Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-30/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2- 2(113)-25/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. “X1 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli kredit xətti müqaviləsindən görünür ki, “X1 (CDB)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 12 ay müddətinə illik 9 faiz dərəcəsi ilə 1.741.360 ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması üçün kredit xətti açılmışdır.
2. 41 ədəd sifarişdən və nağd pulun mədaxili üçün elandan görünür ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ümumilikdə 461.641,32 ABŞ dolları məbləğində pul verilmişdir.
3. xx.xx.2023-cü il tarixli **********282 saylı maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli kredit xətti müqaviləsinə əsasən 358417.14 ABŞ dolları əsas borc, 807,76 ABŞ dolları faiz borcu, 164752,06 ABŞ dolları cərimə, kredit xətti müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 92192,56 ABŞ dolları faiz borcu olmaqla, cəmi 616169,52 ABŞ dolları təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 358.417,14 ABŞ dolları əsas borcun, 807,76 ABŞ dolları faiz borcunun, 164752,06 ABŞ dolları cərimənin, 92192,56 ABŞ dolları əsas borca illik 5 faizlə hesablanmış borcun, cəmi 616169,52 ABŞ dolları kredit borcunun, eləcə də iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, “X1 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli kredit xətti müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 9 faiz dərəcəsi ilə 1.741.360 ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması üçün kredit xətti açılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2017-ci il tarixli, 04 nömrəli protokoluna əsasən, “X1 (CDB)” ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC-nin yenidən təşkil edilməsi, “X1 (CDB)” ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC “X1 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. Kredit xətti müqaviləsinin 3.4.2-ci bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə cavabdehin kredit xətti müqaviləsi üzrə cəmi borcu 616.169,52 ABŞ dolları təşkil edir. Bundan 358.417.14 ABŞ dolları əsas, 807,76 ABŞ dolları faiz, kredit xətti müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 92.192,56 ABŞ dolları faiz borcu təşkil edir. Kredit xətti müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********681 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 9/854 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları; 09 mart 2017-ci il tarixli, CBHK-0028-01 saylı kredit xətti müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin İddiaçı ASC-nə olan borcu 09 mart 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 1.077.545,07 USD, əsas borc üzrə 1.077.006,56 USD, faiz borcu üzrə 538,51 USD, 26 fevral 2021-ci il tarixə (iddia tarixinə) 417.774,35 USD, əsas borc üzrə 406.922,03 USD, faiz borcu üzrə 0,00 USD, faiz borcu (illik 5%-lə) 10.852,32 USD müəyyən edilmiş, həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 48.504,89 AZN məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. 48.504,89 AZN məbləğində ödəniş nəzərə alınmaqla 369.269,46 AZN (417.774,35 - 48.504,89) məbləğində, o cümlədən əsas borc üzrə 358.417,14 USD, faiz borcu üzrə 0,00 USD, faiz borcu (illik 5%- lə) 10.852,32 USD borc qalmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-25/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 358417,14 ABŞ dolları əsas borc, 17000 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 49680,84 ABŞ dolları faiz borcu, cəmi 425097,98 ABŞ dolları kredit borcun ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X1 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında 09 mart 2017-ci il tarixli CBHK0028-01 nömrəli Kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən “X1 (CDB)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 12 ay müddətinə illik 9 faiz dərəcəsi ilə ******* ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması üçün kredit xətti açılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 nömrəli Protokoluna əsasən, “X1 (CDB)” ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC-nin yenidən təşkil edilməsi, “X1 (CDB)” ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır. İddiaçı ASC “X1 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsindən yayınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixə 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli kredit xətti müqaviləsinə əsasən 358417.14 ABŞ dolları əsas borc, 807,76 ABŞ dolları faiz borcu, 164752,06 ABŞ dolları cərimə, kredit xətti müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 92192,56 ABŞ dolları faiz borcu olmaqla, cəmi 616169,52 ABŞ dolları təşkil edir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, kredit xətti müqaviləsi üzrə qalıq borc məbləği ilə bağlı tərəflər arasında fikir ayrılığı olduğundan məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 9/854 nömrəli ekspert rəyinə əsasən "xxxx" MMC-nin İddiaçı ASC-nə olan borcu 09 mart 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 1.077.545,07 USD, əsas borc üzrə 1.077.006,56 USD, faiz borcu üzrə 538,51 USD, 26 fevral 2021-ci il tarixə (iddia tarixinə) 417.774,35 USD, əsas borc üzrə 406.922,03 USD, faiz borcu üzrə 0,00 USD, faiz borcu (illik 5%-lə) 10.852,32 USD müəyyən edilmiş, həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 48.504,89 AZN məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. 48.504,89 AZN məbləğində ödəniş nəzərə alınmaqla 369.269,46 AZN (417.774,35 - 48.504,89) məbləğində, o cümlədən əsas borc üzrə 358.417,14 USD, faiz borcu üzrə 0,00 USD, faiz borcu (illik 5%- lə) 10.852,32 USD borc qalmışdır.
10. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli 9/854 nömrəli ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
11. Məhkəmə onu da qeyd etmişdir ki, tədqiqat zamanı cavabdehin iddiaçıya olan 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli kredit xətti müqaviləsi üzrə 358417.14 ABŞ dolları məbləğində əsas kredit borcu iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır.
12. Məhkəmə faiz borcu ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmunundan görünür ki, iddiaçı kredit xətti müqaviləsinə əsasən faiz borcu üzrə 807,76 ABŞ dolları məbləğində borc hesablamışdır. Ekspert rəyində isə 09 mart 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 538,51 ABŞ dolları müəyyən edilmiş, cavabdeh tərəfindən xx.xx.2018-ci il il tarixdə 12784,48 ABŞ dolları ödəniş edilmiş, həmin ödəniş məbləğinin 1346,26 ABŞ dolları məbləği faiz borcuna silinmiş, cavabdehin xx.xx.2018-ci il tarixə müqavilə üzrə faiz borcu qalmamışdır.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli Kredit xətti müqaviləsi üzrə öhdəliklərini faiz borcuna münasibətdə tam icra etdiyindən hazırda həmin borcun qaytarılması öhdəliyinı daşımır və iddia qeyd edilən müqavilə üzrə faiz borcuna münasibətdə təmin edilə bilməz.
14. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında müqavilədən irəli gəlsə də, müqavilə üzrə tələb olunan dəbbə pulu əsas borc məbləği əsas götürülməklə hesablanmalıdır. Odur ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və 17000 ABŞ dolları dəbbə pulu cavabdehdən tutulmalıdır.
15. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən tələb olunan faiz borcu ilə bağlı qeyd etmişdir ki, cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, bu baxımdan həmin hissədə iddia tələbi əsaslıdır.
16. Məhkəmə son olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 9/854 nömrəli ekspert rəyi ilə 26 fevral 2021-ci il tarixə (iddia tarixinə) 10852,32 ABŞ dolları məbləğində faiz borcu hesablanmış, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verilmiş və həmin ərizəyə əsasən sözügedən əsasla xx.xx.2023-cü tarixinədək olan dövr üzrə faiz borcu tələb edilmişdir. 26 fevral 2021ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan vaxt 26 ayı əhatə edir. Bu halda kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üzrə faiz borcu 49680,84 ABŞ dolları (358417.14 x 5% / 12 x 26 ay = 38828,52 + 10852,32 = 49680,84) təşkil etdiyindən məhkəmə hesab edir ki, 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli kredit xətti müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixdən hesablanmış faiz borcuna görə 49680,84 ABŞ dolları iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-25/2023 nömrəli qətnaməsinin Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən faiz borcunun və cərimə borcunun tutulması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-25/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5 (beş) faizlə hesablanmış borcun və cərimə məbləğinin azaldılması ilə bağlı gəldiyi mövqe düz deyil. Maliyyə arayışından göründüyü kimi kreditin bitmə tarixi xx.xx.2018-ci ili əhatə edir. Sonuncu maliyyə arıyışının tərtib edildiyi tarix isə xx.xx.2023-cü ili əhatə edir. İş materiallarında olan çıxarış, ssuda hesabından çıxarış, gecikdirilmiş əsas borcu və gecikdirilmiş faiz borcunu əks etdirən hesabdan çıxarış məlumatlarından göründüyü kimi əsas borc üzrə gecikmə günlərinin sayı 1852 gün təşkil edir. (358417.14* 5% / 360 günə=49.78 (qırx doqquz ABŞ dollar, 78 sent) ABŞ dollar *1852 gün =92192,56 ABŞ dolları) Bu səbəbdən də hesab edirik ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbininin - “müqavilə müddətinin bitdiyi tarixdən illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 92192,56 ABŞ dolları faiz borcunun azaldılması” hissəsində ləğv edilməli və iddia tələbimiz həmin hissədə tam təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********282 saylı maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli kredit xətti müqaviləsinə əsasən 358417.14 ABŞ dolları əsas borc, 807,76 ABŞ dolları faiz borcu, 164752,06 ABŞ dolları cərimə, kredit xətti müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 92192,56 ABŞ dolları faiz borcu olmaqla, cəmi 616169,52 ABŞ dolları təşkil edir. Bildiririk ki, dəbbə pulunun hesablanması qaydası müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilir. Dəbbə pulunun müəyyən edilməsində tək borclunun yox, həmçinin kreditorun da qanunla qorunan maraqları nəzərə alınmalıdır. Göründüyü kimi borclu 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli Kredit xətti müqaviləsinə üzrə öhdəliyini 6 ilə yaxındır ki icra etmir. Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Belə olan halda hesab edirik ki, cərimə borcu tam təmin edilməlidir. Birinci instansiya məhkəməsi isə nədənsə maddi hüquq pozuntusuna yol verərək, hazırki iş üzrə hesabdan çıxarış, gecikdirilmiş əsas borcu və gecikdirilmiş faiz borcunu, maliyyə aryışı məlumatlarını və iş üçün zəruri olan digər sənədləri ətraflı təhlil etməmiş və bu sənədlərə lazımi qaydada əhəmiyyət verilməmişdir.
20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsində üç dəfə mühasibatlıq ekspertizası təyin edilmişdir. İlk ekspertiza xx.xx.2021-ci il tarixli qərardadla təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən birinci instansiya məhkəməsinə xx.xx.2021-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, xx.xx.2017-ci il tarixli CBHK-0028-01 saylı kredit müqaviləsinin, məxariclər göstərilməklə ssuda hesabından çıxarışlar, maliyyə arayışı, ödəniş qəbzləri, kassa məxaric orderləri təqdim edilmədiyi üçün rəy verilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla yenidən mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə yenə məktub göndərilərək bildirilmişdir ki, xx.xx.2017- ci il tarixli CBHK- 0028-01 saylı kredit müqaviləsi, cari hesabdan çıxarış və kassa məxaric orderləri təqdim olunmadığı üçün rəy verilməsi mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə yenidən mühasibatlıq ekspertizası təyin edilmişdir. Bu dəfə ekspert xx.xx.2022-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli CBHK-0028-01 saylı kredit müqaviləsinin, cari hesabdan çıxarışların və kassa məxaric orderlərinin ekspertə təqdim edilməsini xahiş etmişdir. Lakin sənədlər yenə təqdim edilmədiyi üçün Məhkəmə Ekspertiza Mərkəzi rəy verməkdən imtina barədə xx.xx.2022-ci il tarixdə məhkəməyə məktub göndərmişdir. Məhkəmə tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ekspertiza təyin edildi. Lakin ekspert bu dəfə məhkəmədən sübut tələb etmədən xx.xx.2023-cü il tarixli, 9/854 nömrəli rəy tərtib edərək belə qərara gəlmişdir ki, cavabdehin iddiaçıya iddia tarixinə 358.417,14 USD əsas borc,10.852,32 USD illik 5 % hesablanmaqla faiz borcu qalmışdır. Məhkəmə iclasında cavabdeh tərəfindən ekspert rəyinin sübut kimi qəbul edilməməsi barədə əsaslandırılmış vəsatət verilsə də məhkəmə vəsatətə baxmamış, və qətnamədə münasibət bildirməmişdir. Eyni zamanda iddiaçı xx.xx.2017-ci il tarixli CBHK-0028-01 saylı kredit müqaviləsini, ssuda hesabından çıxarışları, maliyyə arayışını, ödəniş qəbzlərini, kassa məxaric orderlərini tələb etmədiyi halda məhkəmə öz mülahizələrinə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı öz tələbini yalnız yuxarıda qeyd olunan sənədləri təqdim etdiyi halda sübut edə bilərdi. Lakin, ekspertin və məhkəmənin dəfələrlə tələbinə baxmayaraq o həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Lakin, məhkəmə ekspertin rəyinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehin borclu olduğunu sübut edə bilmişdir. Cavabdehin vəsatətdə göstərdiyi dəlillərinə isə ümumiyyətlə münasibət bildirməmişdir. Qanunvericiliklə banklarda pul vəsaitləri ilə əməliyyatı tənzimləyən xüsusi qaydalar və sənəd formaları müəyyən etmişdir ki, pul əməliyyatlarının baş verməsi də məhz bu sənədlərin tərtib edilməsi vasitəsi ilə aparılsın və sübuta yetirilsin O cümlədən, Azərbaycan Respubliaksı Mərkəzi X2 17 sebtyabr 2013-cüil tarixli 19/1№ -li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respubliaksında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” Təlimat nadsız hesablaşmaların formalarını tənzimləyir. İş üzrə verilmiş ekspertiza rəyində də cavabdehə ümumulikdə 1.173.000. USD kredit verilməsinə dair gəldiyi nəticə də qanunvericiliklə müəyyən edilmiş sübutlara əsaslanmamışdır. Belə olduğu təqdirdə ekspertin faiz hesablaması və borcun qalıq hissəsinin müəyyən edilməsi barədə nəticəsi də əsaslı sayıla bilməzdi. Lakin məhkəmə qanunun tələblərini pozaraq ekspert rəyini sübut kimi qəbul etmiş və həmin sübuta əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş X3 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
22. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndə sonuncu məhkəmə iclasının təxirə salınması barədə vəsatət vermiş, vəsatətə üzürlü səbəb barədə sübut əlavə edilmədiyindən təmin edilməmişdir.
23. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddə (tərəflər arasında müqavilə bağanan vaxt qüvvədə olan redaksiya)bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddə- əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
24. Qətnamə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-25/2023 nömrəli qətnaməsi dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə illk 5 %-lə hesablanmış 50340,65 ABŞ dolları pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
26. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, “X1 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli kredit xətti müqaviləsi bağlanmış, “X1 (CDB)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 12 ay müddətinə illik 9 faiz dərəcəsi ilə 1.741.360 ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması üçün kredit xətti açılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC “X1 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir.
27. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən istifadə edilmiş kreditin məbləği 1.173.000 ABŞ dolları olmuş, xx.xx.2021-ci il tarixədək borcalan tərəfindən həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla həmin tarixə 358417,14 manat əsas borcu qalmış, həmin məbləğə illik 5 faizlə 10.852,32 ABŞ dolları faiz hesablanmışdır.
28. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kredit məbləğinin şişirdildiyini, cavabdehin ekspert rəyində qeyd edilmiş məbləğdə kreditdən sitifadə emədiyini göstərərək iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Vəsatət təmin edilərək apellyasiya instansiyası mərhələsində iddiaçı tərəfindən kredit məbləğindən istifadə edildiyini təsdiq edən sənədlər əsasında məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iş materiallarında olan ödəniş tapşırıqları, hesabdan çıxarış məlumatları, xarici valyutanın alışı və satışı üçün sifariş sənədləri, müddətli öhdəçilik və s. sənədlərə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə xx.xx.2018-ci il tarixə (öhdəliyin icra müddəti bitdiyi tarixə) və xx.xx.2021-ci il tarixədək (son ödənişin həyata keçirildiyi tarixədək əsas borc 358417,14 ABŞ dolları, illik 5 faizlə faiz borcu 15745,47 ABŞ dolları olmuşdur.
29. Cavabdehin istifadə etdiyi kredit xətti məbləğinin işdəki sənədlərə əsasən həqiqətən 1.173.000 ABŞ dolları olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli rəyi ilə bir daha təsdiq edildiyindən əsas borcla bağlı hissədə iddianın rədd edilməsi üçün qanuni əsaslar müəyyən edilmir. Bank tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş sənədlərin sübut qismində qəbul edilməsinə cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, ləğv prosesində olan bank tərəfindən birinci instansiya mərhələsində iddianın əsaslı olduğunu təsdiq edən kifayət qədər sübutlar, o cümlədən hesabdan çıxarışlar təqdim edilmiş, apellyasiya instansiyası mərhələsində isə iddiaçıya hesabdan çıxarışdakı əməliyyatların həqiqiliyinin yoxlanılması üçün həmin əməliyyatları təsdiq edən sənədlərin təqdim edilməsi təklif edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının həyata keçirilməsi üçün zəruri olan həmin sübutların qəbul edilməsi prosessual normaların tələblərinə zidd sayıla bilməz. MPM-nin 63.3-cü maddəsində qeyd edilir ki, rəy vermək zəruri olduqda, ekspert iş materialları ilə tanış olmaq, məhkəmə iclaslarında iştirak etmək, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən xahiş etmək hüquqlarına malikdir. Qeyd edilən normaya əsasən ekspertiza tədqiqatı üçün zəruri olan əlavə sübutlar hər iki mərhələdə təqdim edilə bilər.
30. Eyni zamanda xx.xx.2024-cü il tarixli rəyə əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixə (iddia tələbinin həcmi artırılarkən illik 5 faizlə borcun hesablandığı tarix) cavabdeh tərəfindən MM-nin 445.7-ci maddəsinə əsasən iddiaçıya pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5%-lə ödənilməli olan faiz borcu 50340,65 ABŞ dolları təşkil etmişdir.
31. Bu rəyə əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən tutulmuş faiz borcu düzgün müəyyən edilmədiyindən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilərək cavabdeh "xxxx" MMC-dən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə MM-nin 45.7-ci maddəsinə əsasən illk 5 %-lə hesablanmış 50340,65 ABŞ dolları pul tutulmalıdır.
32. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.8-ci bəndində nəzərdə tutulmuşdur ki, müəyyən edilmiş qaydada ödəniş qaydasının pozulmasına (ödəniş vaxtında edilmədikdə) görə tətbiq olunan cərimə-gecikdirilmiş hər günə görə illik 18%-lə müəyyən edilmişdir. İddiaçı tərəfindən əsas borcun təxminən yarısı qədər tələb edilən 164752,06 ABŞ dolları cərimə məbləği tənasübsüz şəkildə yüksək olduğundan məhkəmə tərəfindən düzgün olaraq azaldılmış və 17000 ABŞ dolları məbləğində (əsas borcun 5%nə yaxın) müəyyən edilmişdir. Cərimə borcu ilə bağlı hissədə məhkəmənin mövqeyi qanuna və məhkəmə təcrübəsinə uyğun olduğundan tutulmuş cərimə borcunun artırılması üçün əsaslar müəyyən edilmir. Eyni zamanda cavabdeh tərəfindən kredit öhdəliyi üzrə sonuncu ödənişin xx.xx.2021-ci il tarixdə həyata keçirildiyi nəzəzə alınaraq müqavilə şərtlərinə uyğun cərimə hesablanması əsaslı hesab edilir və həmin hissədə iddianın rədd edilməsi üçün əsaslar müəyyən edilmir.
33. MPM-nin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd edilən normaya əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası mərhələsində həyata keçirilmiş ekspertiza tədqiqatlarına görə 150 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır.
34. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-25/2023 nömrəli qətnaməsi dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə illk 5 %-lə hesablanmış 50340,65 ABŞ dolları pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-25/2023 nömrəli qətnaməsi illik 5 %-lə faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" MMC-dən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə MM-nin 45.7-ci maddəsinə əsasən illk 5 %-lə hesablanmış 50340,65 ABŞ dolları pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 150 manat ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.