Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-295/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4108/2023 saylı qətnaməsindən cavadehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İcarə verən Cavabdeh2 MMC ilə icarəçi "xxxx" ATSC arasında 14 mart 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ATSC-yə məxsus, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr-ti 104 ünvanında yerləşən, ümumi sahəsi 125,0 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 550 manat məbləğində müəyyənləşdirilməklə Cavabdeh2 MMC-nin müddətli icarəsinə verilmişdir. Həmin müqavilə 01 noyabr 2022-ci il tarixdə ləğv edilərək, eyni tarixdə 11/1 saylı yeni icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ATSC-yə məxsus, yuxarıda göstərilən ünvanda yerləşən ümumi sahəsi 295 kv.metr olan qeyri-yaşayış sahəsi, aylıq icarə haqqı 1.298 manat məbləğində müəyyənləşdirilməklə Cavabdeh2 MMC-nin müddətli icarəsinə verilmişdir.
2. Eyni zamanda, Cavabdeh1 MMC ilə "xxxx" ATSC arasında 14 mart 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ATSC-yə məxsus, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prti 104 ünvanında yerləşən, ümumi sahəsi 125,0 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 550 manat məbləğində müəyyənləşdirilməklə Cavabdeh1 MMC-nin müddətli icarəsinə verilmişdir. Həmin müqavilə 01 noyabr 2022-ci ildə ləğv edilərək, eyni tarixdə 11/2 saylı yeni icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ATSC-yə məxsus, yuxarıda göstərilən ünvanda yerləşən ümumi sahəsi 295 kv.metr olan qeyri-yaşayış sahəsi, aylıq icarə haqqı 1.298 manat məbləğində müəyyənləşdirilməklə Cavabdeh1 MMC-nin müddətli icarəsinə verilmişdir.
3. xx.xx.2023-cü il tarixdə icarəçilər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən icarədar "xxxx" ATSC-nin icarəyə verilmiş ümumi sahəsi 295 kv.m təşkil edən qeyriyaşayış sahəsi olan ofisindən xx.xx.2023-cü il tarixindən çıxış olunmuş, anbardan isə çıxışın xx.xx.2023-cü il tarixədək icra olunması barədə tərəflər razılığa gəlmişlər.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" ATSC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən "xxxx" ATSC-nin xeyrinə ümumilikdə 560,58 manat və digər Cavabdeh1 MMC-dən "xxxx" ATSC-nin xeyrinə ümumilikdə 915,88 manat, eləcə də mediasiya prosesi üçün ödənilmiş 70 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, "xxxx" ATSC ilə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqavilələrinə əsasən Cavabdeh2 MMC-nin icarə haqqına görə hazırda 560,58 manat məbləğində borcu, Cavabdeh1 MMC-nin isə 566,57 manat məbləğində borcu qalmışdır. Eyni zamanda Cavabdeh1 MMC-nin sözügedən icarə sahəsinin istifadəsi zamanı elektrik enerjisinin sərfiyyatına görə də 349,31 manat məbləğində borcu yaranmışdır. Beləliklə Cavabdeh1 MMC-nin "xxxx" ATSC-yə istinad edilən icarə müqaviləsinə görə ümumilikdə 915,88 manat borcu qalmışdır.
6. Cavabdeh1 MMC-nin nümayəndəsi elektrik enerjisindən istifadəyə görə borcun 198,51 manat hissəsində qəbul etdiklərini, Cavabdeh1 MMC-nin ödənilməmiş 566,57 manat icarə haqqı borcunun olduğunu bildirmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4108/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarə haqqı borcu üzrə 560,58 manat məbləğində pulun Cavabdeh2 MMCdən tutularaq "xxxx" X6 Cəmiyyətinə verilməsi, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarə haqqı borcu üzrə 566,57 manat, elektrik enerjisindən istifadəyə görə 198,51 manat məbləğində pulun Cavabdeh1 MMC-dən tutularaq "xxxx" X6 Cəmiyyətinə verilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" X6 Cəmiyyətinə verilməsi və iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.
8. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edib, iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Hər iki cavabdehin apellyasiya şikayətləri eyni məzmunda olmuş və onunla əsaslandırılmışdır ki, cavabdehlərlə "xxxx" ATSC arasında ayrı-ayrılıqda bağlanmış, 14 mart 2022-ci il tarixli icarə müqaviləsinin 16-cı bəndinə əsasən müqavilə 13 may 2022-ci il tarixindən yəni 2 ay sonradan qüvvəyə minəcəyi tərəflərin arasında razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixli, 11/1 saylı və xx.xx.2022-ci il tarixli, 11/1 saylı yeni icarə müqavilələrinin 16-cı bəndinə əsasən də müqavilənin xx.xx.2023-cü il tarixindən yəni 10 gün sonradan qüvvəyə minəcəyi tərəflərin arasında razlaşdırılmışdır. Lakin, iddiaçı məhkəməyə müraciət edərkən nə iddia ərizəsində bu məsələ münasibət bildirmiş, nə də məhkəmənin gedişatı zamanı bu barədə fikir bildirmişdir. Bu hal məhkəmənin də diqqətindən kənarda qalmışdır. Birinci müqavilə üzrə aylıq icarə haqqı 550 manat müəyyənləşdirildiyi üçün müqavilənin qüvvəyə gec minməli olduğu iki aylıq icarə haqqının ümumi məbləğinin 1100 manat, həmçinin sonraki icarə müqaviləsinin məbləğinin 1298 manat müəyyənləşdirildiyi üçün müqavilənin qüvvəyə gec minməli olduğu 10 günlük icarə haqqının ümumi məbləğinin 432 manat olduğu nəzərə alınsa, ümumilikdə 1532 manat artıq ödəmə müşahidə olunur. İddiaçının da Cavabdeh2 MMC-dən 560 manat icarə haqqından və 198 manat kommunal xərcdən, digər Cavabdeh1 MMC-dən isə 566 manat icarə haqqından və 198 manat kommunal xərcdən pul tələb etdiyini nəzərə alınsa əksinə cababdehlərin iddiaçıya yox, iddiaçının cavabdehlərə borclu olduğu müəyyən olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətlərini müdafiə etdi, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətlərinə etiraz etdi.
12. Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
18. Belə ki, icarə haqqının tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
19. Cavabdehin elektrik enerjisinə görə haqqın ödəməsi öhdəliyi isə tərəflər arasında bağlanmış icarə müqavilələrinin 7-ci bəndindən irəli gəlir. Həmin bənddə müəyyən edilmişdir ki, elektrik enerjisinə və istifadə edilmiş suya görə haqq sayğac göstəricisinə əsasən hər ayın axırında tərtib olunmuş ikitərəfli akta əsasən hesablanıb ödənilir.
20. İş materiallarından görünür ki, EBBW seriyalı, 434420 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 336,99 manat olan, EBBY seriyalı, 550793 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 549,99 manat olan, EBCA seriyalı, 191486 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 549,99 manat olan, EBCC seriyalı, 042631 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 549,99 manat olan, EBCE seriyalı, 179550 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 549,99 manat olan, EBCH seriyalı, 420926 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 550 manat olan, EBCJ seriyalı, 714799 nömrəli, xx.xx.2022-ci il tarixli, 1073,59 manat olan, EBCL seriyalı, 068083 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1298 manat olan, EBCN seriyalı, 269257 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 539 manat olan elektron qaimələr "xxxx" ATSC tərəfindən Cavabdeh2nə göndərilmişdir.
21. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki məbləğlərin cəmi 5997,58 manat təşkil edir.
22. İş materiallarına əlavə olunmuş xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 MMC tərəfindən 5437 manat ödəniş edilmiş, müqavilə üzrə 560,58 manat (5997,58 - 5437=560,58) ödənilməmiş icarə haqqı borcu qalmışdır.
23. Həmçinin iş materiallarında olan EBBW seriyalı, 434423 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 336,99 manat olan, EBBY seriyalı, 553767 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 549,99 manat olan, EBCA seriyalı, 191491 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 549,99 manat olan, EBCC seriyalı, 048435 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 549,99 manat olan, EBCE seriyalı, 179554 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 550 manat olan, EBCH seriyalı, 420930 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 550 manat olan, EBCJ seriyalı, 714800 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1073,59 manat olan, EBCL seriyalı, 068084 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1298 manat olan, EBCN seriyalı, 269258 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 539 manat olan, icarə haqqı üzrə elektron qaimələr, EBBY seriyalı, 526941 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 45,37 manat olan, EBCA seriyalı, 253978 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 65,13 manat olan, EBCC seriyalı, 113682 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 72,54 manat olan, EBCE seriyalı, 179553 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 70,98 manat olan, EBCH seriyalı, 337507 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 49,14 manat olan, EBCJ seriyalı, 714854 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 144,95 manat olan, EBCL seriyalı, 545306 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 198,51 manat olan, elektrik enerjisindən istifadə üzrə elektron qaimələr "xxxx" ATSC tərəfindən Cavabdeh1nə göndərilmişdir.
24. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki məbləğlərin cəmi 6.644,19 manat təşkil edir.
25. İş materiallarına əlavə olunmuş xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 MMC tərəfindən həm icarə haqqı borcu üzrə, həm də elektrik enerjisindən istifadə üzrə 5.879,11 manat pul ödənilmiş, ümumi 765,08 manat borc qalmışdır.
26. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 07 nömrəli akta əsasən Cavabdeh1 icarədara xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək istifadə edilən enerji sərfiyyatına görə 1527kvt x 0,13 manat = 198,51 manat məbləğində ödəniş etməlidir.
27. Göründüyü kimi, elektrik enerjisindən istifadəyə görə borc 198,51 manat təşkil edir.
28. Yuxarıda sadalanan elektron qaimələr üzrə ödənilməmiş 765,08 manat ümumi borcdan elektrik enerjisindən istifadəyə görə 198,51 manat məbləğində borcu çıxıldıqda (765,08-198,51=566,57) isə müəyyən olunur ki, Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli, 11/2 saylı icarə müqaviləsi üzrə 566,57 manat icarə haqqı borcu vardır.
29. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi də şirkətin elektrik enerjisindən istifadəyə görə borcu 198,51 manat, icarə haqqına görə 566,57 manat borcunun olduğunu bildirmişdir.
30. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilələr üzrə ödənilməli olan, lakin ödənilməyən 560,58 manat və 566,57 manat məbləğində icarə haqlarının, o cümlədən 198,51 manat elektrik enerjisi haqqının ödənilməsini cavabdehlərdən onlara münasib hissədə tələb etməkdə tam haqlıdır.
31. Apellyasiya şikayətlərinin dəlillərini isə kollegiya əsassız hesab edir. Belə ki, yuxarıda istinad olunan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən icarə haqları birinci dəfə bağlanan müqavilələr üzrə xx.xx.2022-ci il tarixdən, ikinci dəfə bağlanan müqavilələr üzrə isə xx.xx.2022-ci il tarixdən tələb olunmuşdur. Göründüyü kimi iddiaçı yalnız müqavilələrin qüvvədə olduğu müddət üçün icarə haqlarını tələb etmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Eyni zamanda, iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4108/2023 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn