Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-3/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı ləğv prosesində olan «X10» ASC-nin Cavabdeh ASC-yə qarşı “kredit borcunun tutulması”na dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-137/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «X10» ASC Cavabdeh ASC-yə qarşıiddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 4.431.509,44 manat məbləğində əsas borcun, 730.874,58 manat məbləğində faiz borcunun, ümumilikdə, 5.162.384,02 manat məbləğində kredit borcunun, 31 manat məbləğində dövlət rüsumunun və bank rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-137/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin 1.2-ci bəndinə əsasən bank 14 000 000 manat kredit xətti açılmasını öhdəsinə götürmüş, həmin məbləğdən 7 000 000 milyon manat kredit verilmişdir ki, həmin məbləğin də 2.568.491 manatı 1 il ərzində qaytarılmış və 628.444,58 manat faiz ödənilmişdir. Sonradan 2014-cü ilin sentyabr ayında əlavə olaraq 3 000 000 manat kredit verilməsi xahiş olunsa da, bank tərəfindən öhdəliklər yerinə yetirilməmiş, nəticədə nəzərdə tutulan avadanlıqların alınması mümkün olmamış, müəssisə fəaliyyətini dayandırılmalı olmuşdur. Həmin müqavilənin 4-cü bəndinə əsasən, borcalan tərəfindən bank qarşısında bu kredit müqaviləsindən irəli gələn hər hansı öhdəlik yerinə yetirilmədikdə tələbin Banka X4 Banka məxsus 3 000 000 manat məbləğində adi, X5 məxsus ******* ədəd adi səhmlərə yönəldilərək, borcun ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, xx xxxxxx 2012-ci il tarixdə bankla cavabdeh, Ə.Paşayev və T.Qurbanov arasında kredit müqaviləsinin təminatı olaraq səhmlərin girovuna dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən, kredit və ona hesablanmış faizlərin borcalan tərəfindən müəyyən olunmuş müddətdə ödənilməsinin təmin edilməyəcəyi təqdirdə ödəniş tələbinin qeyd-şərtsiz olaraq, girov qoyulmuş səhmlərə yönəldilməsi nəzərdə tutulmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSCnin xx.xx.2014-cü il tarixli, 66138 saylı “Depo hesabından çıxarış”a əsasən T.Qurbanov nominal dəyəri 1 manat olan ******* ədəd, xx.xx.2015-ci il tarixli 341555 saylı çıxarışa əsasən isə Ə.Paşayev ******* ədəd iddiaçı bankın sənədsiz, adi, adlı səhmin mülkiyyətçiləridir. Bankın lisenziyasının ləğv edilməsindən 14 ay əvvəl, xx.xx.2014-cü il tarixdə bank cavabdehə ərizə təqdim edərək kredit müqaviləsinin 4.4-cü bəndinə və girov müqaviləsinə əsasən, bankda Ə.Paşayevin və V.Qurbanovun adına olan səhmlərdən və onlara hesablanmış dividendlərdən 4.431.509,44 manat əsas məbləğ və 709.041,51 manat faiz borcunun silinməsi xahiş edilmiş, lakin bank tərəfindən təmin edilməmişdir. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliyini, yəni 14.000.000 AZN kredit xətti açılması öhdəliyini icra etməmiş, bu isə cavabdehə ziyan vurulması ilə nəticələnmiş; girov müqaviləsi üzrə də öhdəliklərini yerinə yetirməmiş və ona təklif olunan icradan - tələbin girov qoyulmuş səhmlərə yönəldilməsindən imtina etmiş; 2014-cü ilin noyabr ayından sonrakı tarixlərə də faiz hesablaması isə bankın təqsiri üzündən baş verdiyindən yolverilməzdir. Cavabdeh müəssisənin nizamnamə kapitalının 100 faizi Ə.Paşayevə məxsusdur. T.Qurbanov isə onun qanuni təmsilçisidir. Qeyd olunan səhmlər onlara məxsusdur. Belə olan halda, onlar bankın tələbkarları sırasında olduğundan tələbləri ödənilməyənədək iş üzrə icraat dayandırılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-112/18 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-137/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2 (102)-339/18 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-112/18 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşə yenidən baxılan zaman cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-137/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi qismən-faiz borcunun tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 327.114,83 manat faiz borcu tutulmalı, faiz borcu qalan hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, «X10» ASC ilə Cavabdeh ASC arasında xx xxxxxx 2012-ci il tarixdə kredit xətti müqaviləsi bağlanmış, cavabdehə 24 ay müddətinə illik 8 faiz ödənilməsi şərti ilə kredit xətti açılmış, Cavabdeh ASC kredit vəsaitindən istifadə etsə də öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə işdəki sübutları əsas götürərək, Mülki Məcəllənin 442, 443.1, 448.1-ci maddələrinə istinad edərək iddianın əsaslı olduğuna dair nəticəyə gəlmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsinin vəsatətinə əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 4133 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh ASC-yə cavabdehə müqavilənin bitdiyi tarixə 4.431.508,49 manat əsas borcu, 327.114,83 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2016-cı il tarixə kimi illik 5 %-lə hesablanmaqla 403,759.75 manat məbləğində faiz borcu hesablanmışdır. Məhkəmə kollegiyası ekspert rəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehdən əsas borcun və 327.114,83 manat faiz borcunun tutulması barədə gəldiyi nəticə düzgün olsa da, 403,759.75 manat məbləğində illik 5%-lə faiz borcunun tutulması hissəsində iş üzrə gəldiyi nəticə düzgün deyil. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına istinadən qeyd etmişdir ki, kredit təşkilatı (hazırkı iş üzrə iddiaçı bank) kredit müqaviləsinin müddəti bitdikdən sonra müqavilədə nəzərdə tutulmuş qaydada faiz borcunun ödənilməsini tələb edə bilməz. Bu zaman bank yalnız bank faizinin uçot dərəcəsi ilə ödənilməsini və öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşin hallarından da göründüyü kimi, məhkəmə iddia tələbindən kənara çıxaraq Bankın zərə və əldən çıxmış fayda ilə bağlı tələbi olmadığı halda, cavabdehdən bankın xeyrinə 403,759.75 manat məbləğində illik 5% faiz tutulması qənaətinə gəlmişdir. MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddia ərizəsinin məzmununda faiz tələbinin bir hissəsinin 5 faizlə hesablandığı qeyd edilsə də, tələbin hüquqi əsaslandırılması hissəsində iddiaçı MM-nin 445-ci və ya 449-cu maddələrinə istinad etməmiş, cavabdehdən kredit öhdəliyinin icra müddəti bitdikdən sonra əldən çıxmış fayda və zərərin tutulmasını xahiş etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qətnamə cavabdehdən faiz borcunun tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 327,114.83 manat faiz borcu tutulmalı, faiz borcu qalan hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit öhdəliyi üzrə borcun öhdəliyin təminatı olaraq girov qoyulmuş T.Qurbanov və Ə.Paşayevə məxsus səhmlər hesabına ödənilməsi üçün hər hansı tədbir görülməməsi, nəticədə cavabdehin faiz borcunun artmasına dair apellyasiya şikayətinin dəlilləri iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İstinad edilən normaya əsasən girovla təmin edilmiş öhdəlik icra edilmədikdə girova tutma yönəltmək kreditorun hüququdur. Kreditorun bu hüquqdan istifadə etməməsi borclunu öhdəliyi müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada icra etmək vəzifəsindən azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-137/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi qismən-faiz borcunun tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 327,114.83 manat faiz borcu tutulmalı, faiz borcu qalan hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC -nin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-137/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi qismən-faiz borcunun tutulması hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilərək cavabdeh Cavabdeh ASC-dən ləğv prosesində olan «X10» ASC-nin xeyrinə 327,114.83 manat faiz borcu tutulsun. Faiz borcunun tutulması barədə iddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-3/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-3/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver