Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-288/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)-227/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehdən kreditin əsas borcu üzrə 16194,36 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 2593,72 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6536,04 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 25324,12 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 68000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 16194,36 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 2593,72 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6536,04 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 25324,12 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehdən kreditin əsas borcu üzrə 16018.10 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 3301.48 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7660,52 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 26980,10 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 68000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 16018.10 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 3301.48 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7660,52 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 26980,10 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehdən kreditin əsas borcu üzrə 16018.10 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 3301.48 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7660,52 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 26980,10 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 68000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 16018.10 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 3301.48 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7660,52 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 26980,10 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19.16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)-227/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00200-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 11314,82 ABŞ dolları məbləğində qalığ, 2838,49 ABŞ dolları məbləğində faiz borcu, 565 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 14718,31 ABŞ dolları borc ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə, dövlət rüsumuna görə 96,04 manat və mediasiya xərci kimi ödənilmiş 200 manatın tutulması, Tutmanın Cavabdeh mülkiyyətində olan, ilkin satış qiyməti 68000 manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 11314,82 ABŞ dolları məbləğində qalığ, 2838,49 ABŞ dolları məbləğində faiz borcu, 565 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 14718,31 ABŞ dolları borcun ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə, dövlət rüsumuna görə 96,04 manat və mediasiya xərci kimi ödənilmiş 200 manat İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-227/2023 saylı qərardadı ilə, iddianın, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023cü il tarixli, e-2-2(113)-227/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MM-nin 307.1-ci maddəsinə görə ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidr. Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti arasında müqavilə bağlanılarkən ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti barədə Cavabdeh heç bir məlumat verilməmişdir. Cavabdeh müqavilə əsasında öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi və ya vaxtında icra edilməməsi və yaxud İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Cavabdeh, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətin qarşısında heç bir öhdəliyi olmamışdır. İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti vaxtı çatmış və icranı qəbul etməyə çalışırsa, borclunun öz öhdəliyini icra etməməsini subut etmək yükü İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətin üzərinə düşür. İş materiallarına diqqət yetirdikdə, Cavabdeh, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətindən 17500 ABŞ dolların götürülməsi aydın görsənir.Həmin borcdan 16528 ABŞ dolları ödənilmişdir.Təqribən 9-10 min ABŞ dolları borc Cavabdeh İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilməlidir. Bu məbləğə görə bir ailəni yaşadığı mənzildən məhrum etmək qanun və ədalət prinsiplərindən çox-çox uzaqdır. Digər tərəfdən Cavabdeh öhdəlyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra Cavabdeh qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. Cavabdeh hal-hazırda qalan məbləği hissə-hissə ödəməyə hazırdır. Digər tərəfdən ünvan 1 ünvanda yerləşən 125 saylı mənzilin ilkin dəyərinin 68000 manat müəyyən olunması ağlabatan deyil və yenidən mübahisəli mənzilin qimətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsinə ehtiyac vardır. Birinci instansiya məhkəməsi buna hala əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası MM-nin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutlmayıbsa və ya onun mahiyyətində ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqavilənin əhəmiyyətli dərəcədə fərqlənən şərtlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar.Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış şıxması şəraitin dəyişməsinə bərabər tutulur. Beləliklə, Cavabdeh, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti arasında müqavilə bağlanarkən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi barədə hec bir yazılığa gəlməmişlər. Cavabdeh, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti arasında müqavilədə ayrı qayda nəzərdə tutlmamışdır. Bu da Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti arasında müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir.İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti şəraitin dəyişməsini ağlabatan şəkildə əvvəlcədən görə bilərdi və belə olan halda Cavabdeh müqavilənin əhəmiyyətli dərəcədə fərqlənən şərtlə bağlayar və ya ümumiyyətlə bağlamazdı. Birinci instansiya məhkəməsi buna hala əhəmiyyət verməmişdir. Tətbiq edilməli olan hüquq normalarının seçimində yanlışlığa yol verildiyi üçün, habelə tərəflərin hansı hüquqi münasibətdə olmaları, habelə tətbiq edilməli hüquq normaları düzgün seçilmədiyindən, sübutların qiymətləndirilməsində də yanlışlığa yol verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
10. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
14. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
15. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
16. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
20. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2020-ci il tariхli, 2020/00200-01 nömrəli kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 17570 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq tərəflər arasında xx.xx.2020-ci il tariхli 2020/00200-01İP nömrəli X2 bağlanmış və müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər vaxtlı-vaxtında aparılmamış, kredit müqaviləsinin tələblərinə əməl olunmamış, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.
21. Kredit tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuşdur.
22. Cavabdeh iddiaçıya olan borcdan 16528 ABŞ dolları ödədiyini şikayətdə qeyd etmişdir. Həmçinin qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən 125 saylı mənzilin ilkin dəyərinin 68000 manat müəyyən olunması ağlabatan deyil və yenidən mübahisəli mənzilin qiymətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsinə ehtiyac vardır. Birinci instansiya məhkəməsi buna hala əhəmiyyət verməmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədilə iş üzrə kompleks mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin etmiş və müvafiq ekspert rəyləri məhkəməyə daxil olmuşdur.
24. Belə ki, Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 9/6250/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə göstərilən tarixlərdən sonra cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alınaraq Cavabdeh İddiaçı BOKT ASC-yə xx.xx.2024-cü il tarixə olan əsas borcu 14.327,08 ABŞ dolları, faiz borcu 498,23 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
25. Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 10/2296/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində rəyin tədqiqat hissəsində qeyd olunanlara və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tərtib olunmuş **********92-05101-093127 reyestr nömrəli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 117000.0 manat (66 kv m. x 1780 manat) məbləği, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (117000-10%) 105000.0 manat məbləğində müəyyən edilmişdir.
26. Birinci instansiya məhkəməsinin kredit müqaviləsinin ləğv edilməsi barədə gəldiyi qənaət qanuni və əsaslıdır.
27. Lakin məhkəmə əsas və faiz borcunu iddia ərizəsinə və əldə etdiyi ekspert rəyinə uyğun olmayan məbləğdə cavabdehdən tutmuş, ipoteka predmetinin isə ilkin satış qiymətini müəyyən etməmiş, yalnız ipoteka müqaviləsində qeyd edilən qiyməti nəzərə almışdır. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur.
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icaatı zamanı verilmiş ekspert mühasibin rəyinə uyğun əsas və faiz borcu (əsas borc 14.327,08 ABŞ dolları, faiz borcu 498,23 ABŞ dolları) müəyyən edilməli, əmtəəşünas ekspertin rəyinə uyğun ipoteka predmetinin ilkin satış qiyməti (105 000 manat) müəyyən edilməlidir.
29. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
30. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
31. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, əsas borc və faiz borcu dəyişildiyi üçün dəbbə pulu məbləği də dəyişilməli və 500 ABŞ dollar müəyyən edilməlidir.
32. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)-227/2023 nömrəli qətnaməsi qismən, iddianın əsas, faiz və dəbbə borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilsin, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Həmin hissələrdə iddia qismən təmin edilsin. Cavabdeh 14327,08 ABŞ dolları məbləğində əsas borc, 498,23 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 15325,31 ABŞ dolları məbləği (ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə) tutularaq iddiaçıya ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan, ilkin satış qiyməti (likvid) 105000 manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 15325,31 ABŞ dolları məbləğində borc (ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə) İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinə ödənilsin. 300 manat ekspertiza xərclərinin 171 manatı iddiaçıdan, 129 manatı cavabdehdən tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilsin. İddiaçının ödədiyi dövlət rüsumları və mediasiya xərci özünə aid edilsin, cavabdehin ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə (müqavilənin ləğv edilməsi hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.