Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-301/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “müsabiqə nəticələrinin, müsabiqə komissiyasının yekun protokolunun ləğv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6435/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. SOCAR-ın Nəqliyyat İdarəsinin tərəfindən elan edilmiş ümumi yağlar və soyutma mayelərinin satınalınmasına dair 35008-2-23 saylı açıq satınalma müsabiqəsinə dair “Müsabiqə üzrə Dəvət Sənədləri”nə (X8) əsasən SOCAR-ın Nəqliyyat İdarəsi SOCAR-ın 105 nömrəli 31 iyul 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş SOCAR-ın satınalmaların təşkili və idarə olunması üzrə normativ sənədləri”nin tələblərinə müvafiq olaraq “Açıq müsabiqə “ üsulu ilə ümumi yağlar və soyutma mayelərinin satınalınması məqsədilə müsabiqə təkliflərini təqdim etməyə dəvət etmişdir. Müsabiqə üzrə Dəvət Sənədlərində (X5) müsabiqəyə aid bütün məlumatlar öz əksini tapmışdır.
2. Həmin sənədin “Müsabiqə təkliflərinin hazırlanması” bölməsində əks olmuş şərtə əsasən xaricdən gətiriləcək malların qiyməti 2 №-li Qoşmanın 1-ci cədvəlində göstərilməklə Azərbaycan manatı, ABŞ dolları və ya avro ilə ifadə oluna bilər. Rezident hüquqi və fiziki şəxsləri müsabiqə təkliflərini manatla ifadə etməlidirlər. Lakin rezidentlər tərəfindən xarici valyutada təqdim olunan təkliflər ilə bağlı hesablaşmaların ödəniş yeri və gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla, yenidən hesablanaraq (konvertasiya) yalnız Azərbaycan manatında aparılacağına dair təklifdə razılıq ifadə edilməlidir.
3. X6 tərkib hissəsi olan “Qiymət cədvəlləri” 2 saylı Qoşmada “Xaricdən gətirilən malların qiyməti”, “ Azərbaycan Respublikası ərazisindən gətirilən malların qiyməti”, “Ümumi yekun” başlıqlı üç cədvəl əks olunmuş və həmin cədvəllərin malların gətirildiyi ölkəyə uyğun olaraq iddiaçılar (iştirakçılar) tərəfindən doldurulması nəzərdə tutulmuşdur.
4. X6 tərkib hissəsi olan 11 saylı Qoşmaya əsasən 3-cü lot üzrə satınalınacaq malların siyahısı (10 adda mühərrik yağları) və onlara dair tələblər əks olmuşdur.
5. Ümumi yağlar və soyutma mayelərinin satınalınmasına 35008-2-23 saylı açıq satınalma müsabiqəsinin üçüncü lotu üzrə maliyyə təkliflərinin qiymətləndirilməsinin nəticələrinə dair xx.xx.2024-cü il tarixli yekun protokolundan müəyyən edilir ki, müsabiqənin üçüncü lotu üzrə maliyyə təkliflərinin qiymətləndirilməsini X5 müəyyən edilmiş meyarlara uyğun aparılaraq müsabiqənin qalibi "xxxx" MMC elsan edilmiş, ikinci yeri isə İddiaçı MMC tutmuşdur.
6. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən müsabiqə komissiyasına təqdim edilmiş təklifdən və digər sənədlərdən görünür ki, "xxxx" MMC müsabiqəyə dəvət sənədləri ilə tanış olduqdan sonra həmin sənədlərdə göstərilmiş malları 902 285,34 USD (ABŞ dolları) 18% ƏDV daxil qiymətə tədarük etməyi təklif etmiş və malların “Müsabiqə üzrə Dəvət Sənədləri” ilə müəyyən edilmiş çatdırılma və ödəniş şərtləri ilə razı olduğunu bəyan etmişdir. "xxxx" MMC həmçinin göstərmişdir ki, yuxarıda qeyd olunan məbləğə “DDP-Bakı lncoterms-2010” şərtinə uyğun olaraq, bütün vergilər, rüsumlar və digər məcburi ödənişlər daxildir və bu məbləğ hazırkı müsabiqə təklifinin tərkib hissəsidir. Təklifdə MMC tərəfindən xarici valyutada ifadə edilmiş təkliflə bağlı hesablaşmanın ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla, yenidən hesablanaraq (konvertasiya) yalnız Azərbaycan manatında aparılmasına dair razılıq da ifadə edilmişdir.
7. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin 4.1-ci bəndinə əsasən, şirkətin strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqi təsdiq edir. Həmin Nizamnamənin 5.4-cü bəndinə əsasən, Şirkətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Şirkətin Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 7 üzvdən ibarətdir. Şirkətin İdarə Heyətinin üzvləri Müşahidə Şurasına üzv təyin edilə bilməzlər. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 ildir. Həmin Nizamnamənin 5.5.11-ci bəndinə əsasən, satınalmalarla bağlı Şirkətin strategiyasını və daxili normativ sənədlərini təsdiq etmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət vəsaiti (dövlət büdcəsi, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar) hesabına satınalmaları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, digər hallarda isə Şirkətin daxili normativ sənədlərinin tələblərinə uyğun olaraq həyata keçirmək müşahidə şurasının vəzifələrinə daxildir.
8. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Satınalmaların Təşkili və X7 X2”na Əlavə №1 olan “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Malların satın alınması üçün müsabiqəyə dəvət sənədləri”nin müsabiqə təkliflərinin təqdim olunması bəhs edən bölməsindən görünür ki, təklifdəki qiymətlər manatla və ya dönərli valyuta ilə göstərilməlidir. Müsabiqə təklifi dönərli valyutada göstərilərsə qiymətlər müsabiqə təkliflərinin qəbulunun son gününə rəsmi məzənnə əsasında müqayisə olunacaqdır.
Birinci instansiya məhkəməsindəki icraat:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin ümumi yağlar və soyutma mayelərinin satınalınmasına dair elan etdiyi 35008-2-23 saylı açıq satınalma müsabiqəsinin nəticələrinin, o cümlədən müsabiqə komissiyasının yekun protokolunun ləğv edilməsi və həmin müsabiqənin keçirilməsi zamanı müsabiqə komissiyasının qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 198 069,50 manat əldən çıxmış fayda, 9780 manat müsabiqədə iştirak etmək üçün çəkilən xərc olmaqla ümumilikdə 207 849,50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində və iddia ərizəsinə əlavələrdə iddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 415, 416, 439-cu maddələri, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 13-cü maddəsinə istinad edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddianın faktiki əsası olaraq göstərilmişdir ki: işdə olan sənədlərdən də göründüyü kimi, cavabdehin elan etdiyi 35008- 2- 23 saylı açıq satınalma müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçmiş hüquqi şəxslər, o cümlədən müsabiqənin qalibi elan olunmuş "xxxx" MMC rezidentlərdir. Adıçəkilən müsabiqənin iştirakçıları tərəfindən verilən təkliflərlə bağlı tələbləri özündə əks etdirən “Müsabiqə üzrə Dəvət Sənədləri” (X10) mövcuddur və müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi həmin X5 qoyulan meyarlara mütləq şəkildə cavab verməlidir. X6 tərkib hissəsi olan “iddiaçının blankında” adlı Qoşma № 1 də iştirakçının X5 qoyulan tələb və şərtləri qəbul etməsinin bəyanatıdır. X6 tərkib hissəsi olan Qoşma № 2də üç cədvəl mövcuddur ki, onlardan 1-ci cədvəl xaricdən gətirilən malların qiyməti, 2-ci cədvəl Azərbaycan Respublikası ərazisindən gətirilən malların qiyməti, 3-cü cədvəl isə gətirilən malların yekun qiyməti ilə bağlı olan sənədlərdir. Müsabiqə iştirakçısı da həmin cədvəlləri verdiyi təklifin ifadə olunduğu valyutaya və malların gətirildiyi ölkəyə uyğun olaraq doldurmalı və müsabiqə komissiyasına təqdim etməlidir. Cavabdeh tərəfindən müsabiqənin qalibi elan olunmuş "xxxx" MMC-nin müsabiqə komissiyasına təqdim etdiyi sənədlərdən görünür ki, "xxxx" MMC müsabiqəyə dəvət sənədləri ilə tanış olduqdan sonra həmin sənədlərdə göstərilmiş malları 902 285,34 USD (ABŞ dolları) 18% ƏDV daxil qiymətə tədarük etməyi təklif etmiş və malların “Müsabiqə üzrə Dəvət Sənədləri” ilə müəyyən edilmiş çatdırılma və ödəniş şərtləri ilə razı olduğunu bəyan etmişdir (Qoşma №1). "xxxx" MMC həmçinin bəyan etmişdir ki, yuxarıda qeyd olunan məbləğə “DDP-Bakı lncoterms-2010” şərtinə uyğun olaraq, bütün vergilər, rüsumlar və digər məcburi ödənişlər daxildir və bu məbləğ hazırkı müsabiqə təklifinin tərkib hissəsidir. Onu da qeyd etmək lazımdır ki, iştirakçının “DDP-Bakı İncoterms-2010” şərtini bəyan etməsi, eyni zamanda təklif olunan malların “Azərbaycan Respublikası ərazisində gətirilən mallar” olduğu qəbul edilir. Çünki təklifdə “DDP-Bakı lncoterms-2010” şərtinin göstərilməsi o deməkdir ki, mallar Azərbaycan Respublikasına tam idxal olunur, gömrük prosesindən keçir, gömrük prosesindən keçmə gününə məzənnə təyin olunur və həmin mallar Azərbaycanın tədiyyə balansına daxil edilir. Mallar Azərbaycanın tədiyyə balansına daxil olduğu üçün də həmin mallar Azərbaycan Respublikası ərazisindən gətirilən mallar statusunu əldə edir və bu mallar artıq milli valyuta – Azərbaycan manatı ilə satışa çıxarılır və mala aid bütün təkliflər də Azərbaycan manatı ilə irəli sürülür. Belə olan halda, "xxxx" MMC-nin irəli sürdüyü təklif də Qoşma № 1-də milli valyuta ilə ifadə olunmalı idi. Lakin həmin sənəddən görünür ki, MMC təklifi “DDP-Bakı lncoterms2010” şərtini qeyd etməsinə baxmayaraq, ƏDV də daxil olmaqla xarici valyutada (902 285,34 USD) göstərmişdir. Bundan başqa, "xxxx" MMC öz təklifini “DDP-Bakı lncoterms-2010” şərti ilə verdiyi üçün, o, Qoşma №2-nin 2 №-li cədvəlini, yəni “Azərbaycan Respublikası ərazisindən gətirilən malların qiymət cədvəli”ni doldurmalı və komissiyaya təqdim etməli idi. Lakin məhkəməyə daxil olan sənədlərdən görünür ki, "xxxx" MMC həmin cədvəl əvəzinə 1-ci cədvəli, yəni “xaricdən gətirilən malların qiymət cədvəli”ni müsabiqə komissiyasına təqdim etmiş, malların dəyərini də həmin cədvəldə xarici valyutada (USD) göstərmişdir. Eyni davranışı "xxxx" MMC həm də Qoşma № 2-nin “ümumi yekun” adlı 3 №-li cədvəlində sərgiləmiş, “xaricdən gətirilən malların qiymət cədvəli”nin “yekun qiyməti” sətrini doldurmuş və həmin qiyməti 18% ƏDV daxil olmaqla xarici valyutada qeyd etmişdir. Halbuki "xxxx" MMC mallar artıq “Azərbaycan Respublikası ərazisindən gətirilən mallar” statusu qazanmış və buna görə də yekun qiymətlər də 3 №-li cədvəlin “Azərbaycan Respublikası ərazisindən gətirilən malların qiymət cədvəli”nin “yekun qiyməti” sətrində göstərilməli idi. Göründüyü kimi, cavabdehin elan etdiyi ümumi yağlar və soyutma mayelərinin satınalınmasına dair elana dair 35008-2- 23 saylı açıq satınalma müsabiqəsi ilə bağlı iştirakçıların verdikləri təkliflər X5 qoyulan tələblərə cavab verməli olduğu halda, "xxxx" MMC həmin tələbləri pozmuş, bu tələblərə əməl etməmiş, təkliflərini xarici valyutada ifadə etmişdir. Cavabdeh həmin təklifi qiymətləndirərkən bu pozuntunu nəzərə almamış, pozuntuya əhəmiyyət verməmiş və MMC-ni müsabiqənin qalibi elan etmişdir. Halbuki cavabdehin səlahiyyətli nümayəndəsinin verdiyi izahatda da, iddiaya təqdim olunmuş yazılı etirazda da bildirir ki, SOCAR-da satınalmalar “Satınalmaya dair SOCAR-ın daxili normativ sənədlərinə (hazırkı halda X5 qoyulmuş tələblərə) əsasən aparılır. Sözügedən X6 “Müsabiqə təkliflərinin hazırlanması” adlı bölümdə aşağıdakılar qeyd olunur: “Xaricdən gətiriləcək malların qiyməti 2 №-li Qoşmanın 1-ci Cədvəlində göstərilməklə Azərbaycan manatı, ABŞ dolları və ya avro ilə ifadə oluna bilər. Rezident hüquqi və fiziki şəxsləri müsabiqə təkliflərini manatla ifadə etməlidirlər. Lakin rezidentlər tərəfindən xarici valyutada təqdim olunan təkliflərlə bağlı hesablamaların ödəniş yeri və gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla, yenidən hesablanaraq (konvertasiya) yalnız Azərbaycan manatında aparılacağına dair təklifdə razılıq ifadə edilməlidir”. Göstərilənlərə əsasən məlum olur ki, cavabdehin elan etdiyi müsabiqədə “DDP-Bakı lncoterms-2010” şərti ilə təkliflərini irəli sürən rezident olan iştirakçının (təchizatçı) təqdim etdiyi təkliflərdə qiymətlər Azərbaycan Respublikasının pul vahidi – manatla ifadə olunmalı idi. Bu tələb həm sözügedən Müsabiqə üzrə Dəvət Sənədlərində (X10), Azərbaycan Respublikasının Konstitusiyasında, Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında təsbit edilmişdir. İddia ərizəsində qeyd olunduğu kimi, cavabdehin elan etdiyi 35008-2- 23 saylı açıq satınalma müsabiqəsinin qalibi elan olunmuş "xxxx" MMC Azərbaycan Respublikası Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir, yəni rezidentdir və onun müsabiqəyə təqdim etdiyi təkliflərdə göstərilən mallar xarici ölkə ərazisindən gətirilən mallar statusuna malik deyil. Belə olan halda, açıq satınalma müsabiqəsində iştirak etmək üçün təklif təqdim etmiş "xxxx" MMC təkliflərini manatla ifadə etməli idi. Lakin "xxxx" MMC Azərbaycan Respublikasının qanunvericiliyin bu tələblərini pozmuş, xarici valyuta ilə ifadə olunmuş təkliflərini müsabiqə komissiyasına təqdim etmişdir. Qeyd olunan fakt açıq müsabiqənin keçirildiyi vaxt, təkliflərin açıqlanması zamanı aşkar olunmuş, bu barədə təklifləri açıqlayan komissiya tərəfindən elan edilmişdir. Lakin buna baxmayaraq, nəticədə "xxxx" MMC müsabiqənin qalibi elan edilmişdir. Xarici valyuta ilə təklif verən rezident olan hüquqi şəxsin müsabiqənin qalibi elan edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddia ərizəsində və iddia ərizəsinə əlavələrdə iddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 415, 416, 439cu maddələri, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 13-cü maddəsinə istinad edilmişdir.
4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz təqdim edərək, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı “müsabiqə nəticələrinin, müsabiqə komissiyasının yekun protokolunun ləğv edilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi dəlillər və əsaslar tam qanunsuz və əsassızdır. Cavabdeh ümumi yağlar və soyutma mayesinə olan daxili tələbatının ödənilməsi üçün 6 lotdan ibarət 35008-2-23 saylı açıq müsabiqə elan etmişdir və müsabiqə barədə elan SOCAR-ın internet səhifəsində, satınalma elanları bölməsində yerləşdirilmişdir. İddiaçı müsabiqədə bir lot üzrə mühərrik yağlarının satınalınması üçün təyin edilmiş 3-cü lotda iştirak etmişdir. Cavabdeh tərəfindən iddiaçıya X3 Toplusu elektron poçt vasitəsilə təqdim olunmuşdur. X3 Toplusunda müsabiqəyə aid bütün məlumatlar öz əksini tapmışdır. Müsabiqənin texniki qiymətləndirilməsini müvəffəqiyyətlə keçmiş 5 şəxs, o cümlədən də iddiaçı müsabiqənin maliyyə zərflərinin açılışı mərhələsinə buraxılmışdır. Müsabiqənin maliyyə zərflərinin açılışı xx.xx.2024-cü il tarixində baş tutmuşdur və zərflərin açılışında digər iddiaçıların nümayəndələri ilə birlikdə iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 da iştirak etmiş və açılış protokolunu imzalamış və müsabiqə nəticələrinə heç bir irad bildirməmişdir. Müsabiqənin nəticələrinə əsasən müsabiqənin qalibi keyfiyyət və qiymət baxımından səmərəli qiymət təklif etmiş "xxxx" MMC elan olunmuşdur. Cavabdeh tərəfindən keçirilmiş açıq müsabiqənin nəticələrinə əsasən cavabdeh ilə "xxxx" MMC arasında mühərrik yağlarının tədarükü üçün xx.xx.2024-cü il tarixində ümumi dəyəri 1 533 885,08 manat olan 14-2-18/3-10-275/2024 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müsabiqənin keçirilməsi və qiymətləndirilməsində satınalmalar qrupu tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. SOCAR-da satınalmalar “Dövlət satınalmaları haqqında” Qanununun 3.2-ci maddəsinin 3.2.8 və 3.10-cu bəndlərinə və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş SOCAR-ın Nizamnaməsinin 5.5.11-ci bəndinə əsasən “Dövlət satınalmaları haqqında” Qanuna əsasən deyil, satınalmalara dair SOCAR-ın daxili normativ sənədlərinə əsasən aparılır.
6. . Bakı Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6435/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Nəqliyyat İdarəsinin müxtəlif yağların və soyutma mayesinin satın alınması üçün keçirdiyi 35008-2-23 saylı açıq müsabiqə ilə əlaqədar daxil olmuş maliyyə təklif zərflərinin açılışı haqqında satınalma qrupunun 16 may 2024-cü il tarixli açılış protokolundan görünür ki, müsabiqə bir neçə lot üzrə keçirilmiş, iddiaçı yalnız bir lot – üçüncü lot üzrə müsabiqədə iştirak etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq satınalma müsabiqəsinin nəticələrinin, o cümlədən müsabiqə komissiyasının yekun protokolunun bütünlüklə ləğv edilməsi tələbi ilə çıxış etməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən iddianın faktiki əsasını təşkil edən hallar yalnız ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq satınalma müsabiqəsinin iddiaçının iştirak etdiyi mühərrik yağlarının satın alınması üzrə 3-cü lotuna münasibətdə yoxlanılacaqdır. Başqa sözlə, iddiaçı yalnız 3-cü lot üzrə cavabdehdən tələb hüququ və bu hüququn müdafiəsini həyata keçirə bilər. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda müşahidə şurasının (direktorlar şurasının) tərkibi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlərin satın alınmasının həmin Qanunla tənzimlənmədiyi təsbit edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də müşahidə şurası Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edildiyindən həmin hüquqi şəxs tərəfindən də mallar, işlər və ya xidmətlərin satın alınması “Dövlət satınalmaları haqqında” Qanunun təsir dairəsinə düşmür, bu şərtlə ki, sonuncular Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına alınmasın. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə Əlavə 2-dən görünür ki, Nəqliyyat İdarəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxildir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli əmri ilə təsdiq edilmiş Nizamnaməsindən görünür ki, Nəqliyyat İdarəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində hüquqi şəxs statusuna malikdir və qeydiyyatdan keçdikdən və Hüquqi Şəxslərin Reyestrinə daxil edildikdən sonra hüquqi şəxs statusunu alır. Beləliklə, hazırkı halda ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq satınalma müsabiqəsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu əsasında deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin 5.5.11-ci bəndinə əsasən sonuncunun Müşahidə Şurası tərəfindən təsdiq edilmiş “Satınalmaların Təşkili və X7 X2” və müsabiqə şərtləri çərçivəsində həyata keçirilmişdir. Bu mənada iddiaçının “Dövlət satınalmaları haqqında” Qanuna istinadı əsassız olmuşdur. İddiaçı müsabiqənin 3-cü lot üzrə nəticələrinin və yekun protokolunun yalnız "xxxx" MMC-nin təklifini xarici valyutada etməsinə əsaslanmaqla ləğv edilməsini xahiş etdiyindən məhkəmə həmin arqumentlərlə bağlı müsabiqə şərtlərinə nəzər salmağı zəruri hesab etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Satınalmaların Təşkili və X7 X2”na Əlavə №1 olan “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Malların satın alınması üçün müsabiqəyə dəvət sənədləri”nin müsabiqə təkliflərinin təqdim olunması bəhs edən bölməsindən görünür ki, təklifdəki qiymətlər manatla və ya dönərli valyuta ilə göstərilməlidir. Müsabiqə təklifi dönərli valyutada göstərilərsə qiymətlər müsabiqə təkliflərinin qəbulunun son gününə rəsmi məzənnə əsasında müqayisə olunacaqdır. Ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq satınalma müsabiqəsinin şərtlərindən görünür ki: – Xaricdən gətiriləcək malların qiyməti 2 №-li Qoşmanın 1-ci cədvəlində göstərilməklə Azərbaycan manatı, ABŞ dolları və ya avro ilə ifadə oluna bilər. Rezident hüquqi və fiziki şəxsləri müsabiqə təkliflərini manatla ifadə etməlidirlər. Lakin rezidentlər tərəfindən xarici valyutada təqdim olunan təkliflər ilə bağlı hesablaşmaların ödəniş yeri və gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla, yenidən hesablanaraq (konvertasiya) yalnız Azərbaycan manatında aparılacağına dair təklifdə razılıq ifadə edilməlidir; – Müsabiqə təkliflərinin müqayisəsini asanlaşdırmaq məqsədi ilə müxtəlif valyutalarda ifadə olunmuş qiymətlər müsabiqə təkliflərinin açılış gününə Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi məzənnəsi əsasında Azərbaycan manatına çevriləcəkdir. Açıq satınalma müsabiqəsinin şərtlərinə Qoşma №1-dən görünür ki, müsabiqə təklifinə dair iddiaçının blankında təklifini xarici valyutada vermiş rezidentlər üçün “Biz Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən rezident şəxslər arasında hesablaşmaların yalnız Azərbaycan manatında aparıla biləcəyini nəzərə alaraq, xarici valyutada verdiyimiz qiymət təklifləri üzrə ödənişlərin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatında aparılacağı şərtini qəbul və təsdiq edirik” qeydin edilməsi nəzərdə tutulmuşdur. Müsabiqə şərtlərindən aydın olur ki, rezidentlər tərəfindən xarici valyutada təkliflərin verilməsinə hər hansı məhdudiyyət qoyulmamış, lakin rezident şəxslər arasında hesablaşmaların yalnız Azərbaycan manatında aparıla biləcəyi nəzərə alınaraq qiymət təklifləri üzrə ödənişlərin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatında aparılacağı ilə bağlı təklif verən şəxsin razılıq verməsi ilə bağlı tələb mövcud olmuşdur. Bu mənada 19 aprel 2024-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilərək müsabiqəyə təqdim edilmiş Qoşma №1-dən görünür ki, sonuncu Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən rezident şəxslər arasında hesablaşmaların yalnız Azərbaycan manatında aparıla biləcəyini nəzərə alaraq, xarici valyutada verdiyi qiymət təklifləri üzrə ödənişlərin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatında aparılacağı şərtini qəbul və təsdiq etmişdir. "xxxx" MMC-nin təklifində “DDP-Bakı İncoterms-2010” şərtinin olduğu, bunun isə təklif verilərkən malların artıq çatdırılmış olduğuna dair iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, “İncoterms” malların satıcıdan alıcıya çatdırılması zamanı tərəflər arasındakı münasibətləri tənmizləyən, malların çatdırılması yeri, daşınma xərci, rüsumların ödənilməsi və s. şərtləri özündə ehtiva edən şərtlər toplusudur. "xxxx" MMC-nin təklifində qeyd etdiyi “DDP (X12) Bakı İncoterms-2010” şərti isə malların "xxxx" MMC tərəfindən bütün xərclər və rüsumlar ona aid olmaqla Bakı şəhərinə (çatdırma məntəqəsi) çatdırılmasını nəzərdə tutur. Yəni qeyd olunan şərtin təklifdə qeyd olunması malların artıq çatdırılmasını deyil, çatdırılma şərtlərini özündə ehtiva edir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd olunan dəlili əsassızdır. Göründüyü kimi, müsabiqə şərtlərində təkliflərin xarici valyutada göstərilməsi qadağan edilməmiş, "xxxx" MMC də bu şərtlərə uyğun olaraq Qoşma №1-də müvafiq qeydlər etmişdir. Həmçinin təqdim edilən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli gömrük bəyannamələrindən də görünür ki, "xxxx" MMC, iddiaçının dəlillərinin əksinə, xaricdən artıq gətirilmiş malların dəyərini xarici valyutada müsabiqə komissiyasına təqdim etməmiş, müsabiqənin qalibi olduqdan sonra həmin malların xaricdən gətirilməsini həyata keçirmişdir. Bu mənada iddiaçının müsabiqə keçirilərkən gömrük bəyannamələrinə əsasən malların artıq idxal edildiyi, bu səbəbdən də dəyərinin Azərbaycan manatı ilə ifadə edilməli olması ilə bağlı arqumentləri də əsassızdır. Müsabiqənin müvafiq şərtinin (rezidentlərə xarici valyutada təklif hüququnun verilməsi) Azərbaycan Respublikası Konstitusiyasının 19-cu və Mülki Məcəllənin 439-cu maddələri ilə ziddiyyət təşkil edib-etməməsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Qanunvericilikdə görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarında xarici valyutadan istifadə qadağan edilir. Hazırda isə müsabiqə şərtlərində sadəcə təkliflərin xarici valyutada edilməsinin mümkünlüyü təsbit edilmiş, qanunvericiliyə uyğun olaraq hesablaşmaların ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatında aparılacağı qeyd edilmişdir. Başqa sözlə, ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq satınalma müsabiqəsinin təkliflərin xarici valyutada göstərilməsi ilə bağlı şərtləri iddiaçının bildirdiyinin əksinə mülki qanunvericiliyə zidd olmamışdır. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin ümumi yağlar və soyutma mayelərinin satınalınmasına dair elan etdiyi 35008-2-23 saylı açıq satınalma müsabiqəsinin 3-cü lot üzrə nəticələrinin, o cümlədən müsabiqə komissiyasının 3-cü lot üzrə yekun protokolunun ləğv edilməsi tələbi rədd edilməlidir. İddiaçı həmçinin həmin müsabiqənin keçirilməsi zamanı müsabiqə komissiyasının qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 198 069,50 manat əldən çıxmış fayda, 9780 manat müsabiqədə iştirak etmək üçün çəkilən xərcin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə ilk növbədə bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Satınalmaların Təşkili və X7 X2”nun müsabiqədə iştirak haqqının ödənilməsi və X6 əldə olunması qaydasının təsbit olunduğu 18-ci hissəsinin 18.2-ci bəndinə əsasən müsabiqədə iştirak haqqı malgöndərən (podratçı) tərəfindən X3 toplusunu almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün ödənilir. Müsabiqənin nəticələrindən asılı olmayaraq iştirak haqqı geri qaytarılmır. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda müsabiqə komissiyasının qanunsuz hərəkət və hərəkətsizliyi müəyyən edilmədiyindən, iddianın müsabiqənin qanunsuzluğu ilə bağlı faktiki əsasını təşkil edən hallar ümumi yağlar və soyutma mayelərinin satınalınmasına dair elan etdiyi 35008-2-23 saylı açıq satınalma müsabiqəsinin 3-cü lotunun keçirilməsi zamanı aşkar edilmədiyindən həmin hissədə də iddia təmin edilə bilməz.
