Məhkəmə qərarları › İş №2-2(103)-302/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-302/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-302/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (iddiaçı) Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 100.LN.2004.250615.00001 saylı kredit müqaviləsi üzrə 51 777,10 manat əsas, 4322,94 manat faiz, 66 472,76 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7441,65 manat faiz borcunun cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada, 100.LN.2004.290615.00001 saylı kredit müqaviləsi üzrə 56 043,17 manat əsas, 6894,99 manat faiz, 73 206,76 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7974,50 manat faiz borcunun cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutulması, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 360 (üç yüz altmış) manat rüsumun və ödənilmiş 164,13 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh5 və X1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1) MH seriyalı ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinə; 2) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinə; 3) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinə; 4) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinə; 5) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinə; 6) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə; 7) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2- ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinə; 8) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, 1) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinə, 2) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,120051 ha torpaq sahəsinə; 3) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2006-cı il tarixli MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 131 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh4, Cavabdeh5 və X1 tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 həmin evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə 51 777,09 manat (əlli bir min yeddi yüz yetmiş yeddi manat doqquz qəpik) əsas borc, 4322,94 manat (dörd min üç yüz iyirmi iki manat doxsan dörd qəpik) faiz borcu, 2500 (iki min beş yüz) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7441,65 manat (yeddi min dörd yüz qırx bir manat altmış beş qəpik) faiz məbləği olmaqla, cəmi 66 041,68 manatın (altmış altı min qırx bir manat altmış səkkiz qəpik) ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə 56 043,17 manat (əlli altı min qırx üç manat on yeddi qəpik) əsas borc, 6894,99 manat (altı min səkkiz yüz doxsan dörd manat doxsan doqquz qəpik) faiz borcu, 2800 (iki min səkkiz yüz) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7974,50 manat (yeddi min doqquz yüz yetmiş dörd manat əlli qəpik) faiz məbləği olmaqla, cəmi 73 712,66 manatın (yetmiş üç min yeddi yüz on iki manat altmış altı qəpik) ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 360 (üç yüz altmış) manat rüsum, ödənilmiş mediasiya xərci və dövlət rüsmunun əvəzi olaraq 288 (iki yüz səksən səkkiz) manat olmaqla, ümumilikdə 648 (altı yüz qırx səkkiz) manatın ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinə; Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə; Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 131 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qaytarılması, ipoteka predmetləri olan, Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinin ilkin satış qiymətinin 18 800 (on səkkiz min səkkiz yüz) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinin ilkin satış qiymətinin 26 000 (iyirmi altı min) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinin ilkin satış qiymətinin 32 000 (otuz iki min) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinin ilkin satış qiymətinin 44 000 (qırx dörd min) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49 000 (qırx doqquz min) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49 000 (qırx doqquz min) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49 000 (qırx doqquz min) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinin ilkin satış qiymətinin 61 000 (altmış bir min) manat; Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinin ilkin satış qiymətinin 29 000 (iyirmi doqquz min) manat; Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinin ilkin satış qiymətinin 45 000 (qırx beş min) manat; Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49 000 (qırx doqquz min) manat; Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 131 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 159 000 (yüz əlli doqquz min) manat müəyyən edilməsi, ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 həmin əmlakdan çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 51 manat hissəsinin Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada, 49 manat hissəsinin ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, qiymətləndirmə tədqiqatının dəyəri olan 700 (üç yüz) manatın 357 manatının Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada, 343 manat hissəsinin Əmanətlərin Sığortalanması Fondundan tutularaq "Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(103)-1019/2024 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-139/2024 saylı iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra digər cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, iş kommersiya məhkəməsinə göndərilmiş və həmin məhkəmə tərəfindən apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Bakı Kommersiya Məhkəməsi 27 yanvar 2025-ci il tarixli məktubla kommersiya işini apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinə baxılmış və qətnamə qanuni qüvvəsini almışdır. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar