Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-291/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə2 qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(113)-4493/2023 nömrəli qətnaməsindən İddiaçı ASC və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən və Nümayəndə2 birgə qaydada DC00401021-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32,025.70 manat əsas borcun, 5.949,30 manat faiz borcu, 1255,14 manat cərimə borcu olmaqla, cəmi 39,230,14 manat məbləğində borcun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq ödənilmiş 200 manat məbləğində xidmət haqqının və 13 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə2 qarşı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMCdən və Nümayəndə2 birgə qaydada DC00401021-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32,025.70 manat əsas borcun, 6.648,77 manat faiz borcu, 2.202,32 manat cərimə borcu olmaqla, cəmi 40.876,79 manat məbləğində borcun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq ödənilmiş 200 manat məbləğində xidmət haqqının və 13 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4493/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 32.025 (otuz iki min iyirmi beş) manat, 70 (yetmiş) qəpik, faiz borcu üzrə 5.949 (beş min doqquz yüz qırx doqquz) manat, 30 (otuz) qəpik, cərimə borcu üzrə 1.500 (bir min beş yüz) manat, cəmi 39.475 (otuz doqquz min dörd yüz yetmiş beş) məbləğində pul Nümayəndə2 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul müştərək qaydada Nümayəndə2 və Cavabdeh2 MMCdən tutularaq "Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsini, ödənilmiş 8 (səkkiz) manat, 42 (qırx iki) qəpik məbləğində pul müştərək qaydada Nümayəndə2 və Cavabdeh2 MMC-dən tutularaq Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4493/2023 nömrəli qətnaməsinin faiz borcunun və cərimə borcunun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4493/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətlərinin dəlilləri
5. İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-4493/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə faiz borcunun və cərimə borcunun tutulmasının təmin edilməyən tutulması hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. MM-in 467-ci maddəsi düzgün tətbiq edilməyib. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddənin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirmək istəyirik ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmək istəyirik ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərələrin qarşısını almaq, məqsədi güdmüşdür. X4 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X6nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. MM 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, öz qətnaməsində bu normaya istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. MM Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Müqavilə münasibətləri davam etdiyindən müqavilənin şərtinə uyğun olaraq iddia ərizəsinə əlavənin verildiyi zaman təqdim edimiş xx.xx.2023cü il tarixli maliyyə arayışında hesablanmış 6.648,77 (altı min altı yüz qırx səkkiz manat yetmiş yeddi qəpik) manat faiz borcu və 2.202,32 (iki min iki yüz iki manat otuz iki qəpik) manat cərimə borcu təmin edilməli idi. Həmin qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin ipoteka (girov) predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə faiz borcuna dair hissədə müqavilə üzrə münasibətlərin xx.xx.2023-cü il tarixədək davam etməsi aydınlaşdırılmamışdır ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan faiz məbləği əsassız surətdə düzgün göstərilməmişdir. Həmçinin, hazırkı mübahisədə Cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 446 gün olduğundan cərimə məbləğinin DC00401021-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1500 (bir min beş yüz) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Məhkəmə cavabdehin müqavilə üzrə faiz borcu məbləğinin təmin edilməsi hissəsində 6.648,77 (altı min altı yüz qırx səkkiz manat yetmiş yeddi qəpik) manat faiz borcunun tutulmalı olmasını yalnız Azərbaycan Resublikasının Konstitusiya Məhkəməsinin qərarına istinad edərək əsaslandırmış, digər hallara istinad edilərək həmin borc məbləğinin tutulmasının əsaslı olması sübut edilməmişdir.
6. Cavabdeh2 MMC apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır və ləğv edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc düzgün hesablanmamışdır. Borcun düzgün hesablanması ilə əlaqədar olaraq ekspertizanın təyin edilməsi barədə tərəflərindən verilmiş vəsatət təmin edilməmişdir. Vəsatətin təmin edilməməsindən dolayı alına biləcək ekspert rəyinin sübut kimi qiyməndirilə bilinməməsi məhkəmə tərəfindən məsələyə düzgün hüquqi qiymət verilməməsi ilə nəticələnmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslımənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ekspertiza təyin olunması barədə vəsatət təmin edilmədiyinə görə ekspert qarşısında suallar qoymaq, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək hüquqlarım pozulmuşdur. Halbuki ekspertiza təyin olunsa idi, borcun düzgün hesablanmamasına dair dəlili irəli sürmüş olardıq. Məhkəməı borc məbləğini düzgün müəyyən etməməklə yanaşı tələb olunan məbləğə görə həddindən artıq tənasübsüz cərimə məbləği müəyyən etmişdir. Məhkəmə bu məbləği müəyyən edərkən heç bir əsaslandırma ortaya qoymamışdır. Borclunun maddi vəziyyətinə dair heç bir şeyi araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
9. Cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
11. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
12. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
13. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
14. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
15. Həmin məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
16. Həmin məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
20. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X6nun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 06102LE/2019 saylı Razılaşma imzalanmışdır. X6 çərçivəsində tərəflər arasında xx.xx.2021-ci il tarixli DC00401021-02 saylı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 39,678 manat məbləğində birdəfəlik kredit verilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Bank ilə Nümayəndə2 arasında xx.xx.2021-ci il tarixli DG**********143 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bankla Cavabdeh2 MMC arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən 39,678 manat məbləğində pul Cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclular üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Cavabdeh Nümayəndə2 digər əsas borclu olan Cavabdeh2 MMC-nin direktorudur.
21. Kredit və zaminlik müqaviləsi cavabdehlərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.
22. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh2 MMC-yə 32.025,70 manat əsas borc, 5.949,30 manat faiz borcu, 1255,14 manat cərimə borcu olmaqla cəmi 39,230,14 manat məbləğində borc hesablanmışdır.
23. Daha sonra, iddiaçı iddia tələbinin artırılması barədə ərizəyə əlavə etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışı üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh2 MMC-dən 32.025,70 manat əsas borc, 6.648,77 manat faiz borcu, 2.202,32 manat cərimə borcu olmaqla, cəmi 40.876.79 manat məbləğində borcun tutulmasını xahiş etmişdir.
24. Məhkəmə müqavilənin birtərəfli qaydada iddiaçı tərəfindən ləğv edilməsini əsas gətirərək dəqiqləşdirmə barədə ərizədə tələb edilən faiz borcunu deyil, iddia ərizəsində tələb edilən faiz borcunu cavabdehlərdən tutmuş, həmçinin cərimə məbləğini azaltmışdır.
25. Lakin iddiaçı məhkəmənin faiz və cərimə borcları ilə bağlı gəldiyi qənaətlə razılaşmamış və apellyasiya şikayəti vermişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, fazi borcunun düzgün tutulmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə dair aşağıdakılar qeyd olunmalıdır.
27. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
28. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsaəsn əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş olan hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.......... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
30. İşdən görünür ki, kredit müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə bitəcəyinə rəğmən iddiaçı müqavilə üzrə ödənilməli olan bütöv məbləği tələb etmişdir. Belə ki, iddiaçı tərəfindən bütöv məbləğin tələb edilməsinə dair cavabdehlərə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları ünvanlanmış və xx.xx.2023-cü il tarixdə Nümayəndə2 tərəfindən qəbul edilmişdir, həmçinin də, elektron qaydada xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-yə çatdırılmışdır.
31. Bundan başqa, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan da göründüyü kimi, iddiaçı müqavilə üzrə bütöv məbləği əhatə edən məbləğlə bağlı mediasiyaya müraciət etmişdir. Yəni iddiaçı hətta artıq 08 iyun 2023-cü il tarixdən də, müqavilədən imtina ilə bağlı iradəsini nümayiş etdirmişdir.
32. Qeyd edilən işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı müqavilədən imtina barədə iradə ifadəsini qarşı tərəfə artıq bildirmişdir. Belə ki, onun cavabdehlərdən bütöv kredit məbləğini tələb etməsi kredit müqaviləsindən imtina edilməsi hesab edilməlidir. Müqavilənin bu əsasla ləğv edilməsi üçün isə əsas şərt bu iradə ifadəsinin borcluya çatdırılmasıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının xəbərdarlıq (pretenziya) məktubu xx.xx.2023-cü il tarixdə qəbul edilmiş olduğundan, iddiaçının müqavilədən imtinası və müqavilənin xitam tarixi mediasiya arayışının olduğu xx.xx.2023-cü il tarixdən deyil, xx.xx.2023-cü il tarixdən qəbul edilməlidir.
33. Bu səbəbdən iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş faiz borcu məhz xx.xx.2023-cü il tarixədək hesablanmalıdır. İddiaçının tələb etdiyi faiz kapital faizi olduğundan yalnız müqavilə qüvvədə olduğu müddət üçün tələb edilə bilər. Kapital faizi müqavilə xitam edildikdən sonra tələb edilə bilməz. İddiaçı yalnız illik 5 faizi tələb edə bilər.
34. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından da görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin 5.949,3 manat məbləğində faiz borcu mövcuddur.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilədə nəzərdə tutulmuş faiz borcu üzrə 5949,3 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
36. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
37. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
38. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddia ərizəsində 2.202,32 manat cərimə borcu qeyd olunduğu halda, məhkəmə işin hallarını, cərimənin əsas borc məbləğinə nisbətini, cavabdehlərin maddi durumunu nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu ədalətli olaraq 1.500 (bir min beş yüz) manatadək azaltmışdır. Hazırkı halda cərimə borcunun artırılması və ya daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən kollegiya hesab edir ki, həmin dəlillər əsassızdır.
39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli 9/2595 №-li ekspert rəyindən görünür ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi maliyyə arayışında hesabladığı əsas və faiz borcu düzgün müəyyən edilmişdir. Bundan başqa kredit və zaminlik müqavilələri qanuni və etibarlıdır. Ona görə də, cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsaslar yoxdur.
40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Tərəflərin apellyasiya şikayətlərinə görə ödədikləri dövlət rüsumları müvafiq olaraq tərəflərin özlərinə aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı ASC və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4493/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.