9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6435/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin ümumi yağlar və soyutma mayelərinin satınalmasına dair elan etdiyi 35008-2-23 saylı açıq satınalma müsabiqəsində İddiaçı MMC-də iştirak etmişdir. Həmin müsabiqədə İddiaçı MMC-nin iştirakı ilə bağlı MMC-nin təqdim etdiyi bütün sənədlər şərtlər toplusuna uyğun olaraq həcmdə və müddətdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və həmin Şirkətin Nəqliyyat İdarəsinə təqdim olunmuşdur. Müsabiqədə iştirak edən digər iştirakçılardan fərqli olaraq İddiaçı MMC-nin irəlisürdüyü təklif müsabiqə təkliflərinin qiymətləndirilməsi meyarları və üsullarına əsasən ən yüksək olmuşdur. İddiaçı MMC-nin müsabiqəyə təqdim etdiyi təkliflər digər iştirakçıların təkliflərindən daha münasib olmasına baxmayaraq, MMC-nin hüquqları pozulmuş və müsabiqənin qalibi qərəzli və birtərəfli qaydada, qanunazidd olaraq başqa Azərbaycan Respublikasında qeydiyyata alınmış rezident hesab edilən "xxxx" MMC elan edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə səhvdir və işin hallarına uyğun deyil. Belə ki, cavabdeh DNŞ-nin Nənliyyat İdarəsi tərəfindən ümumi yağlar və soyutma mayelərinin satınalınmasına dair elan 35008-2-23 saylı açıq satınalma müsabiqəsinin qalibi elan olunmuş "xxxx" MMC-nin Müsabiqə Komissiyasına təqdim etdiyi sənədlərdən də göründüyü kimi, DNŞ-nin Nəqliyyat İdarəsinin elanetdiyi 35008-2-23 saylı açıq satınalma müsabiqəsində iştirak etmək qeydiyatdan keçmiş hüquqi şəxslər, o cümlədən müsabiqənin qalibi elan olunmuş "xxxx" MMC rezidentlərdir. Bildirir ki, DNŞ-nin Nəqliyyat İdarəsinin elan etdiyi 35008-2-23 saylı açıq satınalma müsabiqəsinin iştirakçıları tərəfindən verilən təkliflərlə bağlı tələbləri özündə əks etdirən “Müsabiqə üzrə Dəvət Sənədləri mövcuddur və müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi həmin X5 qoyulan meyarlara mütləq şəkildə cavab verməlidir. X6 tərkib hissəsi olan “İddiaçının blankında” adlı Qoşma № 1-də iştirakçının X5 qoyulan tələb və şərtləri qəbul etməsinin bəyanatıdır. X6 tərkib hissəsi olan Qoşma № 2-də üç Cədvəl mövcuddur ki, onlardan 1-ci Cədvəl xaricdən gətirilən malların qiyməti, 2-ci Cədvəl Azərbaycan Respublikası ərazisindən gətirilənmalların qiyməti, 3-cü Cədvəl isə gətirilən malların yekun qiyməti ilə bağlı olan sənədlərdir. Müsabiqə iştirakçısı da həmin cədvəlləri verdiyi təklifin ifadə olunduğu valyutaya və malların gətirildiyi ölkəyə uyğun olaraq doldurmalı və müsabiqə komissiyasına təqdim etməlidir. Cavabdeh tərəfindən müsabiqənin qalibi elan olunmuş ”Fortune Trade” MMC-nin müsabiqə komissiyasına təqdim etdiyi sənədlərdən görünür ki, "xxxx" MMC Müsabiqəyə dəvət Sənədləri (bundan sonra - MDS) ilə tanış olduqdan sonra MDS-də göstərilmiş malları 902.285,34 USD (ABŞ dolları) 18% ƏDV daxil qiymətə tədarük etməyi təklif edirik. Malların MDS ilə müəyyən edilmiş çatdırılma və ödəniş şərtləri ilə razı olduğunu bəyan etmişdir (Qoşma № 1). "xxxx" MMC həmçinin bəyan etmişdir ki, yuxarıda qeyd olunan məbləğə “DDP-Bakı İncoterms-2010 şərtinə” uyğun olaraq, bütün vergilər, rüsumlar və digər məcburi ödənişlər daxildir və bu məbləğ hazırki Müsabiqə təklifinin tərkib hissəsidir. Onuda qeyd etmək lazımdır ki, iştirakçının “DDP-Bakı İncoterms-2010 şərtini” bəyan etməsi, eyni zamanda təklif olunan malların “Azərbaycan Respublikası ərazisindən gətirilən mallar” olduğu qəbul edilir. Çünki, təklifdə “DDP-Bakıİncoterms 2010 şərti”nin göstərilməsi o deməkdir ki, mallar Azərbaycan Respublikasına tam idxal olunur, gömrük prosesindən keçir, gömrük prosesindən keçmə gününə məzənnə təyin olunur və həmin mallar daxil edilir Azərbaycanın tədiyyə balansına. Mallar Azərbaycanıntədiyyə balansına daxil oluduğ üçün də həmin mallar Azərbaycan Respublikası ərazisindən gətirilən mallar statusunu əldə edir və bu mallar artıq milli valyuta – Azərbaycan manatı ilə satışa çıxarılır və mala aid bütün təkliflər də Azərbaycan manatı ilə irəli sürülür. Belə olan halda, "xxxx" MMC-ninirəli sürdüyü təklif də Qoşma № 1-də milli valyuta ilə ifadə olunmalı idi. Lakin həmin sənəddən görünür ki, MMC təklifini DDP-Bakı İncoterms-2010 şərti”ni qeyd etməsinə baxmayaraq, ƏDV də daxil olmaqla xarici valyutada (902.285,34 USD) göstərmişdir. Bundan başqa, "xxxx" MMC öz təklifini “DDP-Bakı İncoterms-2010 şərti” ilə verdiyi üçün, o, ƏŞT-nun tərkib hissəsi olan Qoşma № 2-nin 2 №-li Cədvəlini, yəni “Azərbaycan Respublikası ərazisindən gətirilən malların qiymət cədvəli”ni doldurmalı və komissiyaya təqdim etməli idi. Lakin məhkəməyə daxil olan sənədlərdən görünür ki, "xxxx" MMC həmin cədvəl əvəzinə 1-ci Cədvəli, yəni “Xaricdən gətirilənmalların qiymət cədvəli”ni müsabiqə komissiyasına təqdim etmiş, malların dəyərini də həmin cədvəldə xarici valyutada (USD) göstərmişdir. Eyni davranışı "xxxx" MMC həm də Qoşma № 2-nin “Ümumi yekun” adlı 3 №-li Cədvəlində sərgiləmiş, ““Xaricdən gətirilənmalların qiymət cədvəli”nin yekun qiyməti” sətrini doldurmuş və həmin qiyməti 18% ƏDV daxil olmaqla xarici valyutada qeyd etmişdir. Halbuki, "xxxx" MMC mallar artıq “Azərbaycan Respublikası ərazisindən gətirilən mallar” statusu qazanmış və buna görə də yekun qiymətlər də 3 №-li Cədvəlin ““Azərbaycan Respublikası ərazisindən gətirilən malların qiymət cədvəli”nin yekun qiyməti” sətrində göstərilməli idi. Göründüyü kimi, cavabdeh DNŞ-nin Nəqliyyat İdarəsinin elan etidiyi ümumi yağlar və soyutma mayelərinin satınalınmasına dair elan 35008-2-23 saylı açıq satınalma müsabiqəsi ilə bağlı iştirakçıların verdikləri təkliflər X5 qoyulan tələblərə cavab verməli olduğu halda, "xxxx" MMC həmin tələbləri pozmuş, bu tələblərə əməl etməmiş, təkliflərini xarici valyutada ifadə etmişdir. Cavabdeh DNŞ-nin Nəqliyyat İdarəsi həmin təklifi qiymətləndirərkən, bu pozuntunu nəzərə almamış, pozuntuya əhəmiyyət verməmiş və MMC-nin müsabiqənin qalibi elan etmişdir. Halbuki, cavabdeh DNŞ-nin Nəqliyyat İdarəsinin səlahiyyətli nümayəndəsinin verdiyi izahatda da, iddiaya təqdim olunmuş yazılı etirazda da bildirilir ki, SOCAR-da satınalmalar Satınalmaya dair SOCAR-ın daxili normativ sənədlərinə (hazırki halda X5 qoyulmuş tələblərə) əsasən aparılır. Sözügedən X6 “Müsabiqə təkliflərinin hazırlanması” adlı bölümdə aşağıdakılar qeyd olunur: “Xaricdən gətiriləcək malların qiyməti 2 №-li Qoşmanın 1-ci Cədvəlində göstərilməklə Azərbaycan manatı, ABŞ dolları və ya avro ilə ifadə oluna bilər. Rezident hüquqi və fiziki şəxsləri müsabiqə təkliflərini manatla ifadə etməlidirlər. Lakin rezidentlər tərəfindən xarici valyutada təqdim olunan təkliflərlə bağlı hesablamaların ödəniş yeri və gününə Azərbaycan Respublikası Mərkəzi Bankınınrəsmi manat məzənnəsi nəzərə alınmaqla, yenidən hesablanaraq (konvertasiya) yalnız Azərbaycan manatında aparılacağına dair təklifdə razılıq ifadə edilməlidir. Cavabdehin elan etdiyi müsabiqədə “DDP-Bakı İncoterms-2010 şərti” ilə təkliflərini irəli sürən rezident olan iştirakçının (təchizatçı) təqdim etdiyi təkliflərdə qiymətlər Azərbaycan Respublikasının pul vahidi – manatla ifadə ounmalı idi. Bu tələb həm sözügedən Müasibəqə üzrə Dəvət Sənədlərində (Əsas ŞərtlərToplusu), Azərbaycan Respublikasının Konstitusiyasında, Mülki Məcəlləsindəvə digər qanunvericilik aktlarında təsbit edilmişdir. Qeyd etdikləri kimi, DNŞnin Nəqliyyat İdarəsi elan etdiyi 35008-2-23 saylı açıq satınalma müsabiqəsinin qalibi elan olunmuş "xxxx" MMC Azərbaycan Respublikası Dövlət Vergilər Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir, yəni rezidentdir və onun müsabiqəyə təqdim etdiyi təkliflərdə göstərilən mallar xarici ölkə ərazisindən gətiilən mallar satusuna malik deyil. Bela olan halda, açıq satınalma müsabiqəsində iştirak etmək üçün təklif təqdim etmiş "xxxx" MMC, təkliflərini manatla ifadə etməli idi. Lakin "xxxx" MMC Azərbaycan Respublikasının qanunvericiliyin bu tələblərini pozmuş, xarici valyuta ilə ifadə olunmuş təkliflərini müsabiqə komissiyasına təqdim etmişdir. Qeyd olunan fakt açıq müsabiqənin keçirildiyi vaxt, təkliflərin açıqlanması zamanı aşkar olunmuş, bu barədə təklifləri açıqlayan komissiya tərəfindən elan edilmişdir. Lakin buna baxmayaraq , nəticədə "xxxx" MMC müsabiqənin qalibi elan edilmişdir. Hesab edirlər ki, xarici valyuta ilə təklif verən rezident olan hüquqi şəxsin müsabiqənin qalibi elan edilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən hesab edir ki, cavabdeh DNŞ-nin Nəqliyyat İdarəsi elan etdiyi 35008-2-23 saylı açıq satınalma müsabiqəsinin keçirilməsi və qalibin elan olunması zamanı qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmiş, nəticədə müsabiqədə ən yaxşı təkliflə çıxış edən İddiaçı MMC-nin hüquqları pozulmuşdur. Lakin işə baxmış Bakı Kommersiya Məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə əsaslı olan iddianın rədd edilməsi barədə iş üzrə səhv nəticəyə gəlmişdir. İşə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfin izahatında göstərilənləri nəzərə almamış, MPM-in 4-cü, 9cu, 76- cı, 77-ci, 217-ci maddələrini pozmuş, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu pozuntular isə birinci instansiyası məhkəməsinin qətnaməsinin MPM-in 385-ci maddəsinin tələblərinə görə apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazına uyğun izahat verərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədi. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
14. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
15. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.8ci maddəsinə əsasən, bu Qanun müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlərin satın alınmasına şamil edilmir.
16. Həmin Qanunun 3.10-cu maddəsinə əsasən, bu Qanunun 3.2.8-ci maddəsində nəzərdə tutulan kommersiya hüquqi şəxsləri tərəfindən həmin maddəyə uyğun olaraq malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetməsinə verilmiş kommersiya hüquqi şəxsləri üzrə onların müşahidə şuraları (direktorlar şuraları), digər kommersiya hüquqi şəxsləri üzrə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla həmin kommersiya hüquqi şəxslərinin müşahidə şuraları (direktorlar şuraları) tərəfindən təsdiq edilir.
17. Mülki Məcəllənin: -386.2-ci maddəsinə əsasən bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. -386.3-cü maddəsinə əsasən danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. - 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. -414.4-cü maddəsinə əsasən, hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. -416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
18. Mülki Prosessual Məcəllənin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-ci maddəsinə əsasən Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -385-ci maddəsinə əsasən Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh SOCAR Nəqliyyat İdarəsi tərəfindən ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq müsabiqə elan edilmiş, 3-cü lot üzrə 10 adda mühərrik yağların satınalınması müsabiqəyə çıxarılmış, həmin lot üzrə müsabiqədə İddiaçı MMC iştirak etmiş və satınalma qrupunun yekun protokolu ilə 3-cü lot üzrə müsabiqənin qalibi "xxxx" MMC olmuş, İddiaçı MMC isə ikinci yeri tutmuşdur. İddiaçı müsabiqə üzrə "xxxx" MMC tərəfindən təklif edilmiş mallar Azərbaycan Respublikası ərazisindən gətirilən mallar hesab edildiyi halda “Xaricdən gətirilən mallar” cədvəlinin doldurulmasını, təklifdə malların qiymətinin xarici valyutada göstərilməsini, bununla müsabiqə şərtlərinin pozulduğunu qeyd edir və ümumi yağlar və soyutma mayelərinin satınalınmasına dair elan etdiyi 35008-2-23 saylı açıq satınalma müsabiqəsinin nəticələrinin, o cümlədən müsabiqə komissiyasının yekun protokolunun ləğv edilməsini və dəymiş zərərin tutulmasını tələb edir. Cavabdeh müsabiqənin SOCAR-ın daxili qaydaları əsasında keçirildiyini, müsabiqə keçirilən zaman nə müsabiqə şərtlərində, nə də daxili qaydalarda xarici valyutada təklifin verilməsinə dair məhdudiyyət olduğunu bildirir və iddianın rədd edilməsini tələb edir.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müsabiqə ilə əlaqədar daxil olmuş maliyyə təklif zərflərinin açılışı haqqında satınalma qrupunun 16 may 2024-cü il tarixli açılış protokolundan görünür ki, müsabiqə bir neçə lot üzrə keçirilmiş, iddiaçı yalnız bir lot – üçüncü lot üzrə müsabiqədə iştirak etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının ümumi yağlar və soyutma mayelərinin satın alınması üçün 35008-2-23 nömrəli açıq satınalma müsabiqəsinin nəticələrinin, o cümlədən müsabiqə komissiyasının yekun protokolunun bütünlüklə ləğv edilməsi tələbi ilə çıxış etməyə subyektiv hüququ yoxdur, yəni iddiaçı müsabiqənin bütövlükdə deyil, yalnız üçüncü lot üzrə nəticələrini mübahisələndirə bilər.
25. Digər tərəfdən kollegiya onunla da razılaşır ki, SOCAR Azərbaycan Respublikasının Prezidentinin 5 noyabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqin idarəetməsinə verilmiş və müşahidə şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən kommersiya hüquqi şəxsi olduğundan həmin şirkət tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlərin satın alınmasına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu şamil edilmir. Odur ki, hazırkı halda SOCARın strukturuna daxil edilmiş hüquqi şəxs tərəfindən keçirilmiş mübahisəli müsabiqə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu əsasında deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin 5.5.11-ci bəndinə əsasən sonuncunun Müşahidə Şurası tərəfindən təsdiq edilmiş “Satınalmaların Təşkili və X7 X2” və müsabiqə şərtləri çərçivəsində həyata keçirilmişdir.
26. Müsabiqənin 3-cü lot üzrə nəticələrinin və yekun protokolunun "xxxx" MMC-nin təklifini xarici valyutada verməsi əsası ilə ləğv edilməsi barədə iddiaçının arqumentlərinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Satınalmaların Təşkili və X7 X2”na Əlavə №1 olan “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Malların satın alınması üçün müsabiqəyə dəvət sənədləri”nin müsabiqə təkliflərinin təqdim olunmasından bəhs edən bölməsindən görünür ki, təklifdəki qiymətlər manatla və ya dönərli valyuta ilə göstərilməlidir. Müsabiqə təklifi dönərli valyutada göstərilərsə qiymətlər müsabiqə təkliflərinin qəbulunun son gününə rəsmi məzənnə əsasında müqayisə olunacaqdır. Ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq satınalma müsabiqəsinin şərtlərində də rezident hüquqi və fiziki şəxslərinin tender təkliflərindəki qiymətləri xaricdən gətiriləcək malların qiyməti 2 №-li Qoşmanın 1-ci cədvəlində göstərilməklə Azərbaycan manatı, ABŞ dolları və ya avro ilə ifadə oluna bilər. Lakin rezidentlər tərəfindən xarici valyutada təqdim olunan təkliflər ilə bağlı hesablaşmaların ödəniş yeri və gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla, yenidən hesablanaraq (konvertasiya) yalnız Azərbaycan manatında aparılacağına dair təklifdə razılıq ifadə edilməlidir
27. Beləliklə, “Satınalmaların Təşkili və X7 X2” və mübahisəli X3 Toplusunda təkliflərdə qiymətləri ABŞ dolları və ya avro ilə ifadə edilməsi qadağan edilməmiş, lakin X5 həmin imkan təklif olunan malların xaricdən gətirilməsi və təklifdə hesablaşmaların ödəniş gününə rəsmi manat məzənnəsi nəzərə alınmaqla, Azərbaycan manatında aparılacağına dair təklifdə razılıq ifadə edilməsi ilə şərtləndirilmişdir.
28. Hazırkı halda "xxxx" MMC tərəfindən təqdim edilmiş tender təklifinə MMC-nin ödənişlərin ödəniş gününə rəsmi məzənnəyə əsasən manatla aparılacağına razılıq verməsinə dair qeyd daxil edilmişdir.
29. "xxxx" MMC təklif etdiyi malların xaricdən gətirilən mallar kateqoriyasına aid olub-olmaması məsələsinə gəldikə kollegiya qeyd edir ki, "xxxx" MMC-nin təklifində qeyd etdiyi “DDP (X12) Bakı İncoterms-2010” şərti isə malların "xxxx" MMC tərəfindən bütün xərclər və rüsumlar ona aid olmaqla Bakı şəhərinə (çatdırma məntəqəsi) çatdırılmasını nəzərdə tutur. Yəni qeyd olunan şərtin təklifdə qeyd olunması malların artıq çatdırılmasını deyil, çatdırılma şərtlərini özündə ehtiva edir. Çatdırılma şərtinə əsasən satıcının malların Bakı şəhərinə çatdırılması ilə bağlı bütün xərc və idxaln; rüsumları üzərinə götürməsi və satınalma müqaviləsi bağlandıqdan sonra satıcı tərəfindən malların xaricdən gətirilməsi faktını dəyişdirməməklə həmin malların Azərbaycan Respublikasından gətirilən mallar kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, məhkəməyə təqdim edilən gömrük bəyannamələri mübahisəli malların "xxxx" MMC tərəfindən satınalma müqaviləsi bağlandıqdan sonra AR-ə idxal edilməsi faktını təsdiq edir.
30. Müsabiqənin müvafiq şərtinin (rezidentlərə xarici valyutada təklif hüququnun verilməsi) Azərbaycan Respublikası Konstitusiyasının 19-cu və Mülki Məcəllənin 439-cu maddələri ilə ziddiyyət təşkil edib-etməməsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə və inkişaf etdirənn Mülki Məcəllənin 439.1-ci maddəsi yerli hüquqi şəxslər arasında xarici valyutanın ödəniş vasitəsi kimi istifadə edilməsinin qadağan edilməsinə yönəldilmişdir. Hazırda isə müsabiqə şərtlərində sadəcə təkliflərin xarici valyutada edilməsinin mümkünlüyü təsbit edilmiş, qanunvericiliyə uyğun olaraq hesablaşmaların ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatında aparılacağı qeyd edilmiş, eyni zamanda satınalma qrupunun yekun protokolunda udan şəxsin təklifi manata çevrilərək məhz manatla ifadə edilmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq satınalma müsabiqəsinin təkliflərin xarici valyutada göstərilməsi ilə bağlı şərtləri mülki qanunvericiliyə zidd olmamışdır. Bununla yanaşı kollegiya qeyd etməyi zəruri hesab edir ki, satınalma müsabiqəsinin nəticələrinin ləğv edilməsi (ələxsus da müsabiqənin nəticəsində bağlanmış alqı-satqı müqaviləsi icra edildiyi halda) satınalan təşkilatla yanaşı müsabiqədə qalib gələn şirkət üçün kifayət qədər əlverişsiz nəticələrə, hərrac dövlət təşkilatları tərəfindən dövlət və ictimai ehtiyacları təmin etmək məqsədilə keçirildikdə isə ictimai və dövlət maraqlarının pozulmasına (vaxtın itirilməsi, təchizatın uzadılması və s.) səbəb ola bilən tədbirdir. Buna görə də müsabiqənin hazırlanması və keçirilməsi zamanı yol verilmiş hər bir pozuntuya görə müsabiqənin nəticələrinin ləğv edilməsi “mütənasiblik” prinsipinin tələblərinə uyğun hesab edilə bilməz. Bu baxımından məhkəmə tərəfindən müsabiqənin nəticələrinin ləğv edilməsi barədə işlərə baxılarkən yol verilmiş pozuntunun əhəmiyyətli olub-olmaması, o cümlədən pozuntunun iştirakçılarının azad rəqabətini məhdudlaşdırılması, müsabiqənin nəticələrinə təsir etməsi və ya təsir etmə riskinin mövcud olub-olmaması, müsabiqənin keçirilməsi qaydalarının pozuntusu nəticəsində iddiaçının qanunla qorunan hüquqlarının pozulub-pozulmaması halları müəyyən edilməlidir.
31. Hazırkı halda "xxxx" MMC tərəfindən təqdim edilmiş təklifdə qiymətin ABŞ dolları ilə ifadə edilməsinin müsabiqənin keçirilməsi zamanı yol verilmiş pozuntu olması fərz edilsə belə iddiaçı həmin “pozuntu”nun müsabiqələrin nəticələrinə nə kimi təsir edə bilməsi və belə olan halda sözügedən “pozuntu” nəticəsində iddiaçının qanunla qorunan hüquqlarının hansı formada pozulmasına aydınlıq gətirə bilməmişdir.
32. İddiaçı həmçinin həmin müsabiqənin keçirilməsi zamanı müsabiqə komissiyasının qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 198 069,50 manat əldən çıxmış fayda, 9780 manat müsabiqədə iştirak etmək üçün çəkilən xərcin cavabdehdən tutulmasını tələb edir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Satınalmaların Təşkili və X7 X2”nun müsabiqədə iştirak haqqının ödənilməsi və X6 əldə olunması qaydasının təsbit olunduğu 18-ci hissəsinin 18.2-ci bəndinə əsasən müsabiqədə iştirak haqqı malgöndərən (podratçı) tərəfindən X3 toplusunu almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün ödənilir. Göründüyü kimi müsabiqə şərtlərində müsabiqədə iştirak haqqının qaytarılması imkanı nəzərdə tutulmamışdır. Digər tərəfdən həmin tələb də əldən çıxmış fayda tələbi ilə birlikdə cavabdeh tərəfindən müqaviləqədərki münasibətlər üzrə öhdəliklərinin pozulması nəticəsində dəymiş zərər tələbi olaraq qiymətləndirilərsə, qeyd edilməlidir ki, hazırkı halda cavabdeh tərəfindən müsabiqənin keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi və belə olan halda iddiaçı ilə müqavilənin cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində bağlanmaması müəyyən edilmədiyindən dəymiş zərərin tutulması hissəsində iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6435/2024 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov