silinməli olması dəlili ilə razılaşmır, belə ki, bununla bağlı hər hansı razılaşmanın olması barədə məhkəməyə sübut təqdim olunmur.
54. İddiaçı tərəfindən 380.000 manat məbləğində pul vəsaitini “Digər ödənişlər (CDB” hesabına köçürülməsinə əsas verən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.
55. Ona görə də ödənilmiş 380000 manat pul vəsaiti hər iki müqavilə üzrə kredit ödənişi kimi qəbul edilməlidir. Lakin cavabdeh tərəfin razılaşmaya əsasən həmin məbləğlərin məhz əsas məbləğdən silinməli olması dəlili ilə razılaşmır, belə ki, bununla bağlı hər hansı razılaşmanın olması barədə məhkəməyə sübut təqdim olunmur. Bununla bağlı sübut olaraq şahid ifadəsi təqdim olunur ki, həmin ifadə məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edilmir.
56. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, 2013-2019-cu illər arasında Cavabdehndə mühasib işləmişdir. 2017-ci ilin noyabrında ödəniş edilməsi üçün Tahir Heydərovla birlikdə Əmanətlərin Sığortalanması Fonduna getmişlər. Nadir İsmayılov da orada idi. 800000 manat məbləğində borc var idi. Razılaşmışlar ki, 380000 manat ödəniş etsinlər və həmin ödəniş əsas borcdan silinsin. Həmin məbləği kassaya ödəyərək qəbzi oradan alıb çıxmışlar. Daha sonra Teymur adlı şəxslə danışmışdır ki, ödənişlərin hansı borcdan silinməsi barədə ona məlumat versin. Bu barədə məlumatı elektron poçtla göndərmiş və ora baxan zaman görmüşdür ki, həmin ödənilmiş məbləğ əsas borcdan silinməmişdir. Həmin ödənişin əsas borcdan silinməsi barədə məktub ünvanlanmış və bundan sonra daha 300000 manat məbləğində ödəniş edilmişdir.
57. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il tarixli, 139 saylı kredit müqaviləsi üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin xx.xx.2009-cu il tarixli, 139 saylı kredit müqaviləsi üzrə borcun tutulması hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
58. Hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Tərəflər arasında xx.xx.2009cu il tarixli, 139 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 2017-ci ilin noyabrında olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur.
59. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, iddia müddəti ötürüldüyündən və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, iddia cavabdehdən xx.xx.2009-cu il tarixli, 139 saylı kredit müqaviləsi üzrə kredit borcun tutulması hissəsində rədd edilməlidir.
60. İddia tələbinin digər hissəsini Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə 500000 manat əsas və 83546,74 manat faiz borcunun tutulması təşkil edir.
61. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqavilələrə, təqdim olunmuş sənədlərə əsaslanaraq və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5226 saylı ekspert rəyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, ekspert rəyindən görünür ki, həmin müqavilə üzrə cavabdehin hazırkı vaxta iddiaçıya əsas və faiz borcu yoxdur.
62. İddia tələbinin digər hissəsini Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi ilə hesablanan (Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) 288592,64 manat məbləğin tutulması təşkil edir.
63. Yuxarıda qeyd olunan normalara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır və iddia həmin hissədə qismən təmin edilərək, xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5 %-lə hesablanmış 256854,38 manat (iki yüz əlli altı min səkkiz yüz əlli dörd manat otuz səkkiz qəpik) məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ekspert rəyi ilə müəyyən olunur ki, müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanmış faiz borcu 256854,38 manat təşkil edir.
64. İddia tələbinin digər hissəsini Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə 100818,39 manat cərimə borcunun tutulması təşkil edir.
65. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, müəyyən olunur ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında icra olunmamış və öhdəliyin icrası uzun müddət gecikdirilmişdir.
66. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə 5000 manat məbləğində müəyyən edilməsi əsaslı olmuşdur.
67. İddia tələbinin digər hissələrini Cavabdehndən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin və 1265,44 (bir min iki yüz altmış beş manat 44 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması təşkil edir.
68. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 200 (iki yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 189,25 manat (yüz səksən doqquz manat iyirmi beş qəpik) məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat pulun 200 (iki yüz) manat hissəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 150 (yüz əlli) manat hissəsi Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi hissəsində də düzgün nəticəyə gəlmişdir.
69. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1476/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1476/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova