Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-30/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Yüzbaşeva Rəmziyyə Eltac qızının və cavabdehlərin vəkili X4 (Bakı şəhəri 3 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN – **********; hüquqi ünvanı – ünvan 1 qanuni təmsilçisi – X5; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.2017) cavabdehlər Cavabdeh1 MMC-yə (VÖEN - **********; hüquqi ünvanı – ünvan 2 qanuni təmsilçisi – Cavabdeh2; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.2016) və Cavabdeh2 (VÖEN- **********; Ünvanı – AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, mən. 14; VÖEN alma tarixi – xx.xx.2012-ci il) qarşı borcun tutulması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(82)-789/2019 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), аçıq məhkəmə iclаsındа bахаrаq m ü ə y y ə n е t d i: İddiaçı MMC xx.xx.2019-cu il tarixdə cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi 29 ünvanında yerləşən qeyri-yaşayış binasının 4-cü mərtəbəsində 180 kv.m. ofis sahəsinin (ofis 2) icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 049 №-li müqavilə üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında xx xxxxxx 2019cu il tarixli üçtərəfli Razılaşma üzrə xx xxxxxx 2019-cu il tarixinə mövcud olan əsas borc üzrə ƏDV daxil 24,611.56 AZN (iyirmi dörd min altı yüz on bir manat, 56 qəpik) məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.40 AZN ( otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 24,641.96 AZN (iyirmi dörd min altı yüz qırx bir manat, 96 qəpik) məbləğinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə birgə qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”, VÖEN: **********) ilə Cavabdeh1 MMC (bundan sonra “Cavabdeh 1”, VÖEN: **********) arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, 29 (əvvəlki 42-ci məhəllə) ünvanında yerləşən qeyri-yaşayış binasının 4-cü mərtəbəsində 180 kv.m. ofis sahəsinin (Ofis 2) (bundan sonra “X11”) icarəyə verilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli, 049№-li müqavilə (bundan sonra bütün əlavələri ilə birlikdə “İcarə Müqaviləsi”) bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq X11 üçün aylıq icarə haqqı ƏDVxaric 2850.00AZN (iki min səkkiz yüz əlli Azərbaycan manatı, 00 qəpik), aylıq xidmət haqqı ƏDV xaric 1050.00AZN (bir min əlli Azərbaycan manatı, 00 qəpik) olmaqla, həmin müqavilə üzrə ödəniləcək aylıq ümumi məbləğ ƏDV xaric 3900.00AZN (üç min doqquz yüz Azərbaycan manatı, 00 qəpik) müəyyən edilmişdir. İcarə Müqaviləsinin 3.4-cü bəndinə əsasən İcarə Haqqı və Müqavilə üzrə digər ödənişlər hər cari ayın əvvəlində həyata keçirilərək, müvafiq hesab-faktura təqdim olunan tarixdən 5 (beş) bank günündən gec olmayaraq İcarəyə Verənin müvafiq hesab-fakturada göstərilən bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə Müqaviləsinin 5.2.1-ci yarım bəndinə uyğun olaraq İcarə haqqı, Xidmət haqqı, Müqavilə üzrə digər ödənişləri, habelə X11(lar)da digər xidmət təchizatçıları tərəfindən təchiz edilən elektrik enerjisinə, telefon (o cümlədən beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları, aylıq abunə haqları) və internet xidmətlərinə görə ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək İcarəçinin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə Cavabdeh 1-ə dəfələrlə xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq Cavabdeh 1 tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Beləliklə, X8 icarəsi ilə əlaqədar ödənişlərin Cavabdeh 1 tərəfindən həyata keçirilməməsi və Cavabdeh 1-in üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində ümumilikdə ƏDVdaxil 24,611.56 AZN (iyirmi dörd min altı yüz on bir Azərbaycan manatı, 56 qəpik) əsas borc məbləği yığılmışdır. İcarə Müqaviləsinin 8.10-cu bəndinə əsasən qarşılıqlı razılıq əsasında Tərəflər istənilən vaxt bu Müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə İcarə Müqaviləsinə xx xxxx 2018-ci il tarixində (bundan sonra “Xitam tarixi”) xitam verilmişdir. Xitam razılaşmasının 3-cü bəndində Xitam tarixinə yığılmış borcun məbləği və ödəniş qaydası təsbit edilmişdir. Belə ki, Cavabdeh x xxxxx 2018-ci ilin sentyabr ayından başlayaraq hər ay üzrə ƏDV daxil 5,000.00 AZN-dən az olmamaqla, 6 (altı) ardıcıl gələn ay ərzində tam ödəmək öhdəliyini öz üzərinə götürmüş, lakin bu öhdəliyinin icrasından kobud şəkildə yayınmışdır. Borc məbləğinin məhkəməyə qədər könüllü olaraq ödənilməsini təmin etmək məqsədilə İddiaçı, Cavabdeh 1 və zamin qismində çıxış edən Cavabdeh 1-in həmtəsisçisi Cavabdeh2 (bundan sonra “Cavabdeh 2”) arasında İcarə Müqaviləsi üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli üçtərəfli Razılaşma (bundan sonra “Razılaşma”) imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən X8 icarəsi ilə əlaqədar Razılaşmanın imzalandığı tarixə ödənilməmiş borc məbləğinin ƏDV daxil 24,611.56 AZN (iyirmi dörd min altı yüz on bir Azərbaycan manatı, 56 qəpik) təşkil etdiyi və müvafiq borc məbləğinin ödənişinin Cavabdeh 1 tərəfindən xx xxxx 2019-cu il tarixindən başlayaraq ardıcıl gələn hər ayın ilk on günü ərzində, hər hansı fasiləyə yol vermədən ƏDV daxil 3000.00 AZN (üç min Azərbaycan manatı, 00 qəpik) və 2019- cu ilin noyabr ayında qalan hissə ödənilməklə, 2019-cu ilin noyabr ayının sonunadək tam təmin edilməsi öhdəliyi təsbit edilmişdir. Razılaşmanın 3-cü bəndinə əsasən Cavabdeh 1 borc məbləğinin müəyyən olunmuş qrafik üzrə tam həcmdə ödənilməsini təmin etməlidir. Lakin borcun ödənilməsi üzrə Razılaşma şərtlərinə əməl olunmamış və iddiaçıya ümumiyyətlə heç bir ödəniş edilməmişdir. Razılaşmanın 4-cü bəndinə əsasən İddiaçı Razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş borc məbləği üzrə ödənişlərin həyata keçirilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1 %-i (sıfır tam onda bir faiz) məbləğində dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Razılaşmanın 5-ci və 6-cı bəndlərinə əsasən Cavabdeh 2 Razılaşmanı imzalamaqla, Cavabdeh 1-in Razılaşma üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür və Cavabdeh 1 - Razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Cavabdeh 2 iddiaçı qarşısında Cavabdeh 1-in öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. Razılaşmanın 9-cu bəndinə əsasən borc məbləği, dəbbə faizlər habelə onların tutulması üzrə məhkəmə xərclərinin və Cavabdeh 1-in öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində İddiaçıya dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Cavabdeh 2 İddiaçı qarşısında Cavabdeh 1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh 1 İddiaçı qarşısında Razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Razılaşmanın 7-ci bəndinə uyğun olaraq Cavabdeh 2 Cavabdeh 1-in İddiaçı qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi haqqında İddiaçının bildirişini aldığı gündən 5 (beş) iş günü ərzində Cavabdeh 1-in İddiaçı qarşısındakı öhdəliklərini yerinə yetirməyə borcludur. xx xxx 2019-cu tarixində həm Cavabdeh 1-ə, həm də Cavabdeh 2-yə Razılaşma üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməsi və mövcud borcun ödənişinin təmin edilməsi haqqında ayrıca pretenziya məktubları göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, vurulmuş bütün zərərin əvəzinin ödənilməsinin Cavabdeh 1 və Cavabdeh 2-dən birgə qaydada tələb ediləcəyi bildirilmişdir. Lakin Cavabdeh 1 və Cavabdeh 2 sözügedən pretenziya məktublarına da məhəl qoymamış və Xitam tarixindən 11 (on bir) aydan artıq bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(82)- 789/2019 saylı qərardadı ilə iddianın təmin etmə tədbiri qismində İddiaçı MMC tərəfindən verilmiş ərizə rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(82)- 789/2019 saylı qətnaməsi ilə (hakim E.Mustafayev) iddia təmin olunmuş, Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi 29 ünvanında yerləşən qeyri-yaşayış binasının 4-cü mərtəbəsində 180 kv.m. ofis sahəsinin (ofis 2) icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 049 №-li müqavilə üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında xx xxxxxx 2019cu il tarixli üçtərəfli Razılaşma üzrə xx xxxxxx 2019-cu il tarixinə mövcud olan əsas borc üzrə ƏDV daxil 24,611.56 AZN (iyirmi dörd min altı yüz on bir manat, 56 qəpik) məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.40 AZN ( otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 24,641.96 AZN (iyirmi dörd min altı yüz qırx bir manat, 96 qəpik) məbləğindəki pulun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı MMC-hesabına ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli məktubla qətnamə iş üzrə tərəflərə göndərilmiş, Cavabdeh2 qətnaməni xx.xx.2019-cu il tarixdə almış (ştrix kod – SS622272925AZ) , digər cavabdehə göndərilmiş qətnamə isə “köçüb” qeydi ilə geri qayıtmışdır (ştrix kod – SS622272934AZ) xx.xx.2019-cu il tarixdə cavabdehlər apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli, e-2-2(82)-789/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İş materiallarına əsasən qətnamə üzrə xx.xx.2019-cu il tarixdə elektron qaydada icra vərəqəsi verilmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki mübahisəyə baxıb qərar qəbul edərkən mülkiyyətçinin icarə obyekti üzərində hər hansı istifadə, sahiblik və sərəncam hüquqlarının olub-olmamasını araşdırmamış, bu barədə rəsmi sənədlər iddiaçı tərəfindən təqdim edilməməsinə baxmayaraq ona hüquqi qiymət verməmiş və nəticədə əsassız olaraq qərəzli qətnamə qəbul etmişdir. Cavabdeh1 MMC qanunla nəzərdə tutulan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə yaranmışdır. Qanunvericiliyə əsasən bir sıra fəaliyyət növləri ilə məşğul olmaq üçün xüsusi lisenziya tələb olunur. Həmin lisenziyanın əldə edilməsi üçün isə müvafiq qurumlara müraciət olunan zaman icarə müqaviləsinin notarial qaydada notariusun hüzurunda bağlanmasının tələb edirlər. Dövlət reyestrində qeydiyyatdan keçməmiş daşınmaz əmlakla bağlı isə notarial orqan müqavilələri təsdiq etmir. İddiaçının öz əmlakını qeydiyyatdan keçirməməsi nəinki müqavilənin etibarsız sayılmasına, həmçinin cəmiyyətin fəaliyyətinə xüsusi maneçilik törətmişdir. İcarəyə verən öz öhdəliklərini icra etməmiş, üzərində heç bir hüququ olmayan əmlak barəsində qanunsuz olaraq əqdlər bağlamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehlərin vəkili X9 izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Sonuncu məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi Yüzbaşeva Rəmziyyə Eltac qızı və xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin Cavabdeh2 fiziki şəxs olması ilə bağlı dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 VÖEN-i (VÖEN- **********) mövcuddur və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarında olan: - Mülkiyyətçi “xxxxxx” Kiçik Müəssisəsi və İdarəedən İddiaçı MMC arasında xx.xx.2017-ci il tarixdə CH-27/12/17-849 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Mülkiyyətçi siyahısı bu Müqaviləyə Əlavə 1-də göstərilən Obyekt(lər)i İdarə edənin icarəsinə və idarəetməsinə verir və İdarə edəni Obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, İdarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. -İcarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh1 MMC arasında 049 saylı, xx.xx.2018-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Mülkiyyətçi siyahısı bu Müqaviləyə Əlavə 1-də göstərilən Obyekt(lər)i İdarə edənin icarəsinə və idarəetməsinə verir və İdarə edəni Obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, İdarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. -xx xxxx 2018-ci il tarixdə tərəflər arasında bağlanmış razılaşmaya görə icarə Müqaviləsinə xx xxxx 2018-ci il tarixdən (bundan sonra - Xitam tarixi) Tərəflərin qarşılıqlı razılığına əsasən xitam verilir. X3 şərtlərinə uyğun olaraq X8 İcarəyə verənə təhvil verildiyi Xitam tarixinədək təmin etməli olduğu bütün öhdəlikləri, o cümlədən İcarə Haqqı, İcarə Müqaviləsində nəzərdə tutulmuş xidmət haqlarının və digər ödənişlərin ödənilməsini təmin edəcək. -Hesab fakturalardan görünür ki, Cavabdeh1 MMC xx.xx.2018-ci il tarixə texniki xidmət və icarə haqqı üzrə ədv daxil 4602 manat, xx.xx.2018-ci il tarixə 4602 manat, xx.xx.2018-ci il tarixə elektrik enerjisi dövrü üzrə ədv daxil 224,62 manat, xx.xx.2018-ci il tarixə texniki xidmət və icarə haqqı üzrə ədv daxil 4602 manat, xx.xx.2018-ci il tarixə texniki xidmət və icarə haqqı üzrə ədv daxil 4602 manat, xx.xx.2018-ci il tarixə elektrik enerjisi dövrü üzrə ədv daxil 82,66 manat, xx.xx.2018-ci il tarixə elektrik enerjisi dövrü üzrə ədv daxil 71,05 manat, xx.xx.2018-ci il tarixə texniki xidmət və icarə haqqı üzrə ədv daxil 4602 manat, xx.xx.2018-ci il tarixə texniki xidmət və icarə haqqı üzrə ədv daxil 4602 manat, xx.xx.2018-ci il tarixə elektrik enerjisi dövrü üzrə ədv daxil 57,70 manat, xx.xx.2018-ci il tarixə texniki xidmət və icarə haqqı üzrə ədv daxil 4602 manat, xx.xx.2018ci il tarixə elektrik enerjisi dövrü üzrə ədv daxil 59,87 manat, xx.xx.2018-ci il tarixə elektrik enerjisi dövrü üzrə ədv daxil 65,42 manat borcu yaranmışdır. -İddiaçı MMC xx.xx.2019-cu il tarixli, FMG01/19/155 saylı və FMG01/19/157 saylı məktublarla pretenziya qaydasında cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 müraciət edərək, yaranmış 9000 manat borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nətici ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında yazılı formada icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı, üzərinə düşən öhdəliyi icra edərək, mülkiyyətində olan sahəni cavabdehə icarəyə versə də, cavabdeh (icarəçi) icarə haqqını ödəməmiş və bununla da müqavilə öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası cavabdehlərin mülkiyyətçinin icarə obyekti üzərində hər hansı istifadə, sahiblik və sərəncam hüquqlarının olub-olmamasını araşdırılmadan, bu barədə rəsmi sənədlər iddiaçı tərəfindən təqdim edilməməsinə baxmayaraq ona hüquqi qiymət vermədən və əsassız olaraq qərəzli qətnamə qəbul edilməsi və icarəyə verənin öz öhdəliklərini icra etməyərək, üzərində heç bir hüququ olmayan əmlak barəsində qanunsuz olaraq əqdlər bağlamasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Mülkiyyətçi “xxxxxx” Kiçik Müəssisəsi və İdarə edən İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixdə CH-27/12/17-849 saylı müqavilənin 2.1ci bəndinə əsasən “İdarə edən bu Müqavilənin qüvvədə olduğu müddətdə Obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini Mülkiyyətçinin xüsusi verilmiş razılığı olmadan üçüncü şəxslərə icarə, kirayə (ikinci əldən icarəyə, kirayəyə), idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud Obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir.” Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının qeyd olunan daşınmaz əmlakı üçüncü şəxslərə icarə kirayə (ikinci əldən icarəyə, kirayəyə), idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla istifadəyə vermək hüququ olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(82)-789/2019 nömrəli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kоllеgiyаsı şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 404-1-ci mаddələrini rəhbər tutub q ə t е t d i: Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(82)- 789/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-30/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-30/2020
28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver