Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-298/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh4, Cavabdeh2 ASC-yə və Cavabdeh3 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, preyudisia) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X12 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, iddiaçılar İddiaçı4 və İddiaçı2, həmçinin həm onların, həm də digər İddiaçı5 nümayəndələri (vəkilləri) Nümayəndə1, Cavabdeh4 nümayəndəsi (vəkili) Nümayəndə2 Babalı oğlunun iştirakları ilə İddiaçı4, İddiaçı2 və İddiaçı5 Cavabdeh4, Cavabdeh2 ASC-yə və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndələri (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Qobustan Rayonu Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli qərarı ilə Qobustan rayonunun Xilmilli kəndində yerləşən 22,21 ha torpaq sahəsi İddiaçı5 və ailə üzvlərinin adına ayrılmışdır (JN-191 saylı dövlət aktına əsasən).
2. Qobustan Rayonu Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli qərarı ilə Qobustan rayonunun Xilmilli kəndində yerləşən 19,04 ha torpaq sahəsi İddiaçı4 və ailə üzvlərinin adına ayrılmışdır (JN-192 saylı dövlət aktına əsasən).
3. Qobustan Rayonu Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli qərarı ilə Qobustan rayonunun Xilmilli kəndində yerləşən 6,34 ha torpaq sahəsi İddiaçı2 və ailə üzvlərinin adına ayrılmışdır (JN-193 saylı dövlət aktına əsasən).
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 19 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 07 oktyabr 2007-ci il tarixli 1s-294 nömrəli “Torpağın alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı4, İddiaçı2 və İddiaçı5 onlara məxsus Qobustan rayonu, Xilmilli kəndində yerləşən, sahələri 183 514,62 m2, 61 107,44 m2 və 214 103,58 m2 olan torpaq sahələrini müvafiq olaraq 28 500 manat, 9180 manat və 32 100 manat qarşılığında Cavabdeh2 ASC-yə satmışlar (müqaviləni etibarnamə əsasında Cavabdeh4 onların adından bağlamışdır).
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin İddiaçı4 təqdim etdiyi arayışda göstərilmişdir ki, Qobustan rayon Dövlət notariat ofisi tərəfindən arxivə verilmiş 2007-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgənikləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən 07 oktyabr 2007-ci il tarixli müqavilə aşkar olunmamışdır.
6. Qobustan rayon Prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X14 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 fevral 2023-cü il tarixdə qərara əsasən, toplanmış material üzrə Qobustan rayon Dövlət notariat kontorunun sabiq notariusu Cavabdeh3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələrinin tərkibi olmuş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh4 əməlində isə cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd olunmuşdur.
7. Həmin qərara əsasən, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Qobustan rayon Dövlət Notariat Kontorunun sabiq notariusu Cavabdeh3 notariat rəsmiləşdirilməsi aparıldıqda rəsmi sənəd hesab olunan torpağın alqı-satqı müqaviləsinin nüsxəsinin notariusda saxlanılmasını, habelə notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeydiyyatın aparılmasını təmin etməli olduğu halda vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək, 26 noyabr 1999-cu il tarixli “Notariat haqqında” Azərbaycan Respublikasının qanunu və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın tələblərini kobud surətdə pozub 07 oktyabr 2007-ci il tarixli 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsini imzası və möhürü ilə təsdiq etməklə, həmin müqavilənin nüsxəsinin notariusda saxlanılmasını və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeydiyyatın aparılmasını təmin etməmiş, həmçinin, həmin müqaviləyə sair şəxsi niyyətlə Cavabdeh4 Qobustan Rayon Dövlət Notariat Kontorunun etibarnaməsinə əsasən İddiaçı2, İddiaçı5 və X7 adından səlahiyyətli şəxs kimi iştirak etməsi barədə məlumat daxil etsə də, qeyd olunan etibarnaməni Qobustan Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirməmiş, 07 oktyabr 2007-ci il tarixli 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 tərəfindən Qobustan rayonunun Xilmilli kəndi ərazisində yerləşən İddiaçı2 məxsus 61 107,44 kvadrat metr torpaq sahəsi 9180 manata, İddiaçı5 məxsus 214 103,58 metr torpaq sahəsi 32 100 manata, X10 məxsus 183 514,62 metr torpaq sahəsi 28 500 manata Cavabdeh2 ASC-nin səlahiyyətli nümayəndəsi və təsisçisi X4, nəticədə İddiaçı2, İddiaçı5 və X7 qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur.
8. İddiaçı2, X9 və İddiaçı5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Qobustan rayonu Xilmilli Bələdiyyəsinə, Cavabdeh4, Cavabdeh2 ASC-yə və Qobustan Rayon Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv olunması” barədə iddia tələbləri Sumqayıt Apellyasiya Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia müddəti ötürüldüyünə görə rədd olunmuş, qətnamə qanuni qüvvəsini almışdır.
9. "xxxx" MMC-nin 30 aprel 2024-cü il tarixli rəyinə görə, əmlakın mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, təyinatı kateqoriyası və s. xüsusiyyətləri nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Qobustan rayonun Xilmilli kəndində, kənd təsərrüfatı təyinatlı 1 hektar torpaq sahəsinin 30 aprel 2024-cü il tarixinə bazar dəyəri 3500 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı4, İddiaçı2 və İddiaçı5 (iddiaçı və ya iddiaçılar) Cavabdeh4, Cavabdeh2 ASC-yə və Cavabdeh3 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 160 545 (yüz altmış min beş yüz qırx beş) manat məbləğində maddi ziyan və 451 (dörd yüz əlli bir) manat dövlət rüsumu olmaqla, cəmi 160 996 (yüz altmış min doqquz yüz doxsan altı) manatın tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
11. İddiaçılar iddia tələblərini işin faktiki hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişlər ki, 1996-cı ildə aqrar islahat zamanı torpaq sahələri onlara verilmiş, həmin torpaq sahələrindən 2006-cı ilə qədər istifadə etmiş, orada əkin işləri aparmışlar. 2007-ci ilin sentyabr ayında Xilmilli Bələdiyyəsinin sədri Cavabdeh4 onlarla danışaraq, həmin torpaq sahələrini 10 illik müqavilə əsasında icarəyə götürmək istədiyini bildirmişdir. İddiaçılar Cavabdeh4 əvvəlcədən tanıyıb etibar etdikləri üçün onunla razılaşmış və torpaq sahələri ilə bağlı dövlət aktlarını icarə müqaviləsi bağlanması üçün ona vermişlər. Razılaşmalarına əsasən torpaq sahələrinin icarəsinə görə Cavabdeh4 İddiaçı2 1500 (min beş yüz) manat, Mirastan Rəsulova 6200 (altı min iki yüz) manat, İddiaçı4 5400 (beş min dörd yüz) manat məbləğində pul ödəməli idi. Cavabdeh4 həmin pulları Mirastan Rəsulov götürmüş, həmin vaxtdan sonra öz torpaq sahələri ilə maraqlanmamışlar. Çünki torpaq sahələrinin icarə müqaviləsi əsasında Cavabdeh4 istifadəsində olduğunu zənn etmişlər. 2017-ci ilin sentyabr ayında 10 illik icarə müqaviləsinin müddəti bitdiyi üçün Cavabdeh4 müraciət edərək, artıq torpaq sahələrindən özləri istifadə etmək istədiklərini demiş, lakin Cavabdeh4 onlara tələsməmələrini və müqavilənin müddətinin uzadılması ehtimalı olduğunu bildirmişdir. Bakı şəhərində yaşadıqları üçün torpaq sahələri ilə rahat maraqlana bilməmişlər. 2021-ci ilin təxminən oktyabr ayında onlara məxsus torpaq sahələrinin guya X15 Mirzəyevə verdiyi etibarnamə əsasında 07 oktyabr 2007-ci il tarixdə saxta alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 ASC-yə satıldığını öyrənmişlər. Halbuki, heç kəsə torpaq sahəsi üzərində sərəncam vermək hüququ ilə bağlı etibarnamə verməmişlər. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ASC-nin səlahiyyətli nümayəndəsi kimi X13 iştirak etmişdir. Bu məsələ ilə əlaqədar Cavabdeh4 müraciət etdikdə o, torpaq sahələrinin Mirastan Rəsulovun ona verdiyi etibarnamə əsasında satıldığını bildirmişdir. Lakin onlarla Cavabdeh4 arasında icarə və sair müqavilələr bağlanmamışdır. Cavabdeh4 onları aldadaraq, torpaq sahələrini saxta alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 ASC-yə satmışdır. 2021-ci ilin oktyabr ayında özlərinə məxsus olan torpaq sahələrinin özləri tərəfindən imzalanmamış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 ASC-yə satıldığını bildikdən sonra ərizə ilə Qobustan Rayon Prokurorluğuna müraciət etmişlər. Ərizələri əsasında Qobustan Rayon Prokurorluğunda araşdırma aparılmış, 11 noyabr 2022-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar Qobustan rayon prokuroru tərəfindən nəzarət qaydasında 07 fevral 2023-cü il tarixdə ləğv edilmişdir. Əlavə araşdırma aparıldıqdan sonra Qobustan rayon Prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X14 tərəfindən 17 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən, əlavə araşdırma aparılması nəticəsində müəyyən olunmuşdur ki, Qobustan rayon Dövlət Notariat Kontorunun sabiq notariusu Cavabdeh3 notariat rəsmiləşdirilməsi aparıldıqda rəsmi sənəd hesab olunan torpağın alqı-satqı müqaviləsinin nüsxəsinin notariusda saxlanılmasını, habelə notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeydiyyatın aparılmasını təmin etməli olduğu halda, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək, 26 noyabr 1999-cu il tarixli “Notariat haqqında” Azərbaycan Respublikasının qanunu və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın tələblərini kobud surətdə pozub 07 oktyabr 2007-ci il tarixli 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsini imzası və möhürü ilə təsdiq etməklə, həmin müqavilənin nüsxəsinin notariusda saxlanılmasını və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeydiyyatın aparılmasını təmin etməmiş, həmçinin, həmin müqaviləyə sair şəxsi niyyətlə Cavabdeh4 Qobustan Rayon Dövlət Notariat Kontorunun etibarnaməsinə əsasən İddiaçı2, İddiaçı5 və X7 adından səlahiyyətli şəxs kimi iştirak etməsi barədə məlumat daxil etsə də, qeyd olunan etibarnaməni Qobustan Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirməmiş, 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 tərəfindən Qobustan rayonunun Xilmilli kəndi ərazisində yerləşən İddiaçı2 məxsus 61 107,44 kvadrat metr torpaq sahəsi 9180 manata, İddiaçı5 məxsus 214 103,58 metr torpaq sahəsi 32 100 manata, X10 məxsus 183 514,62 metr torpaq sahəsi 28 500 manata Cavabdeh2 ASC-nin səlahiyyətli nümayəndəsi və təsisçisi X1. Bununla da İddiaçı2, İddiaçı5 və X7 qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur. Qərara əsasən göstərilən hərəkətləri törətdiyinə görə Qobustan rayon Dövlət Notariat Kontorunun sabiq notariusu Cavabdeh3 əməlində Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrinin tərkib əlamətlərinin mövcud olduğu müəyyən edilmişdir. Lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün Cavabdeh3 ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon Prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X11 17 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından, onlara məxsus olan torpaq sahəsinin alqı-satqısına dair Qobustan rayonu Xilmilli Bələdiyyəsinin sədri Cavabdeh4 heç bir etibarnamə verilmədiyi, mövcud olmayan etibarnamə əsasında 07 oktyabr 2007-ci il tarixli 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 tərəfindən Qobustan rayonu, Xilmilli kəndi ərazisində yerləşən İddiaçı2 məxsus 61 107,44 kvadrat metr torpaq sahəsinin 9180 manata, İddiaçı5 məxsus 214 103,58 metr torpaq sahəsinin 32 100 manata, X10 məxsus 183 514,62 metr torpaq sahəsinin 28 500 manata Cavabdeh2 ASC-nin səlahiyyətli nümayəndəsi və təsisçisi X3 və nəticədə qanunla qorunan mənafelərinə mühüm zərər vurulduğu müəyyən edilir. Həmçinin, torpaq sahələri onlara dövlət aktı əsasında verildiyindən və bütün ailə üzvlərinin həmin torpaq sahələrində payları müəyyən edildiyindən Cavabdeh4 və Cavabdeh2 ASC həmin torpaq sahələrinə üçüncü şəxslərin hüquq və tələblərinin olmasını bilməli idilər və bu baxımdan onlar da dəymiş zərərə görə Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar. "xxxx" MMC-nin 30 aprel 2024-cü il tarixli 02-63/24 saylı rəyinə əsasən Qobustan rayonunun Xilmilli kəndində 1 ha torpaq sahəsinin bazar dəyəri 3500 (üç min beş yüz) manat təşkil edir. Onlara məxsus olan torpaq sahələrinin ümumi sahəsi 45,87 ha təşkil etdiyi üçün rəy nəzərə alındığı halda cavabdehlərin təqsirli hərəkətləri nəticəsində onlara 160 545 (yüz altmış min beş yüz qırx beş) manat məbləğində maddi ziyan (45.87 * 3500 = 160 545) vurulduğu müəyyən edilir. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində həm də itirdikləri torpaq sahələri üzərində mülkiyyət hüquqlarından məhrum olmuşlar.
12. Sonradan iddiaçıların nümayəndələri iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə 24 182 manat zərərin, 151 manat dövlət rüsumunun əvəzinin, X7 xeyrinə 62 332 manat zərərin, 151 manat dövlət rüsumunun əvəzinin, İddiaçı5 oğlunun xeyrinə 74 031 manat zərərin, 151 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi (vəkili) iddia ərizəsinə yazılı etiraz təqdim etmiş, etirazını belə əsaslandırmışdır ki, mübahisə ilə bağlı eyni tərəflər arasında Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iddia tələbi təmin oluna bilməz.
14. Birinci instansiya məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
15.1. Mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni təqsirinin olmadığını sübutetmə yükü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. 15.2. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehlərin vurulmuş maddi ziyana görə məsuliyyət daşımaları üçün onların iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. 15.3. İddiaçılar özlərinə məxsus olmuş torpaq sahələrinin satılması nəticəsində onlara maddi ziyan dəydiyini, torpağın hazırkı bazar qiymətinə uyğun onlara maddi zərər ödənilməli olduğunu iddia edirlər. İddiaçılar Cavabdeh2 ASC tərəfindən onlara torpaq sahələrinin əldə edilməsi ilə bağlı zərər vurulduğunu iddia etsələr də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 07 oktyabr 2007-ci il tarixli, 1s-294 nömrəli torpağın alqı-satqı müqaviləsinə əsasən iddiaçılara məxsus Qobustan rayonu, Xilmilli kəndində yerləşən torpaq sahələri Cavabdeh2 ASC-yə satılmış, həmin müqavilənin etibarsızlığı ilə bağlı iddiaçılar tərəfindən qaldırılmış iddia təmin edilməmiş, yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. 15.4. Bundan əlavə, iddiaçılar onlara məxsus topraq sahələrinin xx.xx.2007-ci il tarixli, 1s-294 nömrəli torpağın alqı-satqı müqaviləsi üzrə qanunsuz olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tərəfindən satılması barədə hüquq mühafizə orqanlarına şikayət etmiş, 17 fevral 2023-cü il tarixdə Qobustan Rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh4 əməllərində cinayət tərkibinin olmaması (sənədlərin saxtalaşdırılması, qanunsuz hazırlanması, saxta sənədlərdən istifadə edilməsi, iddiaçıları aldadaraq torpaq sahələrini satması), Cavabdeh3 isə notarius kimi vəzifə səlahiyyətlərini lazımi qaydada icra etməməsi (alqı-satqı müqaviləsinin bir nüsxəsinin notariat ofisində saxlamaması, qeydiyyat reyestrində müvafiq qeydiyyatın aparılmaması) müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 15.5. İddia ərizəsində, habelə məhkəmə iclasında verdikləri izahatlarında iddiaçılar onlara Cavabdeh4 tərəfindən torpağın satılması ilə bağlı deyil, icarəyə verilməsi ilə bağlı vəsait ödənildiyini göstərmişlər, Cavabdeh4 nümayəndəsi həmin torpaq sahələri ilə bağlı icarə müqaviləsinin olması barədə dəlilinin əsassız olduğunu göstərmişdir. Məhkəmə iddiaçıların onlara ödənilmiş vəsaitlərin icarə haqqı olması barədə dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçılar tərəfindən ümumiyyətlə məhkəməyə torpaqların icarəyə verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmiş, torpaqların icarəyə verilməsi ilə bağlı razılaşmanın şifahi olması bildirilmişdir. Halbuki, “Torpaq icarəsi haqqında” AR Qanununun 10-cu maddəsində müəyyən edilmişdir ki, xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.
16. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 386.1-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1108.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci, 82.3-cü maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 aprel 2021-ci il tarixli Qərarlarına istinad etmişdir.
17. Həmin qətnamədən iddiaçıların nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, preyudisia ilə bağlı prosessual normaların düzgün tətbiq edilmədiyini, beləliklə də əsassız nəticəyə gəlindiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
18. Cavabdeh4 nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahatlar
19. Məhkəmə iclaslarında iştirak edən iddiaçılar İddiaçı4 və İddiaçı2, həmçinin həm onların, həm də digər İddiaçı5 nümayəndələri (vəkilləri) Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh4 nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehlər (nümayəndələri) isə məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
22. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
24. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
25. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
26. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
27. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
28. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
30. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
34. Maddə 9. Notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır.
35. Maddə 11. Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
36. Bənd 13. Notarius notariat hərəkətlərini apararkən bu Təlimatın 19-cu hissəsinin ikinci abzasında göstərilmiş məlumatları "Elektron notariat" informasiya sistemindən istifadə etməklə yoxlamalıdır. Notariat hərəkətinin aparılması zamanı X6nın qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “X6” X2 sistemi vasitəsilə real vaxt rejimində əldə edir. “Elektron notariat” informasiya sistemi vasitəsilə notariat hərəkətlərinə dair sənədlər (müqavilə, etibarnamə, vərəsəlik şəhadətnaməsi və s.) tərtib edilərkən, barəsində notariat hərəkəti aparılmış şəxslərin şəxsiyyət vəsiqələrinə dair məlumatlar “Əhalinin Dövlət Reyestri” X2 sistemindən əldə edilir və notariat sənədində əks olunur. Şəxsiyyət vəsiqəsinə dair məlumatların bu sistem vasitəsilə əldə edilməsi mümkün olmadıqda, notarius barəsində notariat hərəkəti aparılan şəxslərin şəxsiyyətinin müəyyən olunması üçün əlavə tədbirlər görməlidir. Notarius informasiya sistemi vasitəsilə barəsində notariat hərəkəti aparılan şəxsin şəxsiyyətini müəyyən edən sənədlərin qüvvədə olmasını da yoxlamalıdır.
37. Bənd 19. Əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Notariat hərəkətlərinin aparılmasından əvvəl notarius "Elektron notariat" informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin layihələrinin hazırlanması, təsdiqi və ya ləğv edilməsi, eləcə də müqavilələrin bağlanılmasına əvvəlcədən verilmiş razılığın təsdiqi və ya razılıqdan imtina edilib-edilməməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır. Notariat hərəkətinin aparılması üçün nümayəndə müraciət etdikdə, etibarnamə verən şəxsin (mülkiyyətçinin) nikahda olması və ölməsi halı bu Təlimatın 13-cü hissəsinin altıncı abzasında göstərilmiş qaydada yoxlanılır.
38. Bənd 38. Notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.
39. Bənd 41. Əqd nümayəndə tərəfindən bağlandıqda, notariuslar onun səlahiyyətini yoxlayırlar. Nümayəndənin səlahiyyəti onun adına verilmiş etibarnamə ilə təsdiq edilir. Nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə barədə məlumat "Elektron notariat” informasiya sistemi vasitəsilə əldə edildiyi halda (etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxsə ötürüldüyü hal istisna olmaqla), həmin etibarnamənin nümayəndə tərəfindən təqdim edilməsi tələb olunmur.
“Notariusun etik davranış kodeksi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirinin 29 aprel 2006-cı il tarixli əmri
40. Bənd 2.1. Notarius öz səlahiyyətlərini həyata keçirərkən qanunların tələblərinə riayət etməli, insan hüquqlarına hörmətlə yanaşmalı, cəmiyyətdə qəbul edilmiş ümumi əxlaq normalarını və etik davranış qaydalarını gözləməli, öhdəsinə düşən vəzifəni vicdanla icra etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
44. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
45. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
51. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə kommersiya aidiyyatı qaydasında baxılmasına səbəb kassasiya instansiyası məhkəməsinin göstərişi olmuşdur – buna görə də məhkəmə aidiyyatının düzgün seçilib-seçilmədiyinə münasibət bildirilməyəcəkdir.
52. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar özlərinə məxsus olmuş torpaq sahələrinin satılması nəticəsində maddi ziyana məruz qaldıqlarını iddia etsələr də, sahələrin Cavabdeh2 ASC-yə satılması ilə bağlı müqavilənin etibarsızlığı barədə iddiaçılar tərəfindən qaldırılmış iddia təmin edilməmiş, həmçinin onların hüquqmühafizə orqanlarına ünvanladıqları şikayət üzrə cinayət işinin başlanması rədd olunmuşdur – müvafiq məhkəmə qətnaməsi, habelə cinayət təqibi orqanın qərarı isə preyudisial əhəmiyyət kəsb edir və cavabdehlərin vurulmuş maddi ziyana görə məsuliyyət daşımadıqları nəticəsinə gəlməyə əsas yaradır.
53. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisənin mahiyyətini düzgün qiymətləndirməmiş, preyudisia ilə bağlı prosessual normaları düzgün tətbiq etməmiş, sübutlara düzgün qiymət verməmişdir.
54. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun təmin edilməsində təməl konstitusion prinsip olan hüquqi müəyyənlik və onun tərkib hissəsi olan “res judicata” prinsiplərinin birgə tətbiqi onu tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın (“A.Əliyevin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2019-cu il tarixli Qərarı).
55. Konstitusiya Məhkəməsinin ifadə elədiyi hüquqi mövqeyə əsasən, məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı qərarın preyudisial qüvvə alması ilə nəticələnir (“R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 12 iyul 2018-ci il tarixli Qərarı). Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı sabitliyi təmin etməkdir. Eyni zamanda preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
56. Göründüyü kimi bir icraatda qəbul edilən qərarın digər icraatın gedişatına müəyyən təsiri olur; bununla belə bu təsir mütləq xarakter daşımır və müvafiq olaraq hər icraatın (müki, cinayət, inzibati və kommersiya) təbiətinə, eləcə də fəlsəfəsinə uyğun olaraq tətbiq edilir.
57. Mülki və ya kommersiya qaydasında işə baxan məhkəmə, cinayət işinə baxan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı ilə tam bağlı deyil (§ 45), məhkəmə üçün həmin aktlar yalnız iş üzrə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, mülki və ya kommersiya mübahisələri üzrə məhkəmə, tərəflərin mülki məsuliyyətini müəyyən edərkən həmin qərarlarla tam bağlı deyil, yalnız mülki prosessual qanunvericiliyin müəyyənləşdirdiyi prinsipləri nəzərə alaraq, özünün hüquqi dəyərləndirməsini apara bilər.
58. Məhz bu konteksdə dəyərləndirmə aparan məhkəmə kollegiyası hesab edir ki, barələrində cinayət işinin başlanmasının rədd edilməsinə baxmayaraq, Cavabdeh4 və Cavabdeh3 mülki məsuliyyət daşıyırlar. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh3 barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməmişdir, bu da o deməkdir ki, adı çəkilən şəxsin sənədləri saxtalaşdırması və vəzifə səlahiyyətlərindən sui-istifadəsi nəticəsində iddiaçılara zərər dəyməsi istisna oluna bilməz.
59. Hazırkı mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçılar onlara məxsus torpaq sahələri barədə bağlanmış əqd nəticəsində dəymiş zərəri tələb edirlər.
60. İddiaçıların bu hüququnun həyata keçirilməsi üçün cavabdehlərin mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətinin yaranıb-yaranmamasına qiymət vermək lazımdır. Belə ki, mülki qanunvericiliyin müvafiq müddəalarının (§ 32, 33) mənası baxımından, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
61. Hazırkı mübahisə üzrə zərərin mövcüd olması müvafiq cinayət işinin materialları ilə təsdiq olunur (§ 6, 7); cinayət işinin materiallarından görünür ki, Cavabdeh3 notarius kimi öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, torpağın alqısatqı müqaviləsini imzası və möhürü ilə təsdiq etməklə, həmin müqavilənin nüsxəsinin notariusda saxlanılmasını və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeydiyyatın aparılmasını təmin etməmiş, həmin müqaviləyə sair şəxsi niyyətlə Cavabdeh4 Qobustan Rayon Dövlət Notariat Kontorunun etibarnaməsinə əsasən iddiaçıların adından səlahiyyətli şəxs kimi iştirak etməsi barədə məlumat daxil etsə də, qeyd olunan etibarnamə Qobustan Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilməmiş, nəticədə iddiaçıların torpaq sahələri barəsində qanunsuz əqd bağlanmış və onlar həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını itirmişlər.
62. Zərərin Cavabdeh3 və Cavabdeh4 qanunsuz hərəkətləri nəticəsində baş verdiyi, habelə zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuranların təqsirliliyi də müəyyən olunur.
63. Belə ki, notarius fəaliyyəti peşəkar iş olmaqla, hüquqi sənədlərin təsdiq edilməsi və rəsmiləşdirilməsi kimi hərəkətləri əhatə edir, notarius bu fəaliyyəti həyata keçirərkən qanunlara riayət və öz öhdəliklərini vicdanlı şəkildə icra etməlidir (§ 34, 35, 36). Məhz bu istiqamətdə fəaliyyətini təşkil etməli olan notariuslar, fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini, xüsusilə, təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli, eləcə də bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.
64. İşin hallarından görünür ki, Cavabdeh3 notarius kimi əqdlərin bağlanması zamanı üzərinə düşən peşəkar öhdəlikləri yerinə yetirməmişdir.
65. Cavabdeh4 də sözügedən torpaq sahələrinin alqı-satqısı barədə əqdi bağlamaqla iddiaçılara zərər vurmuşdur.
66. Belə ki, əqd təmsilçi vasitəsilə də bağlana bilər, bununla belə, əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, təmsil edilənin əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır (§ 25). Bu hüququn yeganə istisnasını təmsil edilən şəxsin sonradan əqdi bəyənməsi təşkil edir.
67. Torpaq sahələrinin alqı-satqısına səbəb olan müqavilə və həmin müqavilənin bağlanması üçün Cavabdeh4 səlahiyyətini təsdiq edən etibarnamə məhkəməyə təqdim olunmamışdır – bu hal isə iddiaçıların ziyanına şərh edilə bilməz.
68. Əks yanaşma Cavabdeh4 hərəkətləri nəticəsində iddiaçılara ziyan dəyməsinə haqq qazandırmaq mənasına gələrdi; hansı ki, mülki hüququn təməl institutu olan vicdanlılıq prinsipinə uyğun olaraq, fiziki və hüquqi şəxslərin yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu isə mülki hüququn əsasını təşkil edən ex turpi causa non oritur actio (“qanunsuz hərəkətdən hüquq yarana bilməz”) prinsipindən irəli gəlir.
69. Nəzərə alınmalıdır ki, Cavabdeh4 həmin müqaviləni rəsmiləşdirmiş şəxs olması etibarilə, sözügedən müqaviləni və ona dair bütün sənədləri əldə etmək imkanına sahbdir və işin obyektiv həlli üçün o, üzərinə düşən həmin vəzifəni icra etməli idi.
70. Şərh olunanlarına əsasən aydın olur ki, Cavabdeh3 notarius kimi müqaviləni və etibarnaməni müvafiq orqanlara təhvil verməməklə Cavabdeh4lə birgə, sözügedən torpaq sahələrinin alqı-satqısından yararlanmış, Cavabdeh4 etibarnamə əsasında təmsilçilik hüququndan sui-istifadə edərək vicdanlılıq prinsipini pozmuşdur.
71. Beləliklə kollegiya hesab edir ki, iddiaçılar həmin əqdi bəyənmədiklərindən dəymiş zərəri tələb etməkdə haqlıdırlar.
72. Bununla belə nəzərə alınmalıdır ki, Cavabdeh4 tərəfindən iddiaçılara müəyyən ödənişlər həyata keçirilmiş və iddiaçılar özləri bu ödənişlərin olmasını etiraf etmişlər. Odur ki, Cavabdeh3 və Cavabdeh4 vurulmuş zərərin əvəzi qismində İddiaçı4 xeyrinə 23 100 (28 500 – 5400) manat, dövlət rüsumunun əvəzi qismində 150 manat, İddiaçı2 xeyrinə vurulmuş zərərin əvəzi qismində 7680 (9180 - 1500) manat, dövlət rüsumunun əvəzi qismində 150 manat, X5 xeyrinə vurulmuş zərərin əvəzi qismində 25 900 (32 100 - 6200) manat, dövlət rüsumunun əvəzi qismində 150 manat müştərək qaydada tutulmalıdır (torpaq sahələrinin Cavabdeh2 ASC-nə satış qiymətləri əsas götürülməklə).
73. Kollegiya, Cavabdeh2 ASC-yə aid hissədə iddia tələbini əsaslı hesab etmir. Belə ki, iddiaçılar, torpaq sahələri barədə alqı-satqı müqaviləsi bağlanarkən, Cavabdeh2 ASC-nin Cavabdeh4 səlahiyyəti barədə məlumatlı olub-olmaması barədə hər hansı dəlil təqdim etməmişlər - belə olduğu təqdirdə isə iddia tələbi Cavabdeh2 ASC-nə aid hissədə təmin oluna bilməz.
74. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği də Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb iddiaçılara ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6886/2024 saylı iş üzrə qəbul etdiyi 12 dekabr 2024-cü il tarixli qətnamə ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı4, İddiaçı2 və İddiaçı5 Cavabdeh4, Cavabdeh2 ASC-yə və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbləri qismən təmin edilsin. Cavabdeh3 və Cavabdeh4 vurulmuş zərərin əvəzi qismində İddiaçı4 xeyrinə 23 100 (iyirmi üç min yüz) manat, dövlət rüsumunun əvəzi qismində 150 (yüz əlli) manat, İddiaçı2 xeyrinə vurulmuş zərərin əvəzi qismində 7680 (yeddi min altı yüz səksən) manat, dövlət rüsumunun əvəzi qismində 150 (yüz əlli) manat, X5 xeyrinə vurulmuş zərərin əvəzi qismində 25 900 (iyirmi beş min doqquz yüz) manat, dövlət rüsumunun əvəzi qismində 150 (yüz əlli) manat müştərək qaydada tutulsun. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 225,60 manat Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb İddiaçı4, İddiaçı2 və İddiaçı5 verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Ziya Şirinov
Leyla Əliyeva