Məhkəmə qərarları › İş №2-2(103)-298/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-298/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-298/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı kommersiya işi Açar söz: ödənilmiş pul vəsaitinin geri qaytarılması, dəymiş ziyanın əvəzinin ödənilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3618/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinə əsasən kreditor borc alana biznes məqsədli ilə 15.000 manat məbləğində kredit verir, kreditin müddəti 24 ay, kreditin illik faiz dərəcəsi 30% təşkil edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 (zaminlər) arasında müvafiq olaraq 31 oktyabr 2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən zaminlər, xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər.

3. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

4. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır.

5. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilələr kreditorun və borcalanın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh3 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 15.000 manat, faizin məbləği 3.906,25 manat, cəmi ödəniləcək məbləğ 18.906,25 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) arasında xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinə xx.xx.2020 ci il tarixli 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən: 1.1.2. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 12.357,77 manat təşkil edir. 1.1.3. Müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. 1.1.4. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. 1.1.6. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0- 643-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh3 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 12.357,77 manat, faizin məbləği 3.215,06 manat, cəmi ödəniləcək məbləğ 15.572,83 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank, borcalan və zaminlər tərəfindən imzalanmışdır.

6. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 (zaminlər) arasında xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı zaminlik müqavilələrinə müvafiq olaraq xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişlər bağlanmışdır. Həmin sazişlərə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə: 1.1.1. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 12.357,77 manat təşkil edir. 1.1.2. Müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. 1.1.3. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir. 1.1.4. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. 1.1.5. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. Saziş kreditorun və borcalanın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir.

7. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) arasında xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinə xx.xx.2020 ci il tarixli 2 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən: 1.1.2. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 12.263,06 manat təşkil edir. 1.1.3. Müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. 1.1.4. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. 1.1.6. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0- 643-19 saylı kredit müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh3 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 12.263,04 manat, faizin məbləği 2.142,01 manat, cəmi ödəniləcək məbləğ 15.171,49 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank, borcalan və zamin Cavabdeh4 tərəfindən imzalanmışdır.

8. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 (zaminlər) arasında xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı zaminlik müqavilələrinə müvafiq olaraq xx.xx.2020-ci il tarixli 2 saylı əlavə sazişlər bağlanmışdır. Həmin sazişlərə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə: 1.1.1. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 12.263,06 manat təşkil edir. 1.1.2. Müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. 1.1.3. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir. 1.1.4. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. 1.1.5. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. Saziş kreditorun imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir.

9. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) arasında xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinə xx.xx.2021 ci il tarixli 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən:1.1.1. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 14.317,39 manat təşkil edir. 1.1.2. Müqavilə üzrə kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılır. 1.1.3. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 6 ay təşkil edir. 1.1.5. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0- 643-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh3 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 14.317,39 manat, faizin məbləği 6.701,82 manat, cəmi ödəniləcək məbləğ 21.019,21 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank, borcalan və zaminlər tərəfindən imzalanmışdır.

10. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 (zaminlər) arasında xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı zaminlik müqavilələrinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli 1 saylı əlavə sazişlər bağlanmışdır. Həmin sazişlərə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə: 1.1.1. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 14.317,39 manat təşkil edir. 1.1.2. Müqavilə üzrə kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılır. 1.1.3. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir. 1.1.4. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 6 ay təşkil edir. 1.1.5. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. Saziş kreditorun imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borcu 11.177,17 manat, faiz borcu 883,29 manat, cərimə borcu 76,28 manat olmaqla cəmi borc 12.136,74 manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xx.xx.2022-ci il tarixli, KBD-12686 saylı xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

11. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 MMC sonuncu dəfə xx.xx.2023-cü il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2023-cü il tarixli, 9/5859 saylı ekspert rəyinə əsasən birinci və ikinci suallar üzrə:

13. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ‘İnternational Travel and Tourism” MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinin və Əlavə Sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 12.514,33 manat məbləğində və xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 10.768,40 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2022ci il tarixə: əsas borc üzrə- 11.943,14 manat, faiz borcu üzrə- 571,18 manat. xx.xx.2023-cü il tarixə: əsas borc üzrə- 10.635,46 manat, faiz borcu üzrə- 132,94 manat (21%-lə). İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən (sualda göstərilən tarix) sonra müqavilə üzrə 2.041,03 manat məbləğində kredit ödənilmişdir. Hazır ki, tədqiqatla xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə borc qalığının hesablanması xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) aparıldığından xx.xx.2023-cü il tarixdən (sualda göstərilən tarix) sonra müqavilə üzrə ödənilən 2.041,03 manat məbləğində kredit vəsaiti hal-hazırki hesablamada nəzərə alınmadı. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.

14. Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı ASC cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.177,17 manat əsas borc, 883,29 manat faiz borcu, 76,28 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.136,74 manat borcun və 200 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, İnternational Travel and Tourism MMC ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 15.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 31 may 2020-ci il tarixli Kredit Müqaviləsinə Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 12/357,77 manat məbləğində müəyyənləşdirilmiş və kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Eyni zamanda 31 may 2020-ci il tarixdə əlavə Sazişin şərtləri aid edilməklə Zaminlik müqavilələrinə də əlavə saziş imzalanmışdır. Daha sonra 13 oktyabr 2020-ci il tarixli Kredit Müqaviləsinə əlavə sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 12.263,06 manat məbləğində müəyyənləşdirilmiş və kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Eyni zamanda 13 oktyabr 2020-ci il tarixdə əlavə sazişin şərtləri aid edilməklə zaminlik müqavilələrinə də əlavə saziş imzalanmışdır. Bundan sonra yenidən 31 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14.317,39 manat məbləğində müəyyənləşdirilmiş və kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Eyni zamanda 31 avqust 2021-ci il tarixdə əlavə sazişin şərtləri aid edilməklə zaminlik müqavilələrinə də əlavə saziş imzalanmışdır. 2023-cü il martın 31-dək İnternational "xxxx" MMC-nin banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.177,17 manat əsas borcu, 883,29 manat faiz borcu, 76,28 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.136,74 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadehlər İnternational Travel and Tourism MMC, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3618/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 31 oktyabr 2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə 7723,29 manat məbləğində əsas borc, 76,28 manat məbləğində dəbbə pulu, ümumilikdə 7799,57 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə əlavə olaraq bağlanmış sazişlərdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh3 MMC-yə kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 15.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh3 MMC-nin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

19. Məhkəmə qeyd etmişdir ki, mübahisəli kredit müqaviləsi üzrə borc alanın banka olan borcu ekspert rəyində xx.xx.2022-ci il tarixə müəyyən edilmiş borc məbləğləri əsas götürülməklə hesablanmalıdır. Beləliklə, xx.xx.2022-ci il tarixə əsas borc 11.943,14 manat, faiz borcu 571,18 manat təşkil etmişdir. Digər tərəfdən ekspert rəyində əks olunmuş cədvəldən göründüyü kimi xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, 17.2.2023-cü ildə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat və xx.xx.2023-cü il tarixdə 41,03 manat olmaqla cəmi 4791,03 manat məbləğində ödəniş edilmişdir. Mülki Məcəllənin 432.4-cü maddəsində göstərilən ardıcıllıqla həmin ödənişlərin 571,18 manat hissəsi faiz borcundan, qalan 4219,85 manat hissəsi isə əsas borcdan çıxılmaqla müəyyən edilir ki, hazırda borc alanın banka borcu aşağıdakı kimidir. Faiz borcu- 571,18-571,18=0 Əsas borc- 11.943,14-4219,85=7723,29.

20. Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a. Apellyasiya şikayətlərinin dəlilləri

21. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3618/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ş materiallarına əlavə olunmuş maliyyə arayışından göründüyü kimi cavabdehin banka qalıq borcu 31 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 11177.17 manat əsas borc, 883.29 manat faiz borcu, 76.28 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12136.74 manat borcdan ibarətdir. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. İş materiallarından da göründüyü kimi xəbərdarlıq tarixindən sonra cavabdehin ödənişlərini məhkəmə öz mülahizəsinə uyğun formada silmişdir. “İnternational Travel and TourisnT' MMC kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən və ödənişləri gecikmələrlə etdiyindən onun kredit borcuna müqavilənin şərtlərinə uyğun olaraq müvafiq faiz və cərimələr hesablanmışdır. Bu səbəbdən Cavabdeh3 MMC-nin banka etdiyi ödənişlərdən cərimə məbləğlərinədə silinmələr aparılmışdır. Lakin ekspert rəyindən qeyd edilənləri nəzərə alınmamış, xəbərdarlıq göndərildiyi tarixdən sonra cavabdeh tərəfindən aparılan ödənişlər bank tərəfindən cərimədən, gecikmə günləri nəzərə almmaqla hesablanmış faiz borcundan və daha sonra qeyd olunan normanın tələbinə uyğun formada əsas borcdan silinmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

24. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

25. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Əsaslandırıcı hissə

29. Apellyasiya baxışının hədləri

30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən qismən mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

31. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3618/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə əlavə olaraq bağlanmış sazişlərdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh3 MMC-yə kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 15.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh3 MMC-nin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

34. İddiaçı ASC hazırda xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 11.177,17 manat əsas və 883,29 manat faiz borcunun tutulmasını tələb etmişdir.

35. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh eyni zamanda Cavabdeh3 MMCnin qanuni təmsilçisi Cavabdeh1 birinci instansiya məhkəmədə verdiyi izahatında mübahisəli kredit müqaviləsi üzrə borcun olması faktını etiraf etmişdir.

36. Birinci instansiya məhkəmədə borc məbləğlərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh3 MMC xx.xx.2022-ci il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) əsas borcunun 11.943,14 manat və faiz borcunun 571,18 manat məbləğində olması müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilə bağlı qeyd edir ki, bankın xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilməklə tərəflər arasında bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini nəzərə alaraq bank yalnız həmin tarixədək olan müddət üçün hesablanmış faiz məbləğlərini tələb etməkdə haqlıdır.

38. Odur ki, mübahisəli kredit müqaviləsi üzrə borc alanın banka olan borcu ekspert rəyində xx.xx.2022-ci il tarixə müəyyən edilmiş borc məbləğləri əsas götürülməklə hesablanmalıdır. Beləliklə, xx.xx.2022-ci il tarixə əsas borc 11.943,14 manat, faiz borcu 571,18 manat təşkil etmişdir. Digər tərəfdən ekspert rəyində əks olunmuş cədvəldən göründüyü kimi xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, 17.2.2023-cü ildə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat və xx.xx.2023-cü il tarixdə 41,03 manat olmaqla cəmi 4791,03 manat məbləğində ödəniş edilmişdir. Mülki Məcəllənin 432.4-cü maddəsində göstərilən ardıcıllıqla həmin ödənişlərin 571,18 manat hissəsi faiz borcundan, qalan 4219,85 manat hissəsi isə əsas borcdan çıxılmaqla müəyyən edilir ki, hazırda borc alanın banka borcu aşağıdakı kimidir. Faiz borcu- 571,18-571,18=0 Əsas borc- 11.943,14-4219,85=7723,29

39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3618/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar