Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-298/2020 19.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3, X1 ibarət tərkibdə, X2 katibliyi ilə. İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin (Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər «xxxx» MMC, Həbibov Mübariz Səməd oğlu və Zamanov Vüqar Hüseynqulu oğluna qarşı «kredit borcunun tutulması və tutmanın girov əmlaka yönəldilməsi tələbinə dair» iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-103/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından cavabdeh Həbibov Mübariz Səməd oğlu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-103/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə kompleks əlavə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş və həmin qərardadla da, iş üzrə icraat ekspert rəyləri məhkəməyə daxil olanadək, dayandırılmışdır. Cavabdehlərdən Həbibov Mübariz Səməd oğlu şikayət verərək, həmin qərardad iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməklə, yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. M.Həbibov şikayətini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən 71 saylı binanın qapı 1-də mülkiyyətində olan 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü deyil. Eləcə də məhkəmənin qiymətləndirmə təyin etdiyi qeyri-yaşayış binasının yəqin ki, ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmədiyini və dövlət reyestrində qeydə alınmadığını iş materiallarına nəzər yetirsə müəyyən etməli idi. Hərçənd ipoteka ilə yüklü olmayan əmlaka görə hansı əsasla əmtəəşünaslıq ekspertizası təyin edilə bilər ki, qanunla borcun təminatı olan ipoteka predmeti deyil. Məhz bu fakt əsassız qərardadın iicrasını mənasız və məhkəmə icraatının əsassız dayandırılması ilə nəticələnir. Məhz, hansı səbəbə görə iş üzrə ekspertiza təyin olunsa və ekspert yalan rəy verməyə görə xəbər edilsə də, əslində, bu ekspertiza deyil. Çünki, ekspertizanı tapşırdığı «Dinar Firması» ekspertiza fəaliyyəti ilə məşğul deyil. Həmin firma qiymətləndirmə fəaliyyəti ilə məşğuldur. Bu Firmanın «qiymətləndiriciləri» məhkəmənin hazırkı qərardadı ilə rəy verməyə səlahiyyətləri yoxdur və bunun üçün onlar ekspert olmadıqlarından cinayət məsuliyyəti daşımırlar. Hazırkı vəziyyətdə iş üzrə icraatın dayandırılması tamamilə əsassızdır. Çünki qeyd etdiyi araşdırılacaq halları və məhkəmə araşdırmasının tezliyini təmin etmək üçün bu cür əsassız qərardad ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh M.Həbibovun şikayəti baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər (səlahiyyətli nümayəndəri) məhkəməyə gəlməmiş, MPM-in 146, 376.2-ci və 397.2-ci maddələririnin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülkii-Prosessual Məcəlləsinin («MPM») 255.0 və 255.0.5-ci maddələrinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim iş üzrə icraatı dayandıra bilər. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, iş üzrə ekspertiza təyin edən hakim həmin iş üzrə icraatı dayandırmaqda haqlıdır. Qanunun bu tələbi, ən azından, onunla izah olunur ki, mübahisəyə qanunla müəyyən edilən prosessual müddətlər çərçivəsində baxılır (MPM-in 172.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır) və bu müddətə ekspertiza təyinatı zamanı iş üzrə icraatın dayandırılmadığı təqdirdə, ekspert rəyi verilənədək ekspertiza tədqiqatı ilə əhatə olunan müddət də daxildir. Göründüyü kimi, ekspert rəyinin müəyyən səbəblərdən vaxtında verilməməsi işə baxılmasının qanunla müəyyən olunan müddətinin ötürülməsi ilə nəticələnməsi, başqa sözlə, prosessual pozuntuya səbəb olması istisna edilmir. Odur ki, hazırkı iş üzrə işə baxan birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ekspertiza təyin edilməklə yanaşı, həmin qəradadla, eyni zamanda, iş üzrə icraatın ekspert rəyləri məhkəməyə daxil olanadək dayandırılması prosessual qanunvericiliyə uyğundur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh M.Həbibovun şikayətinin həmin qərardadın əsassız olduğunu vurğulayan formal xarakterli dəlilləri əsassız hesab edilməli və onun şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-103/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı iş üzrə icraat ekspert rəyləri məhkəməyə daxil olanadək dayandırılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iş üzrə icraatın dayandırılması barədə məhkəmə qərardaddından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya qərara a l d ı: Cavabdeh Həbibov Mübariz Səməd oğlunun şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-103/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı mübahisələndirilən (iş üzrə icraatın ekspert rəyləri məhkəməyə daxil olanadək dəyandırılması) hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-298/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-298/2020
19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver