Məhkəmə qərarları › İş №2-2(103)-291/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-291/2022

12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-291/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndələri X1, X2, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2162/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış “yük daşıma haqqında” müqavilə üzrə öhdəliyini icra etmədiyinə görə Cavabdeh1ndən və Cavabdeh2 37327,42 (otuz yeddi min üç yüz iyirmi yeddi manat 42 qəpik) manat məbləğində əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 37357,42 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı Sadişah oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli e-2-2(113)-2162/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26697,42 manat (iyirmi altı min altı yüz doxsan yeddi manat qırx iki qəpik) məbləğində pul və və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 (iyirmi bir) manat olmaqla, cəmi 26718,42 manat (iyirmi altı min yeddi yüz on səkkiz manat qırx iki qəpik) məbləğində pulun İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 9 (doqquz) manat hissəsinin iddiaçının özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 MMC həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Məhkəmə iclasında İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddiadan imtina barədə ərizə verərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Həmçinin məhkəmə iclasında İddiaçı və Cavabdeh2 barışıq sazişini təqdim edərək, onun təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 52.1, 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 384.0.5ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsi, o cümlədən tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, iddiaçının iddia tələbindən imtina etməsi və barışıq sazişi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli, həmçinin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə İddiaçı cavabdeh Cavabdeh1 MMC-yə qarşı öz iddiasından imtinası qəbul edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: - Cavabdeh2 20.000 (iyirmi min) AZN ümumi borcu 4 (dörd) ay boyunca (2022-ci ilin aprel, may, iyun, iyul ayları ərzində) hər ayın ən geci 20-dək 5.000 (beş min) AZN olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür. Borcun son ödəniş tarixi 20 iyul 2022-ci ildir. Cavabdeh ödənişi nağd və ya köçürmə yolu ilə edəcək. - İddiaçı Sadişah oğlu isə aprel ayı üzrə müəyyən edilmiş vaxtda ilkin ödəniş olduqdan sonra Cavabdeh2 ilə yükdaşımaya dair əvvəllər mövcud olan müqavilə münasibətlərini davam etdirməyi (yüklərin daşınmasını ona tapşırmağı) öhdəsinə götürür. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2162/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09.07.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar