Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-295/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e- 2-2(81)-1228/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə əsassız hesablanmış 69.336,00 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddianın əsaslarına görə xx.xx.2019-cu il tarixdə Cavabdeh ASC-nin X4 əməkdaşları tərəfindən «xxxxxxxxxxx» MMC-nin su sayğacına baxış keçirilmiş, sayğac ona müdaxilə adı ilə çıxarılaraq, yoxlanılması üçün loboratoriyaya göndərilmiş, daha sonra cavabdeh tərəfindən hesab-faktura təqdim edilərək 69.336 manat məbləğində borc hesablanaraq ödənilməsi tələb olunmuşdur. İddiaçı mübahisələndirir ki, baxış zamanı əgər sayğaca müdaxilə aşkar olunmuşdursa, akt tərtib olunmalı və bir nüsxəsi də ona təqdim eilməli idi. Digər tərəfdənlaboratoriyanın rəyində sayğacın mexaniki hissəsində yerləşən zavod möhürünün olmaması hesablayıcı mexanizmin qoruyucu halqalarının vintləri üzərində 3 ədəd qurğuşun möhürün olmadığı göstərilmiş, halbuki, cavabdehin sayğacın quraşdırılmasına və istismarına dair xx.xx.2015-ci il tarixli (№15/05882) aktında plombun olduğunu göstərən qeyd olmadığı halda, xx.xx.2019-cu il tarixli (02/05024 saylı aktında zavod plombunun olduğu qeyd olunmuş və 19/3 nömrə ilə nömrələnmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1228/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən «Su təchizatı və tullantı suları haqqında» Qanunun 31.5ci, 32.2-ci maddələrinə, Sudan istifadə Qaydaları»nın 5.13, 6.15 -6.16-cı bəndlərinə özünəməxsus şəkildə qiymət vermişdir. Çünki işin araşdırılması zamanı Cavabdeh ASCnin Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən X1 mühəndisi İlqar Kərimov məhkəmə prosesində ətraflı şahid ifadəsi vermişdir.İşin mübahisələndirilən halı sayğaca müdaxilənin olması faktıdır. İddaçı bu faktla razılaşsa da, onlar tərəfindən edilmədiyini bəyan edir və bunun təsdiqi kimi sayğacın neytroal ərazidə olmasına istinad ndir. Qaydalarda sayğacla bağlı baş verə biləcək hər hansı bir məsuliyyətin bütövlükdə cavabdeh müəsissənin üzərinə düşdüyü təsbit olunur. Digər tərəfdən, zərər məbləğinin həddən artıq olmasına gəldikdə istehlakçı müəssisədə sayğac xx.xx.2015-ci il tarixdə istismara təhvil vverilsə dövri dövlət yoxlamalırından keçirilməmiş, təchizatçı imüəssisənin xəbərdarlığından sonra yalnız belə yoxlamaya göndərilmişdir. Laborator yoxlamasının rəyinə əsasən isə sayğaca müdaxilə faktı müəyyən edilmişdir.» Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 184.2 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Y.Xankişiyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən iddiaçının tərəflər arasında bağlanmış müqavilə (№070543) əsasında sudan istifadə etdiyi işin mübahisələndirilməyən halıdır. İddia ərizəsinə və cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən işin tərəflər arasında mübahisələndirilən halı ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh ASC-nin X4 əməkdaşları tərəfindən iddiaçı müəssisənin su sayğacına baxış keçirilərkən, xx.xx.2015-ci il tarixdə quraşdırılmış su sayğacına müdaxilə aşkar olunmuşdur. İddiaçı iddia edir ki, onun tərəfindən sayğaca müdaxilə olunmamış, belə bir akt tərtib olunub ona verilməmiş, cavabdeh isə sayğacın lobarator müəyinəsinin nəticələrinə dair verilmiş rəyə və məhkəmədə dindirilən yoxlayıcı (işçisi) şahidin İlqar Kərimovun ifadəsinə istinadən mübahisələndirir ki, sayğaca müdaxilə olunmuşdur. İş materiallarında olan, Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən X2 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş həmin rəyə, habelə, mübahisəli 49748946 saylı su sayğacının quraşdırılmasına və istismara verilməsinə dair 15/05682 saylı xx xxxxxx 2015-ci il tarixli ilkin akta əsasən isə müəyyən olunur ki, həmin sayğacın dövlət plombu olmamış, üzərində yalnız cavabdehin özünə məxsus Cavabdeh loqolu plomb vurulmuşdur ki, həmin plombun da tamlığı pozulmamışdır, yəni, ona qırılma və müdaxilə mövcud deyil və həmin aktda digər qurğuşun möhürlərlə bağlı heç bir qeyd yoxdur. Halbuki, rəyin yoxlamannın nəticələrinə dair hissəsində isə təsbit olunur ki, «sayğacın zavod möhürü yoxdur. Hesablayıcı mexanizmin qoruyucu halqasının vintillərinin qurğuşun möhürləri yoxdur, elektron və mexaniki göstəriciləri fərqlidir. Bu uyğunsuzluqları nəzərə alaraq sayğacın laborator şəraitdən kənar format olunması aşkar olundu. Hesablama mexanizminə müdaxilə var, təmirə və istismara yararsızdır.» Məhkəmə kollegiysı qeyd edir ki, birincisi qeyd edildiyi ki, sayğac ilkin quraşdırılıb istismara verilərkəq onun üzərində dövlət plombu mövcud olmamış və yalnız cavabdehə məxsus plombu olmuşdur. İkincisi, laboratoriya rəyində elektron və mexaniki göstəricilərin fərqli olduğu və hesablama mezxanizminə müdaxilə edildiyi qeyd olunsa da, bu müdaxidənin konkret nədən ibarət olduğu açıqlanmamış və iddiaçının bu halda konkret təqsirinə aydınlıq gətirilməmişdir. Digər tərəfdən cavabdeh məxsus loqolu plomb qırılmadığı və tam olduğu və sayğac sökülmədiyi halda, onun daxil mexanizminə müdaxilənin mümkünlüyü də ağlabatan görünmür. Digər tərəfdən, işin mübahisələndirilməyən halıdır ki, sayğac dəyişdirildikdən sonra müəssisədə su sərfiyyatında əhəmiyyətli dəyişiklik baş verməmiş, əvvəlki aylara uyğun sərfiyyat mövcud olmuşdur. Belə olan halda, həmçinin, müəssisənin 2019-cu ilə dair hesabat sənədlərinə əsasən istehsalın 2019-cu il üzrə həcmi, cəmi, 32.762 manat təşkil etdiyi halda, 69336 manat məbləğində əlavə sərfiyyat hesablanması da fakitki vəziyyətə və həqiqiqətə uyğunluğu istisna olunur. Bundan əlavə, cavabdeh tərəfindən müəssisədə su sayğacına keçirdiyi baxış qanunvericiliyə də uyğun olmamışdır. Belə ki, «Su təchizatı və su tullantıları haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi öz vəsiqəsini təqdim edərək su təchizatı və tullantı sularının axıdılması sahəsinə aid olan qurğulara, cihazlara, mexanimlərə və qovşaqlarva, sahibinə əvvəlcədən bildirməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız baxış keçirə bilərdi. Qanunvericiliklə müəyyən edilən qayda isə aşağıdakılardan ibarətdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 3.2-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndi nəzərədə tutur ki, sahibkalıq subyektində yoxlama , baxış və s. yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əks halda belə yoxlamanın, baxışın hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Su təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı müəssisədə su sayğacının texniki vəxiyyətinə keçirilən baxış və bu zaman onun onun çıxarılması və laboarator müəyinəyə götürülməsi - Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınması təmin edilmədən həyata keçirilmişdir. Deməli , həmin yoxlamanın hüquqi nəticgləri etibarsızdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, işə baxan məhkəmə tərəfindən iş materialları hərtərəfli araşdırılmış, sübutlara güzgün qiymət vermiş və iddianı təmin edilməsi barədə mahiyyti üzrə düzgün nəticəyə gəlinmişdir. MPM-in 385.2-ci maddəsinin tələbindən isə görünür ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də cavabdehinapellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri təkzib olunur. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1228/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1228/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Valeh Ağayev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-295/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-295/2020
30.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver