Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-301/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X9, X2 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndələri (vəkilləri) X3 və Nümayəndə, cavabdehin nümayəndədəsi, (vəkili) Vəkil2, üçüncü şəxsin nümayəndəsi (vəkili) X7 iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1335/2019 saylı xx.xx.2019-cu il tarixli iddianın təmini tədbiri barədə qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən Cavabdeh aid vergi borcu kimi ödənilmiş 127.000 manat, Cavabdeh X1 olan borcu kimi ödənilmiş 29.500 manat olmaqla, cəmi 156500 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, İddiaçı “xxxx” MMC-nin fəaliyyətinə qoyulmuş 533.618 manat vəsaitin, eyni zamanda iddiaçı tərəfindən məhkəmə rüsumu olaraq ödənilmiş 30 manat olmaqla, ümumilikdə 533.648 manatdan ibarət pul məbləğinin “xxxx” MMC-dən alınaraq İddiaçı ödənilməsi, məhkəməyə ərizə verildiyi vaxtdan müstəqil auditin rəyinə uyğun olaraq “xxxx” MMC-nin fəaliyyət dövrü üçün əldə olunmuş gəlirlərin İddiaçı payına düşən hissədə ödənilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar ştq, massiv 2 (Badamdar qəsəbəsi) 111 ünvanda yerləşən fabrikin “xxxx” MMC Şirkətinə icarəyə verilməsinə dair xx xxxxxxx 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı (nümayəndəsi Y.A. Allahverdiyev), eyni zamanda, iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin “xxxx” QSc Badamdar filialında olan AZN hesabına, “xxxx” Badamdar filialında olan EUR hesabına, xxxx Badamdar filialında olan USD hesabına, xxxx Badamdar filialında olan AZN hesabına və xxxx Bakı sheher filialında olan AZN hesablarına iddianın həcmi qədər həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1335/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş,işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianı təmin etmə tədbiri kimi “xxxx” MMC-nin “xxxx” QSC Badamdar filialında olan AZ90ACAB********************, “xxxx” ASC Badamdar filialındakı AZ62AİİB********************, “xxxx” ASC Badamdar filialında olan AZ82AİİB********************, “xxxx” ASC Badamdar filialında olan AZ98AİİB******************** və “xxxx” ASC Bakı sheher filialında olan AZ98AİİB******************** hesabındakı pul vəsaitinin üzərinə iddia tələbi - 533.648 (beş yüz otuz üç min altı yüz qırx səkkiz) manat həcmində həbs qoyulmuşdur. Cavabdeh (nümayəndəsi) həmin qərardaddan şikayət verərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin əsaslarına görə məşkəmənin istinad etdiyi iddianın əsaslığı prezumsiyası qanunun mətnindən irəli gəlmir. MPM-in 157-ci maddəsində iddianın təmini tədbirinin yalnız bir əsasını, «qətnamənin gələcəkdə icrasını təmin etmək» məqsədi»ni tanıyır. Belə bir əsaslandırma qanunsuzdur. Habelə, məhkəmənin əsaslandığı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ilkin sübutlar bank hesablarına həbs qoyulması üçün yetərli deyil. «xxxx» MMC-nin bank hesablarına həbs qoyulması şirkətin işgüzar fəaliyyəti üçün ağır bir şərait yaratmaqla, onun sahibkarlıq fəaliyyətinə atır müdaxilədir. İddiaçı özü bir tərəfdən əsassız hərəkətləri nəticəsində maliyyə vəziyyətinin ağırlaşmasına səbəb olduğunu bildirir, digər tərəfdən şirkətin bank hesablarına həbs qoymaqla bağlı məsələ qaldırmaqla şirkətin maliyyə durumunun daha da ağırlaşdırmaq istəyir. Lakin məhkəmə aşkar ziddiyyəti nəzərə almır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1335/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) U.Elçin şikayəti dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir (Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Ş.Qayıbovanın nümayəndəsi (vəkili) F.Əliyev cavabdehin şikayəti ilə razı olduğunu bildirmişdir). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri (vəkilləri) Y.Allaverdiyev və Nümayəndə cavabdehin şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2)bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Göründüyü kimi, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddiianı təmini tədbiri görülərkən cavab verilməli meyarlardan biri də həmin tədbirin iddia tələblərinə mütənasibliyi təşkil edir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, tətbiq edilən iddianı təmin etmə tədbiri qeyd olunan meyarlara cavab verir. Birincisi, işdə olan sübutlardan (kommersiya qürumunun dövlət reyestrindən çıxarışdan və s) görünür ki, capvabdeh “xxxx” MMC-nin beş malik təsisçisidir. Belə olan hadda, iddiaçının həmin cəmiyyətdəki sahibkarlıq fəaliyyətindən gəlir əldə etməsi təkzib olunmaz faktdır. Eyni zamanda, iddianın həcmi çərçivəsində adıçəkilən hesablara həbs qoyulmuşdur. Digər tərəfdən, MPM-in 157.2-ci maddəsinin imperativ tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin qeyd olunan normalarının mənasından göründüyü kimi, iddianı təmin etmə tədbirləri müvəqqəti xarakter daşıyan və işi mahiyyəti üzrə həll etməyən tədbirlərdir. Hər bir halda, belə tədbirlərin görülməsi zəruriliyi həm də ondan irəli gəlir ki, əks tərəf mübahisənin obyektindən sui-istifadə etməsin. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını işin hallarına və qanunvericiliyin tələblərinə uyğun sayır. Ona görə də məhkəmə kollegiyası cavabdehin şikayətinin həmin qərardadın əsassız olduğunu vurğulayan və məhkəmənin gəldiyi nəticənin ziddiyytli olduğunu bildirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1335/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrinin qüvvədə olan müddəalarını rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1335/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-301/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-301/2020
21.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver