Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-289/2020 23.04.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), x2 və x1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri x4 üzrə Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair» iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1371/2019 saylı 27.12.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1371/2019 saylı 27.12.2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MMC-nin 17.09.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 590 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 590 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin qalan hissəsinin vergi ödəyicisinin yeni borcu yaranmadığı təqdirdə 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılması və cavabdehdən 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən poçt xidməti vasitəsilə birbaşa Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış apellyesiya şikayəti, prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün məhkəmənin 03 mart 2020-ci il tarixli məktubu ilə Bakı Kommersiya Məhkəməsinə göndərilmiş və sonuncu tərəfindən apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşıdırb hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası tərəfindən prosessual qanunuvericiliyin qeyd olunan tələbləri qaydasında cavabdehin apellyasiya şikayəti və ona əlavə edilməş sənədlər iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, şikayət qanunvericiliyin tələbləri qaydasında verilməmişdir. Belə ki, birincisi, tərəflər arasında yaranmış mübahisə kommersiya mübahisəsidir və işdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə etdiyi sənədlər məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. MPM-in qüvvədə olan 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Qanunun qeyd olunan imperativ tələbindən göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Ən azından, Məcəllənin sözügedən norması - kommersiya mübahisələri üzrə iddia ərizəsinin, şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Lakin iş materiallarından görünür ki, cavabdeh prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq qətnamədən verdiyi apellyasiya şikayətini Bakı Kommersiya Məhkəməsinə «elektron kabinet» vasitəsilə göndərməli olduğu halda, qanun tələbinə riayət etməmişdir. Bakı Kommersiya məhkəməsi isə qanunvericiliyin qeyd olunan (MPM-in 10-1.3-cü maddəsinin) imperativ tələbinə diqqət yetirməmiş və cavabdehin apellyasiya şikayətini MPM-in 152.1.1-ci maddəsinin tələbi qaydasında geri qaytarmalı olduğu halda, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, MPM-in 364-cü maddəsinin tələbində nəzərdə tutulur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə də qeyd olunan prosessual pozuntuları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC-nin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 1371/2019 saylı 27.12.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Cavabdeh «Cavabdeh MMC-nin şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-289/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-289/2020
23.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver