Məhkəmə qərarları › İş №2-2(103)-288/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-288/2025

27.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-288/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4342/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı1 Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yeməkxanaya (abonent kodu **********00900) qaz təchizatından istifadəyə dair yaranmış 7201 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tərəf həmçinin sonradan ərizə təqdim edərək, iddiasını “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanuna istinad edərək əsaslandırmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4342/2024 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4342/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: xx.xx.2021-ci il tarixli, subicarə müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1224 kv.m olan qeyri yaşayış sahəsini subicarəyə götürmüşəm. Bugünədək bütün növ kommunal xidmətlərdən istifadə edərək icarə hüquqlarımı tam şəkildə həyata keçirmişəm. xx.xx.2023-cü il tarixində X1 əməkdaşları tərəfindən ünvana yaxınlaşılaraq sayğaca profilaktik baxışın keçirilməsi bildirilmiş və onlara müvafiq şərait yaradılmışdır. Onlar getdikdən bir müddət sonra isə **********00900 abonent kodlu sayğaca qazın verilişi dayandırılmışdır. Məlumat aldıqda isə bildirdilər ki, “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanılması haqqında” xx.xx.2023- cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akta əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinədək sayğacın işləməməsi əsas gətirilərək 9025 m³ ölçüdə qazın tərəfimizdən istifadə edildiyi iddia edilərək 2200 manat məbləğində borc pul tələb edilmişdir. Bundan sonra aidiyyatı üzrə məhkəməyə müraciət edilmiş və müvəqqəti təminat tədbirinə dair ərizə üzrə qərar qəbuledildikdən sonra cavabdeh orqan tərəfindən bildirilmişdir ki, iddia ərizəsini məhkəməyə təqdim etməyək və məhkəmədən kənar qaydada razılıq əldə edilib borc silinəcəkdir. Buna görə də, məhkəməyə iddia ərizəsi ilə müraciət edilməmişdir. Təqribən 1 il öncə cavabdeh orqanın əməkdaşları tərəfindən həmin ünvana yaxınlaşılaraq borcun olması bildirildi və qaz təchizatını kəsdilər. Borcun haradan qaynaqlandığını soruşduqda onlar bildirdilər ki, sayğacda texniki problem olub və buna görə də sərfiyyat az yazılmış, sayğac yoxlanışa getdikdən sonra isə düzgün hesablama edilib və borc təyin edilib. Sayğac xəbərim olmadan yoxlanılmaya göndərilmiş və nəticədə külli miqdarda borc hesablanılmışdır. Hazırda Azəriqaz İB tərəfindən sayğacda qüsur olması əsas gətirilərək 7.201 manat borc tələb edilməkdədir. Həmçinin tərtib edilmiş akta nəzər saldıqda “əlavə qeydlər” bölməsində “Arxiv məlumatlarına əsasən” qeydiaparılmışdır. Yəni 9025 m³ ölçüdə qazdan istifadə etmə arxiv məlumatlarına əsasən saldoya əsasən müəyyən edilmişdir. Bu səbəblə də, məsələyə aydınlıq gətirilməsi üçün Bakı Regional Qazın Satışı departamentliyinə müraciət etmişəm. Müraciətim əsasında mənə bonentin saldosu və müvafiq aktlar təqdim edildi. Bu zaman borcların əsassız və qanunsuz hesablanıldığının şahidi oldum. Belə ki, qoşmaya əlavə edilmiş abonentin saldosuna nəzər yetirdikdə müəyyən etmək olur ki, 2022-ci il üzrə, 2021-ci il üzrə və 2020-ci illər üzrə yanvarmart ayları aralığında ağlabatan məbləğdə və sərfiyyatda qazdan istifadə etmişik. Cavabdehin arxiv məlumatların əsasən qeyd etdiyi fikirlər əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən araşdırılmamışdır ki, hansı arxiv məlumatlarından söz gedir. Keçmiş dövrlərdən söz gedirsə o zaman saldoya nəzər yetirsək əvvəlki müddətdə göstərilən məbləğdə sərfiyyatımın olmalı idi. Bundan əlavə olaraq 2023-cü ilin fevral ayında sərfiyyat 0 olsa da mart ayında sərfiyyat 148.25 olmuşdur. Məhkəmə tərəfindən bütün bu faktlar nəzərə alınmayaraq şablon mülahizələrə əsaslanan qətnamə qəbul edilmişdir. Həmçinin qətnamədə sahibkarlıq subyektlərində aparılan yoxlamanın qanuni olması da əsas gətirilsə də cavabdeh tərəfindən yoxlamanın hansı niyyətlə həyata keçirilməsi barədə bizə əvvəlcədən məlumat ( yazılı və rəsmi xəbərdarlıq) verilmədiyi nəzərə alınmamışdır. Cavabdehin niyyəti qeyri müəyyən şəkildə məhkəməyə bəlli olmuşdur. Halbuki cavabdeh yoxlama keçirərkən təbiidir ki, qeyri qanuni xətt aşkar etsəydi onda da eyni qaydada akt tərtib edəcək və sahibkarlıq subyektlərində aparılan yoxlama qaydalarına nəzarət etmədən qanundan kənar addım atacaqdı. MƏhkəmə tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərininancaq sayğaca müdaxilə və kənar qoşulma kimi hallara aid olması qeyd edilsə də nəzərə alınmamışdır ki, cavabdeh kənar xətt və sayğaca müdaxilə aşkar etsəydi o zaman da Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanununa riayət edəcəkdimi?.... Ancaq bu hallarda, aparılan yoxlamalar reyestrdə qeydiyyata alınmalıdır, başqa hallarda isə bu tələb mövcud deyil. Cavabdeh tərəfindən rəsmi qaydada xəbərdarlıq edilmədən yoxlama keçirilmiş və sayğac sökülərək yoxlanışa aparılmış, bizim iştirakımız və fikrimiz dinlənilmədən qərar qəbul edilərək rəy verilmiş və borc hesablanılmışdır. Cavabdeh tərəfindən rəsmi qaydada xəbərdarlıq edilmədən yoxlama keçirilmiş və sayğac sökülərək yoxlanışa aparılmış, bizim iştirakımız vəfikrimiz dinlənilmədən qərar qəbul edilərək rəy verilmiş və borc hesablanılmışdır. Qoşmaya əlavəedilmiş abonentin saldosuna nəzər yetirdikdə müəyyən etmək olur ki, 2022-ciil üzrə, 2021-ci il üzrə və 2020-ci illər üzrə yanvar-mart ayları aralığındaağlabatan məbləğdə və sərfiyyatda qazdan istifadə etmişik. Cavabdehin arxiv məlumatların əsasən qeyd etdiyi fikirlər əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən araşdırılmamışdır ki, hansı arxiv məlumatlarından söz gedir. Keçmiş dövrlərdən söz gedirsə o zaman saldoya nəzər yetirsək əvvəlki müddətdə göstərilən məbləğdəsərfiyyatımın olmalı idi. Bundan əlavə olaraq 2023-cü ilin fevralayındasərfiyyat 0 olsa da martayında sərfiyyat 148.25 olmuşdur. Məhkəmə tərəfindən bütün bu faktlar nəzərə alınmayaraq şablon mülahizələrə əsaslanan qətnamə qəbuledilmişdir. Halbuki saldo və digər sənədlər məhkəməyə tərəfimizdən təqdimedilmişdir. Məhkəmə tərəfindən bütün bu ziddiyyətliməqamlara kifayət qədər qiymət verilərək iş üzrə genişaraşdırılmaaparılsaydışablon deyil, əsaslı v ə qanuni qətnamə qəbul edilmiş olunardı. Əlavə olaraq Məhkəmə tərəfindən cavabdehin aktda qeyd etdiyi “arxiv məlumatlarına əsasən” adlı qeydinin arxasında hansı fikrin gizlənildiyi araşdırılmamışdır. Arxiv məlumatları bundan əvvəlki aylardan götürülməsi əsassız və qanunsuzdur. Tələbat, hava şəraiti və digər faktorlar nəzərə alınmaqla ondan əvvəlki ay arxiv məlumatı kimi əsas götürülə bilməz. Məhkəmə tərəfindən bu hallara kifayət qədər qiymət verilməmişdir. Məhkəmə tərəfindən cavabdehin aktda qeyd etdiyi “arxiv məlumatlarına əsasən” adlı qeydinin arxasında hansı fikrin gizlənildiyi araşdırılmamışdır. Arxiv məlumatları bundan əvvəlki aylardan götürülməsi əsassız və qanunsuzdur. Tələbat, hava şəraiti və digər faktorlar nəzərə alınmaqla ondan əvvəlki ay arxiv məlumatı kimi əsas götürülə bilməz. Məhkəmə tərəfindən bu hallara kifayət qədər qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

10. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

11. Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

12. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

13. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

16. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, abonentin saldosundan görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi 70F ünvanında yerləşən sahə üzrə abonent kimi, Hacıbəyli Firuzə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, X4 ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə icarəyə vermişdir. Daha sonra "xxxx" MMC xx.xx.2021-ci il tarixli subicarə müqaviləsi ilə icarəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini İddiaçı1 subicarəyə verilmişdir. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı1 istifadəsindədir və həmin sahə sahibkarlıqla məqsədləri üçün istifadə edilir. Bundan başqa iddiaçının mübahisələndirdiyi borc məbləği də, qeyri-yaşayış sahəsinin onun istifadəsinə verildiyi müddətdən sonra hesablanmış borc məbləğidir.

17. Bu xüsusda kollegiya hesab edir ki, İddiaçı1 iddia qaldırmaqda subyektiv hüququ mövcuddur.

18. Hesablanmış borc məbləğinin nə qədər olması və hansı əsasla hesablanmasına qiymət verilməlidir.

19. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, qeyd edilmiş mübahisələ sahə üzrə hesablanmış borc məbləği 5.860,38 manat təşkil edir.

20. İddiaçı isə iddiasında 7201 manat borcun silinməsi xahiş etmiş və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanuna istinad etmişdir.

21. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş aktlardan görünür ki, hesablanmış olan borc məbləğinin bir hissəsi məhz mexaniki göstəricilərə əsasən arxiv məlumatlarının göstəriciləri əsasında hesablanmış, bir qismi isə qeyri-yaşayış sahəsinə sayğac olmadan qazın verilməsi zamanı hesablanmış borc məbləğidir.

22. xx.xx.2023-cü il tarixli aktda (iddiaçı akta etiraz etmişdir) cavabdeh tərəfindən 2256,25 manat qaz sərfiyyatına görə borc hesablanmışdır. Aktda borcun əsası arxiv məlumatı kimi qeyd edilməklə göstərilməmişdir. xx.xx.2023-cü il tarixli aktda isə sərfiyyat qeyd edilsə də, borc qeyd edilməmiş, hansı cihaz əsasında hesablanması qeyd edilməmişdir.

23. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

24. Göründüyü kimi qaz paylayıcısı olan cavabdeh tərtib etdiyi aktların əsaslılığını göstərən halları və dəlilləri təsdiq edən sübutları təqdim etmək vəzifəsini yerinə yetirməmişdir. Belə ki, cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxiləyə istinad etməmiş, sayğacın nasazlığında iddiaçını təqsirli bilməmişdir. Belə vəziyyətdə əlavə borc məbləğinin hesablanması əsası və qaydası (faktiki və hüquqi əsaslar) ətraflı şəkildə aktlarda qeyd edilməli idi. Cavabdeh aktların əsaslılığına dair heç bir sübut təqdim etməmişdir. Cavabdeh ümumiyyətlə arxiv məlumatının nədən ibarət olmasına dair sənəd təqdim etməmişdir.

25. Odur ki, tələbin xx.xx.2023-cü il tarixli aktda (iddiaçı akta etiraz etmişdir) cavabdeh tərəfindən 2256,25 manat qaz sərfiyyatına görə borcun silinməsi tələbi əsaslıdır və təmin edilməlidir.

26. Abonent saldosundan görünür ki, 2023-cü ilin sentyabr ayı üçün 1320 manat, 2024-cü ilin yanvar ayı üçün isə 1650 manat borc hesablanmışdır. Saldodan görünür ki, həmin aylar sayğac olmadan hesablanmış borc məbləğləridir. Çünki sərf məbləği qrafaları müvafiq olaraq boşdur.

27. X3 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

28. Qaydalara əsasən qeyd olunan məbləğlər əvvəlki ilin eyni ayları əsasında hesablananda (2022-ci ilin avqust-sentyabr ayları üzrə cəmi 482 manat sərfiyyat olmuş, 2022-ci ilin dekabr ayı-2023-cü ilin yanvar ayı üzrə cəmi 707 manat sərfiyyat olmuşdur) 482 manat 1320 manatdan, 707 manat 1650 manatdan çıxılmalı və alınan artıq hesablanmış 838 manat və 943 manat əsassız hesablandığı üçün silinməlidir.

29. Abonent saldosunda digər hesablamalar düzgün aparıldığı və pozuntuya yol verilmədiyi üçün, həmçinin iddiaçı bu halı qəbul etdiyi üçün iddia tələbi qalan borc məbləğinin (3164 manat) silinməsi hissəsində təmin edilə bilməz. Beləliklə cəmi 4037 manat borc əsassız hesablandığı üçün silinməlidir.

30. Məhkəmə qeyd edilən pozuntulara düzgün hüquqi qiymət vermədiyindən gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Ona görə qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir.

31. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4342/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı1 ünvan 1 ünvanında yerləşən yeməkxanaya (abonent kodu **********00900) qaz təchizatından istifadəyə dair Cavabdeh İB-yə yaranmış 4037,25 manat borcu silinsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinə görə iddiaçının ödədiyi 46 manat dövlət rüsumunun yarısı 23 manat hissəsi Cavabdeh İB-dən tutularaq İddiaçı1 ödənilsin. Rüsumun digər yarısı iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar