Məhkəmə qərarları › İş №2-2(103)-292/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-292/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-292/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X4, apellyasiya şikayəti vermiş maraqlı şəxs X3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı «xxxx» ASC-nin cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinə qarşı «kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması» tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)- 71/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən maraqlı şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı «xxxx» ASC cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinə qarşı «kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılmasına dair» iddia ərizəsi ilə 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək, cavabdeh «xxxx» MTK-dan iddiaçı «xxxx» ASC-nin xeyrinə 1.387.000 ABŞ dolları məbləğində əsas kredit borcunun, xx.xx.2010-cu il tarixinə hesablanmış 94.398,82 ABŞ dolları məbləğində faiz borcunun, 208097,28 ABŞ dolları məbləğində hesablanmış dəbbə pulunun, cəmi 1.689.496,10 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın «xxxx» MTK-ya məxsus olan Səbail rayonu, Abasqulu Abbaszadə küçəsində 0,06 ha torpaq sahəsinə və onun üzərində olan tikililərə yönəldilməsi, torpaq sahəsi və tikililərin açıq hərracda satılaraq bankın kredit tələbinin satılmış əmlakları hesabına ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsinə dair bildirişlərin qeydə alınması barədə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-71/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativindən iddiaçı «xxxx» ASC-nin xeyrinə 1.387.000 ABŞ dolları əsas kredit borcunun, xx.xx.2010-cu il tarixinə hesablanmış 94.398,82 ABŞ dolları məbləğində faiz borcunun, 208.097,28 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 1.689.496,10 ABŞ dollarının ödəniş anında Milli Bankın məzənnəsi ilə manatla tutulması, tutmanın cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində 0,06 ha torpaq sahəsinə və onun üzərində olan tikililərə yönəldilməsi, torpaq sahəsi və tikililərin açıq hərracda satılaraq bankın kredit tələbinin satılmış əmlaklar hesabına ödənilməsi, cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativindən iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması, iddia tələbinin tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsinə dair bildirişlərin qeydə alınması barədə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativi apellytasiya şikayəti verərək qətnamənin dəbbə pulu tutulması və tələbin daşınmaz əmlaka yönəldilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-352/2011 saylı, xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)- 71/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiasının 2-1 (102)-487/11 saylı, xx xxxxxxx 2011-ci il tarixli qərarı ilə həmin qətnamədən cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-352/2011 saylı, xx xxxx 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə X5 maraqlı şəxs qismində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-71/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin tutmanın cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində 0,06 ha torpaq sahəsi üzərində olan tikililərə yönəldilməsi və tikililərin açıq hərracda satılaraq bankın kredit tələbinin satılmış əmlaklar hesabına ödənilməsi hissəsində qismən ləğv edərək qeyd olunan hissədə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. X5 apellyasiya şikayətində göstərmişdir ki, X5 cavabdeh “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxxxx 2018-ci il l tarixli 2(009)-652/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək müvafiq mənzillərin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Qətnamədən qarşı tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi çıxarılmış, həmin qətnaməyə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, bununla belə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)- 452/19 saylı Qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması xx.xx.2020-ci tarixə təyin edilmiş, cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmənin iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, X3 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-71/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. İş materiallarından göründüyü kimi, X5 tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-71/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissəsi (tutmanın daşınmaz əmlaka yönəldilməsi) artıq apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən yoxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 403.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Həmin Məcəllənin 426.1-ci maddəsinə əsasən əsaslar olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimatı, protesti və ya şikayəti işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərir. İstinad edilən normaların tələblərinə əsasən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan maraqlı şəxslər birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququna malikdirlər. Məhkəmə qətnaməsinin mübahisələndirilən hissəsi üzrə artıq apellyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa həmin qətnamə ilə hüquq və mənafeləri pozulan işdə iştirak etməyən şəxslər işin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən araşdırılması üçün müvafiq təqdimatın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etmək hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-71/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən X3 apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 357, 403, 423, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, qər а r а а ldı : 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-71/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar