Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-287/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli e-2-2(113)-3353/2024 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Elbrus oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 41081,26 manat əsas, 3074,66 manat faiz, 135,13 manat cərimə borcu olmaqla ümumilikdə 44291,05 manat məbləğində borcun və 222,87 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması, tutmanın iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətindəki 10ED100 dövlət qeydiyyat nişanlı, “Lexus LX 570” minik markalı, qara rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3353/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 10 fevral 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bağlanmış 13 fevral 2023-cü il tarixli kredit razılaşması üzrə 41080,73 manat əsas borc, 3074,66 manat faiz borcu, 135,13 cərimə borcu olmaqla ümumilikdə 44290,52 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 222,87 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan “Lexus LX 570” markalı, qara rəngli, JTJHY00WX84018118 ban nömrəli, 10ED100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan “Lexus LX 570” markalı, qara rəngli, JTJHY00WX84018118 ban nömrəli, 10ED100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 13 fevral 2023-cü il tarixli kredit razılaşması üzrə 41080,73 manat əsas borc, 3074,66 manat faiz borcu, 135,13 cərimə borcu olmaqla ümumilikdə 44290,52 manat məbləğində pulun və 222,87 manat dövlət rüsumunun əvəzinin ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait 13 fevral 2023-cü il tarixli kredit razılaşması üzrə 41080,73 manat əsas borc, 3074,66 manat faiz borcu, 135,13 cərimə borcu olmaqla, ümumilikdə 44290,52 manat məbləğində pulun və 222,87 manat dövlət rüsumunun əvəzinin tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3353/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3353/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli e-2-2(113)-3353/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinin geri qaytarılması, ödənilmiş 112 manat dövlət rüsumunun Cavabdeh2 qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 3353/2024 nömrəli qərardadının ləğv edilərək, apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, adıçəkilən qətnamə Cavabdeh2 10 dekabr 2024-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. Sonuncunun 70-ə yaxın yaşı var. Hüquqi savadı yoxdur. Qətnamədən bir ay müddətinə şikayət verilməli olmasını bilməmişdir. Buna baxmayaraq, cəmi iki həftəlik müddət buraxmışdır. Maddi imkanı çox pis olduğu üçün vəkil tuta bilməmiş, 23 dekabr tarixində məcburiyyət qarşısında gedib “ASAN İmza” əldə etmişdir ki, apellyasiya şikayəti verə bilsin. Göründüyü kimi, üzürlü səbəblərə görə qeyd olunan qətnamədən apellyasiya şikayəti vaxtında verilməmişdir. Ona görə də müddətin bərpası, apellyasiya instansiya məhkəməsində işə yenidən baxılması və mübahisənin bütün faktiki halları müəyyən olunmaqla yeni, daha əsaslı məhkəmə qərarının qəbul edilməsi üçün zərurət yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3353/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya qeyd edir ki, Cavabdeh2 hazırkı apellyasiya şikayətini qətnamədən qətnaməni rəsmi qaydada aldıqdan 1 ay 9 gün sonra “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirməklə həmin qətnamədən apelyasiya şikayətini vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır. Müddətin bərpa edilməsi üçün cavabdehin istinad etdiyi hallar isə apellyasiya şikayətinin vaxtında verilməsini qeyrimümkün edən qarşısıalınmaz və obyektiv amillər olmadığından qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü səbəbi hesab edilə bilməz. Odur ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasından imtina edilməsinə dair məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli e-2-2(113)-3353/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-287/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-287/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver