Məhkəmə qərarları › İş №2-2(103)-300/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-300/2020

21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-300/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (işçisi) X2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bank Olmayan Kredit Təşkilatının (BOKT) Cavabdehnə (MMC) qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-666/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı QSC (BOKT) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi, 115.617,05 manat məbləğində kredit borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş məhkəmədən etmişdir. İddiaçı, eyni zamanda, iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehə məxsus : - “SHACMAN yük” makalı **-JK-*** dövlət qeydiyyat nişanlı; -“FORD TRANSİT yük” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı; -“GREAT WALL WİNGLE minik” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı; -“GREAT WALL WİNGLE 5 minik” markalı 90-PJ- 518 dövlət qeydiyyat nişanlı; -“HYUNDAİ SONATA minik” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı; -“SHACMAN YÜK” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı; -“KAMAZ 55111 Ş-də KS 55713-1 təy” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı, -“VOLVO FMX yük” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı; -“MİTSUBİSHİ L200 minik” markalı **-AN-***1 dövət qeydiyyat nişanlı; -“RENAULT LOGAN minik” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı -nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, 2 ədəd “SHACMAN yük” markalı: **-JK-*** və **-JK-*** dövlət qeydiyyat nişanlı avtomaşınların üzərindən həbsin götürülərək digər «Qazel» markalı avtomaşınlara dəyişdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.20xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin həmin ərizəsi təmin edilməmişdir. Cavabdeh şikayət verərək, həmin qərardadın ləğv edilərək ərizəsinin təmin edilməsini və 2 ədəd **-JK-*** və **-JK-*** dövlət qeydiyyat nişanlı “SHACMAN yük” markalı avtomaşınların üzərindən həbsin götürülməsi məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, «xxxx» MMC təsisçisi olduğu - Cavabdeh MMCnin adına olan həmin 2 ədəd **-JK-*** və **-JK-*** №-li “SHACMAN yük” avtomaşınlarıının üzərinə həbs qoyulduğundan Cavabdeh MMC-nin hüquqları məhdudlaşdırılmışdır. Belə ki, həmin avtomaşınlar üzərinə həbs qoyulduğuna görə onları Cavabdeh MMC-nin adından təsisçi «xxxx» MMC-nin adına AR DİN BDYPİ-də qeydiyyata ala bilmir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması çün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 161.2, 162.2-ci 376.2 və 397.2-ci maddələririnin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi C.Həmidov şikayəti əsassız hesab edərək, cavabdeh tərəfindən həmin avtomaşınların adından çıxarıb başqa təşkilatın adına keçirməsi, gələcəkdə iddianı təmin edilməsindən yayınmaq məqsədi daşıdığını bildirərək, qərardadı qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti qismən təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən isə işə baxan məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, məhkəmə prosessual qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq qaydada iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin olunaraq, cavabdehə məxsus qeyd olunan avtomaşınların, o cümlədən 2 ədəd **-JK-*** və **-JK-*** №-li “SHACMAN yük” avtomaşınları üzərinə həbs qoyul muşdur. Cavabdeh şikayətinin dəlillərində, qeyd etdiyi 2 ədəd “SHACMAN yük” avtomaşının üzərindən həbsin götürülməsini onunla əsaslandırır ki, onların üzərində həbs mövcud olduğundan BDYPİ-də Cavabdeh MMC-nin adından, sonuncunun təsisçisi «xxxx» MMCnin adına keçirə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, MPM-in 162.1-ci maddəsi nəzərə alınmaqla, həmin avtomaşınların üzərindən həbs götürülə bilməz. Çünki, həmin avtomaşınlar Cavabdeh MMC-nin adından çıxarılıb, iddiaçı ilə müqavilə münasibətlərində olmayan digər qürumun adına keçirildiyi təqdirdə, gələcəkdə iddianın təmin ediləcəyi halda tutmanın həmin avtmaşıenlara yönəldilməsi mümküqsüz olacaq. Eyni zamanda, MPM-in 161.1-ci maddəsinin tələbi qaydasında adıçəkilən 2 ədəd “SHACMAN yük” markalı avtomaşının, «Qazel» markalı digər avtmaşınlara dəyişdirilməsi də cavaabdehə qarşı irəli sürülən pul tələbinin həcminə uyğun hesab edilə bilməz. Ən azından ona görə ki, “SHACMAN yük” markalı avtomaşınla, «Qazel» tipli avtomaşının həm qiymətində, həm həm onların gücündə, həm də bazarda onlara olan tələbatında birbirindən kəskin fərlənir . Daha konkret, “SHACMAN yük” markalı avtomaşınlar daha üstün mövqeyə malikdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin qeyd olunan normalarının mənasından göründüyü kimi, iddianı təmin etmə tədbirləri müvəqqəti xarakter daşıyan və işi mahiyyəti üzrə həll etməyən tədbirlərdir. Hər bir halda, belə tədbirlərin görülməsi zəruriliyi həm də ondan irəli gəlir ki, əks tərəf mübahisənin predmetindən və obyektindən sui-istifadə etməsin. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehə məxsus iki ədəd “SHACMAN yük” markalı avtomaşının üzərindən həbsin götürülməsi və ya həmin həbsin «Qazel» tipli avtomaşına dəyişdirilməsi barədə ərizəsinin təmin edilməməsi işin hallarına və prosessual qanunvericiliyə uyğun hesab edilməlidir. Bu mənada məhkəmə kollegiyası cavabdehin şikayətinin həmin qərardadın ləğvini tələb edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, Cavabdeh MMC-nin şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-666/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh «xxxx İnşaaat» MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-666/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar